Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-187/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X12 iştirakları ilə 24 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olan və məhkumluğu ödənilməyən, fərdi əmək fəaliyyəti ilə (taksi sürücüsü) məşğul olmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi nömrəsiz ünvanda yaşamış, 23 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 4(010)- 411/2023 saylı qərarı ilə barəsində əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 19 yanvar 2024-cü il tarixli, 4(010)-17/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətə, yəni 10 fevral 2024-cü il tarixədək uzadılmış, Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və yolnəqliyyat hadisəsi yerindən qaçma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 21 oktyabr 2023-cü il tarixdə, saat 08 radələrində "B" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi «Kia Rio» markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Hava Limanı yolu istiqamətindən Koroğlu metrostansiyası istiqamətinin Bakı şəhəri, Suraxanı rayonu ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90-100 km/saat sürətlə idarə edərək həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bu tələblərə riayət etməyib yorğun halda avtomobili idarə etdiyindən sükan arxasında yuxulamış, avtomobil idarəetmədən çıxaraq sağa istiqamətlənib yolda aparılan təmizlik işləri ilə bağlı hərəkət hissənin sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş-beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi, hər iki gicgah-təpə sümüyünün xətti sınıqları, başın sağ gicgah-təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası, sağ bud-çanaq oynağının travmatik çıxığı, yuxarı və aşağı ətrafların qançırlarından ibarət dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəli bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs hər iki gicgah-təpə sümüyünün xətti sınıqları ilə müşayiət olunan baş beyinin əzilməsi səbəbindən almış olduğu bədən xəsarətləri nəticəsində hadisə yerində ölmüş və Təqsirləndirilən şəxs hadisədən sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni piyadanı vurduqdan sonra hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. «B» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında «Kia Rio» markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 20 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixə keçən gecəni iş fəaliyyəti ilə məşğul olmuş, saat 08 radələrində işini tamamlamış və «Fidan» şadlıq evinin yaxınlığında yaşayan tanışının evinə getmişdir. Beləliklə, Koroğlu metrosu istiqamətindən Hava Limanı istiqamətinə hərəkət edib «Fidan» şadlıq evinə dönməli imiş, lakin bir də görmüş ki, artıq həmin yol ayrıcını keçmişdir. Ona görə də, Hava Limanı istiqamətinə hərəkət etmiş, «Buta Palace» şadlıq sarayının qarşısından dönərək yenidən şəhər istiqamətinə hərəkət etmişdir. Bu vaxt yorğun olduğuna görə, yəni bütün gecəni işlədiyindən sükan arxasında yuxulamış və avtomobilin yolun kənarındakı metal çəpərə dəydiyini hiss etmiş və ayılmışdır. Hava-Limanı yolunda hərəkət intensiv olduğuna görə, avtomobili saxlamamış, bir qədər getdikdən sonra «Socar» YDM-nin içərisindən keçib Ramana istiqamətinə bir qədər getdikdən sonra, avtomobili saxlayıb düşərək avtomobilin nə dərəcədə əzilməsinə diqqət yetirmiş və görmüşdür ki, avtomobilin sağ farası sınmış, qabaq sağ qanadı əzilmiş, qabaq buferin sağ hissəsi qopub düşmüş və alın şüşəsinin də sağ hissəsi sınmışdır. Bundan sonra hərəkətini davam etdirərək yuxarıda qeyd etdiyi ünvana getmiş, Bakıxanov körpüsünü keçmiş və «Fidan» şadlıq evinə tərəf gedərkən avtomobilin yanacağı qurtarmışdır. O, qərara gəlmişdir ki, avtomobili orada qoyub piyada evə getsin, günortaya qədər dincəlib sonra, benzin götürüb gəlib avtomobili həmin yerdən götürsün. Belə də etmiş, günorta saatlarında həmin yerə gələndə artıq avtomobilin həmin yerdə olmadığını görmüşdür. O, bu barədə telefonla avtomobilin sahibinə məlumat vermiş və demişdir ki, «GPS» vasitəsilə yoxlasın, avtomobilin hazırda harada olmasını müəyyən etsin. Bundan sonra o, «GPS» vasitəsilə yoxlayıb avtomobilin Ramana qəsəbəsində cərimə meydançasında olduğunu bildirmişdir. Avtomobilə yaxınlaşan zaman həmin avtomobillə bir nəfər qadının vurulduğu və öldüyü bildirilmişdir. Həmin gün axşam polis əməkdaşları ona yaxınlaşıb Polis İdarəsinə dəvət etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman sükan arxasında yuxulu olmuşdur və 10 saat idi ki, avtomobil idarə edirmiş. Avtomobildə başqa sərnişin olmamışdır. 18 yaşından bəri avtomobil idarə etmişdir. Hadisə zamanı nə narkotik vasitənin, nə də alkoqolun təsiri altında olmamışdır. Hadisədən yayınmaq niyyəti olmamışdır. Hadisə yerindən niyə getməsi özünə bəlli deyil, hadisə zamanı adam vurub öldürməsini xatırlamır. Hazırda isə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir, ona qarşı heç bir şikayət və tələb yoxdur. Sonda isə əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə Bakı-Hava Limanı yolunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs onun anasıdır. Anası onunla bir ünvanda yaşamış, ondan başqa daha bir ailə üzvü, yəni qardaşı da həmin ünvanda yaşayır. Bundan əlavə, bir bacısı da vardır. Anası Suraxanı Rayon Yol İdarəsində xidmətçi işləmiş, hər gün səhər saat 07-dən 17-yədək işləyirdi, yəni Bakı-Hava Limanı yolunda yolların təmizlənməsi işi ilə məşğul olmuşdur. 21 oktyabr 2023-cü ildə həmişəki kimi saat 7 radələrində anası işə getmiş, həmin gün saat 08:30 radələrində anasının iş yoldaşlarından biri ona telefon ilə zəng vuraraq bildirmişdir ki, «Buta Palace» sarayının qarşısında anasını maşın vurmuş və hadisə nəticəsində o, rəhmətə getmişdir. Dərhal hadisə yerinə getmiş və məlum olmuşdur ki, həqiqətən anasını yolun kənarında olan məhəccərin yaxınlığında avtomobil vurmuş və o otluğa düşərək ölmüşdür. Hadisə yerinə artıq polislər toplaşmış, onu vuran avtomobil isə hadisə yerindən qaçmışdır. Hadisədən 3 gün sonra sürücünün Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Cərimə meydançasında avtomobilə baxan zaman onun şüşəsində düz xətt kimi yox, çatlaq izləri olduğunu görmüşdür. Meyiti isə Polis əməkdaşlarının göstərişi ilə Suraxanı rayon morquna aparmışlar. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, anasının yas mərasiminin bütün xərclərini özü çəkmişdir, həmin vaxt qarşı tərəfdən heç bir maddi yardım olmamışdır. Anasının 7-si mərasimindən sonra, təqsirləndirilən şəxsin anası, yoldaşı, və qohumu, sonradan isə dostu kimi ona məlum olan 2 nəfər kişi gəlmişdir. Təqsirləndirilən şəxsin anası 500 (beş yüz) manat məbləğində pul təklif etsə də, onu qəbul etməmişlər. Lakin hazırda təqsirləndirilən şəxs tərəfindən ümumilikdə aralarında razılaşdırılmış 10.000 (on min) manat məbləğində pul tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı məhkəmə iclasında ərizə təqdim etmiş və məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə 09 dekabr 2024-cü il tarixli yazılı ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, «Kia Rio» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi X7 adına olsa da, faktiki olaraq ona məxsusdur, mülki etibarnamə əsasında onun sərəncamındadır. Həmin avtomobili beş ay olar ki, icarə razılığına əsasən taksi fəaliyyəti ilə məşğul olmaq üçün Təqsirləndirilən şəxs idarəetmə etibarnaməsi əsasında vermişdir. 21 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində «GPRS» vasitəsilə avtomobilin harada olması ilə maraqlanmış və məlum olmuşdur ki, avtomobil Ramana qəsəbəsində cərimə meydançasındadır. Belə olduqda o, Ramana qəsəbəsindəki cərimə meydançasına getmiş və avtomobilin qarşı hissəsinin tamamilə əzildiyini, o cümlədən alın şüşəsinin sındığını görmüşdür. Cərimə meydançasının qapısında duran qadın bildirmişdir ki, həmin avtomobili saat 12 radələrində polis əməkdaşları gətirmişlər, belə ki, həmin avtomobil “Buta Palace”ın yanında bir nəfər qadın piyadanı vurub öldürmüşdür. Bundan sonra, yenidən Kamranla əlaqə saxlamış bu məlumatları ondan soruşmuş, o adam vurmasını etiraf etməmişdir. O, birlikdə avtomobilin yanına getməyi desə də, Kamran bildirmişdir ki, özü bu məsələni yoluna qoyacaqdır və onunla getməyə razı olmamışdır. Sonra isə öyrənmişdir ki, artıq Kamran Suraxanı RPİ-nin istintaq şöbəsində başlanmış cinayət işi üzrə tutulmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Avtomobili taksi fəaliyyəti ilə məşğul olması üçün Kamrana verən zaman tanış olmuşdur. Avtomobili icarə üçün hadisədən təxminən 5-6 ay əvvəl Kamrana vermişdir. Kamran ödənişi günlük olaraq edirdi. Avtomobili icarəyə verən zaman Təqsirləndirilən şəxs ayağında dəmir millər olmamışdır. Kamranla danışdıqdan dərhal sonra cərimə meydançasına getmiş və avtomobilin ön şüşəsi ilə ön sağ tərəfinin əzildiyini görmüşdür. Avtomobili özü təmir etdirmişdir. Hadisədən 2 gün sonra polis bölməsinə getmişdir. Cərimə meydançasına getdikdən sonra isə Kamranla əlaqə saxlaya bilməmiş, avtomobili hadisədən təxminən 15-20 gün sonra götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* saylı cinayət işi 21 oktyabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Şahid2 tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə fakta görə başlanmışdır. (iş.v. 1) 21 oktyabr 2023-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin yeri Bakı şəhəri, Suraxanı rayonu, Hava limanı yoludur. Yolun hərəkət hissəsi üfüqi, örtüyün növü asfalt-beton, vəziyyəti isə qurudur. Yol örtüyünün eni 16 metr + 16 metrdir, hərəkət zolağının sayı 4 + 4-dür. Hərəkət hissənin eni 32 metrdir, Hərəkət istiqamətləri metal məhəccərlə ayrılır, hər istiqamət 4 hərəkət cərgəsinə bölünmüşdür. Hərəkət zolağı hər iki tərəfdən metal məhəccərlə məhdudlaşdırılmışdır. Hərəkət hissəyə sağdan və soldan metal məhəccər birləşir. Ondan sonra isə sağda yaşıllıq sahə, solda isə əks hərəkət zolağı vardır. Hərəkət nizamlanmır. Yol nişanları olaraq sağdan 1-ci cərgə 70 km/saat, 2, 3 və 4-cü cərgəyə isə 90 km/saat məhdudiyyət qoyulmuşdur. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. 1 nəfər piyada vurulmuşdur. Piyada hərəkət zolağının sağ kənarı ilə sarı xəttin üzərində vurulmuşdur. Piyada hadisədən əvvəl dayanmış vəziyyətdə olmuşdur. Hadisəni törədən nəqliyyat vasitəsi oranı tərk etmişdir. Şin və tormoz izləri yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti Bakı şəhəri istiqamətindədir. Hadisə yerində nəqliyyat vasitəsinin qabaq bamperinin sağ hissəsi və fara hissələri qalmışdır. Nəqliyyat vasitəsinin metal məhəccər üzərində qırmızı lak boya izi qalmışdır. Beton borunun üzərində isə təkər sürtünməsi izi mövcuddur. Başqa izlər (qan, əl-barmaq) yoxdur. Xüsusi qeydlər: Meyit hadisə yerindən götürülmüşdür. Hadisə yerinin sxemi protokola əlavə edilmişdir. (iş.v. 3-8) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus olan BB429439 nömrəli, “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. Həmin sürücülük vəsiqəsi 14 dekabr 2022-ci il tarixdə verilmiş və 14 dekabr 2032-ci il tarixədək etibarlıdır. (iş.v. 13) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EF-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” minik markalı, Xetçbek tipli, qırmızı metallik rəngli, buraxılış ili 2006-cı il və mühərrikin həcmi 1399 olan nəqliyyat vasitəsi ipoteka müqaviləsi ilə özgəninkiləşdirilməsi əsasında fiziki şəxs X7 mülkiyyətindədir. (iş.v. 14) 23 oktyabr 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan görünür ki, avtomobilin qabaq sağ farası və buferi sınmış, qabaq sağ qanad hissəsi isə zədələnmişdir. Bundan əlavə, avtomobilin qabaq alın şüşəsinin sağ hissəsi zədələnmişdir. Avtomobilin qabaq alın şüşəsinə yapışmış tük nümunələri şüşə hissəsi ilə birlikdə müstəntiq tərəfindən götürülmüşdür. Hadiəsədən sonra baxış keçirilənədək nəqliyyat vasitəsinin saxlanıldığı yer Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 380 nömrəli evin qarşısı olmuşdur. “Kia Rio” markalı avtomobilin fotoşəkili çəkilərək protokolda əlavə edilmişdir. (iş.v. 15-17) 25 oktyabr 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə hadisə nəticəsində ölmüş Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 49) Suraxanı RPİ-nin İŞ-ə ünvanlanan 25 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, X4 cinayət işi üzrə mərhum anası Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmiş, digər ailə üzvlərinin də buna etirazı olmadığını qeyd etmişdir. (iş.v. 50) İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4, həqiqətən də, Zərərçəkmiş şəxs doğma oğludur. (iş.v. 52) 25 oktyabr 2023-cü il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 hadisə nəticəsində ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (iş.v. 53) 24 oktyabr 2024-cü il tarixli 8/3204 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Rio” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra, hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. (iş.v. 60-62) Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ bəndinin 3)-cü hissəsinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 01 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini, Qeydiyyat-imtahan İdarəsinin rəisi, polis-polkovniki Kamran Əliyev tərəfindən Suraxanı RPİ-nin rəisinin 24 oktyabr 2023-cü il tarixli, 3-13-54/2-23141/23 nömrəli sorğusuna cavab olaraq ünvanlanan məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 24 avqust 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə (14 dekabr 2032ci il tarixədək etibarlı olan) BD 429439 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (iş.v. 45; 92) 16 noyabr 2023-cü il tarixli “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 21 oktyabr 2023-cü il tarixdə, baş beyinin ocaqlı travması səbəbindən vəfat etmişdir. (iş.v. 125) 20 noyabr 2023-cü il tarixli, 137 saylı meyitin ekspertizasının nəticəvi hissəsindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Hər iki gicgah-təpə sümüyünün xətti sınıqları. Başın sağ gicgah-təpə nahiyəsnin yumşaq toxumasının əzilmiş yarası. Sağ bud-çanaq oynağının travmatik çıxığı. Yuxarı və aşağı ətrafların qançırları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə yol-nəqliyyat hadisəsi şəraitində mərhumun ölümündən az əvvəl avtomaşının vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb hər iki gicgah-təpə sümüyünün xətti sınıqları ilə müşayiət olunan baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Əsas: xx.xx.2023-cü il tarixli 3803/K №-li akt) (iş.v. 127-130) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 02 dekabr 2023-cü il tarixli, 23/935R nömrəli fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş tük nümunələri Zərərçəkmiş şəxs məxsusdur. (eyni yumurta əkizi istisna olmaqla). (iş.v. 131-135) 18 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri nəzərə alınmışdır. “Kia Rio” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qabaq alın şüşəsinin qırıntıları və Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə elan edilmiş ittihama əlavələr etmək zərurəti yarandığından ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2023-cü il tarixdə, saat 10:47-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 4(010)- 411/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, 21 yanvar 2024-cü il tarixədək həbs növündə qətimkan tədbiri seçilmişdir. 22 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 4(010)-17/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 20 gün, yəni 10 fevral 2024-cü il tarixədək uzadılmış, Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 35-36, 64-65, 77-80, 82-84, 147-148) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin “Kia Rio” markalı, **-EF-*** d.q.n-lı avtomobilin 21 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində olan hərəkət trayektoriyası ilə bağlı 05 mart 2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi DYPİ tərəfindən cavab olaraq ünvanlanan 03 aprel 2024-cü il tarixli məktubdan görünür ki, o, həmin tarixdə saat 07:44-dən saat 07:59-dək Hava limanı yolu istiqamətində hərəkətdə olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 1(010)-187/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisinin onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri il əvəz edilməsinə dair vəsatəti rədd edilmişdir. Modern Hospital tərəfindən verilmiş ******* (670/23) saylı epikrizdən görünür ki, Təqsirləndirilən şəxs “sol baldır sümüklərinin diafizinin orta 1/3-nin yerdəyişmiş çoxqəlpəli qapalı sınığı” diaqnozu qoyulmuş, bununla bağlı ona, 30 iyul 2023-cü il tarixdə, “sol baldır sümüklərinin yerdəyişmiş çoxqəlpəli sınığının Q.A.İlizarov üsulu ilə ocaqdankənar qapalı osteosintezi cərrahi əməliyyatı icra edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 31 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Suraxanı RPİ-nin 23 oktyabr 2023-cü il tarixli, 3-13-54/2-23006/2023 nömrəli məktubu vasitəsi ilə 21 oktyabr 2023-cü il tarixdə Suraxanı rayonu 31-ci PŞ-nin ərazisi Aeroport-Şəhər istiqamətində “Buta Palace”-nin qarşısında “Kia” markalı, Az **-EF-*** d.n.n-lı avtomaşınla piyada X2 vuraraq öldürülməsi faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri 30 oktyabr 2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədi (ADİS-in məlumat bankına KTİ-dən daxil olan) xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş X8 (02 ədəd) sol əlinin adsız, (01 ədəd) orta (qabaq sol qapıdan götürülmüş) və (01 ədəd) sol ovuc əksləri (qabaq sağ qapıdan götürülmüş) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2024 və 23 oktyabr 2024-cü il tarixli qəbzlərdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4, X5 müvafiq olaraq 6400 və 2600 manat məbləğində pulu qəbul etmişdir. R.Məmmədhəsənov həmçinin X10 tərəfindən maddi ziyan qismində məhkəmə iclasından kənar əlavə olaraq 1000 manat ödənişin də edildiyini, bununla da ümumilikdə zərərçəkmiş şəxslə razılaşdırılmış 10.000 manat pulun ödənildiyini bildirmişdir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını, sorğu və həmin sorğulara cavabları da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmin Qanunun 50-ci maddəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin ifadəsi, məhkəmə yol-nəqliyyat hadisələri və meyitin məhkəmə tibbi ekspertizasının rəyi, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 264-cü maddəsində isə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilir. CM-in 263.2-ci maddəsi ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid edilsə də, həmin məcəllənin 264-cü maddəsi qəsdən törədilmiş cinayətlər kateqoriyasına aiddir. Belə ki, CM-nin 26-cı maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 16 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarı ilə 16 mart 2022ci il tarixli hökm ləğv edilərək ona CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilmiş və CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 26 gün hissəsindən vaxtından əvvəl azad şərti olaraq azad edilmişdir. 26 may 2023-cü il tarixdə, cəza müddəti bitdiyinə görə, qeydiyyatdan çıxarılmışdır. (iş.v. 95-96) CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdən hazırki iş üzrə cinayət əməlini törətdiyi 21 oktyabr 2023-cü il tarixədək 02 il müddət keçməmiş yenidən cinayət törətmiş, buna görə də, o, məhkumluğu olan şəxsdir. CM-nin 263.2-ci maddəsi ehtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və CM-nin 264-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayət olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən onun əməlində cinayətin residivi müəyyə edilmir. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayəthüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona dəymiş maddi ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 43-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair 18 iyun 2013-cü il tarixli Plenum Qərarına əsasən cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2 və 264-cü maddələrinin sanksiyaları həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, “Kia Rio” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qabaq alın şüşəsinin qırıntıları və Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs tədqiqat üçün götürülmüş əl izləri maddi sübut qismində tanınaraq 01 ədəd zərfdə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X14 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil X14 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X13 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, “Kia Rio” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qabaq alın şüşəsinin qırıntıları və Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs tədqiqat üçün götürülmüş əl izləri maddi sübut qismində tanınsın və 01 ədəd zərfdə cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil X12 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X13 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-187/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-187/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver