Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-188/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X1, Məhkəmə iclasının katibi X4 və X6 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Çingiz oğlunun iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, restoranda qabyuyan işləyən, evli, 1 oğlu var, məhkumluğu olmayan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə. Vahid küçəsi ev 11-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qum adası nömrəsiz evdə yaşayan, barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 may 2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adasında yerləşən fərdi yaşayış evinin dəmir qapısını əvvəlcədən yerini bilib götürdüyü açardan istifadə etməklə açaraq evə qanunsuz daxil olub, evin qonaq otağından dolabdan Zərərçəkmiş şəxs məxsus pul kisəsindən 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini və "xxxx" ASC tərəfindən verilmiş Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5239-1517-6851-7875 nömrəli plastik bank kartını gizli olaraq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 1500 (bir min beş yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 may 2024-cü il tarixdə saat 19:57-də "xxxx" ASC tərəfindən verilmiş Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5239-1517-6851-7875 nömrəli plastik bank kartından istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Araz Marketin” mağazasının qarşısında olan "xxxx" ASC-yə məxsus bankomatdan Zərərçəkmiş şəxs məxsus müvafiq bank hesabında olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini nağdlaşdırıb çıxararaq gizli olaraq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 500 (beş yüz) manat manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs ilə bir həyətdə qalmışdır və biri-birilərini uzun illərdir ki, tanıyırlar. Səhv hərəkət etdiyini etiraf edir. Hadisə zamanı evə girərək kartı və 1500 manat məbləğində pulu götürmüşdür. Daha sonra həmin kartdan 500 manat çıxartmışdır. 250 manatını özünə götürmüş, 250 manatını isə şəxsə geri qaytarmışdır. Ziyanı tam olaraq ödəməmişdir, 300 manat borcu qalmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə 4 ildir ki, tanışdırlar. Ayağına görə əməliyyata getməli idi. Kartdan karta pul atmağına kömək etməsi üçün şəxsi çağırmış və o da ona köməklik etmişdir. Şəxs ona paltarlarını yumaq məqsədilə qapını açıq qoymağını bildirmişdir. Saat 19:57-də onun telefonuna mesaj gəlmişdir. Zəng edərək bu məsələ barədə Aynurə ilə danışmışdır. Kartı Aynurənin götürdüyündən xəbərsiz olmuşdur. Qızları 102-yə zəng etmək istəmiş, Aynurə pulu götürdüyünü etiraf etmiş, bu barədə heç kimə deməməyini xahiş edərək, pulu ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həftə-həftə pulunu ödəyir. İndi isə 300 manat borcu qalıb. Şikayəti yoxdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 03 iyun 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o həbsdən azad edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli «baxış keçirmə haqqında» protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-ci maddəsinin tələblərinə əsasən, polis mayoru Mirilkin Hüseynov, polis leytenantı Şahin Hüseynovun və hal şahidlərinin iştirakları ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236-cı maddəsinə uyğun olaraq hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Suraxanı rayonu, Qum adası, nömrəsiz evdə heç bir dağınıqlıq, giriş qapısında heç bir zor tətbiqi aşkar edilməmişdir. Hadisə yerindən əl-barmaq izləri aşkar edilməmişdir. Cinayət işindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 01 iyul 2024-cü il tarixdə axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli «axtarışda olunanın tutulması barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:45 radələrində Suraxanı rayonu ərazisində saxlanılaraq Bakı şəhəri Suraxanı RP-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-255/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Cinayət işində olan 01 (bir) ədəd “CD” formatlı diskə köçürülmüş bir ədəd fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Araz marketin” qarşısında olan "xxxx"a məxsus bankomatdan Zərərçəkmiş şəxs məxsus bank kartından istifadə etməklə pul nağdlaşdırmışdır. Cinayət işində olan 01 (bir) ədəd “CD” formatlı diskə köçürülmüş fotoşəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:57-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Araz marketin” qarşısında olan "xxxx"-a məxsus bankomatdan Zərərçəkmiş şəxs məxsus 5239-15XX-XXXX-7875 saylı bank kartından istifadə etməklə pul nağdlaşdırmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(010)-188/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilərək, axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(010)-188/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verildiyindən, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə cəzası 07 il 06 aya endirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə tövsif edilərək cəzası 05 il 06 aya endirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 mart 2023-cü il tarixli qərarı ilə cəzasından 07 ay 21 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, zərərçəkmişin ona qarşı şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasının əvvəlini 13 mart 2025-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etmədi. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan oğurluq hadisəsini əks etdirən video görüntüsü olan 02 ədəd «CD» disk cinayət işində saxlanılması nəzərə alınmalı, Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 mart 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan oğurluq hadisəsini əks etdirən video görüntüsü olan 02 ədəd «CD» disk cinayət işində saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev
Məhkəmə qərarları › İş №1(010)-188/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-188/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver