Məhkəmə qərarları › İş №1(010)-180/2019

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-180/2019

24.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-180/2019 24.12.2019 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, fəaliyyət qabiliyyəti olmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 2019-cu il tarixdə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1987-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonunun Başarat kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndələn küçəsi, 8 nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində X7 mülkiyytində, etibarnamə əsasında isə faktiki olaraq X1 olan “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi ilə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1ci bəndinin tələblərini pozmuş, bundan sonra isə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi ilə hərəkətdə olub 114 nömrəli məktəb istiqamətində dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, mövcud şəraitdə hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, dönmə əməliyyatı apararkən avtomobili öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, avtomobili yolun sol ehtiyyat hissəsinə çıxartmamalı və avtomobilin yolun sol ehtiyyat hissəsinə çıxmasına səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunlara riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobilin qabaq sol tərəfi ilə yolun sol ehtiyyat hissəsində dayanmış xx xxxxxxxx 2008-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ona sağ bud sümüyünün qapalı yerdəyişən sınığı nəticəsində sağ incik sinirinin zədələnməsi fonunda sağ diz və sağ aşıq-baldır oynağında güclü dərəcəli kontraktura (50%) kimi ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50%) hissəsinin itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə onun sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 3 ildir Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində yerləşən avtoyuyucuda işləyir. Avtomobilləri yuduqdan sonra quruması üçün onları adətən bir qədər sürür. xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində Rəşad adlı şəxs, tanışı Qabilə məxsus “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili yuduzdurmaq üçün işlədiyi avtoyuyucuya gətirmişdir. Avtomobili yuduqdan sonra Rəşadın icazəsi ilə avtomobilin suyunu tökmək üçün onu sürmüşdür. Həmin vaxt avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə ondan başqa heç kim olmamışdır. Avtomobili idarə edə bilsə də, lakin onun sürücülük vəsiqəsi yoxdur. Qeyd etdiyi avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi ilə təxminən 40 km/saat sürətlə idarə edib sağa, yəni 11 nömrəli binanın qarşısına dönüb təxminən 40 metr irəli hərəkət etmiş, həmin vaxt yolun solunda yanında təxminən 11 yaşlarında bir oğlan və bir qız uşağı olan qoca bir qadının dayandığını görmüşdür. İdarə etdiyi avtomobillə həmin şəxslərə yaxınlaşdıqda, oğlan uşağı yaşlı qadının əlindən çıxıb yola qaçmış və bu zaman yolun hərəkət hissəsində, ehtiyyatsızlıqdan avtomobilin qabaq sol hissəsi ilə həmin uşağı vurmuşdur. Xəstəxanaya aparmaq üçün dərhal həmin uşağı idarə etdiyi avtomobilə əyləşdirmiş, lakin yaxınlıqda olan qonşular uşağı aparmağa icazə verməmişlər, ondan uşağın atası Hikmətin gəlməsini gözləməsini tələb etmişlər. Təxminən 4-5 dəqiqədən sonra uşağın atası Hikmət adlı şəxs hadisə yerinə gəlmiş, oğlunun vurulması səbəbindən əsəblərini cilovlaya bilməyib onun idarə etdiyi avtomobilə təpik zərbələri endirmiş, lakin avtomobil zədələnməmişdir. Hadisə işlədiyi avtoyuma məntəqəsindən 300-400 metr məsafəlikdə baş verdiyindən bir az qabağa gedib tanışı Rəşadı çağırmışdır. Eyni zamanda baş vermiş hadisədən sonra həddindən artıq həyacanlı olduğundan, avtomobil idarə etmək iqtidarında olmadığından taksi fəaliyyəti ilə məşğul olan Pərviz adlı şəxsə zəng edib sonuncunun avtomobili ilə həmin uşağı, atası Hikmətlə birlikdə 3 saylı X8 aparmışdır. Xəstəxanada, idarə etdiyi avtomobillə ehtiyyatsızlıqdan vurduğu Fikrət adlı uşağın ayağının sındığı məlum olmuşdur. Həmin günün axşamı Rəşad və “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Qalib xəstəxanaya gələrək uşağa baş çəkmişlər. Orada uşağın atası Hikmət, uşağının müalicə xərclərini çəkəcəyi təqdirdə ondan şikayətçi olmayacağını bildirmişdir. Buna görə də o, “Mercedes Benz 190” markalı, ** CK *** nömrəli avtomobilini 3.000 manata sataraq həmin pulun hamısını Hikmətin oğlu Fikrətin müalicəsinə xərcləmişdir. Belə ki, 3-4 ay ərzində Fikrətin dərmanlarına, müalicəsinə, yeməyinə və s. xərclərinə ümumilikdə 3.000 manat xərc çəkmişdir. Bundan əlavə Hikmətin özünə 150-200 manat nəğd pul vermişdir. Tanışı Rəşadın atası Mustafa da Fikrətin müalicəsi üçün atası Hikmətə təxminən 3.500 manat nəğd pul vermişdir. Buna görə də 2019-cu ilin may ayında Hikmətdən, ona qarşı heç bir şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq olunmuş ərizə almışdır. Lakin sonradan Hikmət oğlunun müalicəsi üçün ondan əlavə 5.000 manat da tələb etmişdir. O, Hikmətə 5.000 manat vermək iqtidarında olmadığını bildirdikdə, sonuncu ondan şikayət etməyə başlamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması üçün hərəkətlər etdiyini nəzərə alaraq barəsində yüngül həddə cəza təyin edilməsini və mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, fəaliyyət qabiliyyəti olmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçını, təqsirləndirilən şəxsi və mülki cavabdehi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Fəaliyyət qabiliyyəti olmayan Zərərçəkmiş şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2019-cu il tarixli, 1456 saylı rəyinə əsasən hazırda orta dərəcəli kəmağıllıq, davranış pozuntuları və nitqin artikulyasiyasının qüsuru aşkar olunduğundan, Zərərçəkmiş şəxs həmçinin baş vermiş hadisə dövründə də orta dərəcəli kəmağıllıqdan əziyyət çəkdiyindən, həmin dövrdə öz hərəkətlərinin xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, baş vermiş yol nəqliyyat hadisəsini düzgün dərk etmək, habelə hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında, o cümlədən istintaq hərəkətlərində iştirak etmək və düzgün ifadə vermək qabiliyyətinə malik olmadığından məhkəmə iclasında onun ifadəsini almaq mümkün olmamışdır. Fəaliyyət qabiliyyəti olmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə məhkəmədə bildirdi ki, xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində yaşadığı evdə olarkən anası Saranın paltarını külək balkondan həyətə saldığından anası aşağı düşmüşdür. Bu zaman oğlu Firkət və qızı Səbirə də nənələri Sara ilə aşağı düşmüşlər. Həmin vaxt əsas yoldan onun yaşadığı binanın qarşısından keçən küçəyə dönən “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil surətlə gəlib oğlu Fikrəti yolun sol ehtiyyat hissəsində vurmuş, zərbənin təsirindən oğlu Fikrət yolun sağ tərəfinə yıxılmışdır. Hadisə, həmin vaxt balkonda olan arvadı Kəmalənin gözü qarşısında baş vermişdir. O, dərhal hadisə yerinə düşmüş, həmin vaxt adını sonradan bildiyi Abdulla idarə etdiyi “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd etmiş, lakin sonuncuya hadisə yerindən uzaqlaşmağa imkan verməmişdir. Sürücü Abdulla ilə birlikdə, yol nəqliyat hadisəsi nəticəsində ayağı sınmış oğlu Fikrəti həmin avtomobilin qabaq sərnişin oturacağına əyləşdirmiş, özü isə həyətə ayağıyalın düşdüyündən evə qalxıb ayaqqabısını geyinmişdir. Aşağı düşdükdə isə nə oğlu Fikrəti, nədəki “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Təxminən 5-6 dəqiqə həyətdə gözlədikdən sonra Pərviz adlı şəxs “Mercedes Benz 190” markalı avtomobili ilə gəlmiş, oğlu Fikrət və yol nəqliyyat hadisəsi törətmiş Abdulla da həmin avtomobildə olmuşlar, Həmin vaxt sonuncu Fikrəti xəstəxanaya Pərvizin avtomobili ilə aparacaqlarını bildirmişdir. Bundan sonra onlar birlikdə 3 saylı X8 getmişlər. Abdullanın yol nəqliyyat hadisəsi törədərkən idarə etdiyi, lakin Qabil adlı şəxsə məxsus “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun Rəşad adlı tanışına verdiyini, Rəşadın isə həmin avtomobili yuduzdurmaq üçün Abdullanın işlədiyi avtoyuyucu məntəqəsinə gətirdiyi, Abdullanın avtomobili yuduqdan sonra qurutmaq üçün idarə etdiyi sonradan ona məlum olmuşdur. Hadisədən sonra həm Abdulla, həm də Rəşad Fikrətin sağalması üçün bütün müalicə xərclərini ödəyəcəklərinə söz vermişlər. Buna görə də ilkin mərhələdə hadisə barədə şikayət etməmişdir. Lakin Abdulla və Rəşad əvvəlcə cüzi maddi köməklik göstərsələr də, sonradan köməklik göstərməkdən boyun qaçırmışlar. Belə olan halda məcbur qalıb şikayət etmişdir. Məhz bundan sonra Rəşadın atası Mustafa ona bir dəfə 500 manat, daha sonra isə 1.500 manat məbləğində pul vermişdir. Abdulla isə ona təxminən 500 manat vermiş, bundan savayı heç bir köməklik etməmişdir. Pulların hamısını uşağının dərmanlarına sərf etmişdir. Həmin vaxt oğlu Fikrətin müalicəsinə əlavə 3.000 manat xərc tələb olunduğundan Abdulladan ona maddi köməklik etməsini xahiş etmiş, lakin sonuncu ona köməklik etməmişdir. Hazırda isə Mustafa, Abdulladan şikayətçi olduğuna görə ona verdiyi 2.000 manatı geri tələb edir. Abdulladan əvvəlcə 3.000 manat köməklik etməsini istəsə də, hazırda həmin məblğ kifayət qədər az olduğuna görə mülki iddia qaldıraraq Abdulladan 10.000 manat tələb edir. Belə ki, oğlu Fikrət məhz yol nəqliyyat hadisəsindən sonra fəaliyyət qabiliyyətini itirmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həbs ediləcəyi təqdirdə ona dəymiş maddi ziyanı ödəyə bilməyəcəyini, buna görə də onun həbs edilməsinin istəmədiyini, vurulmuş maddi ziyanın əvəzinin tutulmaqla mülki iddianın təmin edilməsini xahiş etdi. Şahid1 məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Hikmətin anası Sara və sonuncunun nəvələri Fikrət və Səbirə həyətə düşmüşlər. Külək Saranın paltarını binanın qarşısındakı çənin üstünə atdığından Orucdan həmin paltarı götürməsini xahiş etmişdir. Həmin vaxt Fikrət onun evinin qarşısına gəlib ondan su istəmiş, Fikrət suyu içdikdən sonra yenidən nənəsinin yanına qayıtmaq üçün yolu keçərkən, sağ tərəfdən küçəyə dönən və surətlə hərəkət edən “VAZ 21074” markalı, ağ rəngli avtomobil Fikrəti yolun sol ehtiyyat hissəsində vurub, yolun sağ tərəfinə atmışdır. Adını sonradan bildiyi sürücü Abdulla avtomobilini saxlayıb yerə düşmüş və 114 nömrəli məktəbə tərəf getmək istəmişdir. Hadisə baş verən an Oruc çənin üstündən düşmüş, həmçinin Fikrətin atası Hikmət də özünü hadisə yerinə çatdırmışdır. Bundan sonra sürücü Abdulla adlı şəxs Hikmətlə birlikdə Fikrəti xəstəxanaya aparmışlar. Şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində yaşadığı binanın həyətində olarkən qonşu binada yaşayan Saranın paltarını, külək çənin üstünə atdığından Sara nəvəsi Fikrətlə birlikdə həyətə düşüb ondan çənin üstünə çıxıb paltarını verməsini xahiş etmişdir. Buna görə də çənin üstünə çıxmış, həmin vaxt Fikrət onların evinin qarşısına gedib su içmiş və geri qayıtmaq istəyərkən, əsas yoldan onların küçəsinə yüksək surətlə daxil olan “VAZ 21074” markalı avtomobil idarə etməni itirərək yolun sol ehtiyyat hissəsində, yəni köhnə səkidə dayanmış Fikrəti vurmuş, sonuncu zərbənin təsirindən yolun sağına düşmüşdür. O, dərhal özünü Fikrətə çatdırmış, bu zaman “VAZ 21074” markalı avtomobilin sürücüsünün getmək istədiyini görüb arxasınca səslənərək onu saxlatmışdır. Fikrətin atası Hikmət də aşağı düşmüş, bundan sonra sürücü ilə birlikdə Fikrəti başqa bir maşınla xəstəxanaya aprmışlar. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxx 2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 nömrəli binanın qarşısında baş vermişdir. Piyada yolun sol ehtiyyat hissəsində vurulmuşdur. Hadisədən əvvəl piyada soldan sağa hərəkət edərək, sol ehtiyyat hissədə yola yaxın dayanmış, “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi ilə 114 nömrəli məktəb istiqamətində hərəkətdə olmuşdr. İş materiallarında olan avtomobilə baxış keçiirlməsi barədə xx xxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin üzərində hər hansı bir zədə izi aşkar edilməmiş, avtomobilin tam saz vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və Qanuni nümayəndə arasında üzləşdirmədindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Qanuni nümayəndə ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək, ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Qanuni nümayəndə xx xxx 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Qanuni nümayəndə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmamış, Qanuni nümayəndə ərizəsinin nəzərə alınmasını xahiş etmiş, Qanuni nümayəndə həmin ərizəsi Bakı şəhəri 10 saylı notariat ofisində, reyestrdə 8İ-1487 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ifadəsi yerində yoxlanılan Şahid2, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində idarə etdiyi “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən fəaliyyət qabiliyyəti olmayan Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan idarə etdiyi avtomobillə vurduğu yeri əyani olaraq göstərmişdir. İş materialarında olan canlı şəxsin ekspertizasının xx xxx 2019-cu il tarixli, 302 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sağ bud sümüyünün qapalı yerdəyişən sınığı nəticəsində sağ incik sinirinin zədələnməsi fonunda sağ diz və sağ aşıqbaldır oynağında güclü dərəcəli kontraktura (50%) kimi xəsarət aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, xx xxxxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və ümumi əmək qabiliyyətinin 1/3dən çox (50%) hissəsinin itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə də sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2019-cu il tarixli, 18313 nömrəli rəyindən görünür ki, “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 21074” markalı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2019cu il tarixli, 1456 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda orta dərəcəli kəmağıllıq, davranış pozuntuları və nitqin artikulyasiyasının qüsuru aşkar olunur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin baş vermiş hadisə dövründə də orta dərəcəli kəmağıllıqdan əziyyət çəkmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsini düzgün dərk etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Zərərçəkmiş şəxs istintaq hərəkətlərində iştirak etmək və düzgün ifadə vermək qabiliyyətinə malik deyil. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci və 332.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan rspublikası CM-nin 143, 264 və 185-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmiş, cinayət işi üzrə X4 hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildə olub-olmaması ilə bağlı ifadələr arasında olan zidiyyətlər sübut əhəmiyyəti kəsb etmədiyindən rədd edilmiş, bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yolun sol ehtiyyat hissəsində deyil, yolun mərkəzinə yaxın məsafədə ehtiyatsızlıqdan vurması barədə göstərdiyi dəlillər təsdiq edilmədiyindən təqsirləndirilən şəxsin özünü müdafiəsi kimi qiymətləndirilib rədd edilmiş, bu barədə material ayrılıb Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmiş, vətəndaş Qanuni nümayəndə azyaşlı oğlu Zərərçəkmiş şəxs müalicə xərcləri üçün Təqsirləndirilən şəxs ona lazımı qaydada maddi köməklik göstərməməsi, həmçinin X5 zərərçəkmiş şəxsin müalicəsi üçün Qanuni nümayəndə 3.380 manat pul verməsi və həmin pulu tələb etməsi faktları cinayət xarakterli olmadığından bu barədə cinayət təqibinin başlanması rədd edilmiş və pul tələbi ilə bağlı iddianın mülki hüquqi qaydada həll etmək hüququ ona izah edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində uç azyaşlı uşağının olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması üçün hərəkətlər etməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə xx xxx 2019-cu il tarixədək heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 109 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi həmin Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən ibtidai istintaq orqanına verilmiş və onun iş üzrə mülki iddiaçı qismində tanınması üçün əsas hesab edilmiş, iş materiallarının 220 vərəqəsində olan ərizə Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinin tələblərinə uyğun olmadığına görə baxılmamış saxlanmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə ərizəsi baxılmamış saxlansın. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə izah edilsin ki, o, sonradan mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə haqlıdır. Təqsirləndirilən şəxs 03 (üç) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili X6 Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 18 (on səkkiz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar