Məhkəmə qərarları › İş №1(010)-186/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-186/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-186/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 23 – 25 sentyabr 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 27 mart 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 sentyabr 2023-cü il tarixdə təxminən saat 02:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, “Məxməri” çay evinin yaxınlığında Zərərçəkmiş şəxs məxsus “Kamaz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük maşınının sağ hissəsində sürücü kabinəsinin arxa hissəsində dəmir qutunun içərisində yerləşən bir ədədinin qiyməti 355 manat olan, cəmi iki ədəd 710 manat dəyərində “Yiğit Akü 250 AH” markalı akkumulyatorun naqillərini açmaqla həmin yük maşının sol hissəsində yerləşən yanacaq çəninin dairəvi istiqamətdə açılan qapağını açaraq litri 0,80 qəpik olan 50 litr dizel yanacağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə gecə saatlarında bir nəfər müştəri götürərək, Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal” adası adlanan yerdə düşürdükdən sonra müştəri axtarmaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ərazisinə getmişdir. 16 avqust 2023-cü il tarixdə Binə qəsəbəsində idarə etdiyi avtomobillə bir qədər gəzdikdən sonra saat 02:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən “Məxməri” kafesinin yaxınlığında avtomobil yolunun sağ tərəfində “Kamaz” markalı avtomobili dayanmış vəziyyətdə görmüş və həmin avtomobilin akkumulyatorlarını oğurlamaq qərarına gəlmişdir. İdarə etdiyi avtomobili “Kamaz” markalı avtomobilin qarşısında saxlayaraq avtomobildən düşmüş və “Kamaz” markalı avtomobilin sağ tərəfinə, yəni akkumulyatorlar olan tərəfə yaxınlaşmışdır. Öz avtomobilindən götürdüyü təmir açarı ilə akkumulyatorları sökdükdən sonra onları bir-bir avtomobilinin arxa saxlanc hissəsinə yerləşdirmişdir . Daha sonra avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Həmin gecə evə getmiş, səhər açıldıqdan sonra isə akkumulyatorları Binəqədi qəsəbəsində tanımadığı şəxsə ümumilikdə 80 manata satmışdır. O, həmin “Kamaz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildən dizel yanacağı oğurlamamış, oradan yalnız iki ədəd akkumulyator oğurlamışdır. O, həmin akkumulyatorları 15 sentyabr 2023-cü il tarixdə gecə saat 02:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən “Məxməri” kafesinin yaxınlığında avtomobil yolunun sağ tərəfində “Kamaz” markalı avtomobildən, həmin avtomobilin sağ hissəsində sürücü kəbininə yaxın hissədə yerləşən dəmir qutunun içərisindən oğurlamışdır. 15 sentyabr 2023-cü il tarixdə gecə saat 02:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən “Məxməri” kafesinin yaxınlığında avtomobil yolunun sağ tərəfində “Kamaz” markalı avtomobilin akkumulyator hissəsini gördükdən sonra akkumulyator olduğunu gördüyündən orada olan akkumulyatorları oğurlamaq və öz ailə ehtiyaclarını qarşılamaq qərarına gəlmişdir. O, həmin akkumulyatorları tək oğurlamış, oğurlamamışdan qabaq oğurlayarkən və oğurladıqdan sonra heç kim ona köməklik göstərməmişdir. O, ətrafda heç kimin olmadığını, oğurluq edərkən onu heç kimin görməyəcəyini dəqiqləşdirdikdən sonra həmin akkumulyatoru oğurlamağa başlamışdır. O, oğurluq etməsi barədə heç kimə bildirməmişdir. Oğurladığı hər iki akkumulyatoru Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə tanımadığı şəxsin yanına aparmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə saat 20:00 radələrində özünə məxsus “Kamaz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən “Məxməri” çay evinin yaxınlığında saxlayaraq yaşadığı evə getmişdir. 16 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində təkrar avtomobili işə salmaq istədiyi zaman avtomobilinin birinin qiyməti 355 manat olan 02 ədəd “YİGİT AKÜ 250 AH” markalı akkumulyatorun və litrinin qiyməti 0,80 qəpik olan 50 litr dizel yanacağının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 750 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Şahid X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin teleqramla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi Respublika Dövlət Yol Polis İdarəsindən 100 metr məsafədə yerləşən metal qəbulu məntəqəsində metal qəbulu işi ilə məşğul olur. 17 sentyabr 2023-cü il tarixdə saat 17?00 radələrində bir nəfər markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil məntəqəyə yaxınlaşmışdır. Maşında akkumulyator olduğunu, satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən oğurluq olubolmaması barədə soruşduqda, həmin şəxs akkumulyatorun oğuluq yolu ilə ələ keçirilmədiyini və öz maşınına məxsus olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs akkumulyatorların oğurluq olub-olmaması barədə soruşmuş, həmin şəxs də akkumulyatorun onun öz maşınına aid olduğunu bildirmişdir. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən surətini tələb etmiş, Təqsirləndirilən şəxs da çıxarıb gətirmişdir. Təqsirləndirilən şəxs maşınından iki ədəd akkumulyatoru çıxararaq gətirmişdir. Akkumulyatorun kilosunu 1 manat 30 qəpikdən alacağını bildirmişdir. Akkumulyatoru tərəzidə çəkmiş, akkumulyatorların çəkisini xatırlamadığını, iki ədəd akkumulyatora 110 manat pul vermişdir. Sonra Təqsirləndirilən şəxs uzaqlaşaraq getmişdir. O, həmin məntəqədə metal qəbulu və satışı ilə məşğul olur. Həmin metal qəbulu məntəqəsinin müdiri X1r. E.Niftalıyev həmin metal qəbulu məntəqəsini kirayə əsasında idarə edir. Onunla əmək müqaviləsi bağlamamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 25 sentyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, X3 barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 28 mart 2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 180.1-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 23 – 25 sentyabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 27 mart 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 19 (on doqquz) gün, cəmi 01 (bir) ay 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 – 25 sentyabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 27 mart 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 19 (on doqquz) gün, cəmi 01 (bir) ay 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar