Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-183/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Suraxanı Rayon Məhkəməsinin 1(010)-94/2023 nömrəli iş üzrə 17 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66,5 və 69.3-cü maddələri tətbiq edilməklə 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15 avqust 2023-cü ildə cəza müddəti sona çatması ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 30 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması səbəbindən ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin istifadəçisi olsa da, 30 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərində narkotik vasitə heroin çıxmamışdır. Əməlindən peşman olmasını nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq 5-6 il olar narkotikdən istifadə etdiyini, səhər saat 10:00-da anası tərəfindən oyanaraq qalxdığını, rəis tərəfindən çağırıldığını, oğurluqla bağlı aparıldığını, idarəyə çatanda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə lə rəsmiləşdirildiyin, narkotikdən çəkməklə istifadə etdiyini, polislər tərəfindən ona fiziki təzyiq olmadığını, yalandan oğurluq adı ilə onu evdən apardığını, həmin gün istifadə etmədiyini, bir gün qabaq istifadə etdiyini, üzərində narkotik maddə olmadığını, seyfi açıb üzərinə qoyduğunu, narkotiki üstünə İdarədə qoyduğunu bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının 30-da saat 10:00 radələrində Suraxanı rayonunda üzdən tanıdığı, lakin anket məlumatları haqqında heç məlumata sahib olmadığı şəxsdən 10 manat verərək “kakos” dediyi narkotik vasitə heroini almış və şəxsi istifadə etmək üçün əynindən olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyub saxlamışdır. Həmin gün saat təxminən 12.00 radələrində yaşadığı evin yaxınlığında bayırda piyada hərəkətdə olan zaman özlərinin Suraxanı RPİ-də xidmət etmələri barədə bildirən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və ona Suraxanı RPİ-nə getməyi təklif etmişlər. O, da polis əməkdaşları ilə Suraxanı RPİ-nə gəlmiş və orada onun kimliyi bəlli olduqdan sonra, o üzərində narkotik vasitə daşıdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını demişdir. O, ərizə ilə müraciət etmişdir ki, üzərində şəxsi axtarış və götürülmə zamanı vəkilə ehtiyacı yoxdur. Ona izah edilmişdir ki, üzərində şəxsi axtarış aparılacaq və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəkdir. O, etiraz etməmişdir. Daha sonra ona təklif edildi ki, üzərində qeyri-qanuni əşyalar varsa, təqdim etsin. O da bir qədər əvvəl şəxsi istifadəsi üçün aldığı 01 ədəd şəffaf sellofan kağızına bükülmüş bükümü içərisindəki narkotik vasitə heroini əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoymuş və polis əməkdaşlarına həmin kütlənin narkotik vasitə heroin olduğunu, necə, hansı məqsədlə, kimdən və hansı üsulla əldə etməyi barədə suallar verilmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və başqa qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra onun üzərində aşkar olunmuş narkotik vasitə heroin kağız zərfə qoyulmuş və möhür əksi ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş müvafiq protokol onunla birlikdə tərəflərə uca səslə oxunmuş və o, zərfi və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin X1 xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Ələsgərov küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satması, saxlanması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən Suraxanı RPİ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması, cinayət əməli törətmiş şəxsi ifşa etmək və narkotik vasitələri qanunsuz dövriyyədən xaric edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar tərtib edilmiş, qərar RPİ-nin rəisi təsdiq etmişdir. RPİ-nin rəisinin əmri əsasında onun və Suraxanı RPİ-nin NMB-nin, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq onun həmin qrupun rəhbəri, Şahid2 isə üzvü təyin edilmişdir. 30 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində əməliyyat qrupunun üzvü- iş yoldaşı Suraxanı RPİ-nin NMB-nin, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Ələsgərov küçəsi, 16 saylı evin yaxınlığında əməliyyat tədbirləri keçirdiyi zaman həmin evin yaxınlığında bir nəfər Təqsirləndirilən şəxs oxşayan şəxsin piyada hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini nümayiş etdirməklə həmin şəxsə özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti ilə maraqlanmışdılar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməsi ilə əlaqədar şübhəli olduğunu bildirdikdən sonra İlqar Rəsulov öz üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şəxsə buna görə Suraxanı RPİ-nə getməyi təklif etmişdilər. Suraxanı RPİ-də gətirilən şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə RPİ-nin rəhbərliyinə məruzə olunmuşdur. RPİ-nin Təhqiqat Şöbəsində olan otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zamanı müdafiəçisinin iştirakını istəmir və müdafiəçisinin iştirakı olmadan həmin istintaq hərəkətinin keçirilməsini xahiş edir. «One plus 9» markalı mobil telefonla videoçəkiliş apararaq Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə keçirilməsi barədə qərar elan edilməklə həmin şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim edilməsi təklif edilmişdir. İlqar Rəsulov əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində tünd qəhvəyi rəngli kütlə ilə olan bükümü təqdim edərək həmin bükümün içərisində olan kütlənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofanın içərisinə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər qəhvəyəi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat ödəməklə öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə davam etdirilən zaman Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya ya maddələr aşkar edilməmişdir. Keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin X1 xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Ələsgərov küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satması, saxlanması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən Suraxanı RPİ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması, cinayət əməli törətmiş şəxsi ifşa etmək və narkotik vasitələri qanunsuz dövriyyədən xaric edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar tərtib edilmiş, qərar RPİ-nin rəisi təsdiq etmişdir. RPİ-nin rəisinin əmri əsasında onun və digər polis əməkdaşı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılaraq Şahid1 həmin qrupun rəhbəri, o, isə üzvü təyin edilmişdir. 30 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində onlar Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Ələsgərov küçəsi, 16 saylı evin yaxınlığında əməliyyat tədbirləri keçirdiyi zaman həmin evin yaxınlığında bir nəfər Təqsirləndirilən şəxs oxşayan şəxsin piyada hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini nümayiş etdirməklə həmin şəxsə özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti ilə maraqlanmışdılar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməsi ilə əlaqədar şübhəli olduğunu bildirdikdən sonra İlqar Rəsulov öz üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şəxsə buna görə Suraxanı RPİ-nə getməyi təklif etmişdilər. Suraxanı RPİ-də gətirilən şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə RPİ-nin rəhbərliyinə məruzə olunmuşdur. RPİ-nin Təhqiqat Şöbəsində olan otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zamanı müdafiəçisinin iştirakını istəmir və müdafiəçisinin iştirakı olmadan həmin istintaq hərəkətinin keçirilməsini xahiş edir. «One plus 9» markalı mobil telefonla videoçəkiliş apararaq Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə keçirilməsi barədə qərar elan edilməklə həmin şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim edilməsi təklif edilmişdir. İlqar Rəsulov əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində tünd qəhvəyi rəngli kütlə ilə olan bükümü təqdim edərək həmin bükümün içərisində olan kütlənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofanın içərisinə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat ödəməklə öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə davam etdirilən zaman Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya ya maddələr aşkar edilməmişdir. Keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs mavi rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi sellofan bükümünün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindir və tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-6/5795 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,218 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi - 1,218 qram, tədqiqata sərf edilən miqdar - 0,050 qram, qalıq - 1,168 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2023cü il tarixli 7183 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,218 qram qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,168 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 01 noyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Rəhimov X2 Rayon Məhkəməsinin 1(010)-94/2023 nömrəli iş üzrə 17 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66,5 və 69.3-cü maddələri tətbiq edilməklə 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15 avqust 2023-cü ildə cəza müddəti sona çatması ilə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2013-cü il təvəllüdlü X3 və 29 iyul 2015-ci il təvəllüdlü X6 adlı uşaqları var. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs 43 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxsin qardaşı 19 may 1983-cü il təvəllüdlü X4 “şizofreniya paranoid forma İİ-cu qrup əlil” kimi 2009-cu ildən qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 411962 nömrəli və AZ-İİ seriyalı 411963 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X5 23 mart 2007-ci ildə, qardaşı X7 isə 07 sentyabr 2006-cı ildə ölmüşlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının, anasının və xəstə qardaşının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 30 oktyabr – 01 noyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 may 2024-cü ildən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,168 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 oktyabr – 01 noyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 may 2024-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,168 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 96 (doxsan altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-183/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-183/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver