Məhkəmə qərarları › İş №1(010)-188/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-188/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-188/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1957-ci ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC- də sürücü işləyən, məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, Ə.Cavad küçəsi ev 145Ada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə, saat 08 radələrində "BCDE" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla yol vərəqəsi əsasında idarə etdiyi, "xxxx" MMC-yə məxsus «Daewoo BS 090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi ilə Suraxanı qəsəbəsi istiqamətinə hərəkətdə olarkən ‘‘Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, yolun sağından soluna keçmək istəyən piyada Zərərçəkmiş şəxs hərəkət hissəyə daxil olub təhlükə yaratdığını gördükdə avtobusu dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməyib avtobusun qabaq sol hissəsi ilə piyadanı vurmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmişin qara ciyərin və dalağın zədələnməsi, baş beyinin orta dərəcəli əzilməsi, sağ almacıq sümüyünün və almacıq qövsüünün yerdəyişən sınığı, burun sümüyünün xətti sınığı, hər iki maksilyar sinusun yerdəyişən sınığı, maksilyar Hemosinus, alt dodağın selikli qişasının və burunun əzilmiş yarası, sol əlin V barmağın sıyrığı xəsarətləri yetirməklə, dərcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, «BCD» dərəcəli sürücülük vəsiqəsi olmaqda "xxxx" MMCdə sürücü işləyir. Həmin cəmiyyətə məxsus **-TG-*** dövlət qeydiyyat nişanlı «Daewoo BS 090» markalı avtobusu yol vərəqəsi əsasında idarə edir. Həmin avtobus 184 nömrəli marşrutla «Ulduz» metrostansiyasından Suraxanı qəsbəsinə sərnişin daşıyır. 17 yanvar 2022- ci il tarixdə saat 07:30 radələrində həmin avtobusla «Ulduz» metrostansiyasının qarşısından təxminən 12 nəfər sərnişin götürüb yola düşmüşdür. Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi ilə Əmircan qəsəbəsi istiqamətinə 30-40 km/saat sürətlə idarə edirmiş, avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmin vaxt hava yağışlı, yol sulu olmuş, həmin küçə ilə 44 saylı ünvanın qarşısından keçərkən sağdan olan yol ayrıcından təxminən 20 yaşında cavan bir oğlan qəflətən yolun sağından adi yerişlə yolun soluna keçməyə başlamış, həmin vaxt aralarında təxminən 5-6 metr məsafə olarmış. Piyadanı vurmamaq üçün sükanı nisbətən sağa istiqamətləndirmiş, tormoz verməyə macal tapmamış, həmin piyadanı avtobusun sol qabaq tini ilə vurmuşdur. Dərhal avtobusu yolun sağ hissəsində saxlamış, düşüb piyadaya yaxınlaşmış, o yolun orta xəttindən sol hissəyə yıxılmışdır. Dərhal yoldan keçən nömrəsini xatırlamadığı «Opel» markalı avtomobili saxlatmış və piyadanı avtomobilə qoyaraq onu Sabunçu 3 saylı ŞKX-na aparmışdır. Az sonra xəstəxanaya polis əməkdaşı gəlmiş, özünü və sənədlərini təqdim edərək hadisəni törətməyi barədə məlumat vermişdir. Orada məlum olmuşdur ki, həmin şəxs hadisə yerinin yaxınlığında yaşayan 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxsdur. Kərimin müalicəsi üçün müəyyən xərclər etmiş, lazım olan dərmanların pulunu ödəmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, 2-ci Vətən Müharibəsində iştirak etmiş və hazırda müharibə veteranıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Xocavənd və Füzuli rayonlarının işğaldan azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən «Möcüzə» marketdə fəhlə işləyir. İş vaxtı saat 08:00 dəqiqədə başlayıb saat 23:00 dəqiqədə başa çatır. 17 yanvar 2022-ci il tarixdə saat 07:30 dəqiqədə işə getmək üçün yaşadığı evdən çıxmış, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki böyük dalandan yolun sağından soluna adi yerişlə keçmək istəyəndə həmin küçə ilə Əmircan qəsəbəsi istiqamətində hərəktədə olan «Daewoo» markalı sərnişin avtobusu qabaq sol tini ilə onu vuraraq asfaltın üzərinə tullamışdır. Almış olduğu zərbədən huşunu itirmiş və nə baş verməsini bilməmişdir. Təxminən 7 gündən sonra ayırlmış və Sabunçu tibbi mərkəzində olduğunu bilmişdir. Vəziyyəti pis olduğundan hadisənin necə baş verməsini xatırlaya bilmir. Sabunçu tibbi mərkəzdə əməliyyat olunmuş və əməliyyat nəticəsində dalağı zədə aldığı üçün həkimlər tərəfindən götürülmüşdür. Bundan başqa qara ciyəri zədələndiyi üçün tikilmişdir. 2022-ci ilin fevral ayının axırlarına kimi Sabunçu tibbi mərkəzdə müalicə olunmuş və sonra müalicəsini davam etdirmək üçün evə buraxılmışdır. Hazırdada müalicəsi ev şəraitində davam etdirilir. Sonradan yaddaşı yerinə gəlmiş və hadisənin hansı şəraitdə baş verməsini xatırlaya bilmişdir. İdarə etdiyi «Daewoo BS 090» markalı **-TG-*** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə onu vuran sürücü Təqsirləndirilən şəxs tərəfindən müalicəsi üçün müəyyən məbləğdə köməklik göstərilsə də sonradan müalicənin başa çatdırılması üçün köməklik göstərilməmişdir. Buna görə də sürücü Təqsirləndirilən şəxs barəsində şikayəti vardır. «Daewoo BS 090» markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir şəxsi qərəzliyi və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmədiyi üçün sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə təyin edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 234 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: qara ciyərin və dalağın zədələnməsi, baş beyinin orta dərəcəli əzilməsi, sağ almacıq sümüyünün və almacıq qövsüünün yerdəyişən sınığı, burun sümüyünün xətti sınığı, hər iki maksilyar sinusun yerdəyişən sınığı, maksilyar Hemosinus, alt dodağın selikli qişasının və burunun əzilmiş yarası, sol əlin V barmağın sıyrığı bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş üzrə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 18 fevral 2022-ci il tarixli 8/247 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Daewoo BS 090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzi Publik Hüquqi şəxsinin verdiyi sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 17 yanvar 2022-ci il tarixli, 2/2076 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlaməti olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2020- ci il tarixdən xx.xx.2027-ci il tarixədək qüvvədə olan AC584448 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. ABN seriyalı 449046 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. "xxxx" MMC-nin direktoru İ.Hüseynov tərəfindən təsdiq edilmiş “Yol vərəqəsindən” görünür ki, "xxxx" MMC “Daewo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququnu 01 yanvar 2022-ci il tarixdən 31 yanvar 2022-ci ilədək Təqsirləndirilən şəxs idarə edilməsinə icazə verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.11, və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasılna yönələn hərəkətini, zərərçəkmiş şəxsin ilkin müalicə xərclərini, o cümlədən 1200 manat məbləğində ödəməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar