Məhkəmə qərarları › İş №1(010)-184/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-184/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-184/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X* iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.*990-cı ildə Ağsu rayonu Ülgüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonu Ülgüc kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evdə yaşayan, barəsində əvvəli **.**.202*-ci ildə tarixdən hesablanmaqla «Həbs» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin *77.2.4-cü və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 05.09.202*-ci il tarixdən, 20.09.202*-ci il tarixədək olan müddət ərzində, gecə saat 0*-02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ dairəsi, Hövsan- Türkan yolunun *800-ci metrliyində yerləşən yerüstü piyada keçidində quraşdırılmış, Azərbaycan X** Agentliyin «2 nömrəli X8» MMC-nə məxsus, bir metr kvadratının qiyməti orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 45 (qırx beş) AZN olan, **6,6 kvadrat metri isə 5247,00 (beş min iki yüz qırx yeddi) manat dəyərində *00 ədəd aliminium profildən olan pəncərələri vahid niyətlə gizli olaraq talayıb Azərbaycan X** Agentliyin «2 nömrəli X8» MMC-nə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 03 ədəd bükümdə kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edən, ayrıayrılıqda təmiz çəkiləri 0,474 qram, 0,455 qram və 0,523 qram, ümumlikdə *,452 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin alaraq, əldə edib daşıyaraq üzərində saxlamış və **.**.202*-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli qismində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, nömrəsiz ünvanda saxlanılaraq ünvan 2nda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparıldıqdan sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ cibindən 03 ədəd bükümdə kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,474 qram, 0,455 qram və 0,523 qram, ümumlikdə *,452 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirimiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin *77.2.4 və 234.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 202*-ci ilin sentyabr ayının əvvəllərində pula ehtiyacı olduğuna görə Hövsan-Türkan yolunun üzərində qurulmuş yerüstü keçidə 2 aliminium çərçivəli artıq yararsz vəziyyətdə olan pəncərələrini görüb oğurlayıb, sataraq pul əldə etmək qərarına gəlmiş, sonradan küçələrinə gəlib metal yığan tanımadığı şəxslərə 23 manata sataraq əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Həmin pəncərələrin ölçüləri * metr və yaxud ondan biraz çox, çəkiləri isə *0- *2 kiloqram həcmində olmuşdur. Həmin pəncərələri avtobus ilə daşımışdır. Hövsan qəsəbəsində isə onları satmışdır. Satdıqdan sonra başqa yerə getmiş, saat *2:00 radələrində öz məhəllələrində marketə girmişdir. Pəncərələrdən birinin çərçivəsi yaşadığı evin həyətində qalmışdır. Bundan əlavə **.**.202*-ci il tarixdə saat 20 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində olarkən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları onu saxlamış, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək onu 30-cu PŞ-nə dəvət etmişlər. Əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ cibində saxladığı üç bükümdə narkotik vasitə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi üç büküm heroin deyil, metamfetamini 08.**.202*-ci il tarixdə metronun Əhmədli stansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 20*5-ci ildən Azərbaycan X** Agentliyin «2 nömrəli X8» MMC-də mexanik kimi çalışır, vəzifəsi inşaası başa satmış və başa çatmamış yerüstü piyada keçidlərində olan nasazlıqları aradan qaldırmaqdır. 20*6-cı ildə X** Agentliyin «2 nömrəli X8» MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ dairəsi, Hövsan-Türkan yolunun *800-ci metrliyində yerüstü piyada keçidi inşa edilməyə başlamışdır. Bir müddət tikinti işləri dayandırılsa da hazırda orada tikini işləri davam etdirilir. 25.09.202*-ci il tarixdə saat 08:00 da Bakı şəhəri, Suraxanı rayonu, Zığ dairəsi, Hövsan-Türkan yolunun *800-ci metrliyində tikilən yeriüstü piyada keçidinə gedib baxarkən həmin piyada keçidində quraşdırılmış *00 ədəd aliminium profildən olan pəncərələrin sökülüb oğurlandığını görmüşdür. İlk öncə MMC-nin rəhbərliyinə, sonra isə DİN-nin *02 xidmətinə zəng vurub məlumat vermişdir. Həmin aliminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq * kvadrat mertinin qiyməti 202*-ci ilin sentyabr ayı üçün təxminən 45 manat olmaqla, **6,6 kvadrat metr aliminium profildən quraşdırılmış pəncərələrin oğurlanması nəticəsində X9 Dövlət Agentliyin «2 nömrəli X8» MMC-yə 5247 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X*2 ifadəsində göstərmişdir ki, **.**.202*-ci il tarixdə 30-cu PŞ-nə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qeyri-qanuni dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə edib Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmişdir. Şöbə rəisinin əmri ilə onun rəhbərliyi ilə ondan və əməliyyat müvəkkili, polis leytenantı X6 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. **.**.202*-ci il tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz evin yaxınlığında olduğunu müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Orada Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və qəbul etməkdə şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. PŞ-nə gəldikdən sonra inzibati otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, üzərində videoçəklişlə şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına büklümüş üç ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni 08.**.202*-ci il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən özünün təqdim etdiyi 03 (üç) bükümdən başqa heç nə aşkar edilib götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda bükümlərin içərisində narkotik vasitə herinə oxşar kütlə olduğu müəyyən edilmiş, bükümlər bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olaraq protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək X*0 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 7-*0-cu vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 25 sentyabr 202*-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Hövsan-Türkan yolunda tikilən yerüstü piyada keçidindədir. Bütün sağ və sol pəncərələr yoxdur. Açıq haldadır. Keçid istifadəsizdir. Cinayət işinin *93-*97-ci vərəqində olan ifadənin yerində yoxlanılması haqqında *3 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs, işsiz olduğuna görə günəmuzd işlə məşğul olduğunu, iş olmadıqda çətinlik çəkdiyini, 202*-ci ilin sentyabr ayında iş olmadığından və pula ehtiyacı olduğu üçün Hövsan-Türkan yolunun üzərində qurulmuş, istifadə olunmayan yerüstü keçidin aliminium çərçivəli pəncərələrini söküb oğurlayıb satıb pul əldə etmək qərarına gəldiyini, bu məqsədlə də 202*-ci ilin sentyabr ayının əvvəllərində axşam saatlarında hava qaralandan sonra keçidə gələrək ətrafda heç kimin olmadığına tam əmin olandan sonra birinci dəfə *5 ədəd pəncərəni söküb yerindən çıxartdığını, pəncərələrin aliminium çərçivələrini əzib özü ilə gətirdiyi iki kisəyə yığıb evlərinn həyətinə apardığını, sonradan da sentyabr ayında bir neçə dəfə həmin yerüstü keçiddən hər dəfə *0-*5 ədəd pəncərəni söküb pəncərənin aliminum çərçivələrini əzib kisəyə yığaraq evlərinə apardığını və yaşadığı küçəyə gəlib metal yığan tanımadığı şəxslərə satdığını bildirdi. Təqsirləndirilən şəxs təklif olundu ki, oğurluq etdiyi yeri göstərib təqdim etsin. O, Hövsan-Türkan *800-cü metrliyində tikilmiş piyadalar üçün nəzərdə tutlan yerüstü keçidin yanına gəldikdən sonra pilləkənlə qalxaraq keçidin sökülmüş pənəcələrini göstərib pəncərə çərçivəlinin oğurladığı yeri göstərib təqdim etdi və bildirdi ki, sökülmüş pəncərələri o, sökərək oğluramışdır. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan laman müəyyən edildi ki, onun göstərib təqdim etdiyi Hövsan-Türkan yolunun *800-cü metrliyində tikilmiış piyadalar üçün nəzərdə tutlan yerüstü keçidin *00 ədəd aliminium profildən olan pəncərələr yerindən çıxardılaraq pəncərələrin şüşələri keçidin döşəməsinə qoyulub, aliminum profilləri isə oğurlanmışdır. Cinayət işinin 20-22-ci vərəqində olan evə baxış keçirilməsi və götürülməsi haqqında *3 oktyabr 202*-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq y bmassivi, nömrəsiz evə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs iştirakı ilə fərdi yaşayış evinə daxil olduqda həyətin sağ tərəfində, hasara yaxın yerə atılmış 0* ədəd aliminium plastik pəncərənin çərçivəsini müyyən etmişdir. Həmin aliminium pəncərə çərçivəsinin ölçüləri tərəfindən götürülmüşdür və müəyyən edilmişdir ki, çərçivənin hündürlüyü * metr 60 santimetr, eni 78 santimetrdir. Sorğu zamanı Rahim Məmmədob bildirdi ki, həmin * ədəd aliminium pəncərə çərçivəsi Hövsan-Türkan yolundakı piyada körpüsündən oğurladığı aliminium pəncərə çərçivələrindən biridir. Odur ki, həmin bir ədəd aliminium pəncərə çərçivəsi araşdırma zərurəti ilə əlaqədar tərəfindən götürülmşüdür. Cinayət işinin 65-66-ci vərəqində olan şəxsi axtarış və götürmə haqqında ** noyabr 202*-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman o, əynindəki açıq qəhvəyi rəngli cins şalvarının sağ cibindən 03 (üç) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümləri çıxardıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, təqdim etdiyi narkotik vasitəni 08.**.202*-ci il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş 03 (üç) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin 75-79-cu vərəqində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş *2.**.202*-ci il tarixli 6/50*0 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №*94» möhür əksi, «Şübhəli şəxs...Təqsirləndirilən şəxs» və s. sözlər, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,474 qram, 0,455 qram, 0,523 qram, ümumilikdə *,452 qaram maddə kustar üsulla hazırlanmış narkotik vasitə herondir. 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı *) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi-*,452 qram, tədqiqata sərf edildi-0,09 qram, qalıq- *,362 qram. Cinayət işinin *48-*49-cu vərəqində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın *8 yanvar 2022-ci il tarixli, 24* saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli 9/342 saylı rəyinə əsasən ekspertiza təyin haqqında qərarda göstərilən aliminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 2022*-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 40,00 manat, **6,6 kvadrat metri isə 4664, 00 (**6 kv m x40,00 manat) manat müəyyən edir. Ekspertiza təyini haqqında qərarda göstərilən alüminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yollu ilə təxminən 45,00 manat, **6,6 kvadrat metri isə 5247,00 ( **6 kv m x45,00 man) manat müəyyən edilir. Cinayət işinin *59-*60-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqında ** mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının *3*-ci maddəsinin *-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 20**-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı isə Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, ümumi *.452 qram çəkidə narkotik vasitə hesab olunan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə işdə olan sübutlarla, nədəki şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı Emin Məmmədovun *2 noyabr 202*-ci il tarixli qərarından, şübhəli şəxsin tutulması haqqında Emin Məmmədovun ** noyabr 202*-ci il taixli qərarından, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında Suraxanı RPİ-in İŞ-in müstəntiqi Nizami Məhərrəmovun *3 noyabr 202*-ci il tarixli qərarından, habelə cinayət işinin tövsif edilməsi haqqında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhhərəmovun ** mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,474 qram, 0,455 qram və 0,523 qram, ümumilikdə *,452 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib daşıyaraq üzərində saxlamış və **.**.202*-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış masivi, nömrəsiz ünvanda saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-in 30-cu PŞ-nə gətirildikdən sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ cibindən 03 ədəd bükmdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,474,qram, 0,455 qram və 0,523 qram, ümumilikdə *,452 qram maddi kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞin təhqiqatçısı Emin Məmmədovun barəsində Azərbaycan Respublikası CM-in 234.*-ci maddəsi ilə 2*0*00733 saylı cinayət işi başlanılmış, müvafiq prosessual hərəkətləri həyata keçirildikdən sonra *2 noyabr 202*-ci il tarixli qərarla cinayət işi istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, sonradan hər hansı bir mötəbər sübut və ya dəlil olmadan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmov qəbul etdiyi ** mart 2022-ci il tarixli qərarında Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi qənaətinə gələrək, lakin belə bir nəticəyə gəlməsinin səbəbini öz qərarında əsaslandırmadan, sadəcə olaraq ümumi şablon ifadələrlə həmin cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-in 234.*-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etmişdir. İbtidai istintaqın həmin mərhələsində əldə edilmiş sübutların (şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, onlara əlavə edilmiş DVD disklər, X*0, Şahid2, Təqsirləndirilən şəxs oğlunun şübhəli şəxs qismində ifadələri və ekspertiza rəyləri) məcmusuna nəzər yetirdikdə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmov, Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən edərkən məhz narkotik vasitələrin bükümlərinin sayını (03 büküm) əsas götürmüşdür. Həmçinin qeyd olunmalıdır ki, cinayət işin materiallarına əlavə edilmiş Suraxanı RPİin 30-cu PŞ-in CA üzrə əməliyyat müvəkkili Rasim Quliyevin ** noyabr 202*-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri məhz əldə etmə, saxlama, daşıma və istifadəsi barədə məlumat daxil olmuşdur. Bundan əlavə məhkəmə iclasında verdiyi izahatına əsasən Təqsirləndirilən şəxs satış məqsədi narkotik vasitəni əldə edilməsini, daşımasını və sonradan satılması ilə əlaqədar ittihamı etiraf etməmiş, ibtidai istintaqında verdiyi ifadəni təzyiq altında verilməsini bildirmişdir. Cinayət işinin materiallarından həmçinin müəyyən olunur ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs satşı məqsədi ilə narkotik vasitələrininiələ edilməsi ilə əlaqədar hər hansı istintaq hərəkəti aparılmamış, o cümlədən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvansız yaşayış evinə baxış keçirilməmiş, bundan əlavə digər epizodla (Azərbaycan Respublikası CM-in *77.2.4cü maddəsi ilə bağlı) *3 oktyabr 202*-ci il tarixdə evə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dövriyyəsi qanunla qadağan olunmuş maddə aşkar edilməmiş, Təqsirləndirilən şəxs xeyrinə təfsir edilə biləcək həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edildikdən sonra həyata keçirilmişdir. Buna münasibətdə məhkəmə hesab edir ki, yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dövriyyəsi qanunla qadağan olunmuş maddənin, o cümlədən təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etməyə kömək edən başqa sübutların (digər narkotik vasitə və ya psixotrop maddə və yaxud üzərindən aşkar edilmiş narkotik vasitənin eynisi, ən azından onların hər hansı bir formada qalıqları, habelə narkotik vasitələrin hazırlanması üçün avadanlıq) olmaması, hər hansı alıcının və yaxud alıcı dairəsinin müəyyən eilməsi, həmin şəxsləri müəyyən etmək üçün müəyyən məlumat mənbələri, o cümlədən istifadəsində etdiyi telefonunun anten dairələrinin, daxil olan zənglərin və digr məlumatları araşdırmamış vuə araşdırılması üçün hər hansı istintaq hərəkəti aparmamış və Təqsirləndirilən şəxs 03 ədəd bükümdə olan heroini məhz satış məqsədi ilə əldə etməsini şübhə altına alır. Halbuki, təqsirləndirilən şəxs istər şübhəli və ya təqsirləndirilən şəxs qismində ibtidai araşdırma zamanı verdiyi izahatlarında, istərsə də məhkəmə iclasında verdiyi izahatında narkotik vasitələri elə üzərində aşkar edildiyi qaydada bükümlərdə aldığını, rahat istifadə edə bilməsi üçün elə həmin bükümlərdə də üzərində saxladığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə əlaqədar istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olmasına dair hər hansı bir mötəbər sübut olmadığı, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirli olması, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər və təkzib edilməz sübutların məcmusu ilə təsdiq olunmadığı halda, sadəcə olaraq narkotik vasitə 03 ədəd bükümdə olması Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.*-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsinə əsas hesab edilə bilməz. Beləliklə cinayət işinə məhkəmədə baxıldığı zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmovun iş üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanan öz daxili inamına görə qiymətləndirmədən formal mülahizələrə əsaslanaraq, N.Məhərrəmovun əməlini Azərbaycan Respublikası CM-in 234.*-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etdiyi müəyyən edilmişdir. Bunda əlavə qeyd olunmalıdır ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 05.09.202*-ci il tarixdən, 20.09.202*-ci il tarixədək olan müddət ərzində, gecə saat 0*-02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ dairəsi, Hövsan-Türkan yolunun *800-ci metrliyində yerləşən yerüstü piyada keçidində quraşdırılmış, Azərbaycan X** Agentliyin «2 nömrəli X8» MMC-nə məxsus, *00 ədəd aliminium profildən olan pəncərələri vahid niyətlə gizli olaraq talayıb Azərbaycan X** Agentliyin «2 nömrəli X8» MMC-nə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi Azərbaycan Respublikası Cinayət Məcələsinin *77.2.4-cü maddəsi iə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməli tövsif edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli 9/342 saylı rəyi əsas laraq götürülmüş, həmin *00 ədəd aliminium profildən olan pəncərələrinin bir metr kvadratının qiyməti orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 45 (qırx beş) AZN olan, **6,6 kvadrat metri isə 5247,00 (beş min iki yüz qırx yeddi) manat dəyərində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli 9/342 saylı rəyinə əsasən ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən aliminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 202*-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 40,00 manat, **6,6 kvadrat metri isə 4664, 00 (**6 kv m x40,00 manat) manat müəyyən edir. Ekspertiza təyini haqqında qərarda göstərilən alüminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 2022ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yollu ilə təxminən 45,00 manat, **6,6 kvadrat metri isə 5247,00 ( **6 kv m x45,00 man) manat müəyyən edilir. Oğurluq, souyğunçuluq və quldurluğa dair işlrə ürə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, * saylı qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs əməlin törədildiyi vaxt 05.09.202*-ci il tarixdən, 20.09.202*-ci il tarixədək olan müddət olaraq müəyyən edilmişdir. Beləliklə, talanmış əmlakın qiyməti müəyyən edilərkən, ibtidai sitintaq orqanı tərəfindən 2022-ci ilin yanvar ayı üçün deyil, cinayətin törədildiyi vaxt üçün, yəni 202*-ci iln sentyabr ayına uyğun olan talanmış pəncərələrin dəyəri ekspert rəyinə uyğun olaraq müəyyən edilməli idi. Odur ki, əmtəəşünaslıq ekspertizanın rəyində göstərilmiş aliminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 202*-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 40,00 manat, **6,6 kvadrat metri isə 4664, 00 (**6 kv m x40,00 manat) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 2*.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 2*.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin *45.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.*-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 3*8.*-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.4-cü və 234.2-ci maddəsindən həmin Məcəllənin *77.* və 234.*-ci maddəsinə tövsif edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.*-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.*-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 4*.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 6*-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.*-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr *996-cı il tarixli 4 №-li qərarının, *3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların müəyyən edilməsi, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkün olmadığı qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in *77.*-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.*.-ci və 234.*-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan - azadlığı faktiki məhdudlaşdırıldığı andan hesablanmalı (CPM-nin *58.2.*, *58.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-*32), iş üzrə maddi sübut kimi tanınmış 0* ədəd pəncərə çərçivəsi zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Nümayəndə qaytarılması, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-*98.*.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü * ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin *97.*, *97.*.4 və *98.*-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş *59,90 (bir yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-*.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-*.*-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- *.*-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.*. və 234.*-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.*.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin *93.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0* fevral 200*-ci il tarixli, 3* nömrəli Qərarının *-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin *93.2, *93.4-cü və *94-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün *50 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 35*-353, 38*, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.* və 234.*-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.*-ci maddəsi ilə 0* (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə * (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni ** noyabr 202*-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, xalis çəkisi *.362 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 0* ədəd pəncərə çərçivəsi zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Nümayəndə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 0* ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə ekspertiza xərci *59,9 (bir yüz əlli doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN *70032662*, AZ34CTRE**********00208850*, X5, KOD 2*0005, VÖEN *40*55507*, Müxbir hesab AZ 4*, NABZ0*360***********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə *50 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN *90029243* h./h400900*94492*23272*4 SWİFT GODE İBAZAZ2X, müxbir hesabı 0*370*000203*. kod 805692 VÖEN 990000*88*) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar