Məhkəmə qərarları › İş №1(010)-189/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-189/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-189/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:30-da, Bakı şəhərində, X2, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məhğul olan, ünvan 1 ünvanda qeydiyyatda olub, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, cavabdeh kimi ondan 18725,00 məbləğində əsas borcun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(010)-476/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş 24.04.2017-ci il tarixli icra sənədini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 3(010)-828/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs tətbiq edilməsinə və və ona icra üçün yeni müddət təyin olunmasına dair 04.05.2018-ci il, 06.07.2018-ci il, 06.09.2020-ci il, 08.10.2020-ci il və 03.11.2020-ci il tarixli xəbərdarlıqların verilməsinə baxmayaraq şəxsi maraq niyyətilə hərəkətlərini davam etdirməklə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması barədə təqdimat verilən 18 noyabr 2020-ci il tarixədək qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli icra etməyərək 17425,00 manat məbləğində əsas borcunu tələbkara ödəməməklə həmin məbləğdə zərərçəkənə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə uzun illərin dostudur. 2014-cü ildə Şahinin ev almaq üçün pul topladığını bildiyindən və həmin dövrdə də pula ehtiyacı olduğundan Şahinin evinə gedərək ondan müvəqqəti olaraq 39000,00 manata yaxın məbləğdə borc pul verməyini xahiş etmiş və 28 noyabr 2014-cü il tarixdə notarial qaydada borc müqaviləsi bağlanıldıqdan sonra 2017-ci ilin fevral ayına kimi qaytarmaq şərti ilə borc pul almışdır. Qeyd olunan müddətə Şahinə borclu olduğu məbləğin bir hissəsini ödəsə də qalan 18725,00 manat məbləğində pulu ödəməyə imkanı olmamış və Şahin həmin məbləğin ondan alınaraq qaytarılması üçün Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış və sonuncunun bu iddiasına 09 fevral 2017-ci il tarixdə məhkəmədə baxılaraq təmin edilmiş, qətnamə çıxarılarkən onunla Şahin arasında 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilərək ondan 18725,00 manat məbləğində pul vəsaitinin alınaraq Şahin Əlməmmədova verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 24 aprel 2017-ci il tarixdə icraya yönəldilmiş və 25 aprel 2017-ci il tarixdə icra məmuru tərəfindən icraata başlama barədə qərar qəbul edilməklə ona borclu olduğu məbləğin könüllü olaraq Şahin Əlməmmədova ödənilməsi üçün 10 gün müddət təyin edilsə də həmin borcu ödəməmiş və nəhayət 2018-ci ilin dekabr ayında Şahinə cəmi 1300,00 manat məbləğində pul ödəsə də sonradan heç bir ödəniş etməyərək 17425,00 manat məbləğində borcu yaranmış, dəfələrlə Şahinlə apardığı fərdi söhbətlər zamanı da borclu qaldığı məbləği ödəmək imkanının olmamasını nəzərə almasını bildirmiş, icra məmuru tərəfindən də barəsində iki dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş və məhkəmənin müvafiq qərarları ilə 10 oktyabr 2017-ci il tarixdə 25 gün müddətinə və 06 avqust 2019-cu il tarixdə isə 20 gün müddətinə inzibati qaydada həbs olunmuş, bundan sonra da icra məmuru tərəfindən ona barəsində cinayət işi qaldırılacağı haqda bildiriş verilərək yazılı izahat vermiş, həmin izahatında da barəsində çıxarılan qətnamə ilə əlaqədar Şahinə borclu qaldığı 17425,00 manat yaxın vaxtlarda ödəyəcəyi haqda 2019-cu ilin avqust ayında söz versə də həmin borcunu Şahinə ödəməmişdir. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs olan 17425,00 manat məbləğində borcunu tam ödəyib. Qeyd olunanlara əsasən, barəsində açılmış cinayət işi üzrə icraata xitam verilməsini, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, 2014-cü ildə Cəmalətdin ev almaq üçün onun pul topladığını bildiyindən Camalətdin evinə gələrək müvəqqəti olaraq 39000,00 manat məbləğdə borc pul verməyini xahiş etmiş və 28 noyabr 2014-cü il tarixdə notarial qaydada borc müqaviləsi bağlanıldıqdan sonra 2017-ci ilin fevral ayına kimi Cəmalətdin borclu olduğu məbləğin bir hissəsini qaytarsa da qalan 18725,00 manat məbləğində pulu ödəmədiyindən məcburiyyət qarşısında qalaraq həmin məbləğin X1 alanaraq qaytarılması üçün Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış və onun bu iddiası 09 fevral 2017-ci il tarixdə baxılaraq təmin edilərək, X5 ilə aralarında bağlanmış 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, 18725,00 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi qət edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 24 aprel 2017-ci il tarixdə icraya yönəldilmiş, icra məmuru tərəfindən icraata başlama barədə qərar qəbul edilməklə Cəmalətdin Əliyevə borclu olduğu məbləği könüllü olaraq ödəməsi üçün 10 gün müddət təyin edilsə də Cəmalətdinin həmin borcu ödəməkdən yayınmışdır. 2018-ci ilin dekabr ayında Cəmalətdin borcundan cəmi 1300,00 manat məbləğində pul ödəsə də daha sonra heç bir ödəniş etməyərək 17425,00 manat məbləğində borcu yaranmış, dəfələrlə apardığı fərdi söhbətlər zamanı da Cəmalətdin borclu qaldığı məbləği heç bir zaman ödəməyəcəyini, hətta cəza alıb həbs olunsa belə həmin borcu ödəməyəcəyini bildirmişdir. Lakin hazırki məhkəmə prosesi gedişində təqsirləndirilən şəxs X5 ona olan 17425,00 manat məbləğində borcunu ödəmişdir, bu səbəbdən sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında elan olunmuş Bakı şəhər Suraxanı Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 476/2017 saylı, 09.02.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməyə əsasən 18725,00 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi barədə icra sənədi 25.04.2017-ci il tarixdə şöbələrinin icraatına daxil olduğunu və müvafiq qaydada icraata başlanılaraq tərəfindən tələbin könüllü icrası haqqında bildirişin borclunun ünvanına göndərilmişdir. Borcluya icra sənədini könüllü icrası üçün verilmiş müddət başa çatdığından yəni tələb könüllü icra müddətində təmin edilmədiyindən borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından 24.07.2018-ci il tarixdə barəsində axtarış qərarı rəsmiləşdirilərək icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. 06.08.2019-cu il tarixdə Suraxanı Rayon Polis İdarəsi tərəfindən borclu tutularaq şöbələrinə təhvil verilmişdir. Borclu uzun müddət keçməsinə baxmayaraq tələbkarın xeyrinə ödəniş aparılmamış və aldığı məhkəmə qərarlarından müvafiq şikayət verməmiş və bundan sonra da Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 20.07.2018-ci il tarixdən etibarən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüquq müvəqqəti məhdudlaşdırılmış, 06.08.2019-cu il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin həmin tarixli 3(010)-828/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, 06.09.2019-cu il tarixdə borclu icra şöbəsinə dəvət edilərək icra sənədini icra etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də borclu Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə məhkəmə qərarını icra etməkdən qərəzli olaraq yayındığından toplanmış material onun əməlinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə 18.11.2020-ci il tarixdə təqdimatla birlikdə İstintaq idarəsinə göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında elan olunmuş Bakı şəhər Suraxanı Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək borclu Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsini təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-476/2017 saylı 24 aprel 2017-ci il tarixli icra vərəqəsindən müəyyən olunur ki, 18.725,00 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan 25.04.2017-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlanma barədə qərar qəbul edilməklə Cəmalətdin Əliyevə borclu olduğu məbləği könüllü olaraq ödəməsi üçün 10 gün müddət müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1101/2017 saylı 10 oktyabr 2017-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 25 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-828/2019 saylı 06 avqust 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 20 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında təqdimatdan görünür ki, təqdimat verilən günədək, yəni 18 noyabr 2020-ci il tarixə kimi 17425,00 manat məbləğində pul vəsaiti təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin təqdim etdiyi 28 dekabr 2020-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 08.05.2021-ci il tarixli qərardan, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-189/2021 saylı 29.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08.05.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, daha sonra Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması birbirinə uyğun gələn özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs X5 tərəfindən ona olan borcun ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, X2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, sonuncu məhkəmə iclas zalından azadlığa buraxılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197- 198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. X5 cinayət məsuliyyətindən azad edilsin. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılsın. X3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar