Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-186/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2006-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Yardımlı rayonu, Osnakəran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2021-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 24 saylı poliklinika ilə üzbəüz olan «24 saat şərab evi» mağazasının plastik qapısını özləri ilə gətirdikləri vintaçana açaraq qanunsuz daxil olaraq mağazadan götürmüş olduqları 1 ədədinin dəyəri 30 qəpik olan 3 ədəd cəmi 90 qəpik dəyərində sellofan torbalara 1 ədədi 3 manat 90 qəpik olan 1 blok cəmi 39 manat dəyərində olan 13 blok cəmi 507 manat dəyərində “Sobrania” siqaretini, 1 blok cəmi 26 manat dəyərində olan “Rothmans” siqaretini, 1 blok cəmi 26 manat dəyərində olan “X10 Sunset” siqaretini, 1 ədədi 3 manat 60 qəpik olan 1 blok cəmi 36 manat, 13 blok cəmi 468 manata “Kent 4” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan 12 blok cəmi 240 manat dəyərində “Mağna” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan 3 blok cəmi 60 manat dəyərində “'Keno” siqaretini, 1 ədədi 3 manat 40 qəpik olan 1 blok cəmi 34 manat dəyərində olan 9 blok cəmi 306 manat dəyərində “Winston” siqaretini, 1 ədədi 2 manat 50 qəpik olan 1 blok cəmi 25 manat dəyərində olan 10 blok cəmi 250 manat dəyərində “Wincester” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan “Prima” siqareti olmaqla cəmi 1.903 manat dəyərində siqaretləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1903.90 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2006-ci il tarixdə valideynləri ilə birlikdə Bakı şəhərinə gəlmişdir. 2018-ci ildə atası uzun sürən xəstəlikdən sonra ölmüşdür. Anası isə təndir mağazasında çörək üçün xəmir edir. Bacısı epilepsiya xəstəsidir. Təxminən 6-7 ay müddət olar ki, Qaraçuxur qəsəbəsində ünvansız evdə kirayə yaşamışdır. Bir müddət dönərxanda kuryer işləmiş, son zamanlar işsiz olmuş və hər hansı qazancı olmamışdır. X1 təxminən 1 il olar ki, yaşadığı evin qonşuluğunda yaşayan adam kimi tanıyıb. 11 dekabr 2021-ci il tarixdə Nurlan İsmayılov ilə birlikdə olan zaman Gülağa İsmayılov keçidin yanında ona yaxınlaşmışdır. Gülağa İsmayılov bildirdi ki, hərbi xidmətdə gəlmiş işləri vardır və həmçinin kirayə yaşadıqları evə qardaşının buraxılmadığını bildirdi. Ona görə qardaşının bir neçə gün onun kirayə yaşadığı evdə qalmasını bildirdi və o, da etiraz etməmişdir. Gülağa məzuniyyətə gəlməsinə görə onunla görüşüb çörək yeməyi bildirdi və axşam onlar əmisi Fuadın iştirakı ilə dördü Gülağanın məzuniyyətini qeyd etmək üçün keçidin yaxınlığında olan Suraxanı bələdiyyəsinin yanında olan kafedə görüşüb çay içdilər. Sonra Gülağa evlərinə getdi. O, isə həmin ərəfədə anası ilə deyil nənəsinin evində qalmışdır. Nurlan 2 gün onunla həmin ünvanda qalmışdır. Həmin haldan anasının xəbəri olmayıb və həmin evdə nənəsi, Fuad ailəsi ilə birlikdə qalmışdır. Onlar Nurlanın evində qalmasına etiraz etmədi. Həmin evdə əmisinin otağında, əmisi isə arvadı ilə nənəsinin otağında qalmışdır. Onlar evdə olan zaman Nurlan bildirdi ki, maddi vəziyyət yaxşı deyil və həmçinin özünə moped velosiped almaq istəyir. Onun üçün təklif etdi ki, hər hansı bir mağazadan oğurluq etsinlər və oradan əldə etdikləri pulu birlikdə bölsünlər. O, razılıq verdi və bundan başqa Nurlan evdə bildirdi ki, mağazanın plastik qapısını açmaq üçün vintaçan aldı və üzərində götürdü, onunla mağazanın qapısını açar. Bundan sonra onlar evdən çıxdılar və o, öz istifadəsində olan 070 *** ** ** nömrə ilə *2111 nömrəsindən Nurlanın tapşırığı ilə taksi sifariş etdi və taksi onları həmin ünvana apardı. Onlar Günəşli qəsəbəsində olan «AB» Y/S-nə gəlib qartalın yanında taksidən düşdülər və yol pulunu 1.70 manat o, ödəmişdir. Qartalın yanında piyada həmin şərab evinin yanına qalxdılar və ətrafı müşahidə etdilər. Nurlan üzərində olan vintaçanla şərab evinin qapısını ilə açdı və onlar şərab evinə keçdilər. Onlar birlikdə piştaxtada olan müxtəlif növ siqaret çeşidlərini mağazadan götürdükləri 3 ədəd sellofan torbalara yığdılar. Hadisə zamanı 13 dekabr 2021-ci il tarixdə saat 03 radələrində mağazaya daxil oldular və təxminən 5 dəqiqə müddətində şərab evində oldular. Əlində olan torbalarla piyada şir heykəlinin yanında görüşdülər və sonra orada Nurlan bildirdi ki, Qaraçuxur qəsəbəsində olan evlərinə getsinlər və ona görə taksi sifariş etməyini bildirdi. O, yenə taksi sifariş etdi və taksi onları yenə evə gətirdi. Evin yaxınlığında taksidən düşən zaman onlara polis avtomobili yaxınlaşdı və Nurlan əlində torbaların birini götürüb evə keçmək istəyən zaman polislər şübhələndi, Nurlan isə qaçıb evə girdi. Onu isə polislər gəlib avtomobilə mindirdi və həmin şəxsin onun kim olmasını bilmədi. O, Nurlan olduğunu və evinə keçməsini bildirdi və həmin vaxt onun əlində olan 2 torbasını polislər aldı. O, polis əməkdaşlarına torbada olanların oğurluq siqaretlər olmasını və şərab evindən oğurladığını bildirdi. Digər oğurluq torbanı aparanı Nurlanı xəbər aldılar, əmisi isə hadisədən xəbəri olmadığını bildirdi və polislər digər torbanı götürmədən Nurlanı onun olduğu polis avtomobilinə mindirib Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirdilər. Onlar baş vermiş hadisəni etiraf etdilər və sonra bildi ki, əmisi digər siqaretlər olan torbanı yandırıb. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, təxminən 6 ay müddət olar ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində olan 24 saylı poliklinika ilə üzbəüz yerləşən 24 saat şərab evini icarə yolu ilə işlədir. 12 dekabr 2021-ci il tarixdə saat 21 radələrində həmişə olduğu kimi işə gəldi və 13 dekabr 2021-ci il tarixdə saat 02 radələrində özünü yaxşı hiss etmədiyinə görə mağazanı bağlayıb yaxınlıqda olan evinə getmişdir. Mağazanı tərk edən zaman üzərində olan qapının açarı ilə mağazanın qapısını bağladı və həmin vaxtı hər hansı bir şübhəli şəxs onun diqqətini cəlb etmədi. Təxminən 03 radələrində onun növbə yoldaşı olan Sahil ona zəng edərək mağazaya oğru girməsini və ona mağazaya gəlməyini bildirdi. O, həmin mağazaya gəldi və ora ərazi polis bölməsinin əməkdaşlarının gəlməsini gördü. O, mağazaya gəldi, gələn zaman polislərin hadisə yerində olmasını və mağazanın qapılarının açıq olmasını gördü. Dərhal mağazada olan müşahidə kamerasına baxan zaman həmin gecə saat 03 radələrində tanımadığı bir nəfər arıq bədən quruluşlu, sarışın uzun gödəkcə geymiş oğlanın və bir nəfər alçaq boylu arıq bədən quruluşlu qarabəniz oğlanın saat 03 radələrində mağazaya yaxınlaşması, onlardan qarabəniz alçaq boylu oğlan tərəfin əlində olan əşya ilə mağazanın giriş qapısını açıb hər ikisinin mağazaya daxil olmasını və daha sonra mağazada olan kassa aparatına yaxınlaşmaqla mağazadan götürmüş olduqları 3 ədəd qara rəngli torbanın içərisinə siqaretlər yığmasını gördü. Mağazaya diqqət edən zaman orada 1 ədədinin dəyəri 30 qəpik olan 3 ədəd cəmi 90 qəpik dəyərində sellofan torbalara 1 ədədi 3 manat 90 qəpik olan 1 blok cəmi 39 manat dəyərində olan 13 blok cəmi 507 manat dəyərində “Sobrania” siqaretini, 1 blok cəmi 26 manat dəyərində olan elə bir “Rothmans” siqaretini, 1 blok cəmi 26 manat dəyərində olan “X10 Sunset” siqaretini, 1 ədədi 3 manat 60 qəpik olan 1 blok cəmi 36 manat, 13 blok cəmi 468 manata “Kent 4” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan 12 blok cəmi 240 manat dəyərində “Mağna” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan 3 blok cəmi 60 manat dəyərində “Keno” siqaretini, 1 ədədi 3 manat 40 qəpik olan 1 blok cəmi 34 manat dəyərində olan 9 blok cəmi 306 manat dəyərində “Winston” siqaretini, 1 ədədi 2 manat 50 qəpik olan 1 blok cəmi 25 manat dəyərində olan 10 blok cəmi 250 manat dəyərində “Wincester” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan “Prima” siqareti olmaqla cəmi 1903 manat dəyərində siqaretləri gizli yolla talayaraq ümumilikdə 1903.60 manat məbləğində əşyanı oğurlamışlar. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən köşkə baxış keçirildi və ərizə ilə Xətai Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət etdi. Hadisə nəticəsində ona cəmi 1903.60 manat maddi ziyan dəymişdir. Sonradan oğurluq edən şəxsin X2 və Təqsirləndirilən şəxs olmasını bildi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, X6 Alayının Patrul bölüyünün polis nəfəri işləyir. 7-ci patrul bölüyü inzibati ərazi olaraq Suraxanı Rayonu Polis İdarəsinin inzibati ərazisində xidmət aparır və daha dəqiq 7-ci patrul bölüyü Suraxanı rayonu 32 və 33-cü polis bölmələrinin inzibati əraziləri olan Yeni Günəşli və Qaraçuxur qəsəbələrində xidmət aparır. O, 2479 nömrəli avtopatrul avtomobilində gecə növbəsi olaraq marşrutlu xidmət aparır, onun xidməti ərazisi son zamanlar Qaraçuxur qəsəbəsi olmuş və onunla birlikdə həmin ərazidə X6 Alayının Patrul bölüyünün 7-ci patrul bölüyündə polis serjantı olan Şahid1 və X3 ilə birlikdə xidmət aparır. 13 dekabr 2021-ci ildə saat 03 radələrində Qaraçuxur qəsəbəsində Şahid1 və Raqif Məmmədov ilə xidmət aparan zaman Şərq yaşayış sahəsində patrul avtomobili ilə xidmətdə olan zaman 2 nəfər əvvəllər tanımadığı şəxsin bir nəfərində əlində qara sellofan torba görüb arxadan həmin şəxslərə yaxınlaşan zaman onlardan biri alçaq boylu qaraçı tipində olan şəxsin orda olan həyət evinə daxil olmasını görüb onlara yaxınlaşan zaman özlərini şübhəli aparmalarını və birinin dərhal evə keçməsi onlarda şübhə yaratmışdır. Onlar dərhal digər bir şəxsə, yəni əynində uzun gödəkcə olan sonradan onlara 33-cü polis bölməsində şəxsiyyətini tam olaraq bilmiş olduğu Təqsirləndirilən şəxs yaxınlaşıb polis vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini və əlində olan qara torbadakı əşyaların nə əşyası olmasını xəbər almış, həmin şəxs özünü şübhəli aparmış və onlar onu dərhal avtomobilə mindirmiş və ondan digər şəxsin kimi olmasını xəbər almışlar. Təqsirləndirilən şəxs həmin şəxsin dostu X2 olmasını, əlində olan torbadakı siqaretlərin oğurluq siqaretlər olmasını və bir neçə dəqiqə bundan öncə həmin siqaretləri Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində olan şərab evindən oğurlamalarını bildirmişdir. Onlar həmçinin həmin torbalarda götürüb avtomobilə qoymuş və həmçinin digər şəxsin də oğurluq cinayətində iştirakçısı olmasına görə onunda dərhal saxlanması üçün qeyd edilən evin qapısını döyüb ev sahibini dəvət etmiş, evin sahibi sonradan onlara Fuad kimi məlum olan Suraxanı rayonu İH-də süpürgəçi olaraq işləməsini bildiyi şəxs çıxmış və bildirmişdir ki, bir an öncə evə keçən şəxs onların hazırda tutmuş olduğu qardaşı oğlu olan Hacıbalanın dostu Nurlandır və özündə Hacıbalanı əmisi olaraq təqdim etmişdir. Nurlanı qapıya çağırmış və Fuad adlı şəxs həmin şəxslərin əməlindən xəbəri olmadığını və onlar qapını döyən kimi Nurlanı artıq həmin siqaretləri yandırmasını bildirmişdir. Nurlan da qapıya çıxmışdır ki, onlar onu da patrul avtomobilin mindirməklə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirmişlər və orda Nurlanın şəxsiyyəti müəyyən olunmuşdur. Fuad adlı şəxsin hərəkətlərində hər hansı şübhə doğuran əlamətlər olmadığından o polisə aparılmamışdır ki, onsuzda həmin şəxsin yaşadığı yeri məlum olduğundan gələcəkdə polis əməkdaşı onu özü izahat alınması üçün dəvət edəcəkdir. Polis bölməsində qeyd edilən şəxslərin gətirilməsi ilə bağlı olaraq 33-cü polis bölməsinin rəisi Samir Quliyevin adınan həmin şəxslərin gətirilməsi, barələrində qanuni tədbir görülməsi üçün raport yazmış, həmin şəxslər əllərində olan torbaları təhqiqatçıya təqdim etmişlər və bu barədə protokol tərtib olunmuşdur. Həmin şəxslər etmiş olduqları əməli etiraf etmişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş materialları ilə təsdiq edilir. 23 fevral 2022-ci il tarixli 9/497 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 277,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (“Magna Silver” markalı siqaret 1 blok 21 ədəd 21 manat; “X5” markalı siqaret 2 blok 35 ədəd 70 manat; “Winston Caster” markalı siqaret 1 blok 35 ədəd 35 manat; “Winshester Silver” (qalın) markalı siqaret 1 blok 26 ədəd 26 manat; “Winchester Silver (nazik) markalı siqaret 1 blok 26 ədəd 26 manat; “Prima Deluxe” markalı siqaret 1 blok 21 ədəd 21 manat; “X10 Sunset” markalı siqaret 1 blok 26 ədəd 26 manat; “X8” markalı siqaret 1 blok 26 ədəd 26 manat; “X9” markalı siqaret 1 blok 26 ədəd 26 manat”). Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğunu, ilk dəfə olaraq və maddi imkansızlığı üzündən az ağır cinayət törətdiyini, ailə vəziyyətini öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) blok “Magna Silver” markalı siqaret, 02 (iki) blok cəmi “X5” markalı siqaret, 01 (bir) blok “Winston Caster” markalı siqaret, 01 (bir) blok “Winston Silver” (qalın) markalı siqaret, 01 (bir) blok “Winston Silver” (nazik) markalı siqaret, 01 (bir) blok “Prima Deluxe” markalı siqaret, 01 (bir) blok “X10 Sunset” markalı siqaret, 01 (bir) blok “X8” markalı siqaret, 01 (bir) blok “X9” markalı siqaret Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermənövündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) blok “Magna Silver” markalı siqaret, 02 (iki) blok cəmi “X5” markalı siqaret, 01 (bir) blok “Winston Caster” markalı siqaret, 01 (bir) blok “Winston Silver” (qalın) markalı siqaret, 01 (bir) blok “Winston Silver” (nazik) markalı siqaret, 01 (bir) blok “Prima Deluxe” markalı siqaret, 01 (bir) blok “X10 Sunset” markalı siqaret, 01 (bir) blok “X8” markalı siqaret, 01 (bir) blok “X9” markalı siqaret Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-186/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-186/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver