Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-18/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Əİəmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxxx 1995-ci ildə Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası məhkum olunmuş və Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş və ya müvafiq qaydada götürülməmiş, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə və Təqsirləndirilən şəxs2 xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanda qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə və Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya müvafiq qaydada götürülmədən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin pəncərəsindən içəri qanunsuz daxil olaraq mənzildə olan dolabdan 1050 manat pul, bir ədəd 200 manat dəyərində qızıl üzük, bir ədəd 250 manat dəyərində qızıl üzük, bir ədəd 100 manat dəyərində samovar, bir ədəd 50 manat dəyərində laqonda, bir ədəd 50 manat dəyərində perforatoru gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1700 (min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli olaraq talama barədə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 13 mart 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq evin plastik pəncərəsini sındırıb açaraq qonaq otağına qanunsuz daxil olub güzgülü dolabın siyirməsindən Zərərçəkmiş şəxs3 məxsus 2.450 manat pulu gizli olaraq talayaraq hadisə yerindən getmək istəyərkən qonşuluqda yaşayan X1 onu görüb oğurluq etməsini bilərək əmlakı qaytarmasını tələb etməsinə baxmayaraq cinayət yolu ilə əldə etdiyi 2,450 (iki min dörd yüz əlli) manat pulu özündə saxlamaq məqsədi ilə qaytarmayaraq açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, metronun «Əhmədli» stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 mart 2022-ci il tarixdə saat 20:05-də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanda saxlanılaraq ünvan 5ə yerləşən Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 32-ci PB-nə aparılmış və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə olan həmin təmiz çəkisi 0,221 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 iyun 2022-ci il tarixdə saat 12 radəldərində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayın evinin hasarından keçməklə evin açıq qapısından yataq otağına qanunsuz daxil olub tumboçkanın üstündəki əl çantasının içərisindən 215 manat pulu, paltar şkafının siyirməsindən 50 manat dəyərində boyunbağı, bilərzik və sırğa dəstini, 100 manat dəyərində iri firuzəyi qaşlı romb şəkilli sırğaları, 25 manat dəyərində mirvari qaşlı tac formalı üzüyü və 25 manat dəyərində qırmızı qaşlı medalyon forması olan sep sırğa dəstini gizli olaraq talayaraq zərərçəkmiş şəxs X3 ümumilikdə 415 (dörd yüz on beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını açıq talamaq qərarına gələrək 16 iyun 2022-ci il tarixdə saat 23 radələrində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «KHAZAR LX» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşib Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida Sosial» yaşayış sahəsinə getməsini bildirərək həmin ünvanda yerləşən 1-ci binanın arxasına çatdıqdaqn sonra Zərərçəkmiş şəxs2 450 manat dəyərində olan «Redmi 9 A» markalı mobil telefonunu taksi pulunu gətizdirmək üçün danışıb qaytarmaq bəhanəsi ilə götürüb bir qədər aralandıqdan sonra sonuncunun mobil telefonunu geri tələb etməsinə baxmayaraq, həmin mobil telefonu özündə saxlamaq məqsədi ilə qaytarmayaraq açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talama barədə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, cinayət əlaqəsinə girib cinayətin birgə törədilməsinə görə aralarında olan hərəkətlərin icrasından aslı olaraq V.S Əlizadə 13 mart 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış sahə hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq evin plastik pəncərəsini sındırıb açaraq qonaq otağına qanunsuz daxil olub güzgülü dolabın siyirməsindən Zərərçəkmiş şəxs3 məxsus 2.450 manat pulu gizli olaraq talamış, o, isə küçədə dayanıb Təqsirləndirilən şəxs1 «sığorta»lamaq məqsədi ilə ətrafa nəzarət etmiş, cinayəti başa çatdırıb Təqsirləndirilən şəxs1 ilə birlikdə hadisə yerindən getmək istəyərkən qonşuluqda yaşayan X1 onları görüb oğurluq etmələrini bilərək əmlakı qaytarmasını tələb etməsinə baxmayaraq cinayət yolu ilə birgə əldə etdikləri 2.450 manat pulu özlərində saxlamaq məqsədi ilə qaytarmayaraq açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 17 mart 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində istintaqa məlum olmayan şəxsdən 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,214 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 mart 2022-ci il tarixdə saat 20:05 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanda saxlanılaraq ünvan 5ə yerləşən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nə aparılıb orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə olan həmin təmiz çəkisi 0,214 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.1., 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxıb əvvəllər yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsinə gedərək orada gəzib-dolaşıb oğurluq etmək üçün əlverişli şəraiti olan ev axtarmış, tanıdığı Elmir adlı şəxsin yaşadığı ikimərtəbəli yataqxana binasının qarşısından keçəndə yataqxana binasının qapısının qıfılla bağlanıldığın gördükdə içəridə heç kimin olmadığını bilmiş, oradan oğurluq etmək qərarına gəlmişdir. Saat 17:30 radələrində binanın arxa tərəfinə keçib arxa tərəfdəki taxta pəncərəni əli ilə itələyib açdıqdan sonra pəncərədən içəri daxil olub otaqlardan birinə daxil olub qiymətli əşya və pul axtarmağa başlamışdır. Otaqda olan dolabın içərisində pul, iki ədəd qızıl üzük olduğunu görüb götürərək cibinə qoymuş, 1 ədəd samovar, 1 ədəd laqonda və 1 ədəd perforator tapıb samovarı, perforatoru və laqondanı isə özündə olan kisəyə qoyub yenə də pəncərədən küçəyə çıxaraq yataqxana binasından uzaqlaşıb yaşadığı evə getmişdir. Pulları sayıb 100 manat olduğunu bilmiş, perforatoru və laqondanı yaşadığı evə aparıb çarpayısının altına qoymuşdur. Səhəri günü Sabunçu rayonundakı bazara gedib yataqxanadan oğlurladığıi iki ədəd qızıl üzüyü orada tanımadığı təxminən 45 yaşlı, orta boylu, orta bədənli şəxsə özünün olduğunu deyib 150 manata satmış, pulları öz ehtiyacı üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bir evin qarşısından keçəndə evin həyət qapısının açıq olduğunu, evdə olanların toya getməyə hazırlaşdıqlarını görüb oradan oğurluq etmək qərarına gələrək bir qədər kənarda dayanıb evdəkilərin toya getmələrini gözləmişlər. Saat 17 radələrində evdə olanlar hamısı avtomobillərə əyləşərək getdikdən sonra evdə heç kimin olmadığına, ətrafa baxıb ətrafda heç kim olmadığına əmin olandan sonra Təqsirləndirilən şəxs2 gələn olarsa ona xəbər verməsi üçün küçədə dayanıb gözləmiş, o, isə hasardan aşaraq həyətə daxil olmuş, evin yan pəncərəsini əli ilə itələyib açaraq pəcərədən evin içərisinə daxil olmuşdur. Evin birinci mərtəbəsindəki qonaq otağında olan güzgünün altındakı siyirmələri axtarmağa başlamış, orta siyirməni qabağa çəkərkən siyirmədə bağlı paketin içərisində nəyinsə olduğunu görmüş, paketin içərisində pul olduğunu bilərək götürmüşdür. Siyirmədə açıq halda da pulun olduğunu görüb götürərək evdən çıxmışdır. Hasardan aşıb küçəyə düşəndə yaxınlıqdakı həyətdən bir nəfər kişinin çıxdığını görmüş, qonşu olduğunu bilmişdir. Qonşu həyətdən çıxan şəxsi Təqsirləndirilən şəxs2 də görmüş, hərəsi bir tərəfə qaçaraq oradan uzaqlaşmışlar. Qaçıb oradan uzaqlaşandan sonra tam sakit bir yerdə evdən oğurladığı pulu cibindən çıxarıb saydıqda paketdəki pulun 450 manat, açıq halda olan pulun 2.000 manat olduğunu bilib cibinə qoymuşdur. Təqsirləndirilən şəxs2 hara getdiyini bilməmiş, sonradan da Təqsirləndirilən şəxs2lə görüşməmişlər. Oğurladığı cəmi 2.450 manat pul onda qalmış, bir neçə gündən sonra Sabirabad rayonunun Yenikənd kəndinə dostlarının yanına getmiş, orada görüb bəyəndiyi «Vaz-210063» markalı avtomobil 1.400 manata alıb həmin **-BC- *** dövlət qeydiyyat nişanlı «Vaz-210063» markalı avtomobil avtomobillə Bakı şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat 20:05 radələrində ünvan 7 ünvanın yaxınlığı ilə hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı RPl-nin 32-ci PB-nə aparmışlar. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuş, videoçəklişdə üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunduqdan sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bər əşya, alət və vasitə varsa təqdim eməsi təklif olunmuşdur. Əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olan narkotik vasitə heroini çıxırıb polis əməkdaşlarına təqdim etmiş, heroini 17.03. 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata alaraq narkotik vasitə istifadəçisi olduğu üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqdim etdiyi bir büküm heroin polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qoyulub zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edib ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənərək zərfin üzərini və protokolu imzalamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində piyada gəzərkən saat 12 radələrində Axundov küçəsindən keçəndə bir həyət evinin giriş-çıxış qapısının qıfılla bağlı olduğunu görmüş, qapının bağlı olmasından evdə heç kimin olmadığını bilmişdir. Ətrafda heç kimin olmadığına, onu heç kimin görmədiyinə tam əmin olduqdan sonra həyətin hasarının çöl tərəfindən olan borudan tutub dırmaşaraq tez həyətə girmiş, həyətdəki ikimərtəbəli yaşayış evinin giriş-çıxış qapısını yoxlayıb qapının açıq olduğunu görmüş, qapını açıb dərhal evin ikinci mərtəbəsinə qalxıb ikinci mərtəbənin ensiz kolidoru ilə gedib yataq otağına daxil olmuşdur. Yataq otağındakı tumboçkanın üstündə olan qadın əl çantasını açıb baxanda içərisində pul olduğun görüb tez pulu götürüb cibinə qoymuş, paltar şkafının siyirməsini çəkib baxanda siyrmədə bujiteriya bəzək əşyalarının olduğunu götürüb onları da götürmüş, evi axtarsa da başqa qiymətli əşya tapa bilməmiş, kimsə görməsin deyə, tez evdən çıxıb, yenə də hasardan aşıb küçəyə düşərək tez oradan uzaqlaşmışdır. Pulları sayanda 215 manat olduğunu bilmiş, bijuteriya əşyalarının iri qaşlı romb şəkilli sırğalar, qaşlı tac formalı üzük və qaşlı medalyon forması olan sep və sırğa dəsti olduğunu görmüş, oradan bir başa metronun «Neftçilər» stansiyasının yanına gedib bijuteriya əşyalarını tanımadığı bir nəfər şəxsə 50 manata satmış, pulları öz tələbatı üçün xərcləmişdir. Bundan əlavə, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə oğurluqla əlaqədar əməllərin törədilməsini etiraf edərək, səmimi peşman olduğunu bildirmiş, lakin o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək bildirdi ki, narkotik vasitələri olan şüşə və kokosdan istifadə etmişdir. Hadisə olan gün də narkotikdən istifadə etmişdir. Lakin üzərində heç bir narkotik vasitəsi olmamışdır. Sadəcə olaraq bölmədə yıxılmış və durandan sonra üzərində olduğunu bilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi boynuna qoyulmaması üçün məcburən boynuna almalı olmuşdur. Sonda o, törətmiş olduğu əmələ görə səmimi peşman olduğunu, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 180.2.1., 180.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16-radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul etdikdən sonra birlikdə Qaraçuxur qəsəbəsində gəzərkən bir fərdi yaşayış evinin qarşısından keçəndə evin həyət qapısının açıq olduğunu, evdə olanların toya getməyə hazırlaşdıqlarını görüb həyətdə olanlar avtomobillərə oturub şadlıq sarayına yola düşəndə Təqsirləndirilən şəxs1 ilə avtomobillərin qarşısını kəsib el adətinə görə «şirinlik» istəməyə çalışsalar da bir qədər gecikmişlər. Bir nəfər kişi evin həyət qapısını bağladıqdan sonra avtomobilə əyləşib toya gedən avtomobillərin arxasınca getmişdir. Təqsirləndirilən şəxs1 ilə həmin evin qapısının yaxınlığında dayanarkən Təqsirləndirilən şəxs1 evdə heç kimin olmadığını deyərək evdən oğurluq etməyi təklif etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 fikrindən daşındırmaq istəmiş, lakin Təqsirləndirilən şəxs1 «qorxma» deyərək cəld bir hərəkətlə hasardan aşaraq həyətə keçmiş, o, isə kənarda dayanıb Təqsirləndirilən şəxs1 gözləmişdir. Təqsirləndirilən şəxs1 evdən oğurlayacağı əmlak aralarında yarı bölünəcəkdi. Təxminən 10-15 dəqiqədən sonra Vüsal hasardan aşaraq küçəyə çıxdıqda qonşu həyətdən bir nəfər cavan oğlan çıxmış və Təqsirləndirilən şəxs1 hasardan aşaraq həyətdən çıxdığını görmüşdür. Təqsirləndirilən şəxs1 də qonşu həyətdən çıxan cavan oğlanı görmüş və qaçaraq oradan uzaqlaşmağa başlamışdır. Qonşu həyətdən çıxan oğlan Təqsirləndirilən şəxs1 arxasınca qaçıb qışqıraraq uca səslə Vüsala «dayan» desə də Vüsal dayanmadan qaçaraq oradan uzaqlaşmışdır. Qonşu həyətdən çıxan oğlanı, Təqsirləndirilən şəxs1 qaçdığını görüb həyəcanlanaraq başqa tərəfə qaçaraq oradan uzaqlaşmışdır. Sonradan Təqsirləndirilən şəxs1 görməmiş, görüşməmişlər, Təqsirləndirilən şəxs1 evdən nə oğurladığını bilməmiş, Təqsirləndirilən şəxs1 həmin evdən pul oğurladığını sonradan öyrənib bilmişdir. Qonşu həyətdən çıxan oğlan Təqsirləndirilən şəxs1 görməsəydi və Təqsirləndirilən şəxs1 oradan qaçmasaydı əlbir olduqlarına görə oğurluq əmlak da aralarında böləcəkdilər. xx.xx.2022-ci il tarixdə saat 20:05 radələrində ünvan 7 ünvanın yaxınlığı ilə hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu deyərək onu Bakı şəhəri Suraxanı RPl-nin 32-ci PB-nə aparmışlar. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərar elan-olunmuş və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya və vasitə varsa təqdim etməsi təklif olunduqda əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroini olduğunu, heroini 17 mart 2022-ci il tarixdə Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerdən taparaq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir, təqdim etdiyi bir büküm heroin polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olduqdan sonra tərtib olunan protokolu və möhürlənən zərfin üzərini imzalamışdır. Narkotik vasitə qəbul etsə də heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sonda əməlindən peşman olduğunu, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.3- və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CMnin 180.2.1-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, özlərinin etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, icarə əsasında «Khazar XL» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksi fəaliyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Babək prospektindəki «Azpetrol» yanacaq doldurma məntəqsinin yaxınlığında iki nəfər tanımadığı kişi cinsli şəxslər onları Suraxanı rayonu, Hövsan qəsəbəsindəki «Mida Sosial» evlərə aparıb geri qaytarmasını xahiş etmiş, biri qabaq oturacaqda, digəri isə arxa oturacaqda sol tərəfdən əyləşmişdir. Deyilən yerə, Suraxanı rayonu, Hövsan qəsəbəsində «Mida Sosial» evlərə çatanda arxa oturacaqda əyləşən cavan oğlan binanın arxasında avtomobili saxlatdırıb üzərində pul olmamasını, guya kiminləsə danışıb pul gətizdirəcəyini deyərək mobil telefonunu istədikdə 450 manat dəyərində «Redmi 9A» markalı, **********35746 və **********35753 İME kodlu mobil telefonunu danışması üçün həmin oğlana vermişdir. Həmin oğlan avtomobildən düşüb telefonu qulağına tutub uzaqlaşmağa başladıqda ondan şübhələnib çağıraraq telefonunu verməsini tələb etsə də həmin şəxs telefonunu qaytarmayaraq oradan qaçıb binaların arasında gözdən itmişdir. Bir qədər onun arxasınca getmiş, lakin tapa bilməyib geri qayıtmışdır. Avtomobilə çatanda qabaqda oturan oğlanın da artıq çıxıb getdiyini görmüş, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin şəxs ona hər hansı bir iti alətlə hədə-qorxu gəlməmiş, 70 manat pulunu ələ keçirməmiş, yalnız telefonunu danışmaq adı ilə alaraq oradan qaçıb uzaqlaşmışdır. Avtomobildə qabaq oturacaqda əyləşmiş oğlanın isə bu hadisəyə heç bir aidiyyəti olmamışdır. Hadisədən sonra Suraxanı RPİ-nin 30-cu PŞ-də araşdırma zamanı polis əməkdaşları bir fotoşəkil göstərib tanıyıbtanımadığını soruşmüş, fotoşəkildəki şəxsin mobil telefonunu ələ keçirmiş şəxs olmasını dərhal görüb tanımış, həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu PŞ-də öyrənib bilmişdir. Ona qarşı heç bir zor tətbiq edilmədiynə görə heç bir xəsarəti yoxdur, ekspert müayinəsindən keçmək istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qızı Xədicə Novruzovanın toy məclisi olmuş, saat 17 radələrində ailə üzvləri ilə birlikdə evdən çıxmış, həyətinin giriş-çıxış qapısını özündə olan açarla bağlayıb avtomobillərə əyləşərək şadlıq sarayına yollanmışlar. Evdən çıxanda küçədə evindən bir qədər aralıda iki nəfər cavan oğlanların dayandıqlarını görmüş, küçədə gördüyü iki nəfər cavan oğlanın küçələrinin sakinləri olmadıqlarını, onları küçələrində, evlərinin yaxınlığında birinci dəfədir ki, görmüş, ona görə də həmin şəxslərdən şübhələnmişdir. Şadlıq sarayına gedərkən qonşusu Əşrəfə zəng vurub «evdən çıxanda küçədə, evimizin yaxınlığında iki nəfər cavan oğlan dayanmışdı, onlardan şübhələndim» demiş, Əşrəfdən evinə baş çəkib nəzarət etməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Əşrəf zəng vurub ona həyətinin hasarından bir nəfərin tullanıb qaçdığını, arxasınca qaçsa da tuta bilmədiyini dedikdə şadlıq sarayından çıxıb evinə getmişdir. Həyət qapısı bağlı olduğu üçün qapını özündə olan açarla açıb həyətə daxil olmuş, evin ətrafına baxmış, evin pəncərəsinin birinin yarımaçıq vəziyyətdə olduğunu görmüşdür. Evin qapısını da özündə olan açarla açıb evə daxil olduqdan sonra birinci mərtəbədə zalda olan güzgünün orta siyirməsinin qabağa çəkildiyini, siyirmənin içərisində olan əşyaların səliqəsiz halda olduğunu görüb birinci olaraq həmin siyirməyə baxmış siyirmədə paketin içərisində 450 manat və açıq halda 2000 manat pulunun yerində olmadığını gördükdə pulunun oğurlandığını bilmiş və bu barədə Din-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Oğurluq nəticəsində ona 2.450 (iki min dörd yüz əlli) manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda yerləşən ikimərtəbəli evində tək yaşayır. xx.xx.2022-ci il tarixdə saat 11 sadələrində evdən çıxıb bazara gedərkən həyət qapısını qıfıl ilə bağlamış, təxminən saat 13 radələrində evə qayıtdıqdan sonra bir qədər ev işləri ilə məşğul oldub sonra ikinci mərtəbəyə qalxdıqda yataq otağının qapısının açıq olduğunu, otağa girəndə isə otağın dağıdılıb axtarıldığını görmüşdür. Dərhal tumboçkanın üstündə olan əl çantasının içərisində saxladığı 215 manat pulumun yerində olubolmadığını yoxlamış, pulunun oğurlandığını bilmişdir. Sonra isə paltar şkafının siyirməsində saxladığı bijuteriyaları yoxladıqda 200 manat dəyərində olan müxtəlif çeşidli, 50 manat dəyərində olan boyunbağı, bilərzik və sırğa dəstinin, 100 manat dəyərində olan iri firuzəyi qaşlı romb şəkilli sırğalarnın, 25 manata aldığı mirvari qaşlı tac formalı üzük və 25 manata aldığı qırmızı qaşlı medalyon forması olan sep və sırğa dəstinin də oğurladığını bilmişdir. Oğurluq nəticəsində ona 415 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində şəxsi işləri ilə əlaqədar yaşadığı yataqxanadakı mənzilinin pəncərə və qapısını bağlayaraq çıxmış, saat 18:30 maddələrində qayıdarkən yataqxananın giriş qapısı bağlı olduğundan yataqxananın arxa tərəfinə keçdikdə mənzilinin taxtadan olan pəncərəsinin açıq vəziyətdə olduğunu görmüşdür. Mənzilindən oğurluq olmasından şübhələnmiş, mənzilə daxil olduqda əşyalarının dağınıq vəziyyətdə olduğunu görüb əşyalarının yerində olub-olmamasını yoxladıqdan sonra 1050 manat pulunun, bir ədəd samovarının, bir ədəd laqonda və bir ədəd perforatorun iki ədəd qızıl üzüyünün yerində olmadığını bilmişdir. DİN-nin 102 xidmətinə zəng vurub hadisə zarədə məlumat vermiş, Sabunçu rayon Polis İdarəsinin 13cü PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022ci il tarixli 9/6258 nömrəli rəyində göstərildiyi kimi, 1 ədəd təxminən 5 litr tutumlu, istifadə olunmuş samovarın qiymətinin-130,00 manat, 1 ədəd qara rəngli üzərində «LEVENTİN MŞU-1.1-125 1100 bt» yazılan olan laqondanın qiymətinin 45,00 manat, 1 ədəd üzərində «KEN 2830G 750W» yazısı olan preparatorun qiymətinin 70,00 manat olması ilə razıdır. Oğurluq nəticəsinə ona 1295 (min iki yüz doxsan beş) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPl-nin 32-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edən, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvandan oğurluq hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixdə kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid4 ilə birlikdə oğurluğu törətmiş şəxslərin müəyyən edilməsi məqsədi ilə xidməti ərazidə xidmət apardıqları zaman saat 20:05 radələrində ünvan 7 nömrəli evin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini şübhəli aparmaları diqqəti cəlb etmiş, onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitə əldə edib, saxlama və daşımaqda şübhəli olduqlarını bildirib onları Bakı şəhəri Suraxanı RPl-nin 32-ci Polis bölməsinə aparmışlar. PB-nə gəldikdən sonra inzibati binada xidməti otaqlardan birində Təqsirləndirilən şəxs2 şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heron olduğunu bildirmiş və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülümüş büklünü təqdim edib bükümün içərisindəki heroini xx.xx.2022-ci il tarixdə Qaraçuxur qəsəbəsində yerdən tapdığını, özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bilirmişdir. Təqdim olunan bir ədəd büküm açılıb baxıldıqda bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş, təqdim olunan bir ədəd bükümü bir ədəd zərfə qoyularaq zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi bir ədəd bükümdən başqa heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu il tanış olub protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Bundan sonra isə PB-nin inzibati binasında xidməti otaqlardan birində Təqsirləndirilən şəxs1 şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heronin olduğunu bildirmiş və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü təqdim edərək bükümün içərisindəki heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhərində metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata alaraq özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bükümü açılıb baxıldıqda bükümün içərisində narkotik vasitə` heroinə oxşar kütlə olduğu müəyyən edilmiş və bir ədəd büküm bir ədəd zərfə qoyularaq zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi bir ədəd bükümdən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən bir bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülməsi haqqında protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis bölməsində kiçik əməliyat müvəkkili vəzifəsində xidmət edən, polis baş serjantı Şahid4 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadəsində təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda yaşayır, Zərərçəkmiş şəxs3 qonşusudur və normal münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs3 qızı Xədicə Novruzovanın toy məclisi keçirilmişdir. Gəlin avtomobili həyətdən çıxıb şadlıq sarayına yola düşəndən bir qədər sonra Zərərçəkmiş şəxs3 zəng vurub gəlin avtomobilinin arxasınca küçəyə çıxanda evlərinin yanında iki nəfəri gördüyünü, həmin şəxslərin məhəllə adamları olmadıqların, onlardan şübhələndiyini demiş, evinə baxıb nəzarət etməsini xahiş etmişdir. Bundan sonra evdən küçəyə çıxmış, həmin vaxtı saat 18 radələri olmuşdur. Fuadın həyətindən səs gəlibgəlmədiyini yoxlamaq üçün sonuncunun evinə tərəf getdiyi vaxtı bir nəfər oğlanın Zərərçəkmiş şəxs3 həyətinin hasarından tullanaraq küçəyə çıxıb qaçdığını görüb həmin şəxsin oğurluq etməsini bilərək arxasınca qaçmış, sonra isə dayanıb əmlakı qaytarmasını tələb etmiş, lakin həmin şəxs üzünü çevirmədən qaçıb uzaqlaşmışdır. Zərərçəkmiş şəxs3 evindən çıxıb hasarı aşaraq qaçan oğlanı ancaq arxadan görə bilmiş, sifətini görməmişdir. Orada olan ikinci bir şəxs onun həyətdən çıxan şəxsin arxasınca qaçdığını gördükdə o da oradan qaçaraq uzaqlaşmış, ikinci şəxsin də sifətini görməmiş, yalnız arxadan görmüşdür. DİN-nin 102 xidmətinə və Zərərçəkmiş şəxs3 özünə zəng vurub bu barədə məlumat vermiş, Zərərçəkmiş şəxs3 evinə qayıdıb gəlmiş, evinə baxandan sonra evindən 2450 manat pulunun oğurlandığını müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanda yaşayır, təxminən üç il olar ki, Bakı şəhərində metronun «Neftçilər» stansiyasının yaxınlığında telefon mağazasında işləyir. Müştəri mağazaya gəlib telefon satmaq istədikdə müştərinin şəxsiyyət vəsiqəsini tələb edir, şəxsiyyət vəsiqəsinin surətini çıxarıb mağazada saxlayaraq, bundan sonra telefonu alır. 2022-ci ilin iyun ayının axırlarında bir nəfər tanımadığı cavan oğlan işlədiyi telefon mağazasına gələrək «Redmi 9A» markalı, **********35746 və **********35753 İME kodlu mobil telefonu göstərib telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmiş, həmişə olduğu kimi şəxsiyyət vəsiqəsini tələb edib şəxsiyyət vəsiqəsinin surtəini çıxarıb telefon satmaq istəyən Təqsirləndirilən şəxs1 «Redmi 9A» markalı telefonu 50 manta almış və üç gün mağazanın vitrinində satışda qaldıqdan sonra başqa bir nəfər müştəriyə satmışdır. Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi mağazada qalmışdır. Vüsal Əldizadənin satdığı «Redmi 9A» markalı mobil telefonun cinayət yolu ilə əldə olunduğunu bilməmişdir. Cinayət işinin 1-ci cildinin 45-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 iyul 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 45-49-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-405/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 05 iyul 2022-ci il tarixindən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 62-65-ci vərəqlərində olan “baxış keçirilməsi barədə” 13 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 13 mart 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq evin plastik pəncərəsini sındırıb açaraq qonaq otağına qanunsuz daxil olub güzgülü dolabın siyirməsindən Zərərçəkmiş şəxs3 məxsus pulu götürmüşlər. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 mart 2022-ci il tarixdə, saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 115-116-cı vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edildi. Bu təklifdən sonra İlham Musatafayev əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş 1 ədəd bükümün içərisində narkotik maddə heroini təqdim edərək 17 mart 2022-ci il tarixində Suraxanı rayonu, Qaraçuxur səbəsində yerdən tapmasını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirdi, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd ağ rəngli sellofana bükülümüş kümün içərisində narkotik maddə olan heroini açdıqda narkotik maddə olan heroin olması aşkar ildi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisidə narkotik vasitə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 196 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cİnayət işinin 1-ci cildinin 136-cı vərəqində olan 20 mart 2022-ci il tarixli “diskə baxış keçirlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs2 üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs2 üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş narkotik vasitə heroin olduğunu bildirir və bundan sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş büklünü çıxarıb təqdim edir və bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerdən tapdlığını, öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi 01 (bir) bükümdən başqa heç nə aşkar edilmir. Cinayət işinin materiallarının 1-ci cildinin 151-152-ci vərəqlərində olan 20 mart 2022ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs2 həbsdən azad edilərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə və Suraxanı RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 153-154-cü vərəqlərində olan 20 mart 2022ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 200-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 mart 2022-ci il tarixdə, saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 204-205-ci vərəqlərində olan 18 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş 1 ədəd bükümün içərisində narkotik maddə heroini təqdim edərək 17 mart 2022-ci il tarixində Bakı şəhəri. Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 10 manat məbləğində pula almasını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd ağ rəngli sellofana bükülümüş bükümün içərisində narkotik maddə olan heroini açdıqda narkotik maddə olan heroin olması aşkar edildi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisidə narkotik vasitə olan heroinə bənzər maddə cinayət , təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 196 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 229-cu vərəqində olan 20 mart 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş disk DVD formatlıdır. Disk xidməti iş otağımda olan kompyüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X6” proqramı vasitəsi ilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs1 üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş narkotik vasitə heroin olduğunu bildirir və bundan sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş büklünü çıxarıb təqdim edir və bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda metoronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi 01 (bir) bükümdən başqa heç nə aşkar edilmir. Cinayət işinin materiallarının 1-ci cildinin 245-246-cı vərəqlərində olan 20 mart 2022ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs1 həbsdən azad edilərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə və Suraxanı RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 247-ci vərəqlərində olan 20 mart 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 63-65-ci vərəqlərində olan “baxış keçirilməsi barədə” 03 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 03 mart 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin pəncərəsindən içəri qanunsuz daxil olaraq mənzildə olan dolabdan 1050 manat pul və 02 ədəd qızıl üzüklər oğurlanmışdır. Cinayət işinin 2-ci cildinin 107-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 aprel 2022-ci il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 117-121-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 17 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarının 2-ci cildinin 144-145-ci vərəqlərində olan 18 aprel 2022ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Sabunu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Fərid Soltanlının vəsatətinin müdafiə edilməsindən rədd edilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 saxlanıldığı MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsi həll edilməsi və qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi təmin edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 2-ci cildinin 146-147-cü vərəqlərində olan 18 aprel 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 179-182-ci vərəqlərində olan “baxış keçirilməsi barədə” 10 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 10 iyun 2022-ci il tarixdə saat 12 radələrində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayın evinin hasarından keçməklə evin açıq qapısından yataq otağına qanunsuz daxil olub tumbuçkanın üstündəki əl çantasının içərisindən 215 manat pulu, paltar şkafının siyirməsindən 50 manat dəyərində boyunbağı, bilərzik və sırğa dəstini, 100 manat dəyərində iri firuzəyi qaşlı romb şəkilli sırğaları, 25 manat dəyərində mirvari qaşlı tac formalı üzüyü və 25 manat dəyərində qırmızı qaşlı medalyon forması olan sep sırğa dəstini gizli olaraq talayaraq zərərçəkmiş şəxs X3 ümumilikdə 415 (dörd yüz on beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 2-ci cildinin 224-232-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 02 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 124-128-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/1580 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs2» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,214 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi 0,214 qram, təhqiqata sərf edildi -0,05 qram, qalıq 0,164 qramdır. Cinayət işinin 1-ci cildinin 213-217-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/1581 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs1 (imza)» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,221 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi 0,221 qram, təhqiqata sərf edildi -0,05 qram, qalıq 0,171 qramdır. Cinayət işinin 2-ci cildinin 212-213-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X11- Narkoloji tibbi yoxlama ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4645 nömrəli rəyində göstərilmişdir ki, «müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 3-cü cildinin 43-44-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X11- Narkoloji tibbi yoxlama ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4883 nömrəli rəyində göstərilmişdir ki, «müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 210-211-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsi tərəfindən verilimş xx.xx.2022-ci il tarixli 2241 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda şəxsiyyətin emosional-davamsız tip pozuntusu F-60.3 müəyyən edilir, cinayəti törədərkən onda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cildinin 26-28-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsi tərəfindən verilimş xx.xx.2022-ci il tarixli 2362 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 emosional-davamsız şəxsiyyət pozuntusu (F.60.3) aşkar olunur, aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. İttiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cildinin 22-24-cü vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/6258 nömrəli rəydə göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir; 1 ədəd təxminən 5 litr tutumlu, istifadə olunmuş samovar-130,00 manat, 1 ədəd qara rəngli üzərində «LEVENTİN MŞU-1.1-125 1100 bt» yazıları olan laqondanın üzərində istismar xarakterli qüsurlar (cızıqlar və s.) olmaqla 45,00 manat, 1 ədəd üzərində «KEN 2830G 750W» yazısı olan preparator uzun müddət istifadə olub, üzərində istismar xarakterliqüsurlar (cızıqlar, boya qopuqları və S.) olmaqla 70,00 manatdır. Cinayət işinin 3-cü cildinin 29-39-cu vərəqlərində olan Azərbaycan Respublikası DİNnin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 22/634K nömrəli rəydə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 12 ünvanda yaşayan Zərərçəkmiş şəxs4 evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 03 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdı, tədqiqatda vət. Təqsirləndirilən şəxs1 adına olan əl əksləri (daktiloskopik xəritəsi) müqaisəli tədqiqat aparılması üçün yararlıdır, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əlbarmaq izi 16.061995-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin adsız və çeçələ barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdi. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izləri DİN-nin ADİSin məlumat bankındakı şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş vət.Təqsirləndirilən şəxs1 əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cildinin 11-12-ci vərəqlərində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamdən görünür ki, Təqsirləndirilən şəxs1 Saleş oğlu Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmaqla məhkumluğu ödənilməmiş və ya müvafiq qaydada götürülməmişdir. Cinayət işinin 1-ci cildinin 164-166-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 03 ay 26 gün vaxtından əvəz azad edilmiş, xx.xx.2017-ci ildə cəza müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 2-ci cildinin 151-ci vərəqində olan Zərərçəkmiş şəxs1 tərəfindən Sabunçu Rayon Polis İdarəsinə vermiş olduğu xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 03 mart 2022-ci il tarixində yaşadığı evdən özünə məxsus 1050 manat pul, 02 ədəd qızıl üzük, 01 ədəd samovar, 01 ədəd laqonda və 01 ədəd preparator naməlum şəxs tərəfindən oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 törətmişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 atası tərəfindən ona bötüvlükdə ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin 2-ci cildinin 13-cu vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-104/2019 saylı, 20 fevral 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-132/2021 saylı, xx.xx.2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 ərizəsi təmin edilməsi və çəkilməmiş 01 il 15 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs4 Qəmbər qızı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli verilmiş ərizəyə əsasən, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti olmadığını və məhkəmə iclaslarına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli verilmiş ərizəyə əsasən, təqsirləndirlən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənilməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli verilmiş ərizəyə əsasən, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli verilmiş ərizəyə əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, növbəti iclaslara onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Rusiya Federasiyasının X8koloji dispanserin xx.xx.2020ci il tarixli epikrizə əsasən, X7 qalxanvari vəzin sağ hissəsinin xərçəngi, xərçəngin mikrometastazı diaqnozu qoyulmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, X5 odlu silahdan açılan qəlpə yarasının qəlpə yarası nəticəsində sağ düz oynağının ankilozusu, sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, ətrafın 5 sm qısalması diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. Əlillik səbəbi Azərbaycan Respublikası ərazi bütövlüyünün uğrunda döyüşlərdə iştirak etməsi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnaməyə əsasən, 17 dekabr 1993-cü il tarixində Fizuli rayonunda gedən hərbi əməliyyatlar zamanı bud sümüyünün sınması ilə sağ budun odlu silahdan açılan qəlpə yarasını almışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə 180.2.1-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 18 mart 2022-ci il tarixində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,221 qram, Təqsirləndirilən şəxs2 18 mart 2022-ci il tarixində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,214 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlin törədilməsində zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını və zərərçəkmiş şəxslərin bir qisminə vurulan ziyanın ödəməsini, atasının “Qarabağ müharibəsi” iştirakçısı olmasını və əlil olmasını cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlin törədilməsində təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxslərin bir qisminə vurulan ziyanın ödəməsini, cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci, 180.2.3cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-104/2019 saylı, 20 fevral 2019-cu il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs1 Bakı şəhər, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-104/2019 saylı, 20 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilib, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 132/2021 saylı, xx.xx.2021 saylı qərarı ilə çəkilməmiş 01 il 15 gün müddətində cəzasından şərti olaraq azad edildiyindən onun cəzasının sonu xx.xx.2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini xx.xx.2022-ci il, 13 mart 2022-ci il və 18 mart 2022-ci il tarixlərdə törədərkən o, cəzadan vaxtından əvvəl azad olunduğu dövrdə törətdiyindən onun əməlində cinayətin residivini yaranır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-132/2021 saylı, xx.xx.2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 çəkilməmiş 01 il 15 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 76.6.3-cü maddəsi ilə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum: qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Belə olan halda Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 1(008)-104/2019 saylı hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 15 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-132/2021 saylı, xx.xx.2021 saylı qərarı ləğv edilməli və ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə təyin edilmiş təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, eyni qərarla təyin olunmuş və çəkilməmiş 01 (il) 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 16 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixədək 02 gün müddət və tutulduğu 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək olan 02 gün müddət, ümumilikdə şübhəli şəxs qismində tutulduğu 04 gün müddət təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 iyul 2022-ci il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmalı, məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 18 mart 2022-ci il tarixdən 20 mart 2022-ci il tarixədək 02 gün müddət təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində çəkilməsi üçün qəti olaraq, azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 30 yanvar 2024-cü ildən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dərhal həbs edilməli, onun həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış- Təqsirləndirilən şəxs1 götürülmüş, bir ədəd samovar, «LEVENTİN MŞU-1.1-125 1100 BTT» yazıları olan laqonda, 1 ədəd üzərində «KEN 2830G 750W» yazısı olan preparator Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış «Vaz-210063» markalı avtomobil duracağında saxlanılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.2-ci və 180.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları əhatə etmək yolu ilə, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, eyni qərarla təyin olunmuş və çəkilməmiş 01 (il) 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 03 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 16 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixədək 02 gün müddət və tutulduğu 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək olan 02 gün müddət, ümumilikdə şübhəli şəxs qismində tutulduğu 04 gün müddət Təqsirləndirilən şəxs1 təyin edilən 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 18 mart 2022-ci il tarixdən 20 mart 2022-ci il tarixədək 02 gün müddət Təqsirləndirilən şəxs2 təyin edilən 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 30 yanvar 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 0,171 qram olan narkotik vasitə-heroin və 0,164 qram olan narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış- Təqsirləndirilən şəxs1 götürülmüş, bir ədəd samovar, «LEVENTİN MŞU-1.1-125 1100 BTT» yazıları olan laqonda, 1 ədəd üzərində «KEN 2830G 750W» yazısı olan preparator Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış «Vaz-210063» markalı avtomobil duracağında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-18/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-18/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver