Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-188/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X2 iştirakı ilə, xüsusi ittiham qaydasında X5 şikayətinə məhkəmənin iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Şikayətdə göstərilmişdir ki, o, tanımadığı heç bir tanışlıq və ya işgüzar əlaqəsi olmayan X3 adlı şəxs tərəfindən artıq neçə müddətdir ki şantaj və hədə-qorxu ilə tələb etmək niyyətli qanunsuz şəxsiyyətimi,şərəf və ləyaqətimi alçaldıcı təhqirlərə və təzyiqlərə məruz qalır. Belə ki, Valeh adlı şəxs tərəfindən dərc etdirilən mediada və cəmiyyətdə şantaj və qarayaxma internet kanalı kimi tanınan 430.000 izləyici kütləsi olan "KANAT 13’’ və "HÜRRİYYƏT.AZ” kanallarında məkrli niyyətini həyata keçirmişdir. Şəxsiyyətini, şərəfini, ləyaqətini təhqir edərək alçaldan, dəfələrlə X9 adını çəkərək "X1" deyən, böhtan və təhqir xarakterli məlumatları dərc etdirən o cümlədən qanunsuz şikayətlər edən həmin şəxslə nə bir əlaqəsi, nə bir tanışlığı olmuşdur. xx.xx.2020-ci ildə Suraxanı rayonu, Yeni Suraxanı ərazisindəndə yerləşən 400 kvm torpaq sahəsini almaq üçün əlbir olaraq oyun quraraq ondan torpaq sahəsinə "etibarnamə ver gedirəm pulu gedirəm gətirəm” deyərək sənədi aldıqdan sonra telefonları söndürmüş və qaçıb gizləndiyi üçün etibarnaməni ləğv etdirmişdir.(konkret əlavə sübutlar tərəfindən təqdim ediləcəkdir) Onu da qeyd edir ki, araşdırmalar zamanı Valeh adlı şəxsə müstəntiq tərəfindən onu göstərərk tanıyıb tanımaması barədə verdiyi suala cavab olaraq “məni tanımadığı bildirdikdə müstəntiqin ona tanımadığı şəxsi necə şikayət edirsən” sualını cavabsız - qoymuşdur. Barəsində heç bir həqiqətə uyğun olmayan yalan olduğunu bilə-bilə kütləvi informasiya titələri hesab edilən internet səhifələrində və sosial mediada Valeh adlı şəxs "hürriyyət.az” “dia.az” və "xəbərfakt" internet saytlarında onu "DƏLƏDUZ” “REKET” “AMOLDÜRƏN” adlandıraraq şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən ləkələyən təhqir və böhtan xarakterli məlumatların dərc etdirmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası qanunverciliyi ilə qorunan hüquqlarını makler fəaliyyəti ilə məşğul olan X2 qəsdən yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini alçaltmaq, nüfuzdan salmaq, böhtan atmaq məqsədi ilə törətməsi hədə-qorxu ilə ondan torpağını tələb etməsi və bu cinayət əməlini son zamanlar şantaj sxemi ilə işləyən “reket jurnalist” fəaliyyəti ilə məşğul olan şəxslərin qanun adı altında qanunsuzluq edərək öz səlahiyyətlərindən sui-istifadə edərək ona şərait yaradan şəxslərin yardımı ilə həyata keçirmişdir. Belə ki, hətta Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədova kütləvi informasiya vasitələrindən və jurnalistika fəaliyyətindən sui-istifadə etməyin yol verilməməzliyinə görə ciddi və sərt rəsmi xəbərdarlıq edilmişdir. Belə əməllərə son qoymadığı üçün "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə inzibati qaydada həbs edilmişdir, (qoşmaya əlavə edilir). Daha donra barəmdə “KANAL-13” youtube internet kanalı vasitəsi ilə cəmiyyətdə məni nüfuzdan 'Vmaq şəxsiyyətimi ləkələmək üçün bu əməlləri davam etdirmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda məhz törətdiyi cinayət əməlinə görə “Kanal 13”-ün rəhbəri barəsində törətdiyi cinayət əməllərinə görədə barəsində cinayət işinin başlanmasına dair qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Valeh Cahangirovun "hürriyyət.az qəzetində dərc etdirdiyi "EYNİ ƏRAZİNİ EYNİ NOTARİUSDA MÜXTƏLİF ADAMLARA SATDİ. DAHA SONRA... - Abşeronda çox sayda insana qarşı dələduzluq etməkdə ittiham olunan Coşqun Əlizadəni kim himayə edir...başlıqlı böhtan məzmunlu yazıda qeyd olunur ki, guya eyni ərazini bir neçə nəfərə tərəfindən satılmış və o, yazıda qeyd olunan adları və varlıqları olmayan bir neçə -fəri aldatmışdır. Bunlardan biridə Valeh Cahangirov adlı şəxsdir. Valeh adlı şəxs sosial şəbəkədə, Youtube kanalı üzərindən ayrı-ayrı videolar çəkərək onu “DƏLƏDUZ” adlandırır və hal-hazırda yotube kanalında paylaşımlar edir. Qeyd edir ki, o xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Fərdi əməklə məşğuldur. Barəsində heç bir həqiqətə uyğun olmayan əsası olmayan şər böhtan xarakterli belə bir yazının dərc olunması bir vətəndaşı cəmiyyət içində, dost-tanış qohum əqraba içində nüfuzdan salmaq niyyətindən işgüzar həyata xələl gətirməkdən, insanın şərəfini və ləyaqətini alçaltmaqdan, insanın təmiz adına xələl gətirməkdən başqa bir şey deyil. Çünki indiyədək hüquq mühafizə orqanlarına tərəfimdən edilmiş şikayətlərim "torpağımın qanunsuz, zəbt etməsinə” "saxta sənədlərlə torpağımı satılmasına” “talan edilərək qanunsuz hasil olunaraq daşınmasına” "qanunsuz yolla qəbirstanlıq salınması məqsədi ilə torpağımda salınmış yalançı qəbirlərə, yəni ki tam qanuni sənədlər əsasında icarə, istifadə və mülkiyyətində olan qanunla hüquqlarının tam qorunduğu daşınmaz əmlakların müdafiəsinə görə və s. etdiyi şikayətlərdən başqa hər-hansı bir qanun və hüquqpozuntuya görə ittihama məruz qalmamışdır. Yəni ki, niyyətin sadəcə ağ-yalanlarla işgüzar nüfuzuna xələl gətirilməsi və şantaj edilərək hədə-qorxu gələrək qanunsuz yolla nəyisə əlimdən almaqdan başqa bir qanunsuz əməl deyil. Binəqədi Rayon Polis İdarəsinə barəmdə eyni məzmunlu şikayət etmişdir. Qeyd edir ki, Valeh Cahangirovun barəsində etdiyi əsassız şikayətlərə görə ilkin araşdırma Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Emin Musayevin icraatında olmuş, araşdırılma aparıldıqdan sonra tərəfindən cinayət işinin başlanmasının rədd qərarı qəbul edilmişdir. Təkrar araşdırma Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Ramil Qabulov tərəfindən araşdırılmış və təqdim edilən sübutlar əsasında cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Valeh adlı şəxsin izahatları arasında kəskin ddiyyətin olması onun yalandan şər-böhtan atması təqdim etdiyim sübutlar əsasında sübuta yetirilmişdir. Baş verən hadisəyə nəzər salanda Valeh Cahangirovun youtube kanalında hazırda özü tərəfindən qeydə alınaraq paylaşdığı etiraf edilir. Sonda o, qeyd edir ki, barəsində şikayət etdiyi şəxsin kütləvi informasiya vasitələri ilə bilərəkdən və nəticələrini əvvəlcədən görərək, dərk edərək şəxsiyyətini, şərəf və ləyaqətini, işgüzar nüfüzünu ləkələyən sözlərdən istifadə etməsi ilə aylardır güclü ruhi iztirab, mənəvi və psixoloji stress çəkir. Odur ki, X2 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Həmin xüsusi ittiham qaydasında şikayət üzrə Suraxanı Rayon Məhkəməsinin 1(010)-188/2024 saylı, 16 fevral 2024-cü il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Həmin iş üzrə xüsusi ittihamçı və nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişdir. Belə ki, məhkəmə iclasları xx.xx.2024, xx.xx.2024-cü il tarixlərə təyin edilsə də, bu barədə xüsusi ittihamçı məlumatlandırılsa da, məhkəmə iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəblərin həqiqətən üzürlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. CPM-nin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. CPM-nin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Beləliklə, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan, xüsusi ittihamçının məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulduğundan, cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-188/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-188/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver