Məhkəmə qərarları › İş №1(010)-18/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-18/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-18/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şirvan şəhəri, Xəqani küçəsi, 19 nömrəli evin 27 nömrəli mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi, 46 saylı evdə yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Şahid ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx xxxxxx 2019cu il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, 14 nömrəli evin qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs çöldə gözləmiş, qardaşı Şahid isə evdə heç kimin olmamasından istifadə edib, evin plastik pəncərəsini üzərində olan vintaçanla açaraq, yaşayış sahəsinə qanunsuz daxil olub oradan 150 metr uzunluğunda 150 manat dəyərində plastmas borunu, 01 ədədinin dəyəri 30 manat olan yumuru formalı pianino dəstinə aid olan 120 manat dəyərində 04 ədəd oturacağı və 40 manat dəyərində bir ədəd kvadrat formalı pianino dəstinə aid olan oturacağı pəncərədən tək-tək çıxartmaqla qeyd edilən əmlakları gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 310 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxx 2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə yaşadıqları evdə olduğu zaman qardaşı Tahir evə gəlmiş, qardaşından haradan gəldiyini soruşmamış, sonuncu da ona haradan gəlməsi barədə heç nə deməmişdir. Qardaşının, tanımadığı şəxsin evindən oğurluq etdiyindən sonradan məlumatı olmuşdur. Qardaşı həbs olunduqdan sonra isə onun bir neçə yerdən oğurluq etdiyini bilmişdir. Həmin vaxt evdə söhbət etdikləri zaman qardaşı ona, heç kim olmadığı bir evdən oğurluq etməyi təklif etmişdir. Həmin ərəfədə həm özü, həm də qardaşı işsiz olduğundan, pula ehtiyacları olduğundan qardaşının təklifini qəbul edib birlikdə oğurluq etməyə razılıq vermişdir. Bundan sonra onlar, təxminən saat 00:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən, Tahirin qeyd etdiyi evin yaxınlığına gəlmişlər. Orada aralarında olan razılaşmaya görə o, gələn olacağı halda xəbər vermək məqsədilə sözügedən evin sol tərəfində, yarımtikili vəziyyətdə olan daş hasarın yanında, yəni çöldə gözləmiş, qardaşı isə hasardan həyətə daxil olub özü ilə gətirdiyi alətlə evin plastik pəncərəsini açıb içəriyə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Tahir pəncərədən dördü yumuru, biri isə kvadat formada olmaqla ümumilikdə 05 ədəd pianino stullarını ona vermiş, o isə həmin stulları alıb yerə qoymuşdur. Sonra isə Tahir pəncərədən çölə çıxıb evin bütün otaqlarını axtardığını, lakin başqa heç bir əşya tapmadığını bildirmişdir. Həmin stulların iki ədədini o, üç ədədini isə Tahir götürmüş, onları kirayə yaşadıqları evə aparıb orada gizlətmişlər. Oğurladıqları stulları satmaq üçün bir neçə gün müştəri axtarmışlar, lakin müştəri tapa bilməmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam olaraq ödənildiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, uzun müddətdir Bakı şəhəri, Suraxanı rayonu, Ə.Qarayev küçəsində nömrəsiz evdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin Bakı şəhəri, Suraxanı rayonu ərazisində fərdi yaşayış evlərinin inşası və satışı ilə məşğul olur. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsindəki iki mərtəbəli fərdi yaşayış evini də satmaq üçün inşa etdirmişdir. xx xxxxxx 2019-cu il tarixdə evdə müəyyən işlər gördükdən sonra təxminən saat 18 radələrində evin qapılarını bağlayıb getmişdir. Səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 08:30 radələrində həmin evə gəldikdə dəhlizdə yerə yığılmış plastmas boruların 150 metrinin yerində olmadığını görüb evdən oğurluq edildiyini başa düşmüşdür. Evdən başqa əşyaların oğurlanıb-oğurlanmadığını müəyyən etmək məqsədilə digər otaqlara baxdıqda birinci mərtəbədə pəncərənin açıq olduğunu, 4 ədəd dairəvi və bir ədəd düzbucaqlı oturacaqların, habelə ikinci mərtəbədən bir ədəd boru ütüsünün, bir ədəd tozsoranın və iki ədəd baltanın oğurlandığını aşkar etmişdir. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermiş, bundan bir müddət sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Evdən qeyd etdiyi əşyalardan başqa hər hansı bir əşya oğurlanmamış, oğurluq nəticəsində isə ona ümumilikdə 420 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində olan qəbirstanlığın yanına gedib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yeləşən iki mərtəbəli fərdi yaşayış evinin işıqları sönülü olduğundan həmin evdə yaşayış olmadığını başa düşüb oradan oğurluq etmək qərarına gəlmişdir. Evin arxa tərəfindən, yarımtikili vəziyyətdə olan daş hasardan həyətə girmiş, evin pəncərəsini üzərində olan vintaçanla açıb içəri daxil olmuş, sanitar qovşaq kimi nəzərdə tutulmuş kiçik otaqdan bir ədəd tozsoranı, bir ədəd boru ütüsünü və iki ədəd ət baltasını özü ilə gətirdiyi çantaya qoyub oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları gətirib kirayədə yaşadığı evdə gizlətmiş, oğurladığı əşyaları ailə üzvlərindən heç kim görməmiş, habelə oğurluq etməsi barədə heç kimə heçnə deməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yeləşən evdə başqa əşyalar da olduğundan, həmin günü qardaşı Mahirə sözügedən evdən birlikdə oğurluq etməyi təklif etmiş, qardaşı da onun təklif ilə razılaşmışdır. Lakin Mahirə, həmin evdən bir qədər əvvəl oğurluq etməsi barədə heç nə deməmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə, təxminən saat 00:30 radələrində Mahirlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsinə getmiş, ora çatdıqda qardaşı Mahir, gələn olacağı təqdirdə ona xəbər vermək məqsədilə hasarın yarımtikili olan yerində gözləmiş, özü isə hasardan həyətə daxil olub vintaçanla evin pəncərəsini açıb içəri daxil olmuş, oradan 150 metr uzunluğunda plastmas borunu, 04 ədəd yumuru və 01 ədəd düzbucaqlı pianino oturacaqlarını qardaşının köməyi ilə bir-bir pəncərədən çölə çıxartdıb yaşadıqları evə gətirmişlər. Pianino üçün nəzərdə tutulmuş oturacaqları müştəri tapa bilmədiyinə görə sata bilməmişlər. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, 14 nömrəli iki mərtəbəli fərdi yaşayış evindən oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı evin birinci mərtəbəsindəki otağın plastik pəncərəsinin açıq vəziyyətdə olduğu, evə məhz həmin pəncərədən qanunsuz daxil olunduğu müəyyən edilmişdir. Evin sahibi Zərərçəkmiş şəxs həmin otaqdan 04 ədəd yumuru və 01 ədəd düzbucaq formada pianino üçün nəzərdə tutulmuş oturacaqların, habelə dəhlizdə yerə yığılmış təxminən 150 metr uzunluğunda plastmas boruların oğurlandığını bildirmişdir. Hadisə yerinə baxış zamanı ekspert tərəfindən 02 ədəd əlbarmaq izləri götürülmüşdür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evini göstərərək, xx xxxxxx 2019-cu il tarixdə, saat 00:30 radələrində 05 ədəd stulu qardaşı Şahid ilə birlikdə həmin evdən oğurladığını bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə öz növbəsində zərərçəkmiş şəxsin dediklərini qismən təqsdiq etmişdir. İş materiallarında olan götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, qardaşı Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, xx xxxxxx 2019-cu il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi 14 nömrəli evdən oğurladığı 05 ədəd stulun, habelə Şahid bir qədər əvvəl həmin evdən təkbaşına oğurladığı 01 ədəd tozsoranın və 01 ədəd boru ütüsünun Təqsirləndirilən şəxsla Şahid kirayədə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi, 46 nömrəli evdə olduqları müəyyən edilərək, iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğuna görə götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 9/518 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung Twin” markalı, 1800 w-luq, yaşıl rəngli tozsoran 60 manat, 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, göy rəngli tutacağı olan boru ütüsü 20 manat, 01 ədəd yumuru formalı pianino dəstinə aid olan oturacaq 30 manat, 04 ədədi 120 manat (4x30m), 01 ədəd kvadrat formalı pianino dəstinə aid olan oturacaq 40 manat olmaqla, onların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 240 manat müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərəçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli məlumatından və Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2015-cı ildə isə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1 və 83.3.3-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş və həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin müstəntiqi T.S.Hüseynovun xx xxx 2020-ci il tarixli qərarından, axtarışda olan şəxsin tutulması barədə xx xxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında və həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan gizlənib yayındığı üçün xx xxx 2020-ci il tarixdə barəsində axtarış elan edilmiş, xx xxx 2020-ci il tarixdə, saat 11:00-da Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı rayon X2 Şöbəsinə təhvil verilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun xx xxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon X2 Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 03 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Şahid Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış yekun məhkəmə aktı ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmış 04 ədəd yumuru formalı və 01 ədəd kvadrat formalı pianino dəstinə aid oturacaqların təkrarən həmin zərərçəkmiş şəxsə qaytarılması barədə yeni qərar qəbul edilməsinə zərurət yoxdur. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən Şahid Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış yekun məhkəmə aktı ilə sonuncudan dövlət nəfinə tutulduğundan, həmin eskpertiza xərcinin hazırki iş üzrə Təqsirləndirilən şəxs təkrarən dövlət nəfinə tutulması barədə yeni qərar qəbul edilməsinə də zərurət yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 56 (əlli altı) iş saatı üçün 336 (üç yüz otuz altı) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 32 (otuz iki) iş saatı üçün 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək və xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 56 (əlli altı) iş saatı üçün 336 (üç yüz otuz altı) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 32 (otuz iki) iş saatı üçün 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar