Məhkəmə qərarları › İş №1(010)-178/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-178/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-178/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, 24 noyabr 2021-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən 10 (on) manata satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq mirdarda 0,797 qram narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlayıb, daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin və 31-ci PB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 noyabr 2021-ci il tarixdə saat 17:00 dəqiqədə yaşadığı ünvanın yaxınlığında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ 31-ci PBnin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən 01 ədəd dəmir qab və içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,797 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Sonuncu dəfə isə Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 04 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təxminən iki ildir ki, kafedə işçi olaraq fəaliyyət göstərir. Təxminən 4-5 ildir ki, kakos və şüşə olaraq tanıdığı narkotik maddələrdən inyeksiya yolu ilə istifadə edir. Narkotik maddə aludəçisidir. xx.xx.2021 -ci ıl tarixdə təxminən saat 17 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, yaşadığı evin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Ondan ad və soyadını soruşmuş o da, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona narkotik maddələrin əldə olunması, saxlanması, gəzdirilməsi, daşınması və istifadə olunmasında şübhəli olduğunu bildirib onu şübhəli şəxs qismində 31-ci PB-nə gətirmişdirlər. 31-ci polis bölməsinə müdaifəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Ona Suraxanı RPİ-nin, 31-cı PB-nın xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlanmışdır. Təhqiqatçı ona üzərində əldə olunması gəzdirilməsi və ya daşınması qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması ilə bağlı ona sual vermişdir. O, da əynindəki olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən dəmir qabı çıxararaq təqdim etmişdir. Dəmir qabın içərisinə baxıldıqda həmin qabın içərisində 01 (bir) ədəd ağ rəngli kağız büküm olduğunu həmin bükümün içərisində qəhvəyi rəngli narkotik maddə sayılan heroin olduğunu, həmin narkotik vasitəni həmin gün tanımadığı şəxsdən 10 manat dəyərində şəxsi istifadəsi üçun alaraq saxlayıb gəzdirdiyini 4-5 ildir ki, narkotik vasitə aludəçisi olduğunu və həmin narkotik maddələri inyeksiya yolu ilə qəbul etdiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman müdafiəçi tərəfindən ona saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilərkən ona qarşı hər hansı fiziki təziqin olub olmaması ilə bağlı sual verilmiş, o da ona qarşı heç bir fiziki təziqin göstərilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-cİ Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 24 noyabr 2021-ci il tarixdə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və istifadə etməsi barədə işlədiyi bölməyə əməliyyat məlumatı daxil olmuşdur. O, “Laçın” adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. 31-ci PB-nin rəisi Ülvi Məmmədov tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. “Laçın” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə etməsinə, satılmasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri onun özü, üzvü isə Suraxanı RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2 təyin olunmuşdur. Bundan sonra “Laçın” adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, Şahid2 ilə birlikdə “Laçın” adlı şəxsin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsinə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gəlmişlər. Həmin ünvanın qarşısında dayanmış şəxsin əlamətlərini “Təqsirləndirilən şəxs” əlamətlərinə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu saat 17:00 dəqiqədə Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmiş və sonuncu da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə polis bölməsinə gəlmişdir. Şahid1 bu barədə dərhal raport yazıb bölmə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, videoçəkiliş ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd dəmir qabı çıxararaq təqdim etmişdir. Dəmir qabı açdıqda içərisində 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan büküm olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması barədə sual verilmiş, o da həmin bükümdə “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, kənddən 10 manata aldığını 4-5 ildir ki, narkotik maddələrin aludəçisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş bir ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, Təqsirləndirilən şəxs və Şahid1 özü imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Tutma haqqında” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 33-34-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:00 dəqiqədə ünvan 9 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş etməklə şəxsi axtarış və götürmə aparılan zaman hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, bu zaman Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd dəmir qab və onun içərisində olan ağ rəngli kağıza bükülmüş halda bükümü çıxarıb təqdim edir. Onun təqdim etdiyi büküm açıb içərisinə baxıldıqda bir ədəd bükümün arasında qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan narkotik vasitəni kənddən tanımadığı şəxsdən 10 (on) manat ödəməklə 01 ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə alaraq özü istifadə etmək üçün üzərində saxlayıb gəzdirdiyini təxminən 4-5 ildir ki, narkotik maddələrdən istifadə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti davam etdirilmiş lakin, iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli tozşəkilli narkotik vasitə “heroin”-ə bənzəyən maddə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərfin üzəri 194 saylı möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 41-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/5224 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Qəzənfərov L ’’yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,797 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 X5-narkoloji X2 xx.xx.2022-ci tarixli 746 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 70-71-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 26 noyabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahovun xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 73-74-cü vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 53-cü vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd DVD diskə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayıl vardır, fayılda olan videogörüntü 24 noyabr 2021-ci tarixdə çəkilmiş, çəkilmiş videoçəkilişdən görünür ki, diskdə 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o, özüdür. Təhqiqatçı tərəfindən ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, bu zaman Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd dəmir qab və onun içərisində olan ağ rəngli kağızıa bükülmüş halda bükümü çıxarıb təqdim edir. Onun təqdim etdiyi büküm açıhb içərisinə baxıldıqda bir ədəd bükümün arasında qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan narkotik vasitəni kənddən tanımadığı şəxsdən 10 (on) manat ödəməklə 01 ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə alaraq özü istifadə etmək üçün üzərində saxlayıb gəzdirdiyini təxminən 4-5 ildir ki, narkotik maddələrdən istifadə etdiyini bildirir. Sonra müdafiəçi tərəfindən ona saxlanılarkən və bölməyə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməsi barədə sual verildikdə o, ona qarşı heç bir fiziki təsirin göstərilmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti davam etdirilir. Lakin, onun üzərindən iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli tozşəkilli narkotik vasitə “heroin”-ə bənzəyən maddələr bir ədəd kağız zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərfin üzəri 194 saylı möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 95-97-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.2-ci maddəsindən həmin məcəllənin 204.1-ci maddəsinə tövsif olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixdə 04 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət Məcəlləsinin 204.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir və cinayət məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq iki il keçdikdən sonra ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixdə 04 ay 13 gün vaxtından əvvəl şərti azad olunduğu vaxtdan hal-hazırda istintaq olunan cinayət işi üzrə cinayət əməlinin törədilməsi arasında iki ildən çox müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab olunmamalı və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməli və ağırlaşdırıcı hal kimi nəzərə alınmamalıdır. Məhkəmə sorğusu əsasında tələb edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 31-ci PB-nin ə/müvəkkili, polis leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 24 noyabr 2021-ci il tarixli qərarı qanuni sayılması qərara alınmışdır. Cinayət işinin 100-106-cı vərəqələrində olan “sübutların qiymətləndirilməsi barədə” 10 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin 25 noyabr 2021-ci il tarixli 6/5224 saylı saylı rəyi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin 15 fevral 2022-ci il tarixli 746 nömrəli rəyi, şəxsi axtarış və götürmə aparılması protokolu, diskə baxış protokolu iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab olunmaması və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməsi və ağırlaşdırıcı hal kimi nəzərə alınmaması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,797 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,747 qram narkotik vasitə heroin saxlanması üçün Suraxanı RPİ-nin saxlanc otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə heroini təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilməməməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, cinayət işinin materiallarından qanunsuz olaraq narkotik vasitə heroini Təqsirləndirilən şəxs əldə etdiyi mənbə barəsində materialın ayrılması, qərarın surəti 24 saat müddətində məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi və qərar barədə prosessual tərəflərə yazılı məlumat verilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını və artıq məhkumluğu ödənilməsini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 24 noyabr 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 noyabr 2021-ci il tarixli qərardan, habelə vəsatətin müdafiə edilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı rayon prokurorunun 26 noyabr 2021-ci il tarixli və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, hökmün icrasını təmin edilməsi məqsədilə hazırki iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.747 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Şami oğlundan dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 noyabr 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,747 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar