Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-179/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 05 aprel 2023-cü il tarixdə, saat 12:40-da, Bakı şəhərində, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-5/2022 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 7(001)-610/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 (ay) müddətə azaldılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, nömrəsiz ünvanda yaşamış, ünvan 3i il tarixli qərarı ilə barəsində əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)- 698/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 20 (iyirmi) gün müddətə uzadılmış, həmin məhkəmənin 1(010)-554/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasına qədər təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-179/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.5-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 29 avqust 2022-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 103 saylı sərnişin avtobusuna sərnişin qismində əyləşdikdən sonra həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs2 yaxınlaşıb onun açıq vəziyyətdə olan əl çantasından içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 100 manat nağd pul və “Kapital bank”a məxsus bank kartı olan pul kisəsini əl çantasından gizli olaraq talamış və sonra həmin bank kartında olan 124 manat pulu bankomatdan çıxararaq ələ keçirmiş və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 224 (iki yüz iyirmi dörd) manat miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 30 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Tatlı un məmulatları” şirniyyat mağazasının qarşısında 104 saylı sərnişin avtobusuna sərnişin qismində əyləşdikdən sonra həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs1 yaxınlaşıb onun açıq vəziyyətdə olan əl çantasından içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 600 manat nağd pul və “Kapital bank”a məxsus bank kartı olan pul kisəsini əl çantasından gizli olaraq talamış və sonra həmin bank kartında olan 226 manat pulu bankomatdan çıxararaq ələ keçirmiş və nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 826 (səkkiz yüz iyirmi altı) manat miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgəsinin əmlakım gizli olaraq talama niyyətilə N sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində 103 saylı sərnişin avtobusuna sərnişin qismində əyləşdikdən sonra həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs3 yaxınlaşıb onun açıq vəziyyətdə olan əl çantasından içərisində sonuncuya məxsus 1700 manat dəyərində **********49037 və **********74595 İMEİ kodlu “İphone 11” markalı mobil telefonu üzərində qiyməti 6 manat olan ***-***-**-** və qiyməti 6 manat olan ***-***-**-** saylı mobil nömrələr ilə birlikdə əl çantasından gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs3 ümumilikdə 1.712 (min yeddi on iki) manat miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,130 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 08 sentyabr 2022-ci il tarixdə, saat 14:00-da Suraxanı RPİ-nin 33cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolunun kənarında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,130 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.5-ci və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, maddi sıxıntıları olduğuna görə və öz ehtiyaclarını ödəmək üçün iş tapa bilmədiyindən bir neçə dəfə cibgirlik və oğurluq etmişdir. Belə ki, 29 avqust 2022-ci il tarixdə, təxminən saat 09:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı dayanacaqda 103 saylı sərnişin avtobusuna minərək Qaraçuxur qəsəbəsi, Neftçilər parkı istiqamətində hərəkət etmişdir. Bu zaman həmin avtobusda bir nəfər qadının əlində əl çantasını görmüş və həmin vaxt bu çantadan pul kisəsini oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də avtobusun içində həmin qadına yaxınlaşmış və qəsdən toxunaraq onun diqqətini yayındırmışdır. Bu anda dərhal əlini həmin qadının açıq olan əl çantasından pul kisəsini götürmüş və avtobus dayanan kimi avtobusdan düşüb asta addımlarla oradan uzaqlaşmışdır. Biraz getdikdən sonra oğurladığı pul kisəsini açıb içinə baxmış və içində 100 manat pul, eləcə də “Kapital bank”a məxsus bank kartı olduğunu görmüşdür. Həmin 100 manatı öz ehtiyaclarına xərcləmişdir. Daha sonra isə elə həmin pul kisəsində olan kodu taparaq bu karta məxsus olduğunu başa düşmüş və həmin kartın içində olan 124 manat pulu da bankomatdan çəkərək öz ehtiyacları üçün xərcləmişdir. Lakin ona qarşı irəli sürülmüş ittihamda oğurluq cinayəti üzrə digər epizodlarda özünü təqsirli bilmir, belə ki, yuxarıda qeyd etdiyi əməldən başqa heç bir oğurluq əməli törətməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:00 dəqiqədə Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu yolun kənarında olan zaman 2 nəfər mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş, onu Bakı şəhəri Suraxanı Rayonu 33-cü Polis Bölməsinə aparmışlar. Polis bölməsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən ona psixoloji təsir göstərilmiş, o da sonunculardan qorxduğu üçün ona verilən sənədlərə imza etmiş və təqdim olunmuş narkotik vasitənin ona məxsus olduğunu dair etirafedici ifadə vermişdir. Lakin o, narkotik vasitələrin heç bir növündən istifadə etməyib və polis əməkdaşları tərəfindən saxlanarkən üzərində heç bir narkotik vasitə olmayıb. Sonda Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.5-ci və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 21 fevral 2023-cü il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərdi ki, hər gün Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin MKTB-də mühasib müavini vəzifəsində işlədiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən idarəyə gedib qayıdır. 29 avqust 2022-ci il tarixdə, təxminən saat 08:10 radələrində yaşadığı Hövsan qəsəbəsində yerləşən evlərinin yaxınlığındakı dayanacaqda dövlət qeydiyyat nişanına fikir vermədiyi “103” saylı sərnişin avtobusuna əyləşmişdir. İnsanlar səhər tezdən işə getdiyi üçün həmin avtobus dolu olmuş və buna görə də avtobusun arxa qapısından mindikdən sonra əyləşməyə yer olmadığından ayaq üstə dayanmışdır. Həmin vaxt özünə məxsus əl çantasını sağ çiynindən asmış və əl çantası bağlı vəziyyətdə olmuşdur. Təxminən 50 dəqiqə yol getdikdən sonra saat 09:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkının yaxınlığındakı dayanacaqda avtobusdan düşmüşdür. Həmin vaxt cibində avtobusun pulunu vermək üçün qəpik olduğuna görə əl çantasına əlini salmamışdır. Avtobusdan düşdükdən sonra piyada bir neçə dəqiqə hərəkət edib iş yerinə çatmışdır. Bu zaman istifadəsində olan mobil telefonuna ona məxsus “Kapital bank” tərəfindən verilən bank kartından 100 manat pulun çıxarılması barədə sms gəlmişdir. O, bu smsi oxuduqdan sonra dərhal əl çantasına baxmış və əl çantasının açıq vəziyyətdə olduğunu və içindən içərisində ona məxsus şəxsiyyət vəsiqəsi, maaş kartı, 100 manat nağd pul və bir ədəd mobil nömrənin olduğu boz rəngli pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Həmin an ikinci dəfə mobil telefonuna qeyd etdiyi bank kartından 24 manat pul çıxarılması barədə ikinci SMS gəlmişdir. Artıq bu anda başa düşmüşdür ki, naməlum şəxs tərəfindən əyləşdiyi 103 saylı sərnişin avtobusunda sıxlıq olduğu üçün əl çantasının ağzı açılaraq orada olan pul kisəsi oğurlanmışdır. Həmin gün bir neçə dəfə oğuralanmış bank kartından pul çıxarılması təklifi, lakin balansda pul olmadığından bu təklifin rədd edilməsi barədə sms mətnləri gəlmişdir. Bundan sonra baş vermiş hadisənin təsirindən özünü narahat hiss etdiyinə görə bir neçə gün hadisə barədə heç kimə məlumat verməmişdir. Daha sonra 08 sentyabr 2022-ci il tarixdə o, Suraxanı RPİ-nin 32-ci PB-nə gedərək hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi barədə mənə ümumilikdə 224 manat maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 21 fevral 2023-cü il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərdi ki, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəş” ticarət mərkəzidə mağaza icarəyə götürərərək orada cehizlik əşyalar satır. 30 avqust 2022-ci il tarixdə saat 19:26-da Yeni Günəşli qəsəbəsində yerləşən “Tatlı un məmulatları” şirniyyat mağazasının yaxınlığında dövlət qeydiyyat nişanına fikir vermədiyi 104 saylı sərnişin avtobusuna əyləşmiş və Dədə Qorqud qəsəbəsinə getmək üçün 10-cu dairə istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtobusda sıxlıq olmuşdur. Sərnişinlər çox olduğu üçün və əyləşməyə yer olmadığından, o, avtobusun ön qapısının yaxınığında ayaq üstə dayanmışdır. Təxminən 10 dəqiqə sonra Suraxanı qəsəbəsində yerləşən 10-cu dairədə düşmüş və 161 saylı sərnişin avtobusuna əyləşərək Dədə Qorqud qəsəbəsinə getmişdir. Bir neçə dəqiqə sonra o, Dədə Qorqud qəsəbəsinə çatmış və orada yerləşən “Ballı” marketin qarşısında düşüb qardaşıgilə getmişdir. Qardaşıgilə çatdıqdan sonra əl çantasına baxdıqda pul kisəsinin yerində olmadığını görmüşdür. Bu zaman uşaqda olan mobil telefonunu alıb baxdıqda telefonuna özünə məxsus “Kapital” bankdan aldığı plastik kartdan müxtəlif vaxtlarda 226 manat pulun hissə-hissə çıxarılıması barədə SMS daxil olmasını görmüşdür. Belə ki, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Kapital bank” tərəfindən göndərilən sms mətnlərində 30 avqust 2022-ci il tarixdə saat 19:41-də Suraxanı rayonu ərazisində yerləşən “Araz” marketdən 41,79 manat, saat 19:49də həmin mağazadan 41,10 manat, 19:50-də həmin mağazadan 20,50 manat, 19:51-də həmin mağazadan 20,51 manat, 19:53-də həmin mağazadan 24,28 manat, 19:54-də həmin mağazadan 15,20 manat və 15 manat, 19:55-də həmin mağazadan 15 manat və 16,20 manat, 19:56-də həmin mağazadan 10,80 manat çıxarılması, saat 19:57 və 19:58də isə həmin mağazadan iki dəfə 15,20 manat məbləğində pulun çıxarılması tələbi, lakin balansda 14,75 manat pul olması səbəbindən əməliyyatın baş tutulaması və balansda kifayət qədər vəsait olmaması barədə SMS-lər yazılmışdır. Bu anda başqa düşmüşdür ki, naməlum şəxs onun 104 saylı sərnişin avtobusunda olduğu zaman əlində olan əl çantasına əlini salıb əl çantasından 10 manat dəyərində olan açıq qəhvəyi rəngli pul kisəsinin içərisindəki 600 AZN pul, içində 240 manat pul olan “Kapital bank”dan aldığı plastik kart və özünə məxsus şəxsiyyət vəsiqəsi ilə birlikdə oğurlanmışdır. Bundan sonra o, narahat olduğu üçün bir neçə saata özünü toparlamış və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək hadisə barədə ərizə və izahat yazmışdır. Baş vermiş hadisə nəticəsində ona 836 manat maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 21 fevral 2023-cü il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərdi ki, hazırda N saylı hərbi hissədə texnik işləyir. N sentyabr 2022-ci il tarixdə 18:20-də dövlət qeydiyyat nişanına fikir vermədiyi 103 saylı sərnişin avtobusuna ön qapıdan minmiş və avtobusun içində sərnişin çox olduğu üçün oturmağa yer olmadığından, ayaq üstə dayanmışdır. Həmin vaxt parça materialdan olan qara rəngli əl çantasını sol çiyninə asmış və əl çantası bağlı olmuşdur. Həmin əl çantasının yan tərəflərində cib olmuş və o, özünə məxsus “İphone 11” markalı mobil telefonunu həmin yan cibə qoymuşdur. O, bir neçə dəqiqə avtobusda getdikdən sonra dəqiq olaraq saat 18:33-də Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində avtobusdan düşmüşdür. Bu anda mobil telefonuna avtomatik qoşulmuş halda olan smart saatın telefondan ayrılması barədə xəbərdarlıq gəlmişdir. O, dərhal əlini əl çantasının yan cibinə salmış və bu zaman mobil telefonunun orada olmadığını görmüşdür. Bu zaman başa düşmüşdür ki, sərnişin avtobusunda olan zaman naməlum şəxs onun əl çantasının yan cibinə əlini salaraq ona məxsus 1700 manata aldığı, lakin 3 ildir işlətdiyinə görə təxmini dəyəri 900 manat olan “İphone 11 ” markaklı mobil telefonunu üzərində 6 manat dəyərində olan ***-***-**-** və 6 manat dəyərində olan ***-***-**-** saylı mobil nömrələr ilə birlikdə oğurlamışdır. O, dərhal yaşadığı evə gəlmiş və evdən DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək hadisə barədə ərizə və izahat yazmışdır. Baş vermiş hadisə nəticəsində ona 912 manat maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı RPİ-nin 33-cü CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda 08 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolunun kənarında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 33-cü PB-nə gəlmişdir. 33-cü PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik vasitənin onun özünə məxsus olmasını, həmin narkotik vasitəni 08 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alaraq əldə edib sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi, polis mayoru Şahid2 Habil oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək eyni məzmunlu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 24 oktyabr 2022-ci tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus mobil telefona baxış keçirilmiş, mobil telefonda sonuncuya məxsus “Kapital bank”dan alınmış bank kartından “ATM” aparatından 100 manat və 24 manat çıxarılması və daha sonra isə kartın balansında kifayət qədər vəsait olmaması səbəbindən müxtəlif yerlərə ödəmək istədiyi ödənişlərin mümkün olmaması barədə sms mətnləri aşkar edilmişdir. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mobil telefona baxış keçirilmiş, mobil telefonda sonuncuya məxsus “Kapital bank”dan alınmış bank kartından mağazalarda alınan ərzaq qarşılığında hissə-hissə cəmi 240 manat pulun ödənilməsi barədə və iki dəfə alınan ərzağın dəyəri miqdarında kartın balansında kifayət qədər vəsait olmaması səbəbindən pulun çıxarılmasının mümkün olmaması barədə sms mətnləri aşkar edilmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik vasitənin onun özünə məxsus olmasını, həmin narkotik vasitəni 08 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alaraq əldə edib sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4908 saylı 08 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut., şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi-iki imza; Qablaşdırıldı: Vaqif Əliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,130 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin - 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ümumi təmiz çəkisi 1,130 qram heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,080 qram təşkil etmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olmasını və həmin narkotik vasitənin onun özünə məxsus olduğunu, həmin narkotik vasitəni 08 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alaraq əldə edib sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, aşkar edilmiş həmin 01 ədəd bükümün götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 6084 saylı 15 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 hüquqi şəxsin verdiyi 2751 saylı 15 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.5-ci və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, yalnız 29 avqust 2022-ci il tarixdə 103 nömrəli avtobusda hərəkət edən sərnişinin əl çantasına daxil olaraq oradan oğurluq etməsi, ona qarşı irəli sürülmüş ittihamın digər epizodları üzrə özünü təqsirli bilməməsi, həmçinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona psixoloji təsir göstərilməsi, sonunculardan qorxduğu üçün ona verilən sənədlərə imza etməsi və təqdim olunmuş narkotik vasitənin ona məxsus olduğunu dair etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, maddi sıxıntıları olduğuna görə və öz ehtiyaclarını ödəmək üçün iş tapa bilmədiyindən bir neçə dəfə cibgirlik və oğurluq etmişdir. Belə ki, 29 avqust 2022-ci il tarixdə, təxminən saat 09:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı dayanacaqda 103 saylı sərnişin avtobusuna minərək Qaraçuxur qəsəbəsi, Neftçilər parkı istiqamətində hərəkət etmişdir. Bu zaman həmin avtobusda bir nəfər qadının əlində əl çantasını görmüş və həmin vaxt bu çantadan pul kisəsini oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də avtobusun içində həmin qadına yaxınlaşmış və qəsdən toxunaraq onun diqqətini yayındırmışdır. Bu anda dərhal əlini həmin qadının açıq olan əl çantasından pul kisəsini götürmüş və avtobus dayanan kimi avtobusdan düşüb asta addımlarla oradan uzaqlaşmışdır. Biraz getdikdən sonra oğurladığı pul kisəsini açıb içinə baxmış və içində 100 manat pul, eləcə də “Kapital bank”a məxsus bank kartı olduğunu görmüşdür. Həmin 100 manatı öz ehtiyaclarına xərcləmişdir. Daha sonra isə elə həmin pul kisəsində olan kodu taparaq bu karta məxsus olduğunu başa düşmüş və həmin kartın içində olan 124 manat pulu da bankomatdan çəkərək öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra 30 avqust 2022-ci il tarixdə axşam təxminən saat 18:00 radələrində içərisində adam çox olduğundan sıxlıq olduğuna görə dövlət qeydiyyat nişanına fikir vermədiyi 104 saylı sərnişin avtobusuna minmişdir. Bu zaman avtobusda bir nəfər qadının əl çantasının açıq vəziyyətdə olduğunu görmüşdür. O, həmin qadının və avtobusda olan digər şəxslərin fikrini arxa hissəyə çəkmək üçün yol istəmiş və beləliklə də hamının diqqəti özünə yönəldiyi üçün bundan istifadə edib həmin qadının açıq olan əl çantasından pul kisəsini oğurlamışdır. Bundan sonra növbəti dayanacaqda düşmüşdür. Bundan sonra həmin oğurladığı pul kisəsini açıb içinə baxmış və içərisində 600 manat pul, eləcə də “Kapital bank”a məxsus bank kartı olmasını görmüşdür. O, həmin 600 manat pulu və bank kartını götürüb pul kisəsini zibil qutusuna atmışdır. Sonra Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketə daxil olub həmin “Kapital bank”a məxsus kart ilə özünə energetik içkilər, siqaretlər və yemək üçün bir sıra məmulatlar almışdır. Həmin kartdan bir neçə dəfə istifadə etmişdir. 600 manat pulu isə öz ehtiyacları üçün və narkotik maddə alıb istifadə etməyə sərf etmişdir. Bundan başqa N sentyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində Hövsan qəsəbəsində 103 saylı sərnişin avtobusuna minmişdir. Həmin marşrutda sıxlıq olmuş və niyyəti cibgirlik edərək ehtiyaclarını ödəmək olmuşdur. Bu niyyətlə də avtobusa daxil olduqdan sonra içəridəki sərnişinlərə göz gəzdirmiş və Zığ dairəsində avtobusa minən hansısa dövlət orqanına məxsus geyim forması geyinmiş qadını görüb onun əl çantasından pul kisəsini oğurlamaq qərarına gəlmişdir. Bu niyətlə də, həmin qıza yaxınlaşmış və sakitcə əlini uzadıb onun əl çantasını açaraq içinə əlini salmışdır. Lakin əl çantasında pul kisəsini tapa bilməmiş və buna görə də mobil telefonu götürmüşdür. Bundan sonra Zığ yolunda həmin qadın avtobusdan düşmüşdür. Bir neçə dəqiqə sonra oğurladığı mobil telefona zəng gəlmişdir. Avtobusda olan sərnişinlər şübhələnməsin deyə həmin mobil telefonu söndürmüşdür. İki dayanacaq sonra isə avtobusdan düşmüş və oğurladığı mobil telefona baxıb “İphone 11” markalı mobil telefon olduğunu görmüşdür. O, oradan birbaşa “Neftçilər” metrostansiyasına gəlmiş və orada ətrafda yerləşən bir neçə telefon mağazsını gəzərək həmin mobil telefonu satmaq istəmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından, mobil telefonu mağazalarda ondan almaqdan imtina etmişlər. Bundan sonra isə bu mağazaların qabağında bir nəfər tanımadığı oğlan ona yaxınlaşıb mobil telefonu satıb-satmadığını soruşmuş, o da satdığını demişdir. Həmin oğlana bu mobil telefonun özünə məxsus olduğunu, lakin telefonun sənədinin və karobkasının, eləcə də, özünə məxsus sənədinin üzərində olmadığını demişdir. Həmin şəxs də razılaşmış və 150 manata həmin mobil telefonu ona satmışdır. Aldığı 150 manat pulu da öz ehtiyacları üçün və özü istifadə etmək üçün narkotik maddə almağa sərf etmişdir. Bundan başqa xeyli müddətdir ki, narkotik vasitələrin heroin kimi tanıdığı növündən inyeksiya yolu ilə istifadə etmişdir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 (iyirmi) manat ödəməklə 01 ədəd şəffaf rəngli selofana bükülmüş vəziyyətdə almışdır. O, aldığı narkotik vasitənin bir hissəsini istifadə etmiş və bir qədərini də daha sonra istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:00 dəqiqədə Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu yolun kənarında olan zaman 2 nəfər mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt o, özünü itirmiş və həyacanlı olduğunu biruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğusual etmişlər. O da polis əməkdaşlarına özünü şübhəli aparmağının və həyacanlı olmasının səbəbini üzərində özünə məxsus öz şəxsi istifadəsi üçün əldə edib saxladığı narkotik vasitə olması ilə izah etmişdir. Sonra isə həmin narkotik vasitəni polis əməkdaşlarına təhvil verə biləcəyini demişdir. Buna görə də polis əməkdaşları onu PB-nə dəvət etmişlər. O da etiraz etməmiş və onu PB-nə gətirərək təhvil vermişər. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində yəni əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşıdığı içərisində narkotik vasitə olan 01 ədəd bükümü təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Bu cinayət əməllərindən başqa heç bir cinayət əməli törətməmişdir. Həmin cinayət əməllərini tək halda törətmiş, başqa heç kim bu cinayət əməllərini törətməkdə ona hansısa bir formada köməklik göstərməmişdir. Cibgirlik yolu ilə oğurluq edən zaman zərərçəkmiş şəxsə məxsus sənədi də oğurlamaq niyyəti olmamış, onun niyyəti maddi dəyəri olan əşya və ya pul oğurlamaq olmuşdur. Sənəd ona lazım olmadığı üçün oğurladığı pul kisələrini içindəki bank kartı və nağd pulu götürdükdən sonra sənədlər ilə birlikdə pul kisəsini atmışdır. Sonuncu dəfə cibgirlik yolu ilə gizli olaraq oğurladığı mobil telefonu satdığı şəxsi birinci dəfə həmin mobil telefonu satan zaman tanımışdır. Onun kim olmasını və digər məlumatlarını bilməmişdir. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən, zərərçəkmiş şəxslərin ifadələrində, sonuncuları ibtidai istintaqa təqdim etdikləri mobil telefona daxil olmuş SMS məlumatlarında da öz təsdiqini tapır. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixoloji təsir göstərilməsi, sonunculardan qorxduğu üçün və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitələrin özününki kimi təqdim edərək, etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, polis əməkdaşlarının hərəkətlərindən şikayət vermək imkanı olduğu halda bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməlləri qismən etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 22 sentyabr 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-5/2022 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 7(001)-610/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 (ay) müddətə azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-5/2022 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.5-ci və 234.1-ci maddələrində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilərək cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 sentyabr 2022ci il tarixli qərardan və ünvan 3i il tarixli, həmin məhkəmənin 4(010)-698/2022 saylı, 07 dekabr 2022-ci il tarixli, həmin məhkəmənin 1(010)-554/2022 saylı, 28 dekabr 2022-ci il tarixli, həmin məhkəmənin 1(010)-179/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.5-ci və 234.1-ci maddələri ilə ittiham elan edilmiş, barəsində əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin qərarı ilə həbsdə saxlanma müddəti 20 (iyirmi) gün müddətə uzadılmış, həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasına qədər təsdiq edilmiş, həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 08 sentyabr 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,080 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.5-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.5-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.5-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Zərərçəkmiş şəxslər şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,080 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-179/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-179/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver