Məhkəmə qərarları › İş №1(010)-179/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-179/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-179/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və hal-hazırda barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd sellofan bükümündə təmiz çəkisi 0,920 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, daşımaqla saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 oktyabr 2024-cü il tarixdə saat 15:08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanılaraq orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən təmiz çəkisi 0,920 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu 19 oktyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi yaxınlığında şübhəli şəxs qismində saxlamışdırlar. Müşahidə aparıldıqdan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxardıb təqdim etməsi təklif olunmuşdur. Oda başqa çıxış yolu olmadığından üzərindəki bir ədəd sellofan bükümündə olan narkotik maddəni çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkilidir, təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışdır, 2024-cü ilin oktyabr ayında Samir adlı şəxsin narkotik vasitələri əldə edib, istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı zəruri əməliyyat axtarış tədbirləri həyata keçirilmiş və şəxsin yeri müəyyən olunaraq, saxlanılmışdır. Şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Aşkar edilmiş psixotrop maddə zərfdə qablaşdırılaraq, götürülmüşdür. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması haqqında» protokoldan görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası CPM-nin 86.8 və 445-ci maddələrinin tələblərini rəhbər tutaraq, protokol tərtib edilib ondan ötrü ki, daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərara müvafiq olaraq, Suraxanı RPİnin 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və çəkiliş aparan 32-ci PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:08-də ünvan 2 ünvanda yaxalanmışdır. xx.xx.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 61-də yaşayan Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olundu və vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, həmin kütlənin narkotik vasitə metanfetamin olduğunu və Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 15 manata əldə etdiyini bildirmişdir. Bundan başqa əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən Samsung markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd sellofan bükümdə olan maddə və mobil telefonu ağ zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası DİNin Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru X2 Azərbaycan Respublikası CPM-nin 51, 86, və 236-cı maddələrinin tələblərinə əsasən, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİnin 32-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Azərbaycan Respublikası DİNin Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 32-ci PB-nə Təqsirləndirilən şəxs istifadə məqsədi ilə narkotik vasitə əldə edib, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində üzərində saxlaması barədə şübhəli bilindiyi üçün, 19 oktyabr 2024-cü il tarixdə, saat 15:08 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 6 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1bükümdə narkotikaya bənzər kütlə aşkar edilərək, 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1(bir) ədəd ağ rəngli zərfə və 1(bir) ədəd DVD-yə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1(bir) bükümdə, ağ rəngli, spesifik iyə malik metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1(bir) ədəd DVD-yə “Lenovo” markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «Samsung Note 9» markalı mobil telefon vasitəsi ilə Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir, protokola 1(bir) ədəd DVD əlavə olunmuşdur. Cinayət işində olan 19 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərinə baxış və götürmə aparılması videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd, üzərində yazılar olmayan, ağ rəngli DVD-yə köçürülmüş bir ədəd səsli videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yolla hərəkətdə olduğu zaman polis əməkdaşları mülki geyimdə videoçəkilişlə ona yaxınlaşaraq qoluna qandal vurub özlərini təqdim edib narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu və bu səbəbdən saxlanıldığını bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edirlər. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə metamfetamin olduğunu və həmin maddəni Əhmədli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd sellofan bükümdə olan maddə ağ zərfə qoyularaq qablaşdırılır və imzalayırlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək qablaşdırılır. Cinayət işində olan 19 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərindən aşkar olunmuş əşyaya baxış keçirilməsi videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd, üzərində yazılar olmayan, ağ rəngli DVD-yə köçürülmüş bir ədəd səsli videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı Məmməd Əliyev və digər polis əməkdaşları özlərini təqdim edirlər. Əməliyyat müvəkkili əməliyyat tədbiri barədə məlumat verir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış ağ rəngli zərf açılır və sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə MEM-ə göndərilmək üçün yenidən ağ rəngli zərfə qoyularaq möhürlənir və qablaşdırılır. Polis əməkdaşları öz imzaları ilə zərfi imzalayırlar. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin videogörüntüsünə baxış keçirilir. Sonda protokol tərtib olunur və polis əməkdaşları tərəfindən imzalanır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4936 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №196” dairəvi möhür əksi, “Qasımov (imza)” yazısı və imzalar olan 1 ədəd bükümdə təmiz çəkisi 0,920 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,920 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,870 qram (ekspertiza tədqiqatın dəyəri 114 manatdır.) Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6930 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasının nəzərə alınaraq, həmçinin öz vəziyyətində tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,870 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskin və Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş əşyaya baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) günün hər günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, həmin müddət, yəni 4 (dörd) gün təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,870 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü və Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş əşyaya baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar