Məhkəmə qərarları › İş №1(010)-181/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-181/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-181/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X1, Məhkəmə iclasının katibi X6 qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi, 6 F nömrəli evdə ögey qızı olan xx.xx.2004-cü il təvəllüdlü X4 onun azyaşlı uşağını bir yerdə saxlaya bilməməsinə, yaşadıqları evi səliqəsiz vəziyyətə salıb əşyaları evə dağıtmasına görə mətbəxdə soyuducudan götürdüyü hindquşu ilə qəsdən bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs təpə nahiyəsinin əzilmiş-cırılmış yarası,təpə-ənsə nahiyəsinin hematoması, döş qəfəsinin yarısının və sol qoltuqaltı nahiyəninsıyrıqları, sağ dirsək oynağı nahiyəsinin əzilmiş yarası, sağ əlin arxa səthinin qançırı,sağ əlin İ barmağının dırnaq yatağına qansızına ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşının ilk evliliyindən olan qızıdır, onun anası xərçəng xəstəliyindən vəfat edib. O uşaqların heç birinə qarşı ögey münasibət bəsləməmiş, öz övladlarına necə olmuşamsa, onlara da o cür olmuş. Öz uşaqlarına əsəbləşib ərk etdiyi kimi onlara da əsəbləşmişdir. Fatimənin dediyi kimi buzluqdan hinduşqa çıxararaq ona vurmamış. Əgər hinduşqa ilə onu vursa, beyni parçalanardı, sadəcə əsəbləşdiyi üçün onu itələmək məqsədi ilə vurmuşdur. Onun dediklərinin, orada yazılanların çoxu yalandır. Nə səbəbə vurduğu yadında deyil. Nəsə hadisə olmuşdu tam yadında deyil, buzluqdan hinduşqa çıxartmışdı, həmin vaxt niyə belə etdiyini soruşdu, o isə ona belə yaxşı olduğunu demişdi, o da ona hinduşqanı itələmişdir. Bundan sonra onun xalası məsələyə qarışdı, onlar ev istədilər, onun maşınını satdılar. Onun bütün dərdi pul, evdir. O öz uşağını da tənbehləyir, iki övladı var, ilk evliliyi Şahid ilə olub, uşaqlarının atası da odur. 10 ildir Fatimə ilə birlikdə yaşamışlar, ailə quranda Fatimə 2-ci sinfə, qardaşı isə 5-ci sinfə keçirdi, münasibətləri mehriban olub, ana-bala münasibəti olmuş. 1 dəfə sinə nahiyəsindən itələmiş, başından aldığı zərbələri o etməmiş.İttiham aktında göstərilən əlini yandırmağı etməmiş, 31 dekabrda 1 dəfə xəsarət yetirmiş, sonra heçnə etməmiş. O, qardaşı ilə dalaşır, bu yaxınlarda qardaşı ilə dalaşdı, qardaşı onun əməliyyat olunmuş burnuna vurmuşdu. Hazırda onlar onun yanında deyillər, xəsarət də o yetirməmiş, onların daim münasibətləri dava-dalaşlı olub. O da onları çox vaxt buna görə tənbeh etmişdir. Əri ilə rəsmi boşanma olmayıb, sadəcə atası digər uşaqları ilə yaşayır, o da öz uşaqları ilə qalır. Rafiq uşaqlarını tək qoymaq istəmədiyini bildirib onlardan ayrı onlarla birlikdə yaşayır. Bu hadisədən sonra o ayrılıb, hazırda evdar qadındır, işləmirəm. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o evdə çox əziyyət çəkmiş, evlərində işləyən təmizlikçi qadın da onun vəziyyətini görüb Təqsirləndirilən şəxs ögey anası olduğunu, ona şiddət edibetmədiyini soruşdu. O, onun vəziyyətinə ağlayaraq onu qucaqladı və bunlara görə niyə harasa müraciət etmədiyini soruşdu. O ayağındakı yaraları, bədənindəki göyərtiləri göstərib ona təzyiq altında olduğunu, kiməsə desə döyməklə qorxutduğunu, atasına desə daha şiddətlə onu döyəcəyini dedi. Təmizlikçi qadın yaralarını, göyərtiləri çəkib polisə göstərəcəyini bildirdi, o isə təzyiq altında olduğu üçün kim ondan soruşsa, yenə də onun etmədiyini deyəcəyini bildirdi. Hətta ona əlilik sənədi də aldı, bundan əvvəl isə məktəbdən çıxartmışdı. Təmizlikçi qadının polisə müraciət elədiyini biləndə , Aynurə ona bir daha onu döyməyəcəyinin, daha yaxşı olacağını, hətta onu oxutduracağının vədlərini verdi.31 dekabrda evdən qaçmadan əvvəl o onu təhdid eləmişdi. Ümumiyyətlə, o onu mütəmadi olaraq vurub hədələyirdi, sonuncu dəfə də 31 dekabrda olub. Atası işdə olub, hinduşqa ilə vurulmağını görməyib, qardaşımisə başqa otaqda idi. Sonuncu dəfə 31 dekabrda hadisə baş verib, o da həmin günün sabahı günorta evdən qaçmış, hadisə isə həmin gecə baş verib, dəqiq vaxt yadında deyil. Hadisə olandan sonra atası dəfələrlə danışıb ona təzyiq göstərib, onunla barışmağını deyib, o isə onun etdiklərini bağışlamağın mümkün olmadığını demişdir.Hazırda barışıq yoxdur, Aynurədən şikayətçidir. 31 dekabrda hansı xəsarətlər yetirib hamısını xatırlayır, unutmağı mümkün deyil.Aynurə heç üzr istəməyib, barışmaq üçün də ona nəsə təklif etməyib. Aynurə atasının puluna görə onunla evlənib, özü evdən tək Göyçaya qaçıb dayısı gilə getmişdi, artıq onun əziyyətinə dözmədiyi üçün bunu çoxdan planlayırdı. Orada hinduşqa məsələsini danışmışdı, səhv etmirsə, burada polisə gedib ifadə verdi. İndi gəlib üzr istəsə də onu bağışlamır. Əvvəl yazdığı ərizəni atasının təzyiqi ilə yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun ilk həyat yoldaşı 2012-ci ildə xərçəng xəstəliyindən vəfat etdikdən sonra Təqsirləndirilən şəxs ilə ailə qurmuş və bu nikahdan 2 övladı dünyaya gəlib. Həmin vaxt qızı 1-ci sinifdə, oğlu isə 3-cü sinifdə oxuyurdu. Onlara ailə üzvlərindən kimsə baxmadığı üçün məcbur qalaraq evləndi. 10-12 il ailəli olduq, hətta ailədaxili münaqişələri olduğu vaxt uşaqlar Fatimə və Hüseyn Aynurənin tərəfində olublar. Kərbala ziyarətindən gələndə Fatimənin Göyçaya qaçıb getdiyini öyrəndi, gedib gətirmək istədi, nənəsigil onların yanında qalması üçün qızı vermədilər. Sonradan dayısı barışıq olması üçün 50000 manat pul istəmişdi. Göyçaydan gələndən sonra polisə çağırılanda orada Fatimədən niyə ona və ya əmisinə demədiyini soruşdu. Fatimə də Göyçaydan gələndən sonra əmisi ilə və ya onunla təklikdə qalanda ona edilmiş işgəncə,əzab-əziyyətləri deyə bilərdi, lakin heçnə deməyib. 31 dekabrda evdə olmuş, onlar arasında hər şey normal idi. Səhər 9-da evdən çıxırdı, axşam saat 8-9-da evə gəlirdi, evə gələndə də övladlarını görürdü. Aynurə xanımla bağlı kimdənsə nəsə soruşmamış, ona məlumat verilməyib. Fatiməni ciddi məsələyə görə 1 dəfə cəzalandırmış, daha əvvəl də qardaşının telefonunu alıb sındırdığı üçün onu cəzalandırmışdır. O, rəfiqələri ilə ad günü keçirib, oradan gecə saat 4-ə işləmiş gəldiyi üçün əsəbləşib 1 şillə vurmuşdur.Bu hadisə keçən il olub. Qızı ilə münasibəti yaxşıdır, ata kimi daim oğlunun da, onunda arxasındadır, mənəvi, maddi dəstəkləyir. Sadəcə qızının fikirlərini qarışdıran xalası Zülfiyyədir. Hazırda Aynurə xanımla münasibətləri soyuqdur, bu hadisədən sonra münasibətləri soyudu. Cinayət işində olan məhkəmə-tibb ekspetizasının 04 yanvar 2022-ci il tarixli 5 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə-ənsə nahiyəsinin hematoması, döş qəfəsinin sol yarısının və sol qoltuqaltı nahiyənin sıyrıqları,sağ dirsək oynağı nahiyəsinin əzilmiş yarası, sağ əlinin arxa səthinin qançırı, sağ əlin 1barmağının dırnaq yatağına qansızma; döş qəfəsinin və sağ əlin arxa səthininkəsilmişsəthi yara izləri; hər iki budun, sol sağrı nahiyəsinin, sağ ayaqaltı nahiyənin yanıqyaralan izləri; hər iki budun, sol sağrı nahiyəsinin, sağ ayaqaltı nahiyənin yanıqyaraları izləri; Qeyd edilən xəsarətlərdən l-birinci qrup xəsarətlər bərk küt əşvanm (əşyaların) təsirindən törənməklə müayinədən 1-2 həftəyə qədər əvvələ, ll-ikinci qrup xəsarətlər iti kənarlı əşya (alət) təsirindən törənməklə müayindənə 1-1,5 ildən artıq müddətə, lll-üçüncü qrup xəsarətlər isə isti əşyanın termiki və yerli təsirindən törənməklə müayindən 3-6 aya qədər əvvələ uyğun gəlirlər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vətəndaş F.Təqsirləndirilən şəxs aşkar edilmiş xəsartlərin xarakter və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin onun özü tərəfindən yetirilinəsi inandırıcı deyildir. Cinayət işində olan kompleks ambulator psixiatrik məhkəmə psixoloji ekspertizanın 16 iyun 2021-ci il tarixli 1808 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qızında həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlaməti aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs həyatının müxtəlif vaxtlarında vəziyyətinin necə olması barəsində qoyulmuş sual qeyri-korrekt olduğu üçün cavablandırılmır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir, lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxsın təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində göstərilir ki, “böyük ictimai təhlükə törətməyən” cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu Məcəllənin 75.2 və 75.3-cü maddələrinin tələblərinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır və cinayət törətmiş şəxs istintaq orqanından və ya məhkəmədən gizlənərsə müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, “böyük ictimai təhlükə törətməyən” cinayət əməlinə görə nəzərdə tutulmuş iki illik müddət başa çatmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün, həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə yanaşı, ona həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanla bilməz, başlanməş cinayət təqibinə xitam verilməlidir Həmin məcəələnin 43.3-cü maddəsinə əasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayında cinayət əməlini törətməsini etiraf edərək, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə, onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə cinayət təqibinə xitam verilməli və eyni zamanda barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin, lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməməklə, cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi yaprotesti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar