Məhkəmə qərarları › İş №1(010)-182/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-182/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-182/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1973-cü ildə Ermənistan SSR, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Xəzər Rayon Məhkəməsinin 21 iyul 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Qanunu tətbiq olunaraq yuxarıda göstərilən hökmdən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri xaric edilməklə cəzası 04 il 09 aya endirilmiş, Binəqədi Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 06 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 20 avqust 2019-cu ildə cəzasının sonu ilə Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyatdan çıxarılmış, Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Sabunçu Rayon Məhkəməsinin yuxarıda göstərilən hökmü ilə təyin olunmuş cinayət cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd kondisioneri 1.200 manata satmaqda ona kömək edəcəyini yalandan vəd edib aldadaraq 26 aprel 2021-ci ildə saat 12:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Binə südçülük sovxozunda yerləşən qadın salonundan sonuncuya məxsus 1 ədəd kondisioneri götürüb ələ keçirərək zərərçəkmiş şəxsə 1.200 manat miqdarında maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, tanışı X2 ona zəng edib zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd kondisionerin olduğunu bildirmişdir. O, həmçinin demişdir ki, Zərərçəkmiş şəxs ondan kondisioneri dəyərindən aşağı qiymətə satın almağı və ya satmağa köməklik göstərməsini xahiş edib. Bunu eşitdikdə qərara gəlmişdir ki, həmin kondisioneri ələ keçirsin. Bu məqsədlə vaxtilə birlikdə cinayət cəzası çəkdiyi Şahid1 və taksi sürücüsü Şahid2 ilə 26 aprel 2021-ci ildə «Neftçilər» metro stansiyasının yanında görüşüb birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Binə südçülük sovxozu ərazisində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi qadın salonuna gəlmişdir. Həmin vaxt o, özünü Zərərçəkmiş şəxs təqdim edərək geniş əlaqələrinin olduğunu bildirmiş, salonu və onun ətrafını təmir edib abadlaşdıracağını vəd etmişdir. Bundan sonra o, əlindəki metrə ilə qadın salonunun ölçülərini götürmüş, vitrinlər gətirəcəyini, çölü düzəldəcəyini, fosforlu reklam yerləşdirəcəyini, divarları təmir edəcəyini bildirmiş, həmçinin Zərərçəkmiş şəxs zarafatla bir-birini reklam edəcəklərini demişdir. O, həmçinin Zərərçəkmiş şəxs X2 ilə arasında olmuş söhbəti danışmış və ondan kondisionerin harada olduğunu soruşmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 1.500 manat dəyərində kondisioneri var və pula ehtiyacı olduğuna görə onu 1.200 manata satmaq istəyir. O, həmin kondisioneri satmaqda Zərərçəkmiş şəxs kömək edəcəyini vəd edərək, həmçinin təxminən 1 saata qadın salonuna aid materialları gətizdirəcəyini, salonu və onun ətrafını abadlaşdıracağını söyləmiş, eyni zamanda kondisionerin satış qiyməti olan 1.200 manatı da gətizdirəcəyini bildirmişdir. Sonra o, kiməsə zəng etməsi görünüşünü yaradaraq qadın salonunu təmir etdirməsini tapşırmışdır. Əslində isə həmin vaxt heç kəsə zəng etməyib, sadəcə olaraq telefonu qulağına tutub kiminləsə danışdığına dair təsəvvür yaratmışdır. Daha sonra Şahid2 və Şahid1 köməyi ilə qadın salonunda olan kondisioneri götürüb “Az Samand” markalı dövlət nömrə nişanı yadında qalmayan nəqliyyat vasitəsinin yük yerinə qoymuşlar. Bundan sonra o, Zərərçəkmiş şəxs yadında qalmayan və istifadəsində olan mobil telefon nömrəsini verdi. Daha sonra o, Şahid1 və Şahid2 ilə birlikdə “Laçın Ticarət Mərkəzinin” qarşısına gəlmiş, Şahid1 orada avtomobildən enərək yaşadığı Sumqayıt şəhərinə getmişdir. Bundan sonra o, Şahid2 taksi xidmətinə görə 30 manat pul verib yola salmış, 01 ədəd kondisioneri isə tanımadığı şəxsə satıb aldığı məbləği şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd kondisioneri ələ keçirilmək niyyəti barədə Şahid1, Şahid2 və X1 heç nə deməyib. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmişdir. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Eyni zamanda bildirir ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı ilə yanaşı, toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilsin və onun CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmünə əsasən hazırda azadlıqdan məhrum etmə növündə cinayət cəzası çəkməsi səbəbindən barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilmədiyi nəzərə alınsın. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar