Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-183/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında yerləşən, “Bagua” restoranında süfrəçi işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 52 nömrəli evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan və, Təqsirləndirilən şəxs1, 20 avqust 1990-cı ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində biri yetkinlik yaşına çatmayan, digəri isə azyaşlı olmaqla iki uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Bakıxanov küçəsi, 3 nömrəli evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaq barədə əvvəlcədən razılaşıb ünvan 1 ünvanında yerləşən, sonuncunun süfrəçi kimi çalışdığı “Bagua” restoranında fərdi otaqların birində 2021-ci ilin fevral ayının ortalarından etibarən pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışlar, 08 mart 2021-ci il tarixdə həmin restorandakı 8 nömrəli fərdi otaqda müştərilər Şahid1, Şahid4, Şahid2, X6 və Şahid3 zəruri şərait yaradıb pul uduşlu “Poker” qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 mart 2021-ci il tarixdə, saat 19:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qumar oyunlarının keçirilməsi üçün təşkil edib saxladıqları fərdi otaqdakı masa üzərindən həmin qumar oyunlarından əldə edilmiş 2.673 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 04 dəst oyun kartı aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 isə həmin ərəfədə qumar oyunundan əldə olunmuş 30 manat pul vəsaitini könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, müxtəlif yerlərdə əsasən süfrəçi kimi çalışıb pul qazanmış, maddi imkanı zəif olduğuna görə bu qumar işinə qoşulmuşdur. Fikirləşmişdir ki, bir qədər artıq pul qazanıb ailəsinə maddi cəhətdən köməklik göstərmiş olar. 2020-ci ilin iyun ayından Qaraçuxur qəsəbəsində yerləşən “Bagua” adlı restoranda süfrəçi kimi çalışmış, pandemiya ilə əlaqədar qapanma tətbiq olunan zaman restoranlar fəaliyyət göstərmədiyindən onlar da işləməmişlər. Restoranda ondan başqa süfrəçi olmamış, süfrəçilikdən əlavə inzibatçı kimi də çalışmış, yəni restoranda bütün işlərə o, nəzarət etmişdir. Restoranın icarədarı Elmar yalnız xəzinəyə və hesablara nəzarət etmişdir. O, həm süfrəçi kimi, həm də inzibatçı kimi restoranın ümumi fəaliyyətinə, qonaqların kabinetlərə yerləşdirilməsinə, sifarişlərin qəbuluna, hesabların yığılmasına nəzarət etmişdir. Restoran iki ümumi zaldan və 8 fərdi kabinetdən ibarətdir. Təqsirləndirilən şəxs1 və Şahid3 restoranın daimi müştəriləri, Orxan və Turalın digər dostları da restorana gedibgələn adamlar olmuşdur. Restoranda fərdi otaqda Turaldan başqa ümumi tanışları Orxan və Hüseyn, həmçinin bir neçə daimi müştəri “Poker” qumar oyunları oynamışlar. O, onlardan “seka” pulu yığmamış, qumar oynayan şəxslərdən “seka” pulunu Tural yığmışdır. Yığılan puldan onların sifariş etdikləri yemək və içməyin pulu ödənilimişdir. Orxan və digər şəxslər 15 gün olar ki, işlədiyi restoranda 8 nömrəli kabinetdə qumar oynamışlar. 8 nömrəli kabinet 2-ci mərtəbədə ən dibdə yerləşmiş, yəni gözdən kənar yer olmuşdur. Qumar oynayanlar və Tural ona demişlər ki, qumar oynamaq istəyirlər, xahiş etmişlər ki, onlara bu işdə şərait yaratsın. O, da buna etiraz etməmiş, Turalla belə razılaşmışlar ki, qumar oynamaq istəyənlər restoranda 8 nömrəli fərdi otaqda qumar oynayacaqlar, “seka” pulunu isə onlardan Tural yığacaqdır. “Seka” pulu hər adam başına 5 manat təşkil etmiş, Tural qumar oyunlarının gedişinə nəzarət etməklə yanaşı “seka” pulunu da yığmışdır. Pulu yığdıqdan sonra günün sonunda Tural yığılan məbləği ona vermiş, həmin puldan sifariş olunmuş yeyib-içməyin hesabı bağlanmışdır. Bundan sonra yerdə qalan pulu gəlir kimi Tural ilə aralarında bölmüşlər. Günün sonunda adətən 20-30 manat qazanc qalmış, hesabı bağlayanda pulu xəzinəyə, yəni Elmara ödəmişdir. Yığılan seka pulundan hesabı bağlayıb, pulu da Elmara vermiş, çünki pul işinə və xəzinəyə Elmar nəzarət etmişdir. Onun funksiyası müştəridən hesabı alıb gətirib Elmara vermək, digər müştərilərdən də pulu eyni qaydada alıb Elmara təqdim etmişlər ki, hesabı bağlasın. Lakin Turalın nəzarət etdiyi qumar oyunundan əldə olunmuş pulla qumar oynayan kabinetə sifariş olunmuş yeyibiçməyə görə hesabı bağlayanda Elmar həmin pulun seka pulundan əldə olunmasını bilməmişdir. Elmara maraqlı olmuşdur ki, hesab bağlansın, lakin kabinetdə qumar oynanılmasını o, bilə bilməz imiş. Çünki Elmar otağından çıxmamış, heç vaxt kabinetlərə girib kimin nə işlə məşğul olmasına baxmamışdır. Elmar bir qayda olaraq xəzinəyə nəzarət etmiş, qumarxananı isə 8 nömrəli fərdi kabinetdə Turalla birlikdə gizlin təşkil etmişlər. 08 mart 2021-ci il tarixdə, saat 18:30 radələrində restoranda ikinci mərtəbədə yerləşən 8 nömrəli kabinetə Elnur, Orxan, Ramil, Həsrət və Hüseyn adlı daimi müştərilər qumar oynamaq üçün yığılmış, həmin oyuna Tural nəzarət emişdir. Belə ki, Tural oyunun gedişinə nəzarət etməklə hər oyun üçün hər bir iştirakçıdan 5 manat pul yığmışdır. Təxminən bir saat sonra restorana polis əməkdaşları gəlmiş, qumar faktı barədə məlumat verib hal şahidlərinin iştirakı ilə baxış keçirəcəklərini bildirmişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə qumar oynanılan kabinetə getmişdir. Polis əməkdaşları gələndə Elmar Hüseynov öz otağında olmuş. Yəni qumar oynanılan kabinetlə Elmarın oturduğu otağın arasında çox böyük məsafə olmuşdur. Bir müddət sonra polis əməkdaşları Elmarı da qumar təşkil olunmuş kabinetə dəvət etmiş, Elmar sorğu zamanı polis əməkdaşlarına hadisədən məlumatsız olduğunu bildirmişdir. Həqiqət də Elmarın qumar işindən xəbəri olmamış, sorğu zamanı polis əməkdaşlarına etiraf etmişdir ki, onunla birlikdə Tural qumarxana təşkil etmiş və “seka” pulunu Tural yığmışdır. Bundan sonra Tural da qumarxana təşkil etmələrini etiraf etmişdir. Polis əməkdaşları içəri daxil olarkən Elnur, Orxan, Ramil, Həsrət və Hüseyn adlı şəxslər masa arxasında oturub “poker” qumar oyunu oynamış, qumar oynayanlardan əlavə bir neçə nəfər də ayaq üstə dayanıb oyunu izləmişlər. Həmin ayaq üstə dayanan adamları tanımamış, onlar qumar oyunçusu olan Həsrətin qohumları olmuşdur. Baxış zamanı qumar masasının üzərindən 2.673 manat pul aşkar olunmuş, Tural üzərindəki həmin gün polis əməkdaşları gələnə kimi yığılmış 30 manat məbləğində “seka” pulunu sonunculara təqdim etmişdir. Daha sonra bununla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, həmin protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmış, pul vəsaitləri və dörd dəst poker kartı isə qablaşdırılaraq götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Bagua” adlı restorana müştəri kimi mütəmadi getmiş, dost tanışlarının da çoxu həmin restorana gedib-gəlmişdir. Həmin restoran normal ailəvi restoran olmuş, dosttanışları ilə həmin restoranda boş vaxtlarında çay, pivə içib yemək yemişlər. Uzun müddətdir ki, restoranda süfrəçi kimi çalışan Təqsirləndirilən şəxs2 tanımış, həmin restoranda Anar öz tanışlarına imkan vermişdir ki, otaqların birində qumar oynasınlar. Belə ki, onun Orxan və Hüseyn adlı tanışı digər şəxslərlə birlikdə fərdi otaqda mütəmadi olaraq “Poker” kartları ilə qumar oynamışlar. O, özü qumar oynamamış, oyunu izləmiş, qumar oyunlarına süfrəçi Anar nəzarət etmişdir. Anar ona bir dəfə demişdir ki, restoranda banket və digər məclislər olanda, yəni müştəri çox olanda başı qarışır və qumara nəzarət edə bilmir. Çünki restoranda Anardan başqa süfrəçi olmamış, Anar həm də inzibatçı kimi restoranın işlərinə də nəzarət etmişdir. Bir gün Anar təklif etmişdir ki, restoranda fərdi otaqda təşkil olunmuş qumarxanaya o, nəzarət etsin. O, da bu təkliflə razılaşmış, aralarında olan razılığa əsasən “seka” pulunu, yəni hər oyun pulunu iştirakçılardan o, yığmışdır. Hər iştirakçıdan bir oyun üçün 5 manat pul yığılmış, gün ərzində təxminən 15-20 oyun oynanmışdır. Oyun adətən saat 17:00-18:00 radələrindən başlayıb saat 23:00 radələrinədək davam etmişdir. O, qumar oyunlarına görə “seka” pulunu toplamış və günün sonunda Anara təqdim etmiş, Anar da həmin pulun bir hissəsini oyunçuların sifariş etdikləri yemək və içməyə çıxmış, yerdə qalan hissəsini isə qazanc kimi bölmüşdür. 08 mart 2021-ci il tarixdə, saat 18:30 radələrində adəti olaraq Orxan, Elnur, Ramil, Həsrət adlı şəxslər və Hüseyn dayı qumar oynamaq üçün restorana gəlmişlər. Adi qaydada qumar davam etmiş, qumar oynayan 5 nəfərdən əlavə bir neçə nəfər də ayaq üstə dayanıb oyunu izləmişlər. Qumar oynunu izləməyə gələn şəxslər Həsrətin tanışları olmuş, həmin gün qumar başladıqdan təxminən bir saat sonra təxminən 19:30 radələrində restoranda qumar oynanılan otağa mülki geyimli polis əməkdaşları Təqsirləndirilən şəxs2la birlikdə daxil olmuşlar. Polis əməkdaşları onlara izah etmişlər ki, qumar faktı ilə bağlı daxil olmuş məlumat əsasında baxış keçirəcəklər. O, və Anar baxış keçirilməsinə etiraz etməmiş və bununla bağlı Anar yazılı ərizə vermişdir. Sorğu zamanı etiraf etmişdir ki, qumarxana təşkil olunub və “seka” pulunu özü yığır. Otaqda olan digər şəxslər də qumarxana təşkil olunmasını etiraf etmişlər. Polis əməkdaşları içəri daxil olanda 5 nəfər, yəni Orxan, Elnur, Ramil, Həsrət və Hüseyn masa arxasında oturub “poker” qumar oyunu oynamışlar, digər şəxslər isə ayaqüstə dayanıb qumarı izləmişlər. Baxış vaxtı qumar masasının üzərində 2.673 manat pul olmuş, bundan əlavə üzərində olan həmin vaxta kimi yığılmış 30 manat məbləğində “seka” pulunu da polis əməkdaşlarına təqdim etmişdir. Bir müddət sonra restoranın müdiri Elmar da polis əməkdaşları tərəfindən 8-ci kabinetə dəvət olunmuş, Elmar da həmin vaxtı qumar oyunları keçirilməsinin şahidi olmuşdur. Elmarın qumar oyunları təşkil etmələrindən xəbəri olmamış, yəni qumar oyunları üçün yeri Elmardan xəbərsiz təşkil etmişlər, Elmarın bu işdə heç bir iştirakı olmamışdır. Bu hadisə ilə bağlı isə ümumiyyətlə Elmarla ünsiyyətdə olmamış, sorğu zamanı bütün oyunçular etiraf etmişlər ki, mütəmadi qumar oyunlarında iştirak etmişlər. Polis əmədaşları tərəfindən protokol tərtib olunmuş, həmin protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmış, pul vəsaitləri və dörd dəst poker kartı isə qablaşdırılaraq götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri, özlərinin etiraf edici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qumar oyunlarına, əsasən də “Poker” qumar oyununa marağı olmuşdur. Şahid2 onun tanışıdır, onunla bir neçə dəfə Tural və Anarın təşkil etdiyi qumarxanada “Poker” qumar oyunu oynamışdır. Bu məqsədlə ünvan 3 ünvanında yerləşən “Bagua” restoranında olmuş, ilk dəfə həmin restorana 2021-ci ilin fevral ayının sonlarında getmişdir. Həmin restoranda əsasən Tural və Anarı görmüş, boş vaxtı və qumar oynamaq üçün pulu olanda həmin yerə getmişdir. Qumarxananı Tural və Anar təşkil etmiş, qumarxanada “seka” pulunu isə Tural yığmışdır. Hər oyuna görə oynayan hər bir şəxs 5 manat “seka” pulu ödəmiş, yığılan pul isə Təqsirləndirilən şəxs2 təqdim olunmuş, həmin puldan Anar sifariş olunan içki hesabını çıxmışdır. O, əsasən su və çay içmiş, yemək yeməmişdir. Yığılan pulun qalan hissəsi isə Tural və Anara çatmışdır. 08 mart 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində həmişəki kimi həmin obyektə qumar oynamağa getmiş, onunla birlikdə qohumu Tural Rəhimov da getmiş, lakin sonuncu qumar oynamamış, yalnız oyuna baxmışdır. Turaldan əlavə tanışları Xamis və Şöhrət də sonradan onun dəvəti ilə həmin restorana gəlib qumara baxmışlar. 08 mart 2021-ci il tarixdə qumarxanaya gələndə artıq oyun başlanmış vəziyyətdə olmuş, qumar oyunları restoranda 8 nömrəli otaqda təşkil olunmuşdur. O, gələndə Elnur, Orxan, Ramil və Hüseyn “Poker” qumar oyunu oynamış, əvvəllər də bir neçə dəfə Elnur, Orxan, Ramil və Hüseynlə elə həmin kabinetdə qumar oynamışdır. Növbəti oyundan, o da onlara qoşulmuş və qumar oynamağa başlamışlar. Həmin gün saat 20 radələrində qumar oynadıqları kabinetə Təqsirləndirilən şəxs2la birlikdə bir neçə mülki geyimli polis əməkdaşları daxil olmuşlar. Polis əməkdaşları özlərini təqdim edib obyektdə qanunsuz qumar oyunlarının təşkil olunması ilə bağlı gəldiklərini bildirmişlər. Onlar polis əməkdaşlarına qumar oynadıqlarını səmimi etiraf etmiş, qumar oyunlarının “seka” pulunu Tural və Anara verdiklərini, qumarxananın Tural və Anar tərəfindən təşkil olunduğunu söyləmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın cibindən 30 manat pulu çıxardıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin 30 manat “seka”dan əldə olunan pullardır. Masanın üzərində olan və qumar oyununa aid olan 2.673 manat pul, 04 ədəd kart dəsti polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları kabinetdə olduqları zaman digər bir polis əməkdaşı obyekti işlədən Elmar adlı şəxsi də kabinetə dəvət etmişdir. Həmin vaxtı o, Elmarı ilk dəfə görmüş, sonuncunu əvvəllər görməmişdir. Polis əməkdaşları Elmara da özlərini təqdim edib bu obyektdə qanunsuz qumar oyunlarının təşkil olunduğunu demişlər. Elmar qumar oyunlarının təşkil olunmasından məlumatsız olduğunu bildirmiş, Anar da şifahi sorğu zamanı polislərə etiraf etmişdir ki, qumarxananı Tural ilə birlikdə təşkil etmiş, Elmarın bundan məlumatı olmamışdır. Tədbir başa çatdıqdan sonra baxışla bağlı protokol tərtib olunmuş, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid3, Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, ünvan 1 ünvanında yerləşən “Bagua” restoranında qumarxananın Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təşkil edilib saxlanması faktını və qumar oyununda iştirak etdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 08 mart 2021ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz qumarxananın aşkar edilməsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Ondan başqa bir nəfər şəxs də hal şahidi kimi dəvət olunmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Bagua” restoranına getmişlər. Polis əməkdaşları sonradan restoranın işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs2 restoranın qarşısında yaxınlaşıb özlərini və onları təqdim edib qumarxana ilə bağlı daxil olmuş məlumatla əlaqədar baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 qumarxana təşkil etməsini etiraf etmiş və baxış keçirilməsinə etiraz etməyib bu barədə yazılı ərizə təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə restoranın ikinci mərtəbəsindəki 8 nömrəli kabinetə daxil olmuşlar. Kabinetdə 5 nəfər şəxsin masa arxasında əyləşib “Poker” qumar oyunu oynadıqlarının şahidi olmuşlar. Hazırda adlarını Elnur, Həsrət, Ramil, Orxan, Hüseyn, kimi xatırladığı həmin 5 nəfər şəxsin anket məlumatları polis əməkdaşları tərəfindən dəqiqləşdirilmişdir. Həmin şəxslər restoranda mütamadi olaraq “Poker” qumar oyunu oynadıqlarını təstiq etmişlər və bildirmişlər ki, qumar oyunu oynamağa şərait yaradanlar süfrəçi Təqsirləndirilən şəxs2 və hər qumar oyunu zamanı “seka” pulunu yığan Təqsirləndirilən şəxs1dir. Deyilənləri Təqsirləndirilən şəxs1 də təstiq etmişdir. Bundan başqa bir neçə nəfər şəxsin ayaq üstə dayanıb qumar oyunlarını izləmələri də baxış zamanı müəyyən olunmuşdur. Bir qədər sonra restoranın icarədarı Elmar Hüseynov da həmin kabinetə dəvət olunmuş və sorğu zamanı sonuncu hadisədən məlumatsız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində olan, 1-2 saat ərzində “seka”lardan əldə edib Təqsirləndirilən şəxs2 vermək üçün sağladığı 30 manat pulu könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. 04 dəst oyun kartı, qumar oyunlarına masaya qoyulmuş 2.673 manat və Təqsirləndirilən şəxs1 təqdim etdiyi 30 manat pul vəsaiti polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, ünvan 1 ünvanında yerləşən “Bagua” restoranında keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qumarxana təşkil olunub saxlanması faktının müəyyən olunmasını təsdiq etmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 08 mart 2021-ci tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Bagua” restoranında “Anar” və “Tural” adlı şəxslər tərəfindən qumarxana təşkil edilməsi və müxtəlif şəxslərin həmin restoranda qumar oynamaları barədə məlumat daxil olmuşdur. Ona görə də həmin məlumat raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra qeyd olunan ünvanda qumar oyunlarının təşkil edilməsinin qarşısının alınması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılaraq əməliyyat qrupu yaradılmışdır. Baş İdarənin əməkdaşları Müslüm Tarverdiyev, Ələkbər Cəfərov və Şahid6 əməliyyat qrupunun üzvləri təyin edilmişlər. Tədbirdə iştirak etmələri üçün iki nəfər hal şahidi dəvət etdikdən sonra həmin gün, saat 19:30 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Bagua” restoranının qarşısına gəlmişlər. Özünü restoranın işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etmiş və qumarxana ilə bağlı daxil olmuş məlumatla əlaqədar baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 qumarxana təşkil etməsini etiraf etmiş və baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra hal şahidləri ilə birlikdə restoranın ikinci mərtəbəsinə qalxıb 8 nömrəli kabinetə daxil olmuşlar. Kabinetdə 5 nəfər şəxsin masa arxasında əyləşib “Poker” qumar oyunu oynadıqları, həmin 5 nəfər şəxsin X7, Şahid4 Sabirxan oğlu, Şahid2, Şahid3 və Şahid1 olduqları müəyyən olunmuşdur. Həmin şəxslər restoranda mütamadi olaraq “Poker” qumar oyunu oynadıqlarını etiraf etmişlər və bildirmişlər ki, qumarxananı süfrəçi Təqsirləndirilən şəxs2 və “seka” pullarını yığıb Təqsirləndirilən şəxs2 verən Təqsirləndirilən şəxs1 təşkil etmişlər. Deyilənləri Təqsirləndirilən şəxs1 də təstiq etmiş və qumarxana təşkil etmələrini etiraf etmişdir. Otaqda qumar oynayanlardan əlavə ayaq üstə dayanıb oyunlara baxan bir neçə şəxs də olmuşdur. Bir qədər sonra restoranı işlədən müdir X5 da kabinetə dəvət edilmiş və özlərini təqdim edib qəbul olunmuş qərarla tanış edib restoranda qumar oyunları təşkil olunduğunu Elmara bildirmişlər. Elmar Hüseynov qumar oyunlarının keçirilməsindən məlumatsız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindəki “seka”dan əldə etdiyi Təqsirləndirilən şəxs2 vermək üçün saxladığı 30 manat pulu könüllü olaraq təqdim etmişdir. Masa üzərində olan qumar oyunlarına qoyulmuş 2.673 manat, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 30 manat pul və qumar oyunlarında istifadə olunan 04 dəst kart maddi sübut kimi qablaşdırılaraq götürülmüşdür. Daha sonra tərəfindən baxışla bağlı protokol tərtib olunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, ünvan 1 ünvanında yerləşən “Bagua” restoranında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qumarxana təşkil olunub saxlanması faktını aşkar etdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 08 mart 2021-ci il tarixli raportundan və əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair eyni tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 1 ünvanında yerləşən “Bagua” restoranında “Anar” və “Tural” adlı şəxslər tərəfindən qumarxana təşkil edilməsi barədə məlumat daxil olmuşdur. İş materialarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə 08 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yerləşən “Bagua” restoranında qumarxana təşkil edib saxlaması müəyyən edilmiş, baxış nəticəsində masa üzərindən qumar oyunlarından əldə edilmiş 2.673 manat və Təqsirləndirilən şəxs1 təqdim etdiyi, qumar oyunlarının keçirilməsi üçün yerin təşkil esilməsinə görə yığılmış 30 manat pul vəsaiti, həmçinin 04 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 10 mart 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı sonuncular ibtidai istintaq zamanı ifadələrində göstərdiklərini bir-birlərinin üzünə demişlər. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs2 sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası şərti olaraq təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cavanlığını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində biri yetkinlik yaşına çatmayan, digəri isə azyaşlı olmaqla iki uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 avqust 2019-cu il tarixədək çəkilməmiş qalan 01 il 10 ay 13 gün azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə barəsində 01 il 06 ay sınaq müddəti tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 mart 2021-ci il tarixli məlumatından və Bakı şəhər Probasiya İdarəsinin 21 aprel 2021-ci il tarixli, 21-1/3-169 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 06 ay sınaq müddəti 01 fevral 2021-ci il tarixdə bitdiyindən Təqsirləndirilən şəxs1 həmin tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.1-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs1 sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası şərti olaraq təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1 və 99-1.1.2-ci maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, 08 mart 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı aşkar edilib götürülmüş 2.673 manat və Təqsirləndirilən şəxs1 təqdim etdiyi, qumar oyunlarının keçirilməsi üçün yerin təşkil esilməsinə görə yığılmış 30 manat, ümumilikdə 2.703 manat məbləğində pul vəsaiti əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, 04 dəst “Poker” oyun kartı Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığına görə məhv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 isə 08 iyun 2021-ci il tarixdə məhkəmə hazırlıq iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə sonradan məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1, öz vəsaiti hesabına müqavilə bağladığı vəkili Müdafiəçi2 tərəfindən hüquqi yardım göstərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, 08 mart 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı aşkar edilib götürülmüş 2.673 manat və Təqsirləndirilən şəxs1 təqdim etdiyi, qumar oyunlarının keçirilməsi üçün yerin təşkil esilməsinə görə yığılmış 30 manat, ümumilikdə 2.703 manat məbləğində pul vəsaiti əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 04 dəst “Poker” oyun kartı dəyəri olmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 isə 08 iyun 2021-ci il tarixdə məhkəmə hazırlıq iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-183/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-183/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver