Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-188/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1993-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsili, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «xxxx» ASC-nin Suraxanı rayon X4 xx xxxx 2020-ci il tarixli 32-k nömrəli əmrinə və ştat cədvəlinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin 11-ci dərəcə ilə ustası vəzifəsində işlədiyi dövrdə öz vəzifələrinin icrasına cinayətkarcasına etinasızlıq göstərib baş vermiş hadisə ilə əlaqədar «111-4-80 TN və Qnin» 9.9, 9.15, 9.17, 2.1 bəndlərinin; «İİİ-4-80 TN və Q-nin» 1 saylı Əlavəsinin 12-ci bəndinin və «xxxx» ASC-nin Suraxanı rayon X4 Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustasının vəzifə təlimatının 1.2, 2.1 və 2.7-ci bəndlərinin tələblərin pozaraq, “xxxx” ASC-nin Suraxanı rayon X6 tərəfindən ünvan 2 ünvanında kanalizasiya borusunun çəkilişi ilə əlaqədar 2,5 metr dərinliyində qazıntı işləri aparılmış xəndəyin divarlarına əvvəlcədən bərkitmə inventarlarının (dayaqlarının) quraşdırılmasını təmin etməməsi nəticəsində Suraxanı rayon X5 qəza-bərpa çilingəri işləyən Zərərçəkmiş şəxs xx xxxx 2020-ci ildə saat 17 radələrində qazıntı işləri aparılmış xəndəkdə yeraltı kauçuk boru xətlərini birləşdirən zaman qəflətən həmin hündürlükdən asfalt örtük torpaqla birlikdə onun üzərinə uçmuş, nəticədə Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, sağ alın-təpə-gicgah sümüklərinin basılmış sınığı, sol körpücük sümüyünün və sol İ-İV qabırğalarının qapalı sınıqları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik və ölümü ilə birbaşa səbəbli əlaqəli bədən xəsarətləri alaraq hadisə yerində ölmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2016-cı ilin avqust ayından etibarən Suraxanı rayon X5 nəzarətçi, usta, sahə rəisinin müavini və nəhayət xx xxxx 2020-ci il tarixindən öz razılığı ilə yenidən usta vəzifəsində işləmişdir. Vəzifəsi su və kanalizasiya şəbəkələri sahəsində baş vermiş qəzaların aradan qaldırılması, eləcə də zərurət yaranacağı təqdirdə kiçik ölçülü su və kanalizasiya xətlərinin çəkilməsini təmin etməkdən ibarət olub. Suraxanı rayonu, Hovsan qəsəbəsi, Mədən küçəsi 19 ünvanında yaşayan sakinlərin Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanladıqları xx xxxx 2020-ci il tarixli kollektiv ərizə əsasında rayon İcra Hakimiyyətinin tapşırığı ilə Suraxanı rayon X6 tərəfindən həmin ünvanda sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulan kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulmuş, həmin kanalizasiya xəttinin çəkilişini həyata keçirmək məqsədilə onun rəhbərliyi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mədən küçəsi, 19 ünvanında 1 metr enində, təxminən 12 metr uzunluğunda və 2,2 x 2,5 metr dərinliyində olan qazıntı işləri aparılması planlaşdırılmışdır. xx xxxx 2020-ci ildə həmin ünvanda yolun digər tərəfində ilk qazıntı işləri aparılmasına başlanmış, bu işlərin davamı olaraq xx xxxx 2020-ci ildə saat 09 radələrində idarənin qəza-bərpa çilingərləri olan Zərərçəkmiş şəxs, Şahid3 və Şahid1lə birlikdə Mədən küçəsi, 19 ünvanına getmiş, traktorçu Mürşüd həmin ünvanda yuxarıda qeyd olunan ölçülərdə xəndək qazmışdır. Qazıntı işləri başa çatdıqdan, plastik materialdan hazırlanmış kanalizasiya boru xətti çilingərlər tərəfindən birləşdirildikdən sonra üzərinin torpaqla örtülməsi nəzərdə tutulmuşdur. Saat 15 radələrində ona Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində quraşdırılmış başqa bir kanalizasiya xəttində qəza baş verməsi barədə məlumat verilmişdir. O, çilingərlərə zəruri təlimat və tapşırıqlarını verdikdən sonra həmin ünvana getmişdir. Saat 16 radələrində çilingər Şahid3 ona telefonla zəng edərək bildirmişdir ki, qəza-bərpa çilingəri Zərərçəkmiş şəxs xəndəyə düşüb orada çəkilməsi nəzərdə tutulan plastik boruya maillik vermək üçün ölçü götürdüyü zaman təxminən 2,5 metr hündürlüyündə olan torpaq qatı uçaraq onun üzərinə düşmüş və Zərərçəkmiş şəxs torpaq qatının altında qalmışdır. Bundan bir neçə dəqiqə sonra Elbəyi təkrarən ona zəng edib Şakirin artıq öldüyünü demişdir. O, dərhal qeyd olunan ünvana getmiş, hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs bədən hissəsinin torpağın altında qaldığını görüb dərhal təcilitibbi yardıma, polisə və Fövqəladə Hallar Nazirliyinə məlumat vermişdir. İdarənin qəzabərpa çilingərləri ona bildirmişlər ki, havanın isti olduğunu səbəb gətirərək Zərərçəkmiş şəxs xəndəyə düşməzdən əvvəl başında olan xüsusi qoruyucu dəbilqəni çıxarıb kənara qoymuşdur. Qeyd edir ki, mərhum Zərərçəkmiş şəxs 2013-cü ildən etibarən həmin idarədə qəza-bərpa çilingəri vəzifəsində işləyib. O (təqsirləndirilən şəxs), qeyd olunan ünvanda kanalizasiya xəttinin çəkilməsi üçün verilmiş tapşırığın icrası məqsədilə ustanın vəzifə təlimatının tələbinə uyğun olaraq işə başlamazdan əvvəl qəza-bərpa çilingərlərinin xüsusi geyim forması, dəbilqə, uzunboğaz rezin ayaqqabı və qoruyucu kəmərlə təchiz olunmalarını təşkil etmişdir. Həmin ünvanda qazıntı «V» formasında aparıldığına görə kənarları xüsusi dikt və ya taxta vasitəsilə bərkidilməli idi. Lakin vaxt məhdud olduğuna görə bu kimi qabaqlayıcı tədbirləri həyata keçirməmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 bildirmişdir ki, xx xxxx 2020-ci ildə saat 17 radələrində işdən çıxıb evə getməyə hazırlaşdığı vaxt qonşuluqda yaşayan Vəli adlı şəxs ona telefonla zəng edib Şakirin nə isə narahat olduğunu bildirmişdir. Bundan dərhal sonra atasının telefonuna zəng etmiş, lakin cavab verən olmamışdır. Bir neçə dəfə həmin telefona zəng etdikdən sonra qardaşı Kamran Paşayev telefona cavab vermiş və ona «Duzlu göl» deyilən yerə gəlməsini bildirmişdir. Təxminən 40 dəqiqədən sonra həmin yerə gəlib çatmış və həmin ərazidə qazıntı işləri aparılan yerin yanında atası Şakirin meyitini görmüşdür. Ona sonradan bildirdilər ki, Şakir həmin yerdə kanalizasiya xəttinin çəkilməsi üçün qazılmış xəndəyin içərisində tək kauçuk materialdan olan boru xətlərini birləşdirən zaman təxminən 2,5 metr hündürlüyündən torpaq qatı uçaraq onun üzərinə aşıb və nəticədə atası aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Qeyd edir ki, atasının dəfn mərasimi və bununla bağlı sair xərcləri Suraxanı rayon X4 rəhbərliyi qarşılayıb. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2019-cu ilin dekabr ayından etibarən Suraxanı rayon X5 qəza-bərpa çilingəri vəzifəsində işləyib. Zərərçəkmiş şəxs də onunla birlikdə qəza-bərpa çilingəri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs isə həmin idarədə usta işləyirdi. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mədən küçəsi, 19 ünvanında yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulan kanalizasiya xəttinin çəkilişini həyata keçirmək məqsədilə usta Təqsirləndirilən şəxs rəhbərliyi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mədən küçəsi 19 nömrəli ünvanda 1 metr enində, təxminən 12 metr uzunluğunda və 2.2 x 2.5 metr dərinliyində qazıntı işlərinin aparılması nəzərdə tutulduğundan həmin ünvanda ilk qazıntı işləri xx xxxx 2020-ci ildə aparılmışdır. Bu işlərin davamı kimi xx xxxx 2020-ci ildə saat 09 radələrində idarənin qəza-bərpa çilingərləri Zərərçəkmiş şəxs və Şahid1lə birlikdə usta Təqsirləndirilən şəxs rəhbərliyi altında Mədən küçəsi, 19 ünvanına getmişlər. Traktorçu Mürşüd həmin ünvanda qeyd olunan ölçülərdə xəndək qazıb getmişdir. Qazıntı işləri başa çatdıqdan sonra plastik materialdan hazırlanmış kanalizasiya boru xəttinin birləşdirilərək üzərinin torpaqla örtülməsi nəzərdə tutulmuşdur. Saat 15 radələrində Zığ qəsəbəsi İ.Süleymanov küçəsindəki kanalizasiya xəttində qəza baş verməsi barədə məlumat verilmiş, bununla əlaqədar Mirhəmzə onlara zəruri təlimat və tapşırıqlarını verib həmin ünvana getmişdir. Xəndəkdəki plastik boruya maillik vermək üçün ölçü götürmək məqsədilə Şakirlə birlikdə qazılmış xəndəyə düşmüş, Şakir xəndəyin bir tərəfində, o, isə digər tərəfində dayanmış, elə bu vaxt gözlənilmədən Şakir olan tərəfdən torpaq qatı aşaraq Şakirin üzərinə düşmüş və onun bədəni tam olaraq torpaq və asfalt qatının altında qalmışdır. Mirhəmzəyə telefonla zəng vuraraq Zərərçəkmiş şəxs üzərinə təxminən 2,5 metr hündürlüyündə olan torpaq qatının uçaraq düşdüyünü və onun torpaq qatının altında qaldığını, bir neçə dəqiqə sonra isə təkrar Mirhəmzəyə zəng vuraraq Şakirin artıq öldüyünü demişdir. Mirhəmzə həmin ünvana gəlmiş və onlar təcilitibbi yardıma, polisə və Fövqəladə Hallar Nazirliyinə məlumat vermişlər. Hadisə yerinə gəlmiş FHN-nin əməkdaşları Zərərçəkmiş şəxs torpağın altından çıxarmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. xx xxxxxxxx 2020-ci il tarixli 10/1877 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “baş vermiş hadisə ilə əlaqədar: «İİİ-4-80 TN və Q-nın» 9.9, 9.15, 9.17, 2.1 bəndlərinin: «İİİ-4-80 TN və Q-nın» 1 saylı Əlavəsinin 12 bəndinin və cinayət işində olan «xxxx» ASC-nin Suraxanı rayon X4 Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustasının vəzifə təlimatı”nın 1.3, 2.1, 2.7 bəndlərinin tələbləri pozulmuşdur; «İİİ-4-80 TN və Q-nın» 9.9, 9.15, 9.17 bəndlərinin (qısa deyilsə, fəhlələrin işləməsi tələb olunan, tədqiq olunan halda - 2.5 metr dərinliyində xəndəyin divarlarına əvvəlcədən bərkitmə inventarlarının /dayaqlarının/ quraşdırılmasına dair tələbin) təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur; «İİİ-4-80 TN və Q-nin» 9.9, 9.15, 9.17, 2.1 bəndlərinin, «İİİ-4-80 TN və Q-nın» 1 saylı Əlavəsinin 12-ci bəndinin və cinayət işi materiallarında olan «xxxx» ASC-nin Suraxanı rayon X4 Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustasının vəzifə təlimatı”nın 1.3, 2.1, 2.7-ci bəndlərinin tələbləri “xxxx” ASC-nin Suraxanı rayon X6”nin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur”. xx xxxx 2020-ci il tarixli 91 nömrəli ekspert rəyinin nəticəvi hissəsində 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bağlı qeyd olunur ki, «mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşkar edilmiş xəsarətlər – baş beyinin əzilməsi, sağ alın-təpə-gicgah sümüklərinin basılmış sınığı, sol körpücük sümüyünün və sol İ-İV qabırğaların qapalı sınıqları həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş torpaq uçqunu nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm meyitinin meyitxanada müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (xx.xx.2020-ci il tarixli 2221/k saylı akt)”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını, Vətən Müharibəsində könüllü iştirak etdiyini və yaralandığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan real məhrum edilmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hazırkı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-188/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-188/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver