Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-18/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 17 may 2023-cü il tarixdə, saat 09:10-da, Bakı şəhərində, 22 avqust 1993-cü ildə Lənkəran rayonu. Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 67.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təyin edilmiş şərti 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası CM-nin 71.5ci maddəsi ilə ləğv edilərək 03 il müddətə azadlıqdan məhrum cəzası ilə qismən birləşdirilərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-173/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 06 ay 05 gün hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-92/2023 saylı, 16 mart 2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, heç bir yerdə işləməmiş, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, 11 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-515/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)- 7/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmaqla 11 mart 2022-ci il tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, 11 mart 2022-ci il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə darvazanın açıq olan qapısını açaraq yaşayış sahəsi hesab edilən evin həyətinə qanunsuz daxil olub həyətdən 300 manat dəyərində bir ədəd “Stels Naviqator” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 300 (üç yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 oktyabr 2021-ci il tarixdə səhər saat 07:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə darvazanın açıq olan qapısını açaraq yaşayış sahəsi hesab edilən evin həyətinə qanunsuz daxil olub həyətdən 500 manat dəyərində bir ədəd “Saf” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 oktyabr 2021-ci il tarixdə saat 02:00 radələrində İran İslam Respublikasının vətəndaşı X8 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə darvazanın açıq olan qapısını açaraq yaşayış sahəsi hesab edilən evin həyətinə qanunsuz daxil olub həyətdən 130 manat dəyərində bir ədəd qara-qırmızı rəngli, üzərində “Stels SlOO-MO” yazıları olan, gənclər üçün nəzərdə tutulmuş, sürət qutulu, əl əyləcli velosipedi gizli olaraq talayıb zərərçəkmiş şəxs X9 130,00 (bir yüz otuz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 oktyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə darvazanın açıq olan qapısını açaraq yaşayış sahəsi hesab edilən evin həyətinə qanunsuz daxil olub həyətdən 265 manat dəyərində bir ədəd velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 265 (iki yüz altmış beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, dolanmaq və öz ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də 01 oktyabr 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Hövsan qəsəbəsi, Qılmanov küçəsində yerləşən həyət evlərindən birinin həyətində velosiped görüb həmin velosipedi oğurlamaq qərarına gəlmiş, ətrafına boylanıb heç kimin olmadığına əmin olduqdan sonra həmin həyətin darvaza qapısını ehtiyyatla sıxıb açaraq həyətə daxil olmuş, həyətə boylanıb heç kimin olmadığını gördükdən sonra həyətə girmiş və həyətdə divara dayanmış velosipedi gizli götürüb həyətə daxil olduğu darvazanın qapısını açaraq çölə çıxmış və oğurladığı velosipedi sürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, oğurladığı ikinci velosipedi də yaşadığı məhəlləyə aparıb gizlətmiş və evinə gedib yatmışdır. Səhərisi gün isə oğurladığı iki ədəd velosipedi Nizami rayonunda olan 8-ci kilometr bazarına aparmış və orada velosipedlərdən birini tanımadığı bir nəfər şəxsə 30 manata satmış, digər oğurladığı yaşıl rəngli velosipedi sata bilmədiyi üçün velosipedi gətirib yaşadığı evdə saxlamışdır. Yaşıl rəngli raması olan velosipedi polis əməkdaşlarına təhvil vermişdir. Bundan 3 gün sonra, yəni 04 oktyabr 2021-ci il tarixdə səhər saat 07:00 radələrində yuxudan oyandıqdan sonra cibində pul olmadığı üçün oğurluq etmək qərarına gəlmiş və bu niyyətlə yaşadığı evdən çıxıb piyada gəzərək oğurluq etmək üçün ev axtarmağa başlamış, bu zaman Hövsan qəsəbəsi, Bağlar massivində piyada gəzərək oğurluq etmək üçün ev axtararkən həmin yerdə olan bir mərtəbəli həyət evlərindən birinin həyətində velosipedin söykəndiyini görüb həmin velosipedi oğurlamağı qərara almış, ətrafa boylanıb heç kimin olmadığına əmin olduqdan sonra həmin həyətin darvaza qapısını ehtiyyatla sıxıb açaraq həyətə daxil olmuş, həyətə boylanıb heç kimin olmadığını gördükdən sonra həyətə girmiş və həyətdə divara dayanmış velosipedi gizli olaraq götürüb həyətə daxil olduğu darvazanın qapısını açaraq çölə çıxmış və oğurladığı velosipedi sürərək oradan uzaqlaşmışdır. Bundan sonra oğurladığı velosipedi yaşadığı məhəlləyə aparıb gizlətmiş və evinə gedib yatmışdır. Səhərisi gün isə oğurladığı velosipedi Nizami rayonunda olan 8- ci kilometr bazarına aparmış və tanımadığı şəxsə 30 manata satmış, pulu öz ehtiyaclarına xərcləmişdir. 05 oktyabr 2021-ci il tarixdə təxminən saat 02:00 radələrində yaşadığı evdə olan zaman yenə də oğurluq etmək və öz ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Bu məqsədlə də, yaşadığı evdən çıxıb piyada Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisinə doğru getməyə başlamış, Quşçuluq sovxozunda piyada hərəkət edən zaman orada yerləşən evlərdən birinin həyətində bir ədəd “Stels” markalı velosipedin divara dayanmış halda olduğunu görüb həmin velosipedi oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də, ətrafına boylanıb heç kimin olmadığına əmin olduqdan sonra həmin həyətin darvaza qapısını ehtiyyatla sıxıb açaraq həyətə daxil olmuş, həmin həyətə boylanıb heç kimin olmadığını gördükdən sonra həyətə girmiş, həyətdə divara dayanmış velosipedi gizli olaraq götürüb həyətə daxil olduğu darvazanın qapısını açaraq çölə çıxmış və oğurladığı velosipedi sürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, oğurladığı “Stels” markalı həmin velosipedi yaşadığı məhəlləyə aparıb gizlətmiş və evinə gedib yatmışdır. Səhərisi gün isə oğurladığı “Stels” markalı velosipedi Nizami rayonunda olan 8-ci kilometr bazarına aparmış və sata bilmədiyi üçün velosipedi gətirib yaşadığı evində saxlamışdır. “Stels” markalı velosipedi polis əməkdaşlarına təhvil vermişdir. 06 oktyabr 2021-ci il tarixə keçən gecə təxminən saat 01:00 radələrində yaşadığı evdə olan zaman yenə də oğurluq etmək və öz ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Bu məqsədlə də, yaşadığı evdən çıxıb piyada Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisinə doğru getməyə başlamışdır. Quşçuluq sovxozunda piyada hərəkət edən zaman orada yerləşən evlərdən birinin həyətində bir ədəd velosipedin divara dayanmış halda olduğunu görüb velosipedi oğurlamaq qərarına gəlmiş, bu məqsədlə də ətrafıba boylanıb heç kimin olmadığına əmin olduqdan sonra həmin həyətin darvaza qapısını ehtiyyatla sıxıb açaraq həyətə daxil olmuş, həyətə boylanıb heç kimin olmadığını gördükdən sonra həyətə girib həyətdə divara dayanmış velosipedi gizli olaraq götürüb həyətə daxil olduğu darvazanın qapısını açaraq çölə çıxmış və oğurladığı velosipedi sürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, oğurladığı həmin velosipedi yaşadığı məhəlləyə aparıb gizlətmiş və evinə gedib yatmışdır. Səhərisi gün isə oğurladığı velosipedi Nizami rayonunda olan 8-ci kilometr bazarına aparmış və orada həmin velosipedi tanımadığı bir nəfər şəxsə birini 30 manata satmışdır və oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. 11 oktyabr 2021-ci il tarixdə yaşadığı məhəllədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona oğurluqda şübhli olduğunu bildirərək onu polisə dəvət etdikdə polis əməkdaşları ilə birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də ona oğurluq etməyi barədə soruşduqda o, səmimi olaraq etdiyi oğurluq əməllərini etiraf etmişdir. Oğurlamış olduğu velosipedləri ondan alan şəxlərin həmin velosipedlərin oğurluq olmasından xəbərləri olmayıb. Həmin oğurluq əməllərini tək halda törətmiş, başqa hər hansı bir şəxs ona hansısa bir formada köməklik etməmiş və ya hadisə zamanı onun yanında heç kim olmamışdır. Sonda törətdiyi oğurluq əməllərindən səmimi peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxs X10 ilə aralarında barışıq əldə etməsi nəzərə alınaraq məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 07 iyun 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz evdə yaşayır. Hazırda fərdi əməklə məşğul olur və ev ustası işləyir. Özünə məxsus olan “Saf’ markalı velosipedi istifadə etmədiyi vaxtlarda yaşadığı evimin həyətində saxlamışdır. 04 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən velosipedlə işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz evə gəlmiş və velosipedi həmin evin həyətində saxlayıb paltarlarını dəyişməyə getmişdir. Geri qayıdan zaman işlədiyi evin həyətində velosipedinin saxladığı yerdə olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdikdə bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və həmçinin oğurluq barədə 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq zamanı ona 500 manat maddi ziyan dəymişdir. Belə ki, onun velosipedinin qiyməti 500 manatdır. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs X10 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsində yaşayır və hazırda işləmir. Özünə məxsus olan “Stels S100-MO’’ markalı velosipedi istifadə etmədiyi vaxtlarda yaşadığı evin həyətində saxlamışdır. 05 oktyabr 2021-ci il tarixdə saat 07:00 radələrində həyətə çıxdıqda velosipedin həyətdə saxladığı yerdə olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdikdə bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və həmçinin oğurluq barədə 30-cu PŞ- nə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 130 manat maddi ziyan dəymişdir. Lakin hazırda Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış velosiped ibtidai istintaq zamanı ona qaytarılmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 21 aprel 2022-ci il, 10 may 2022-ci il, 24 may 2022-ci il, 07 iyun 2022-ci il, 28 iyun 2022-ci il, 14 iyul 2022-ci il, 02 avqust 2022-ci il, 18 avqust 2022-ci il, 11 oktyabr 2022-ci il, 25 oktyabr 2022-ci il, 27 oktyabr 2022-ci il və 10 noyabr 2022-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-187/2022 saylı, 10 noyabr 2022ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 barədə sonuncuların məhkəmə iclasına məcburi qaydada gətirilmələri qərar alınmış, lakin zərərçəkmiş şəxslərin məcburi qaydada məhkəmə iclaslarına gətirilmələri mümkün olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsində yaşayır. Ona məxsus olan markası yanında qalmayan velosipedi istifadə etmədiyi vaxtlarda yaşadığı evin həyətində saxlamışdır. 06 oktyabr 2021-ci il tarixdə saat 05:00 radələrində həyətə çıxadıqda velosipedin həyətdə saxladığı yerdə olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdikdə bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və həmçinin oğurluq barədə 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq zamanı ona 265 manat maddi ziyan dəymişdir. Belə ki, ona məxsus velosipedin qiyməti 265 manatdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ona məxsus olan “Stels Naviqator” markalı velosipedi istifadə etmədiyi vaxtlarda yaşadığı evin həyətində saxlamışdır. 01 oktyabr 2021-ci il tarixdə saat 22:00 radələrində yaşadığı evə gələn zaman velosipedin həyətdə saxladığı yerdə olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş və bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, həmçinin oğurluq barədə 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq zamanı ona 300 manat maddi ziyan dəymişdir. Belə ki, onun velosipedinin qiyməti 300 manatdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ərizə ilə məhkəməyə müraciət edərək maddi imkanı olmadığından məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında tanış olduğu və sonradan adının Tural olduğunu bildiyi şəxsdən dörd ədəd velosiped almışdır. Velosipedlərdən 02 ədədini 25 manata, birini 40 və birini 35 manata almışdır.Velosipedləri isə 8-ci km bazarında tanımadığı şəxslərə satmışdır. Həmin velosipedlərin oğurluq olmasından onun xəbəri olmayıb və polis şöbəsində olan zaman velosipedlərin oğurluq olmasından xəbəri olmuşdur.Telman bildirmişdir ki, onun işlədiyi işlə əlaqədar olaraq ona ucuz qiymətə velosipedlər düşür. Bu səbəbdən o, Telmandan velosipedləri almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli 9/894 nömrəli rəyindən görünür ki, 1 ədəd qara-qırmızı rəngli üzərində Stels SlOO-MO yazıları olan gənclər üçün nəzərdə tutulmuş, sürət qutulu, əl əyləcli velosiped, üzərində rəng qopuqları, cızıqlar olan velosipedin dəyəri 130,00 manat, 1 ədəd yaşıl rəngli, 26 ölçülü, sürət qutulu, əl əyləcli, üzərində heç bir qüsur olmamaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olan velosipedin dəyəri 85,00 manat təşkil edir. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi yaşayış massivində yerləşən evin həyətindən Salehi X3 məxsus olan 01 ədəd “Stels” markalı velosiped götürülmüşdür. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli təqdim edilmiş əşyanı götürmə haqqında protokoldan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş “Stels SlOO-MO” markalı velosiped zərərçəkmiş şəxs X9 tanınmaya təqdim edilmiş və X10 velosipedi tanıyaraq ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən velosiped oğurlaması faktı bir daha öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş X9 məxsus “Stels SlOO-MO” markalı velosiped cinayət işi üzrə maddi sübut kimi tanınmış və istintaq hərəkətləri yekunlaşdıqdan sonra velosiped saxlanması üçün zərərçəkmiş şəxs X9 təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı qarşı şikayət və tələbi yoxdur. Beləliklə yuxarıda göstərilən sübutlarla X2 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxs X9 ilə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxs X9 ilə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 70-ci maddəsinə əsasən azadqlıdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 67.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təyin edilmiş şərti 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası CM-nin 71.5-ci maddəsi ilə ləğv edilərək 03 il müddətə azadlıqdan məhrum cəzası ilə qismən birləşdirilərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs, həmin məhkumluqları ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin təhlükəli residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.1-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 67.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təyin edilmiş şərti 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası CM-nin 71.5-ci maddəsi ilə ləğv edilərək 03 il müddətə azadlıqdan məhrum cəzası ilə qismən birləşdirilərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 7(057)-173/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 06 ay 05 gün hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-92/2023 saylı, 16 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-92/2023 saylı, 16 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 oktyabr 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və təqsirləndirilən şəxsin barəsində həbs və ev dustaqlığı növündə qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 4(010)-515/2021 saylı, 06 yanvar 2022-ci il tarixli və 4(010)-7/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 06 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmaqla 11 mart 2022-ci il tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri, 11 mart 2022-ci il tarixdə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq 05 (beş) ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bakı şəhər Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 92/2023 saylı, 16 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığını, bununla da təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneçilik törədilməsi ehtimalına əsasların olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin təsdiq edilməsinə və ya dəyişdirilməsinə zərurət olmadığından ləğv edilməli, barəsində qətimkan tədbiri seçilməməli, həbsdə olduğu nəzərə alınmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Stels SlOO-MO” markalı velosipedin zərərçəkmiş şəxs X9 məxsus qaytarılması nəzərə alınmalıdır. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 44 (qırx dörd) iş saatı üçün 264 (iki yüz altmış dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-92/2023 saylı, 16 mart 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 oktyabr 2021-ci il tarixdən 11 mart 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-92/2023 saylı, 16 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-92/2023 saylı, 16 mart 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbsdə olduğu nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış iş bir ədəd “Stels SlOO-MO” markalı velosipedin zərərçəkmiş şəxs X9 məxsus qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 44 (qırx dörd) iş saatı üçün 264 (iki yüz altmış dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-18/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-18/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver