Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-182/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 2007-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 16– 18 dekabr 2023-cü il tarixləri üzrə tutulmuş, müstəntiqin 18 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2024cü il tarixli qərarı ilə“polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, Xəzər İnşaat yaşayış kompleksi, 9-cu binanın qarşısında olarkən Zərərçəkmiş şəxs təsadüfən onunla yanaşı dayanmış tanışı Şahid1 baxmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoyaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək qəsdən yumruqla bir neçə zərbə vuraraq sonuncuya sol göz ətrafı yumşaq toxumaların qançırı və həmin gözün ağlı qişasının qansızması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə təxminən saat 21:00 radələrində o, dostları Şahid2 və Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Xəzər İnşaat” yaşayış kompleksi, 9-cu binanın qarşısında oturub söhbət edirmişlər. Bu zaman Zərərçəkmiş şəxs onların yanından keçən zaman Şahid1 göz işarəsi edərək dodağının altında nəsə demişdir. Bu zaman o, Zərərçəkmiş şəxs yaxınlaşıb, söhbət etmək üçün Zərərçəkmiş şəxs qırağa dəvət etmişdir. O, dostu Bayramov X4 Mehman İman oğlu ilə kənarda söhbət etməyə başlamışlar. Zərərçəkmiş şəxs nə üçün belə hərəkət etməyinin səbəbini soruşduqda aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ona qeyri etik ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs onu əli ilə itələmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs qarın nahiyəsinə və üz nahiyəsinə yumruqla zərbələr vurmuşdur. Onları görən yaxınlıqdakı marketin işçiləri onları ayırmaq üçün gələrək onları ayırmışlar. Əməlindən peşmandır. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cərimə cəzasının təyin edilməsinə etirazı yoxdur, ona daha aşağı həddə cərimə cəzası təyin edilsə ödəmə imkanına malik olacaqdır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Xəzər İnşaat” yaşayış kompleksindən çıxıb evə gedən zaman binanın qarşısında dayan 3 nəfər şəxsi görmüşdür. Həmin şəxslərin yanından keçən zaman həmin şəxslərdən biri ona yaxınlaşıb söhbət etmək istədiyini demişdir. Həmin şəxs dostu ilə birlikdə olmuşdur. Onlar binanın arxasına gəlmişlər. Onlardan birinin adının Asim olduğunu öyrənmişdir. Asim ondan nə üçün onların yanında duran qıza baxdığını soruşmuşdur. O, isə sadəcə keçən zaman onlara ötəri baxdığını demiş, başqa bir niyyəti olmamışdır. Bu zaman Təqsirləndirilən şəxs ona həmin qızın qardaşının istədiyi qız olduğunu demişdir. Nə qədər baxmadığını keçən zaman qeyri-ixtiyari nəzər keçirdiyini desə də, Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq onunla mübahisə etməyə davam etmişdir. Təqsirləndirilən şəxs onun üzərinə gəldiyini görüb Asimi özündən uzaqlaşdırmaq üçün geri itələmişdir. Bu zaman Asim onun sifətindən yumruqla vurmuşdur. Onların mübahisə etdiyini görən iki nəfər şəxs yaxınlaşıb onları ayırmışlar. Sonradan o, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, verdiyi şikayət ərizəsini geri götürür və heç bir şikayəti yoxdur, vurulmuş ziyanla bağlı heç bir tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə təxminən saat 21:00 radələrində o, dostları Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Xəzər İnşaat” yaşayış kompleksi, 9-cu binanın qarşısında oturub söhbət edirmişlər. O, telefonda oyun oynamış, bu zaman tanımadığı şəxs onların yanından keçmişdir. Həmin şəxsi görmüş sonradan yenə telefonda oyun oynamağa davam etmişdir. Bir-iki dəqiqə sonra Təqsirləndirilən şəxs ilə Şahid2 harasa getmişlər. Onun dostlarının hara getməsindən məlumatı olmamışdır. Sonra o, qışqırıq səsi eşitmişdir. Şahid2 ilə Təqsirləndirilən şəxs onun yanına gələn zaman kimin qışqırdığını soruşmuşdur. Dostları ona bayaq keçən uşağın səsi olduğunu demişlər. Həmin hadisə barədə sonradan heç bir söhbət etməmişlər. Onun baş verən hadisədən məlumatı olmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə təxminən saat 21:00 radələrində o, dostları Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Xəzər İnşaat” yaşayış kompleksi, 9-cu binanın qarşısında oturub söhbət etmişlər. Bu zaman Zərərçəkmiş şəxs onların yanından keçən zaman onlara ötəri nəzər yetirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb, bunun səbəbini soruşduqda Mehman bildirmişdir ki, keçərkən istəmədən ötəri nəzər keçirmişdir. Hər hansı bir məqsədlə baxmamışdır. Lakin Mehmanın cavabı Təqsirləndirilən şəxs qane etməmiş və onların arasında mübahisə yaranmışdır. Asim, Mehman və o, binanın arxa tərəfinə keçmişlər. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla zərbə vurmuşdur. Onları görən yaxınlıqdakı marketin işçiləri onları ayırmaq üçün gəlmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 21 oktyabr 2023cü il tarixli, 967 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində sol göz ətrafı yumşaq toxumaların qançırı və həmin gözün ağlı qişasına qansızma kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 18 oktyabr 2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlər lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186 və 221.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və bununla bağlı zəruri materiallar cinayət işindən ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimaiqaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndiriləbilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaransa da, sonradan belə hərəkətlər ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkən şəxslə barışaraq, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, yetkinlik yaşına çatmayan şəxs olmamasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilərək Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyası daxilində Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 ərizə təqdim edərək cərimə cəzasının təyin edilməsinə etirazı olmadığını, Təqsirləndirilən şəxs daha aşağı həddə cərimə cəzası təyin edilsə ödəmə imkanına malik olacağını qeyd etmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 85.2-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 16 – 18 dekabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və təyin edilmiş cəza yüngülləşdirilərək, ona qəti olaraq 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 85.2-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16–18 dekabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və təyin edilmiş cəza yüngülləşdirilərək, ona qəti olaraq 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-182/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-182/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver