Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-185/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.2005-ci ildə Cəlilabad rayonu Şorbaçı kəndində anadan olmuş, Azərbaycanlı, subay, 9-cu sinif təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Şorbaçı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır, 25 fevral 2022-ci il tarixdə barəsində əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 20 aprel 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay uzadılmış, 05 may 2022-ci il tarixdə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və 23 iyun 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimakn tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Yeddi Gözəl» adlanan parkda tanış olduğu xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xəzər dənizinin sahilində çölük əraziyə apararaq orada əvvəlcə onun sinə və cinsiyyət üzvünü əlləmiş, daha sonra isə öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağız nahiyyəsinə yeritməklə etirasını başa çatdırmaqla 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ilin iyul ayında yaşadığı Hövsan qəsəbəsinin yaxınlığında yerləşən «Yeddi Gözəl» parkında tanış olmuşdur. Həmin ərəfədə dostu Şahid1 ona Maralla sevgi münasibətləri olduğunu demiş və Orxan Maral ilə münasibətini kəsdikdən sonra Maralla parkda tanış olmuşdur. Bu tanışlıqdan sonra 1 ay müddətində sevgi münasibətləri olmuşdur. Belə ki, bir neçə dəfə həmin parkda görüşərək gəzinti etmişlər. 2021-ci ilin oktyabr ayında təxminən saat 12 radələrində Maralın oxuduğu 196 saylı məktəbin qarşısına gələrək orada gözləmiş və Maral dərsdən çıxaraq yol gedərkən ona yaxınlaşmışdır. Onlar söhbət edə-edə piyada məktəbin yaxınlığında yerləşən dənizə gedən yolda göy rəngli böyük dəmir boruların üstündən keçib boruların kənarında heç kimin olmadığı yerdə Maralı qucaqlayaraq onu sevdiyini demişdir. Orada Maralın üst paltarını yuxarı aldırıb döş nahiyəsini əlləmiş və üzboyun nahiyyələrindən öpmüşdür. Sonra isə əynində olan şalvarının düyməsini açıb şalvarını və tumanını aşağı çəkmişdir. Öz əli ilə cinsiyyət orqanını tutub Marala ağzına almağını demişdir. Maral da onun bu təklifindən imtina etməmiş və onun cinsiyyət üzvünü ağzına yeritməyinə icazə vermişdir. Bu qaydada Maralın ağız nahiyəsinə cinsiyyət üzvünü yetirməklə bu hərəkəti bir neçə dəqiqə davam edərək onun ağzına qurtarmışdır. Həmin hərəkətini isə öz mobil telefonu ilə çəkmişdir. Daha sonra əynini geyinmiş və biraz söhbət etdikdən sonra birlikdə oradan çıxıb ayrılmışlar. Bir müddət sonra isə yəni təxminən 2021ci ilin avqust ayında X1 ilə münasibətinin olduğunu öyrənmiş və bundan sonra Maral ilə münasibətləri pozulmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, peşəkarlıq səviyyədə idmanla məşğul olduğunu, yarışlarda Azərbaycan Respublikasının bayrağını qaldırdığını bildirdi, zərərçəkmiş şəxsi sevdiyini, gələcəkdə ailə quracağın nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri atası Ramil, anası İlahə, 2011-ci il təvəllüdlü qardaşı Abdurahman və 2017-ci il təvəllüdlü bacısı Rüzgarla birgə ünvan 2 ünvanında yaşayır. ünvan 3 məktəbin 6A sinifində oxuyur. Hal-hazırda orta məktəb təhsilini davam etdirir. Təqsirləndirilən şəxs ilə 2021-ci ilin iyul ayında yaşadığı Hövsan qəsəbəsinin yaxınlığında yerləşən «Yeddi Gözəl» parkında tanış olmuşdur. Belə ki, yay tətili zamanı havaların isti olması ilə əlaqədar olaraq tez-tez qonşuluqda yaşayan və 9-cu sinif şagirdi olan xalası qızı X7 ilə birgə həmin parka gəzintiyə çıxmışlar. Orada Elgün ona yaxınlaşaraq ona sözü olduğunu deyərək, kənara çəkilməyi təklif etmiş, o da xalası qızından kənarlaşaraq onunla birgə təxminən 300 mert məsafə gəzərək söhbət edərkən onu tez- tez parkda gördüyünü və xoşuna gəldiyi üçün onunla sevgi münasibəti qurmaq istədiyini bildirmişdir. Buna görə Elgün ondan əlaqə nömrəsi istəmiş, o da Elgünə istifadə etdiyi (050) ***-**-** saylı nömrəni verməsə də hal-hazırda şifrəsini xatırlamadığı «İnstagram» səhifəsini demişdir. Həmin günü axşam bir «İnstağram» vasitəsilə yazışmışlar. Bundan sonra Elgünlə mütəmadi yazışmış, yazışmalar zamanı Elgün ondan xoşu gəldiyini və ona lüt şəkilini göndərməyini bildirmişdir. O da Elgünə inanaraq bir dəfə öz otağında olarkən sinəsinin açıq şəkilini «İnstağram» vasitəsilə ona göndərmişdir. Bundan başqa Elgünlə «Votsap» vasitəsilə də yazışmış, paltarda şəkil göndərsə də, lüt şəkil göndərməmişdir. Təxminən 3 ay müddətinə mütəmadi olaraq aralarında yazışmalar olmuş, həmçinin qeyd etdiyi parkda görüşərək orada piyada gəzmişlər. 2021-ci ilin oktyabr ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı zaman gecə saat 22 radələrində evdə olduğu zaman Elgünlə «Votsap» sosial şəbəkəsi vasitəsilə yazışarkən onunla görüşüb, cinsi əlaqədə olmaq istəyini bildirmişdir. O isə Elgünün bu təklifini rədd etdikdə onu səhəri gün oxuduğu məktəbdə gözləyəcəyini demişdir. Hətta ona hədə-qorxu gələrək onunla cinsi əlaqədə olmadığı təqdirdə ona göndərmiş olduğu lüt şəkilini yayacağını və valideyinlərinə də deyəcəyini bildirmişdir. Həqiqətən səhəri gün saat 13 radələrində tənəfüz zamanı Elgünü oxuduğu 196 saylı tam orta məktəbinin həyətində görmüşdür. Elgün tək dayanmış, onu 1-ci mərtəbədə yerləşən sinif otağından görsə də Elgün onu görməmişdir. Onun telefonunda internet şəbəkəsi olmadığı üçün yazmasını bilməmişdir. Elgün getdikdən sonra o, məktəbdən çıxaraq evə getmişdir. Həmin günü Elgün ona yazmamış, səhəri gün saat 12 radələrində 5 dərsdən çıxaraq evə gedərkən yolda mağazanın qarşısında ona yaxınlaşaraq onunla işi olduğunu deyərək, məktəbin və 30-cu polis bölməsinin yaxınlığında dənizə gedən yolda göy rəngli böyük dəmir boruların üstündən pilləkəni keçərək, boruların kərarında heç kimin olmadığı yerdə onu qucaqlayıb onu sevdiyini deyib, özünə tərəf sıxaraq əyninə olan üst paltarını yuxarıya doğru qaldırıb, əlləri ilə döş nahiyyəsini sıxaraq əlləmiş və boyun nahiyəsindən öpmüşdür. Sonra isə onun şalvarının düyməsini açmaq istədikdə Elgünə mane olmaq istəmiş, lakin Elgün onun şalvarının düyməsini açaraq aşağıya doğru çəkmişdir. Daha sonra isə alt tumanını aşağıya doğru çəkərək əlləri ilə onun arxa hissəsini və ön hissəsini, yəni cinsiyyət üzvünü əlləməyə başlamışdır. Bundan sonra öz şalvarının zəncirbəndini açaraq cinsiyyət üzvünü çıxarıb, sərtləşmiş vəziyyətdə onu arxadan qucaqlayıb, öz cinsiyyət üzvünü ona arxa tərəfdən dayayaraq içəriyə doğru yeritmək istəmiş, lakin buna imkan vermədiyi üçün girməmişdir. O, tumanını və şalvarını yuxarı çəkib, bir qədər kənara çəkib, göy rəngli boruların üstündə oturmuşdur. Elgün isə onu yanına gətirərək orada öz cinsiyyət üzvünü onun ağzına almağı demişdir. O isə əvvəlcə bundan imtina etmiş, lakin sonra yenidən bunu israrla istəyərək onun ağzına yeritmişdir. O da Elgünün cinsiyyət üzvünü ağzına almışdır, Həmin vaxt Elgünün mobil telefonuna zəng gəlmiş, Elgün telofonla danışdıqdan sonra telefonun menyusuna girərək telefonun kamerasını yuxarıdan aşağıya doğru ona tərəf tuşlayıb əlində saxlamışdır. Bu qaydada onun ağız nahiyyəsinə cinsiyyət üzvünü yeritməklə bu hərəkəti 10-12 dəqiqə davam etmiş və ağzımnacinsiyyət üzvündən maye axdıqdan sonra çıxarıb, şalvarının qarşısını bağlamışdır. O da həmin mayeni tüpürməklə ağzından yerə tökmüşdür. Oradan birgə bir qədər yol gəlib, ayrılaraq hər kəs öz evinə getmişdir. Sonradan Elgün ona qarşı etdiyi hərəkətə telefonda videoya çəkdiyini ona demişdir. Ondan sonra o, Elgünün zənglərinə cavab verməmiş və onu bloka atmışdır. Bundan sonra onların münasibətləri pozulmuş və görüşməmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 izahatında qızı barədə olan hadisələrdən xəbərinin olmadığını, məktəb direktorunun müavinin ona qızı barəsində video-görüntü olmasını bildirməsindən sonra bu barədə məlumatının olduğunu, həmin videonu çəkən şəxsə də özündə saxladığı üçün öz iradını bildirdiyini, qızının qorxduğu üçün ona məlumat vermədiyini, hazırda təqsirləndirlən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirlədirilən şəxs barəsində həbslə bağlı olmayan cəzanın təyin edilməsi ilə əlaqədar qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul-avqust ayından etibarən Suraxanı rayonu Növsan qəsəbəsi, Sahil döngəsi 9 ünvanında yerləşən və Sultan adlı şəxs icarəyə gördüyü «llknur» marketdə hər ay 300 manat maaş müqabilində satıcı işləyir. Həmin mağazanı isə 196 saylı tam orta məktəbin yaxınlığında yerləşir. Zərərçəkmiş şəxs və X2 ilk dəfə 2021-ci ilin noyabr ayında (dəqiq tarixini xatırlamır) görmüşdür. Belə ki, o, X9 Məhərrəmova arasında baş verənləri özünə məxsus “Honor 9” markalı mobil telefonla çəkərək 1 dəqiqə ərzində iki fayılda çəkiliş etmişdir. 23 fevral 2022-ci il tarixdə isə onu 30cu polis bölməsinə dəvət edərkən orada ona məlum olmuşdur ki, Maralın anası qızına qarşı İbrahim və Elgün adlı şəxsin əxlaqsız hərəkətlər edilməsi barədə şikayət etmişdir. Daha sonra isə onunla şifahi söhbət aparılarkən İbrahimin Maralla cinsi əlaqədə olmalarını video görüntüyə aldığını etiraf etmişdir. X5 cinsi əlaqədə olmasını öz mobil telefonunun kamerası vasitəsilə video görüntüyə almış, lakin o, Marala öz cinsiyyət üzvünü ağzına almasına və ya onunla cinsi əlaqədə olmağı təklif etməmişdir. Lakin bu barədə valideyinlərinə məlumat verəcəyini demiş və ona öz telefonundan mesaj yazaraq mağazaya gəlməsini bildirmişdir. Mağazaya çağırmaqda isə məqsədi valideyinlərinin nömrəsini özündən öyrənmək olmuşdur. Başqa şəxsdən öyrənmək istəməmişdir. O, həmin videonu İbrahimin yanında silmiş, lakin silmiş olduğu 2 ədəd fayıldakı video görüntülər telefonun yaddaşında qalmışdır. O da həmin videogörüntüləri xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə İbrahim Baxşalıyevin atası Kamal Baxşalıyevin «Votsap» bölməsinə göndərmişdir. Kamal Baxşalıyevə 3 ədəd video görüntü göndərmiş, həmin görüntülərdən ikisi onun İbrahimlə Maralın bir yerdə cinsi əlaqədə olduqları zaman çəkdiyi görüntülər olmuş, digər bir görüntü isə Maralın adını sonradan bildiyi Elgün adlı şəxsin cinsiyyət üzvünü ağzına alarkən olduğu görüntü olmuşdur. Həmin görüntünü dəqiq tarixini xatırlamamış, İbrahim özü ona göndərmişdir. O, həmin görüntünü yaymamış, həmin görüntülərin necə və kim tərəfindən yayılmasını bilməmişdir. Ola bilər həmin görüntüləri ibrahim özü yaymışdır. Həmin ərəfədə və hal-hazırda «Honor9» markalı mobil telefonu (055) ***-**-** saylı nömrə ilə istifadə etmiş, başqa telefonu və nömrəsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayonu Təklə kəndində daimi qeydiyyatda olmaqla, 5 ilə yaxın müddətdir ki, ailə üzvləri ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 5 ünvanında yaşayır. Hal-hazırda ünvan 3 məktəbində 9 C sinifində oxuyur. Zərərçəkmiş şəxs ilə 2021-ci ilin iyul ayında yaşadığı Hövsan qəsəbəsinin yaxınlığında yerləşən «Yeddi Gözəl» parkında tanış olmuşdur. Belə ki, yay fəsli olduğu üçün tez-tez həmin parka gəzməyə getmişdir. Dəqiq tarixini xatırlamadığı zaman saat 15 radələrində parkda tək gəzərkən adını tanışlıqdan sonra bildiyi Maralın adını bilmədiyi xalası qızının gəzdiklərini görmüşdür. Maral özü ona yaxınlaşaraq onunla eyni məktəbdə oxuduğunu, ondan xoşu gəldiyini və onunla tanış olmaq istədiyini bildirmişdir. O da Maral ilə tanış olmaq istədiyini deyərək bir-birinə öz «İnstagram» səhifələrinin profil adını vermişlər. Həmin günü axşam evdə olakən Maral onun istifadə etdiyi «44.həmidov» şifrəsi ilə istifadəsində olan «İnstagram» səyifəsinə hal-hazırda şifrəni unutmuş olduğu «İnstagram» səyifəsindən yazaraq onunla tanışlığı mövzusunda yazışmışdır. Bundan sonra sevgili münasibətləri olmuşdur. Belə ki, onlar yalnız «İnstagram» sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmışlar. Yay mövsümü olduğu üçün məktəblər bağlanmış, Maral ilə görüşməmişdir. Lakin tanış olduqdan 3-4 gün sonra Maralı «Yeddi Gözəl» parkında tanımadığı başqa bir oğlanla görmüş, bu ona pis təsir etmiş və Maralın onu aldatdığını düşünmüşdür. Bundan başqa sinif yoldaşı X10 Maralla tanışlığı barədə məlumat vermişdir. Həsən ona Maralı həmin parkda başqa bir oğlanla gördüyünü demişdir. Maralın bu hərəkətlərinə görə sevgi münasibətlərinə son qoymaq qərarına gəlmiş və bu barədə Maralın özünə yazaraq fikrini bildirdikdən sonra onu öz səhifəsində blok etmişdir. Hətta Maralla münasibəti bitdikdən sonra Maralı onunla paralel sinifdə, yəni 9A sinifində oxuyan İbrahim Baxşaliyevlə məktəbin qarşısında söhbət edərkən görmüşdür. Bundan başqa Maralın onun tanışı Təqsirləndirilən şəxsla da sevgili münasibətində olduğunu Elgünün özündən eşitmiş, hər ikisi ilə başqa münasibətlərinin olmasının görməmişdir. Lakin 23 fevral 2022-ci il tarixdə Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsinə çağırılarkən orada onunla şifahi söhbət aparan İbrahim və Elgünün Maralla cinsi əlaqədə olmaları barədə məlumat verdiyini bilmişdir. Maral Mərrəmova ilə münasibətdə olarkən (077) ***-**- ** saylı nömrə ilə «İnsgaqram» sosial şəbəkəsi vasitəsi ilə yazışmışdır. Həmin səhifəsini ifadəsində qeyd etmişdir. Maralın səyfəsini isə xatırlamamışdır. Hal-hazırda həmin nömrəni «Samsung Galaxi A50» markalı mobil telefonda istifadə edir. Mobil telefonu istintaqa təqdim edə biləcəyini qeyd etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin 1-ci cildinin 67-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə, saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 131-135-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 4(010)-1158/2022 saylı qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli 23 fevral 2022-ci il tarixindən hesablamaqla, 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 19-21-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 4(010)-233/2022 saylı qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli 23 iyun 2022-ci il tarixinədək uzadılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinin 2-ci cildinin 58-63-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 4(010)-263/2022 saylı qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 4(010)-233/2022 saylı qərarı ilə 02 ay, yəni 23 iyun 2022-ci il tarixinədək uzadılmış həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 155-156-cı vərəqində olan 23 iyun 2022-ci il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 105-108-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 24 fevral 2022-ci il tarixli 270 nömrəli rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Cinayət işinin 2-ci cildinin 116-119-cu vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 27 aprel 2022-ci il tarixli 432 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Cinayət işinin 2-ci cildinin 133-136-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-sənətşünaslıq ekspertizasının 09 iyun 2022-ci il tarixli 11/213 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd “CD” diskdə olan 13 saniyə davam edən birinci videogörüntü və 25 saniyə davam edən videogörüntü pornoqrafik xarakterlidir. Təqdim edilmiş 01 ədəd “CD” diskdə olan 13 saniyə davam edən digər videogörüntü isə pornoqrafik xarakterli deyildir. Cinayət işinin 2-ci cildinin 71-75-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının 11 aprel 2022-ci il tarixli 5/323 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A50" markalı, “SM-A505FN/DS” modelli “**********06873; **********06871” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Honor 9X" markalı “STK-LX1” modelli “**********63789, **********81799” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “İOS 15.2.1” əməliyyat sistemi ilə təhciz olunmuş “iphone X” markalı, “A1901” modelli “**********39341” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “İOS 12.5.5” əməliyyat sistemi ilə təhciz olunmuş “iphone 6” markalı, “A1586” modelli “**********05538” “imei” kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim olunan “Samsung Galaxy A50” markalı “SM- A505FN/DS” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “MBWhatsApp, “Facebook/Messenger” və “Telegram” program təminatları vasitəsi ilə məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Tədqim olunan “Honor 9X” markalı “STK-LX1” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “Telegram” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olnmuş xarici yaddaş qurğuya). Təqdim edilmiş “iphone X” markalı “А190Г modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp proqram təminatı, “İnstagram” və “Tik-Tok" sosial şəbəkələri vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olnmuş xarici yaddaş qurğuya). Tədqiq olunan “İphone 6” markal “A1586” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audoi, foto, video fayllar, “WhatsApp proqram təminatı, “İnstagram” və “Tik-Tok" sosial şəbəkələri vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olnmuş xarici yaddaş qurğuya). Tədqiq olunan “Samsung A50" markalı “SM-A505FN/DS” modelli, "Honor 9X” markalı “STK-LX1” modelli, “İphone X” markalı “A1901” modelli və “İphone 6” markalı “A1586” modelli mobil smartfonların yaddaşında olan məlumatların köçürülüb-köçürülməməsi və yaddaşlarından pozulmuş məlumatların tarixlərinin qeyd olunub-olunmaması barədə “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə edilmiş “hesabat’da əks olunmuşdur (bax rəyə əlavə olnmuş xarici yaddaş qurğuya). Cinayət işinin 2-ci cildinin 120-123-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 aprel 2022-ci il tarixli 1080 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ramiz qızı hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs Ramiz qızında həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs Ramiz qızı Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşüb düşməməsi və onun məcburi tibbi xarakterli tədbirlərin tətbiqinə ehtiyacının olub-olmaması barəsində qərarda qoyulmuş sual yoxlanılan şəxsin bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün ona şamil edilmir. Zərərçəkmiş şəxs Ramiz qızının əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, aktivlik, sərbəstliyə və müstəqilliyə can atmaq, nümayişkaranəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs Ramiz qızında təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Cinayət işinin 2-ci cildinin 188-190-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 iyul 2022-ci il tarixli 1720 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq aşkar olunmaqla xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə myillilik müəyyən olunmadı. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Cinayət işinin 2-ci cildinin 66-70-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixoloji ekspertizasının 07 aprel 2022-ci il tarixli 11/86 nömrəli rəyindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Ramiz qızının fərdi-psixi xüsusiyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. xx.xx.2010cu il təvəllüdlü Zərərçəkmiş şəxs Ramiz qızının əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Ramiz qızı əqli və psixi inkişafına, və ya fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilmiş hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Cinayət işinin 2-ci cildinin 191-194-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş əlavə ambulator məhkəmə-psixoloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli 2548 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ramiz qızının əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, aktivlik, sərbəstliyə və müstəqilliyə can atmaq, nümayişkaranəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs Ramiz qızında təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs Ramiz qızı yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs Ramiz qızına qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (stress, qorxu, həyəcan, psixi-emosional gərginlik, nevrotik və ya depressiv hal və s.) yaranmamışdır. Zərərçəkmiş şəxs Ramiz qızı özünün psixoloji yaş və fərdi psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq ona qarşı edilən hərəkətlər zamanı müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs Ramiz qızının əqli və psixi inkişafı nəzərə alınmaqla o, onunla yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilərdi. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Ehtibar oğluna qarşı hər hansı bir iddiası, tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş 26 noyabr 2023-cü il tarixli 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X14 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Ehtibar oğluna qarşı hər hansı bir iddiası, tələbi və şikayəti yoxdur. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, qızı X6 ilə nikaha daxil olmaq niyyətindədirlər. Qızı, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatdıqdan sonra onunla nikaha daxil olacaqdır. Yuxarıda qeyd olunanların nəzərə alınmasını, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini və cinayət işinə onların iştirakları olmadan baxılmasına məhkəmədən xahiş etmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halların o cümlədən, Zərərçəkmiş şəxs onunla barışması, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətin və tələbin olmamasına dair notarial qaydada təsdiq olunmuş ərizənin təqdim edilməsi, bundan əlavə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 Adil qızı tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayətn və tələbin olmaması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə nikaha daxil olmaq niyyəti olmaları, qızı Zərərçəkmiş şəxs yetkinlik yaşına çatdıqdan sonra onun nikaha daxil olacaqları barədə notarial qaydada təsdiq olunmuş ərizənin verilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsnın gənc olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, peşəkar idmanla məşğul olduğunu (Füzuli idman klubunun üzvü olması, 8 Noyabr Zəfər gününə həsr olunmuş Peşəkar Turnirdə qaydasız döyüş növü üzrə iştirak etməklə 2-ci yerə layiq görülməsi, MMA idman növü üzrə keçirilmiş yarışda 1-ci yerin qazanması, “General” İdman Klubu uşaqlar və yeniyetmələr arasında TAEKWON-DO İTF idman növü üzrə “Xocalı-Güllə Borcumuzdur” adlı klub birinciliyi üzrə 1-ci yerin qazanması), cinayəti törədərkən yetkinlik yaşına çatmamış şəxs olduğunu, törətdiyi əməldən səmimi peşman olduğunu, iş üzrə təyin edilən cəzanın ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 270 (iki yüz yetmiş) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 03 (üç) il müəyyən edilsin və cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-185/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-185/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver