Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-181/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1973-cü ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub, həmin ünvanda yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 40 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin alaraq əldə edib üzərindədə saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ- nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 fevral 2021-ci il tarixdə, saat 18 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində saxlanılıb, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 55 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən qara rəngli, üzərində “abingo” yazısı olan 2 ədəd ağ dəftər kağızına bükülmüş, bir bükümdə ümumi təmiz çəkisi 2,705 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və digər bükümdə ümumi təmiz çəkisi 2,645 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifdadə etmişdir. Özü 2-ci qrup əlildir. Heroindən ayağının bir neçə dəfə amputasiya olunması səbəbindən yaranan şiddətli ağrıların qarşısının alması məqsədilə istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərinin ərazisində üzdən tanıdığı, lakin adlarını bilmədiyi və ümumiyyətlə tanımadığı şəxslərdən pulla şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitə əldə etdikdən sonra inyeksiya yolu ilə qəbul etmişdir. 21 fevral 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxmışdır ki, narkotik vasitə alsın. Həmin günü saat 16 radələrində bir nəfər şəxs ilə qarşılaşmışdır. Həmin şəxsi üzdən tanımış, lakin onunla heç vaxt görüşməmişdir. Həmin şəxsin narkotik vasitə satmasını bilmiş və ona yaxınlaşmışdır. Bu şəxslə bir neçə dəqiqə söhbət etdikdən sonra məlum olmuşdur ki, sonuncunun üzərində narkotik vasitə vardır. Həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə olan heroin istəmiş, sonuncu da narkotik vasitəni vermişdir. Narkotik vasitə bir ədəd qara rəngli ağ dəftər kağızına bükülmüş vəziyyətdə olmuş, o, bükümü açıb içərisinə baxmamışdır. Həmin şəxsə narkotik vasitə üçün 40 manat pul vermiş və narkotik vasitəni almışdır. Narkotik vasitəni aldıqdan sonra əynində olan gödəkçəsinin cibinə qoyub, oradan uzaqlaşmışdır. Yaşadığı evin yaxınlığına çatan zaman, Deputat küçəsində tanıdığı həmyerlisi X5 ilə təsadüfən rastlaşmışdır. Onunla hal-əhval tutub söhbət etməyə başlamış, Hacibala ilə Deputat küçəsində piyada gəzmişdir. Saat 18 radələrində bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları olmasını demişlər. Polis əməkdaşları ona və Hacibalaya narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmalarını deyərək, Suraxanı RPİ-in 31-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunsuz əşya olması, vardırsa, onları könüllü təqdim etməyi təklif edilmişdir. O, gödəkçəsinin sağ yan cibində saxladığı bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə nə olması və haradan əldə etməyi soruşulmuş, o, bükümdə narkotik maddə olan heroin olmasını, narkotik maddəni həmin günü yaşadığı qəsəbənin ərazisində 40 manat pulla adını bilmədiyi, yalnız üzdən tanıdığı şəxsdən almasını bildirmişdir. Lakin onun təqdim etdiyi bükümdə heroin olan narkotik vasitətən savayı metanfetamin olan maddənin də olması müəyyən edilmişdir. O, qeyd olunan psixotrop maddəni almamışdır, bu maddənin hansı qaydada onun təqdim etdiyi bükümdən çıxmasını izah edə bilmir, o, yalnız ağrılarının qarşısını almaq məqsədilə 40 manat məbləğində pul ödəməklə 2,645 qram çəkidə olan heron almış və üstündə gəzdirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzəri axtarılmış, lakin başqa qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə qablaşdırılmış, qablaşdırılmış zərf möhür ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, qablaşdırılmış zərflər və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan şüşədən və kakosdan istifdadə edir. Narkotik vasitəni Bakı şəhərinin ərazisində üzdən tanıdığı, lakin adlarını bilmədiyi və ümumiyyətlə tanımadığı şəxslərdən pulla şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitə əldə etdikdən sonra inyeksiya yolu ilə qəbul etmişdir. 21 fevral 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxmışdır ki, narkotik vasitə alsın. Həmin günü saat 16 radələrində bir nəfər şəxs ilə qarşılaşmışdır. Həmin şəxsi üzdən tanımış, lakin onunla heç vaxt görüşməmişdir. Həmin şəxsin narkotik vasitə satmasını bilmiş və ona yaxınlaşmışdır. Bu şəxslə bir neçə dəqiqə söhbət etdikdən sonra məlum olmuşdur ki, sonuncunun üzərində narkotik vasitə vardır. Həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə istəmiş, sonuncu da narkotik vasitə vermişdir. Narkotik vasitə bir ədəd qara rəngli üzərində “abingo” yazısı olan 2 ədəd ağ dəftər kağızına bükülmüş vəziyyətdə olmuş, bükümləri açıb içərisinə baxmış, bir bükümdə ağ rəngli kristallardan şüşə, digər bükümdə isə qəhvəyi rəngli kakos olmuşdur. Həmin şəxsə narkotik vasitə üçün 40 manat pul vermiş və narkotik vasitəni almışdır. Narkotik vasitəni aldıqdan sonra əynində olan gödəkçəsinin cibinə qoyub, oradan uzaqlaşmışdır. Yaşadığı evin yaxınlığına çatan zaman, Deputat küçəsində tanıdığı həmyerlisi X5 ilə təsadüfən rastlaşmışdır. Onunla hal-əhval tutub söhbət etməyə başlamış, Hacibala ilə Deputat küçəsində piyada gəzmişdir. Saat 18 radələrində bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları olmasını demişlər. Polis əməkdaşları ona və Hacibalaya narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmalarını deyərək, Suraxanı RPİ-in 31-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunsuz əşya olması, vardırsa, onları könüllü təqdim etməyi təklif edilmişdir. O, gödəkçəsinin sağ yan cibində saxladığı iki ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərdə nə olması və haradan əldə etməyi soruşulmuş, o, bükümlərdə narkotik maddə kakos və şüşə olmasını, narkotik maddələri həmin günü yaşadığı qəsəbənin ərazisində 40 manat pulla adını bilmədiyi, yalnız üzdən tanıdığı şəxsdən almasını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzəri axtarılmış, lakin başqa qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə qablaşdırılmış, qablaşdırılmış zərf möhür ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, qablaşdırılmış zərflər və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclsında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin Bakı şəhər, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. 21 fevral 2021-ci il tarixdə Mirzə və Hacibala adlı şəxslərin Bülbülə qəsəbəsi, Deputat küçəsində narkotik vasitələrin əldə etməsi və saxlaması barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Mirzə və Hacibala adlı şəxslərin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Mirzə və Hacibala adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onların ifşa edilməsi məqsədi ilə onların ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvüləri o, bölmənin əməliyyat müvəkkilləri, polis baş leytenantı İzzət Həsənov, polis baş leytenantı Elnur Mənsimov və polis leytenantı Emil İsmayılov təyin olunmuşlar. Sonra Mirzə və Hacibala adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmış, həmin gün polis əməkdaşları ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsinə gəlmişlər. Saat 18 radələrində həmin küçədə Mirzə və Hacibala adlı şəxsləri əlamətlərinə görə oxşadıb onlara yaxınlaşmışlar və xidməti vəqisələrini göstərib, özlərini təqdim etmişlər. Həmin şəxsin biri özünü Təqsirləndirilən şəxs, digəri isə X2 təqdim etmişlər. Digər polis əməkdaşları ilə Mirzə və Hacibala adlı şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib, onları Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmiş, onlar da heç bir etiraz etmərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə raport yazıb, bölmə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Sonra xidməti otaqların birində X4 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxs axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Hacibala Əhmədova üzərində qanunla qadağan olmuş hər hansı bir əşya olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Hacibala Əhmədov əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd ağ dəftər kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm içərisi açılmış və içərisindən ağ rəngli kristall şəkilli maddə aşkar olunmuşdur. Hacibala Əhmədova təqdim etdiyi bükümün içərisindəki maddənin nə və haradan əldə etməsi barədə sual verilmiş, o, da bildirmişdir ki, həmin maddə narkotik maddə olan metamfetamindir, narkotik maddəni həmin günü adını bilmədiyi şəxsdən 30 manata pul müqabilində istifadə etməsi üçün almışdır. Bundan sonra Hacibala Əhmədovun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş, hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş həmin maddə kağız zərfə qoyulub qablaşdırılıb möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, Hacibala, vəkil və o, imza etmişlər. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğuna axtarışda iştirak edən şəxslər imzalayaraq təsdiq etmişlər. Bundan sonra polis bölməsinə daha bir vəkil dəvət edilmişdir. Həmin vəkilin və polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Axtarış zamanı Mirzə Qurbana üzərində qanunsuz əşya olması barədə sual verilmiş və üzərində qanunsuz əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli üzərində “abingo” yazısı olan içərisində iki ədəd ağ dəftər kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxılmış, bükümlərin birinin içərisindən ağ rəngli kristall şəkilli maddə, digərindən isə qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi soruşulmuş, o, da bildirmişdir ki, həmin maddələrin biri narkotik vasitə olan heroin, digəri isə metamfetamindir, həmin maddələri həmin günü üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 40 manat pul ödəyərək almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş həmin maddə kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, Mirzə, vəkil və o, imza etmişlər. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğuna axtarışda iştirak edən şəxslər imzalayaraq təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 21 fevral 2021-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Suraxanı rayon məhkəməsinin 4(010)-83/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 21 fevral 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Aprellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2021-ci il tarixli 4(103)-120/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Suraxanı rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 4(010)-165/2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 20 aprel 2021-ci il tarixdən tətbiq edilməsinə başlanılmaqla 21 iyun 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Suraxanı rayon məhkəməsinin 03 iyun 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 22 fevral 2021- ci il tarixli 6/773 saylı rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan 2 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,705 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 2,645 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu Müayinəyə dair 21.08.2020-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilliyi vardır. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci X11 X7 X8 Komissiyasının verdiyi 01 aprel 2021-ci il tarixli 924 nömrəli rəydən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan matamfetamindən sui istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəsyəliyi) aşkar olunurş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tairixli 39 saylı narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloci ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində 2 bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metanfetamin deyil, 1 bükümdə narkotik vasitə hesab edilən heroini əldə edərək üzərində saxladığını və daşımaqla gəzdirdiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, təqsirləndirilən şəxsin yuxarıda istinad edilən əməli törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqında verdiyi ifadələri, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Həmin ifadələr və sübutlar həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini qismən etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu, 2-ci qrup əlil olduğunu, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs ayaq nahiyyəsinin amputasiya olunması səbəbindən 2-ci qrup əlildir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz və ona cismani əzab verilməsinə səbəb ola bilər. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınmalı, Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, bir ədəd bükümdə təmiz çəkisi 2,705 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 2,645 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 2,655 qram psixotrop maddə olan metamfetamin və qalıq 2,595 qram narkorik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdən 24 iyun 2021-ci tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 03 gün müddəti azadlıgın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 08 ay 06 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıgın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-də saxlanılan 2,705 qram psixotrop maddə olan metamfetaminin ekspert tədqiatından qalıq qalan 2,655 qram hissəsi və 2,645 qram narkotik vasitə olan heroinin ekspert tədqiatından qalıq qalan 2,595 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-181/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-181/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver