Məhkəmə qərarları › İş №1(010)-188/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-188/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-188/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi ilə Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Xalıq oğlunun, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1978-ci ildə Gürcüstanın Bolnisi rayonunun Qoçulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşqul olan, Bakı şəhəri, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «…İbragımov Elıar 21.04.2019-cu il tarixdə saat 02 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042, bina 4-ün qarşısında Şahid1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs əsaslı bir səbəb olmadan ucadan söyüb təhqir edərək, əl zərbələri ilə sifətindən vurub ona sağ göz ətrafının şişkinliyi qançırı və bu gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, həmçinin onun “Xiaomi Redmi” markalı “Note 4” modelli mobil telefonunun sınaraq 380 manat dəyərində zərər vurmaqla xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir». İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İbragımov Elıar 21.04.2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042, bina 4-ün qarşısında Zərərçəkmiş şəxs əl zərbələri ilə sifətindən vurub, ona sağ göz ətrafının şişkinliyi qançırı və bu gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bu zaman zərərçəkmiş şəxsə məxsus olan “Xiaomi Redmi” markalı “Note 4” modelli mobil telefon sınaraq, sonuncuya 380 manat dəyərində zərər vurulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs İbragımov Eliar ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun qonşusudur. Aralarında əvvəllər heç bir ədavət olmamışdır. 21.04.2019-cu il tarixdə saat 01 radələrində o, qonşuları Şahid5la və Şahid3la birlikdə çayxanadan çıxıb evlərinə gedərkən, məhəllədə söyüşlə müşayiət olunan hay-küy olmasının şahidi olmuşlar. Binanın 8-ci blokunun yanına yaxınlaşdıqda isə görmüşlər ki, qonşusu Zərərçəkmiş şəxs məhəllədə maşın dayanacağına nəzarət edən Şahid2la və onun yanında olan Elşən adlı qonşuluqda kirayədə qalan oğlanla söyüşlə mübahisə edirlər. Elçinin üz nahiyyəsinin xəsarətlənməsindən məlum olmuşdur ki, bir qədər əvvəl sonuncu döyülmüşdür. O, mübahisə edən tərəfləri ayırmağa çalışmış, Elçinin bu cür döyülməsinə görə o, həm Şahid1, həm də Şahid2 öz iradını bildirmişdir. X14 Qurbanov da irad bildirməyi onlara xoş gəlmədiyindən, onun üstünə getmişlər. O, isə münaqişədən çəkinmək üçün geri çəkilmiş, qonşuları Şahid3la Şahid5 da onları sakitləşdirmişlər. Elçinin tam sərxoş vəziyyətdə olması açıq-aşkar hiss olunmuşdur. O, Elçinə də irad bildirib demişdir ki, «söyüş söymə, qonum-qonşudan ayıbdır». Elçin isə Şahid2la Şahid1 ünvanına nalayiq söyüşlər söydüyündən, o, məcbur olaraq, əliylə Zərərçəkmiş şəxs ağzını tutub saxlamışdır. Bu zaman Elçin sillə ilə onun sifətindən bir dəfə vurmuşdur. Qonşusu Şahid3 Elçini ondan ayırmışdır. Elçin içkili vəziyyətdə avtomobilinə oturub harasa getmək istəmişdir. Ancaq qonşusu Şahid3 onun içkili vəziyyətdə avtomobilinə minməsinə imkan verməmiş və evlərinə aparmışdır. Bundan sonra o, oradan çıxıb, evlərinə getmişlər. Bu hadisədən 2-3 gün sonra bilmişdir ki, Elçin ondan şikayət edibdir. Bu xəbəri eşidib Elçinin evinə getmiş və nə üçün ondan şikayət etməsini soruşmuşdur. Elçin isə həmin vaxtı telefonunun yerə düşüb sınmasını ona demişdir. Elçin demişdir ki, 400 manat qiymətində telefonu sınıb, taksi sürə bilmir, çörək almağa pulu yoxdur. O, Elçinə 100 manat verib demişdir ki, «eybi yoxdur, səni mən döyməmişəm, telefonunu da mən sındırmamışam, 300 manatı da verəcəyəm, amma şikayət etməyəsən». Ancaq 2-3 gündən sonra məlum olmuşdur ki, Elçin ondan şikayət etmişdir. Bir daha qeyd edir ki, o, Elçini vurmamışdır, sonuncu söyüş söydüyü üçün, o, məcbur olaraq, əliylə Zərərçəkmiş şəxs ağzını tutub saxlamış, bu zaman sonuncunun üz və ya bədəninin digər nahiyyəsinə vurmamışdır, o, Elçinlə rastlaşanda, sonuncu artıq Elşən tərəfindən döyülmüşdür və üz nahiyyəsində xəsarətləri olmuşdur. Elşənlə Elçin dalaşdıqdan sonra o, Elçinin ağzını tutub saxladığı zaman ətrafa heç bir qonşular və ya kənar şəxslər yığılmamışlar, evlərin pəncərələrindən də buna tamaşa edilməmişdir, bir sözlə, onun bu hərəkəti bina camaatının narahatçılığına səbəb olmamışdır, əksinə olaraq, o, ictimai qaydanın pozulmaması məqsədilə bu hərəkəti etmişdir. O, hal-hazırda iş üzrə zərərçəkmiş şəxs Elçin Abdullayelə barışmışdır və sonuncuya vurduğu zərəri ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, «BMW 530» markalı, ** SB *** dövlət nömrə nişanlı avtomobilini idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. 21.04.2019-cu il tarixdə saat 02 radələrində o, işdən evə gəlib avtomobili yaşadığı binanın qabağında, həmişə saxladığı yerdə saxlamışdır. Bundan 3-4 gün qabaq isə hər axşam evə gedəndə avtomobili saxladığı yerdə kiminsə avtomobilini saxladığını görürmüşdür. Məhəllədə avtomobillərin parkovka edilməsi ilə məşğul olan Şahid2 sürücülərdən pul almaq üçün başqa binaların da avtomobillərini gətirib yaşadığı binanın qarşısında saxlatdırmışdır. Həmin gün avtomobili saxlayandan sonra parkedici işləyən Sahibin oturduğu otaq kimi yerə yaxınlaşıb, onunla salamlaşmışdır. Həmin vaxt Sahib üzdən tanıdığı Elşən adlı şəxslə pivə içib domino oynamışdır. Sahib çölə çıxandan sonra ona demişdir ki, «belə etmək olmaz, sən məni başqa sürücülərlə üz-göz edirsən, mənim yerimə maşın saxlatdığın üçün məcburən başqasının yerində avtomobilimi saxlayıram». O, dəfələrlə Sahibə bu barədə demiş, hətta öz yerini saxlamaq üçün olmadığı günlərin də pulunu ona vermişdir. Sahiblə bu barədə normal qaydada danışarkən, Elşən içəridən ona «sən dayımla nətər söhbət edirsən ə, səsinin tonunu bir az al» deyərək, əsassız olaraq onların söhbətinə müdaxidə etmişdir. O, Elşənə « mən bu kişi ilə danışıram, sənə aid olmayan söhbətə bumunu soxma» deyərək kobud cavab vermişdir. Sahib onu sakitləşdirmiş, Elşənin içkili olmasını, onunla işi olmamasını demişdir. O, Sahiblə söhbət edərkən, Elşən otaqdan çıxıb, arxasından fırlanaraq, qəfildən onun sol gicgahından və üzündən yumruğu ilə vurmuşdur. O, zərbənin təsirindən huşunu itirən kimi olmuş, səndələyib arxa-arxaya getmiş və Sahibin oturduğu otağın qapısının şüşəsinə dəymişdir. Şüşə sınıb üstünə tökülmüşdür. Elşən təkrarən onun üstünə hücum edəndə, əlbəyaxa olub yerə yıxılmışlar və süpürüşməyə başlamışlar. Bundan sonra qonşusu Elnur onu Elşənin əlindən alandan sonra, onunla Elşən mübahisə edə-edə 8-ci bloka tərəf gedərkən, qonşuları İbragımov Elıarın və Şahid3 gəlməsini görmüşdür. O, Elşənlə mübahisə etdiyi üçün İbragımov Elıar onları ayırmağa çalışmış, daha sonra o, söyüş söydüyü üçün onun ağzından tutmuş, bu zaman Eliar onun sifət nahiyəsindən və yaxud da hər hansı yerindən vurmamışdır. O, ibtidai istintaq zaman dindirilərkən də, üzündə və bədəninin digər nalıiyyələrində olan xəsarətlərin Elşənlə dalaşarkən və Elşən tərəfindən törədildiyini, bu xəsarətlərin Eliar tərəfindən vurulmadığını müstəntiqə bildirmişdir. Eliarın bu hərəkətinə görə o, 1 dəfə İbragımov Elıarı vurmuşdur. O, İbragımov Elıara demişdir ki, «Eliar, sən bu qədər qudurubsan, bu nə hərəkətdir?». Digər qonşusu Şahid3 da onlara çatmış və İbragımov Elıarı ondan aralamışdır. Onlar sakitləşəndən sonra İbragımov Eliar onun boynunu qucaqlayıb demişdir ki, «bağışla tanımadım». O, İbragımov Elıara demişdir ki, «sən məninecə tanımaya bilərsən ki, başıma ki parik qoymamışam». İbragımov Eliar onunla Elşən və Şahid3 arasında olan münaqişəni aralıdan görmüşdür. O. İbragımov Elıarla mübahisə edərkən, cibində olan 380 manat dəyərində “Xiaomi Redmi” markalı “Note 4’ modelli mobil telefonu yerə düşüb sınmış və yararsız hala düşmüşdür. Hadisədən sonra digər qonşusu Şahid3la blokda dayanıb bu hadisə barədə danışarkən Sahib «Redmi not 4» markalı telefonu ona verməsini, səhər İbragımov Elıardan təzəsini alıb qaytaracağını demişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir. Onunla Eliar arasında yaranmış mübahisə zamanı ətrafa heç bir qonşular və ya kənar şəxslər yığılmamışlar, evlərin pəncərələrindən də buna tamaşa edilməmişdir, bır sözlə, Eliarın bu hərəkəti bina camaatının narahatçılığına səbəb olmamışdır, hətta anasının otağının pəncərələri onların mübahisə etdikləri yerə çıxsa da, anasının bundan xəbəri olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini, ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, «BMVV 530» markalı, ** SB *** dövlət nömrə nişanlı avtomobilini idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. 21.04.2019-cu il tarixdə saat 02 radələrində işdən evə gəlib avtomobili yaşadığı binanın qabağında, həmişə saxladığı yerdə saxlamışdır. Bundan 3-4 gün qabaq isə hər axşam evə gedəndə, avtomobili saxladığı yerdə kiminsə avtomobilini saxladığını görürmüşdür. Məhəllədə avtomobillərin parkovka edilməsi ilə məşğul olan Şahid2 sürücülərdən pul almaq üçün başqa binaların da avtomobillərini gətirib yaşadığı binanın qarşısında saxlatdırmışdır. Həmin gün avtomobili saxlayandan sonra parkedici işləyən Sahibin oturduğu otaq kimi yerə yaxınlaşıb onunla salamlaşmışdır. Həmin vaxtı Sahib üzdən tanıdığı Elşən adlı şəxslə pivə içib domino oynamışdır. Sahib çölə çıxandan sonra ona demişdir ki, «belə etmək olmaz, sən məni başqa sürücülərlə üz-göz edirsən, mənim yerimə maşın saxlatdığın üçün məcburən başqasının yerində avtomobilimi saxlayıram». Ona belə hərəkət etməməyi bildirmişdir. Dəfələrlə Sahibə bu barədə demişdir. Hətta öz yerini saxlamaq üçün olmadığı günldərin də pulunu ona vermişdir. Sahiblə bu barədə normal qaydada danışarkən Elşən içəridən ona «sən dayımla nətər söhbət edirsən ə, səsinin tonunu biraz al» deyərək əsassız müdaxidə etmişdir. Elşənə «sən söhbətə qarışma, mən bu kişiynən danışıram, sənə aid olmayan söhbətə burnunu soxma» deyərək kobud cavab vermişdir. Sahib onu sakitləşdirmiş, Elşənin içkili olmasını onunla işi olmamasını demişdir. Sahiblə söhbət edərkən, Elşən otaqdan çıxıb arxasından fırlanaraq qəfildən sol gicgahından yumruğu ilə vurmuşdur. Zərbənin təsirindən huşunu itirən kimi olmuş, səndələyib arxaarxaya getmiş və Sahibin oturduğu otağın qapısının şüşəsinə dəymişdir. Şüşə sınıb üstünə tökülmüşdür. Elşən təkrarən üstünə hücum edəndə əlbəyaxa olub yerə yıxılmışlar və süpürüşməyə başlamışlar. Eləmin vaxtı qonşusu Elnur onu Elşənin əlindən alandan sonra öz bloklarına tərəf gedərkən qonşuları İbragımov Elıar ilə Şahid3 gəlməsini görmüşdür. İbragımov Elıar tez-tez onun üstünə gəlib heç bir səbəb olmadan ona çatan kimi sifətindən 2 dəfə yumruqla vurmuşdur. Buna görə də 1 dəfə İbragımov Elıarı vurmuşdur. İbragımov Elıara demişdir ki, «İbragımov Elıar, sən bu qədər qudurubsan ki, sən məni niyə vurursan?». Digər qonşusu Şahid3 da onlara çatmış və İbragımov Elıarı ondan aralamışdır. Onlar sakitləşəndən sonra İbragımov Elıar boynunu qucaqlayıb demişdir ki, «bağışla tanımadım». İbragımov Elıar tam sərxoş vəziyyətdə olmuşdur. İbragımov Elıara demişdir ki, «sən məni necə tanımaya bilərsən ki, başıma ki parik qoymamışam». İbragımov Elıar onunla Elşən və Şahid3 arasında olan münaqişəni aralıdan görmüş və içkili olduğu üçün münaqişəyə müdaxilə edərək heç bir səbəb olmadan onu yumruqla vurmuşdur. İbragımov Elıarla əlbəyaxa olarkən cibində olan 380 manat dəyərində “Xiaomi Redmi” markalı “Note 4” modelli mobil telefonu yerə düşüb sınmış və yararsız hala düşmüşdür. Hadisədən sonra digər qonşusu Şahid3la blokda dayanıb bu hadisə barədə danışarkən Sahib «Redmi not 4» markalı telefonu ona verməsini, səhər İbragımov Elıardan təzəsini alıb qaytaracağını demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o hadisə vaxtı ünvan 2 ünvanında kirayədə yaşamışdır və usta işləməklə çörək pulu qazanmışdır. Zərərçəkmiş şəxs də həmin binada yaşadığına görə qonşu kimi tanımışdır və əvvəllər onunla heç bir ədavət və düşmənçiliyi olmamış, hərdən bir görəndə, salam verib yanından keçmişdir. 21.04.2019-cu il tarixdə, saat 02 radələrində o, yaşadığı binanın 5-ci blokunda özü üçün otaq düzəldib həyətdəki avtomobillərin parkovka edilməsi ilə məşğul olan Şahid2 yanında olmuşdur. Şahid2la böyük-kiçik kimi yaxşı münasibəti olmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs içkili vəziyyətdə gəlib, taksi kimi işlədiyi avtomobilindən düşmüş, Şahid2 da avtomobilini parkovka etmək üçün Zərərçəkmiş şəxs yanına getmişdir. Şahid2 otağından çölə çıxanda görmüşdür ki, Zərərçəkmiş şəxs Şahid2la artıq-əksik söhbət edib, onunla məzələnir. Lakin buna fikir vermədən, Sahibin dincəlmə otağına qayıtmış, Sahib özü də gəlmişdir. Bir az sonra Zərərçəkmiş şəxs gəlib otağa girmiş və onun kim olduğunu soruşmuşdur. O, Elçinə «məni tanımırsan?» deyə cavab vermişdir. Elçin içkili vəziyyətdə olduğundan, guya onu tanımadığını demişdir. X3 olduğunu soruşmuşdur. Sahib də «Elçin mənim bacım oğludur» deyərək, cavab vermişdir. Elçin isə «əgər bacın oğlu yox, qardaşın oğlu olsaydı onu ... belə-belə edərdim» deyərək, onları təhqir etmişdir. Zərərçəkmiş şəxs onu söyüşlə təhqir etdiyi üçün, o, yerindən qalxıb Elçini gödəkçəsindən tutaraq küçəyə çıxartmış və danışığına fikir verməsini demişdir. Elçin isə heç bir səbəb olmadan onun var yoxunu söymüşdür. Buna görə də o, Elçinə 2 sillə vurmuşdur. Elçin yerə yıxılmış və bu zaman sifəti hadisə yerində dayanmış Toyota markalı avtomobilin buferinə dəymişdir. Elçin yenə də ayağa duraraq, onun var yoxuna söymüşdür. O, Elçini yenə də sillə ilə sifətindən vuranda, Elçin Şahid2 dincəlmə otağına dəymiş, şüşə sınaraq, Elçin içəri düşmüşdür. Bundan snra Elçin yenə də söyüşləri dayandırmadığından, o, məcbur olub, yenə də sillə ilə Elçini vurub döymüşdür. Həmin vaxt səs-küyə görə qonşular balkonlarına çıxmışdır. Həmin vaxt binanın blokundan çıxan qonşu Elnur onları ayırıb işinə getmişdir. O, Elçinlə əlbəyaxa olarkən, tanıdığı qonşular Şahid3, Ceyhun və İbragımov Elıar onlara tərəf gəlmişlər. Hiss etmişdir kı, həmin şəxslər də yeyib-içmək məclisindən gəlirlər. Həmin şəxslər Elçinlə onu bir-birilərindən ayırmışlar. Bir qədər kənara çəkiləndən sonra Elçin, İbragımov Elıara nə demişsə, İbragımov Elıar ona «yaxşı kişi özünü bu hala saldırmaz» deyib Elçinin sifətindən 2 dəfə sillə ilə vurmasını görmüşdür. İbragımov Elıar öz də içkili olmuşdur. Bu dəfə isə Şahid3 və X7 Elçindən ayırmışlar. Elçin sakit durmayıb söyüş söymüşdür. İbragımov Elıar onu bu səbəbdən vurmuşdur. Orada olan şəxslərin təkidi ilə hadisə yerini tərk edib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, qonşu binada yaşayan Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 21.04.2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı blokun qarşısında dayanıb parkovka edən avtomobillərə nəzarət edirmiş. Həmin vaxtı Elçin onun oturduğu yerə yaxınlaşıb salamlaşmışdır. Onun hərəkətlərindən içkili olmasını güman etmişdir. Həmin vaxtı qonşu binada kirayədə qalan Şahid1 də onun yanında olmuşdur. Elşən hərdən bir onun yanına gəlmiş, çay içib domino oynamışlar. Elçin onunla görüşdükdən sonra Elşəni göstərib, «bu kimdi?» deyə soruşmuşdur. Halbuki, Elçin Elşəni əvvəllər də tanımışdır, lakin içkili olduğu üçün onlara sataşmışdır. O, Elşənin onun bacı oğlu olmasını demişdir. Əslində isə Elşənlə heç bir qohumluğu olmamışdır. Elçin nalayiq formada söz işlədib demişdir ki, «bacın oğlu olmayıb, qardaşın oğlu olsaydı, onu belə...belə edərdim». O, Elçinə danışmasını bilməsini deyə irad bildirmiş və həmin vaxtı həyətə maşın gəldiyindən, onu parkovka etmək üçün otaqdan çıxmışdır. Maşını parkovka etdirib qayıdanda görmüşdür ki, Elçinlə Elşən 5-ci blokun qabağında əlbəyaxa olub dalaşırlar. Onları bir-birilərindən ayırmış, lakin Elçin nalayiq söyüşlər söydüyü üçün Elşən yenidən onunla əlbəyaxa olmuşdur. O, həmin şəxsləri birbirilərindən ayırmaq istəmişdir. Buna baxmayaraq Elçin Elşəni söyüb təhqir etmişdir. Hadisə vaxtı Elçin binanın zibil kamerasının yerində otaq düzəltdiyi yerin qapısının şüşəsinə dəydiyindən, şüşə sınıb yerə tökülmüşdür. Ancaq bununla bağlı ona heç bir ziyan dəyməmişdir və heç bir şikayəti olmamışdır. Daha sonra Elşənlə Elçin 8-ci blokun qarşısına gəlmişlər. Həmin vaxtı binada yaşayan qonşular Ceyhun, Şahid3 və İbragımov Elıar bir yerdə onlara yaxınlaşmışlar. Elçin söyüş söydüyü üçün Elşən həmin şəxslərin yanında da Elçinlə əlbəyaxa olmuşdur. Elıar ilə Sahib isə onları ayırmışlar. O, Eliarın Elçini vurduğunu müşahidə etməmişdir. 8-ci blokun qarşısında Eliar mübahisə edənləri ayırarkən, ətrafa heç bir qonşular və ya kənar şəxslər yığılmamışlar, evlərin pəncərələrindən də buna tamaşa edilməmişdir, bu zaman bina camaatının narahatçılığına səbəb olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun qonşusudur. Aralarında əvvəllər heç bir ədavət olmamışdır. 21.04 2019-cu ıl tarixdə, saat 01 radələrində o, qonşuları İbragımov Elıar və Ceyhunla birlikdə çayçıdan evinə gələrkən, məhəllədə möhkəm söyüşlə müşayiət olunan hay-küy olmasının şahidi olmuşlar. Binanın 8-ci blokunun qarşısına yaxınlaşdıqda isə görmüşlər ki, qonşusu Elçin, məhəllədə maşın parkokvası işinə baxan Sahib adlı şəxs və onun yanında olan Elşən adlı qonşuluqda kirayədə qalan oğlanla söyüşlə möhkəm mübahisə edirlər. Elçinin sir-sifəti xəsarətlənmiş, yəni əməlli başlı döyülmüşdür. Məlum olmuşdur ki, Elçinlə Elşən onlar gələnə qədər 5-ci blokun qarşısında dalaşmışlar və sonra da mübahisəni davam etdirmişlər. Elçinin sərxoş olmasını müəyyən etmək çətin olmamışdır. O, Elşəni nalayiq söyüşlərlə söymüşdür. İbragımov Elıar tərəfləri ayırmağa cəhd edərək, həm Elşənə, həm də Sahib İbrahimova söyüş söyməməsi üçün irad bildirmişdir. Elçin nalayiq söyüşlər söydüyündən və camaatdan ayıb olduğundan, İbragımov Elıar məcbur olmuşdur ki, əliylə onun ağzını tutub sakitləşdirsin. Bu zaman Elçin içkili olduğu üçün İbragımov Elıara tərəf əl-qol atmışdır, lakin onu tutub sakitləşdirmişlər. Elçin həmin vaxtı içkili vəziyyətdə əsəbiləşdiyindən avtomobilinə oturub getmək istəyərkən, ona imkan verməyib, maşının açarını alıb onu bloka salmışdır. Elçin markası yadında qalmayan mobil telefonunu ona göstərib, hadisə zamanı sınmasını bildirmişdir. Həqiqətən də Elçinin mobil telefonunun sınmasını görmüşdür. Elçini sakitləşdirmək üçün telefonu ondan almış və düzəltdirib qaytaracaqlarını demişdir. Bundan sonra Elçin evinə qalxmışdır. Səhəri günü Elçin onlara gəlib ondan telefonunu götürmüş və şikayət etməyə getməsini demişdir. Hadisə vaxtı İbragımov Elıar tərəfləri ayıraraq Zərərçəkmiş şəxs söyüş söməməyi tələb etsə də, ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Eliar binanın 8-ci blokunun qaşısında tərəfləri ayırarkən, ətrafa heç bir qonşular və ya kənar şəxslər yığılmamışlar, evlərin pəncərələrindən də buna tamaşa edilməmişdir, bu zaman bina camaatının narahatçılığına səbəb olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, 21 aprel 2019-cu il tarixdə təxminən gecə saat 02 radələrində işdən evə gələrkən, yaşadığı binanın qonşuları İbragımov Elıar və Şahid3 ilə görüşmüş və orada dayanaraq söhbət etmişlər. Həmin vaxt binanın 8-ci bloku tərəfdə nalayiq söyüşlərlə müşayiət olunan səs-küy eşitmişlər. Hadisə ilə maraqlanmaq üçün 6-cı blokdan çıxaraq, həmin səs-küy gələn tərəf getmişlər. Həmin vaxt Şahid3 və İbragımov Elıar ondan qabaqda hərəkət etmişlər. Həmin yerə çatan zaman görmüşdür ki, bir-birlərini nalayiq söyüşlərlə təhqir edən şəxslər qonşuları Şahid1 və Zərərçəkmiş şəxsdir. Bundan sonra o, həmin şəxslərin hər birinə öz iradını bildirib asayişi pozmamağa dəvət etmişdir. Sonuncular da onun sözlərinə əməl etməklə, həmin yerdən çıxıb hərə öz evinə getmişdir. Hadisə vaxtı orada avtodayanacağa nəzarət edən Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs olmuşlar. İbragımov Elıar və Şahid3 ilə özü isə həmin yerə sonradan gəlmişlər. X8 Abdullayevi vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki iş üzrə Zərərçəkmiş şəxs onun qapı qonşusudur. Onunla aralarında heç bir ədavət olmamışdır. 21.04.2019-cu il tarixdə saat 01 radələrində evdə olduğu zaman, həyətdən səs-küy gəlməsini eşidib balkona çıxmişdır. Həmin vaxtı görmüşdür ki, qonşusu Elçin həyətdə Elşən adlı oğlanla söyüşlə mübahisə edir. Parkovkada işləyən Sahib, qonşusu Sahib və başqa tanımadığı şəxslər də onların yanındaydılar. Bir müddət sonra o, görmüşdür ki, mübahisə edən tərəflər 8-ci blokun qarşısındadırlar və burada X9 arasında olan münaqişəni sakitləşdirmək istəyir. X11 bloka salandan sonra, o da evə keçmişdir. Səhəri günü Elçini görəndə, sonuncunun sifəti şişib göyərmişdi. O, qonşulardan eşitmişdir ki. Elçini Elşən adlı oğlan döyübdür. X12 aralaşdırmağa çalışırdı, o, Elyarın Elçini vurduğunu müşahidə etməmişdir. Elyar 8-ci blokun qprşısında Elçinlə Elşəni aralaşdırarkən, ondan başqa binanın balkonlarından bunun başqa qonşular tərəfindən müşahidə etdiklərini görməmişdir və həyətə qonşular toplaşmamışlar. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə - Tibbi Ekspertiza və X4» X13 22№-li şöbəsinin məhkəmə-tibbi ekspertizası üzrə verdiyi 22 may 2019-cu il tarixli 267 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərədn-sol göz ətrafının hematoması və bu gözün ağlı qışasına qansızma, sol almacıq nahiyəsinin şişkinliyi , sağ göz ətrafının şişkinli qançırı və bu gözün ağlı qişasına qansızma, sağ dirsəyin arxa səthinin sıyrığı, hər iki dizin ön səthinin, sağ əlin 2-ci, 3-cü və 4-cü barmaqlarının, sol əlin 1-ci barmaqlarının sıyrıqları küt əşyanın, sol əlin 4-cü barmağının kəsilmiş səthi yarası iti kənara malik alətin təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 21.04.2019-cu il tarxdə əmələ gələ bilər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi barədə onun adına tərtib olunmuş tibbi arayış və KT müayinəsinin nəticəsi ekspertizaya təqdim olunduqdan sonra dəqiq fikir söyləmək mümkün olacaqdır. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə - Tibbi Ekspertiza və X4» X13 22№-li şöbəsinin məhkəmə-tibbi ekspertizası üzrə verdiyi 22 may 2019-cu il tarixli 267 №-li rəyinə olan əlavədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərədn-sol göz ətrafının hematoması və bu gözün ağlı qışasına qansızma, sol almacıq nahiyəsinin şişkinliyi , sağ göz ətrafının şişkinli qançırı və bu gözün ağlı qişasına qansızma, sağ dirsəyin arxa səthinin sıyrığı, hər iki dizin ön səthinin, sağ əlin 2-ci, 3-cü və 4-cü barmaqlarının, sol əlin 1-ci barmaqlarının sıyrıqları küt əşyanın, sol əlin 4-cü barmağının kəsilmiş səthi yarası iti kənara malik alətin təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 21.04.2019-cu il tarxdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sol göz ətrafının hematoması və bu gözün ağlı qışasına qansızma, sol almacıq nahiyəsinin şişkinliyi , sağ göz ətrafının şişkinli qançırı və bu gözün ağlı qişasına qansızma həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına sbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 1(010)-39/2020 saylı 17.03.2020-ci il tarixli hökmündən görünür ki, Şahid1, digər şəxslə birlikdə bir qrup şəxs halında 21 aprel 2019-cu il tarixdə, saat 02 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 4 nömrəli binanın qarşısında, həmin binada yaşayan Zərərçəkmiş şəxs Şahid2 ilə avtomobilin park edilməsi ilə bağlı aralarında olan söhbətə müdaxilə etdiyi zaman Zərərçəkmiş şəxs ona kobud cavab verməsini bəhanə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir etmiş, əli və ayağı ilə onu qəsdən vuraraq, sonuncuya sol göz ətrafının hematoması və gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sol almacıq nahiyəsinin şişkinliyi, sağ dirsəyin arxa səthinin sıyrığı, hər iki dizin ön səthinin, sağ əlin 2-ci, 3-cü və 4-cü barmaqlarının, sol əlin 1-ci barmağının sıyrıqları ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs, ona məxsus “Samsung Galaxy” markalı, “C2” modelli mobil telefonun ekranının sınması nəticəsində 35 manat dəyərində maddi ziyan vurmaqla, xuliqanlıq etmişdir. Suraxanı rayon Məhkəməsinin 1(010)-39/2020 saylı 17.03.2020-ci il tarixli hökmü ilə Şahid1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid1 məhkəməyədək icraat zamanı 16 oktyabr 2019-cu il tarixdən 18 oktyabr 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanaraq, Şahid1 təyin edilən islah işləri cəzasından 06 (altı) gün çıxılaraq, Şahid1 çəkilməsi üçün qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikas Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Bu baxımdan, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli olub-olmaması məsələsini əvvəlcədən həll edə bilər. Burada nəzərə almaq lazımdır ki, Konstitusiyanın 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Yuxarıda göstərilən konstitusiya müddəasının mənasına görə, cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalara riayət olunmadan heç kəs təqsirli sayıla bilməz. Həmin prosessual qaydaların vacib hissəsini təqsirləndirilən şəxsin sübutların tədqiq olunmasında iştirakına dair normalar təşkil edir. Cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar İbragımov Elıara qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs İbragımov Elıarın Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 2-ci bəndində aşağıdakılar qeyd olunur: “İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür”. Eyni qərarın 3-cü bəndində qeyd olunur ki, “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin məhkəməyə bildirdikləri, həmçinin cinayət işinin materialları ilə müəyyən olunur ki, 21.04.2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042, bina 4-ün 5-ci blokunun qarşısında Zərərçəkmiş şəxslə Şahid1 arasında münaqişə baş vermiş, tərəflər blokun qarşısında dalaşmışlar və sonra da mübahisəni binanın 8-ci blokunun qarşısında davam etdirmiş, İbragımov Elıar tərəfləri ayırmağa cəhd edərək, həm Elşənə, həm də Sahib İbrahimova söyüş söyməməsi üçün irad bildirmiş, Elçin nalayiq söyüşlər söydüyündən, Eliar onun sifətindən yumruqla vurmuş, buna görə də Elçin 1 dəfə Elıarı vurmuş, mübahisə zamanı Zərərçəkmiş şəxs cibində olan 380 manat dəyərində “Xiaomi Redmi” markalı “Note 4” modelli mobil telefonu yerə düşüb sınmış və yararsız hala düşmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində söyüş söydüyü üçün Eliar İbragımovun onun ağzından tutduğunu, bu zaman Eliarın onun sifət nahiyysindən və yaxud da hər hansı yerindən vurmadığını, üzündə və bədəninin digər nahiyyələrində olan xəsarətlərin Elşənlə dalaşarkən və Elşən tərfindən törədildiyini göstərsə də, məhkəmə onun onun bu ifadəsinə tənqidi yanaşaraq, onun barışıq əldə etdiyi təqsirləndirilən şəxsin müdafiəsi məqsədilə verilmiş ifadə kimi rədd edir. Məhkəmə istintaqı zamanı, həmçinin müəyyən olunmuşdur ki, Elçinlə Eliarın mübahisəsi zamanı ətrafa heç bir qonşular və ya kənar şəxslər yığılmamışlar, evlərin pəncərələrindən də buna tamaşa edilməmişdir, bir sözlə, Eliarın bu hərəkəti bina camaatının narahatçılığına səbəb olmamışdır. X15 arasında davam edən münaqişə zamanı sonunculara bununla bağlı irad bildirərək, onları ayırmağa çalışmışdır. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və məhkəmə iclasında dindirilmiş bütün şahidlər göstərilən halları təsdiq etmişlər. Yuxarıda qeyd olunanları məcmu şəkildə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətləri cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sisteminin pozulmasına yönəlməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Elıar İbragımovun əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəməyə verdikləri ərizələrdən və ifadələrindən görünür ki, onlar barışmışlar. Təqsirləndirilən şəxs zərərçəmiş şəxsə vurduğu zərəri ödəmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş üzrə təqsirləndirilən şəxs onun barəsində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir, iş üzrə zərərçəkmiş şəx iş üzrə təqsirləndirilən şəxsin bu mövqeyi ilə razıdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən «Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.». Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən « Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, İbragımov Elıar cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İbragımov Elıarın cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. İbragımov Elıarın Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İbragımov Elıar barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar