Məhkəmə qərarları › İş №1(010)-189/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-189/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-189/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Xətai Rayon Məhkəməsinin 1(011)-472/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəzanı çəkməyib), Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 17 yanvar 2022-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,580 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 17 yanvar 2022-ci il tarixdə saat 12:00-da Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qum adasında yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında keçirilmiş əməliyyataxtarış tədbiri zamanı saxlanılaraq 30-cu polis şöbəsinin inzibati binasına gətirilərək, orada üzərinə keçirilmiş baxış zamanı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 1,580 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 3 ildir kokos kimi tanıdığı narkotik vasitə istifadə edir. Həmin narkotik vasitəni Nizami rayonu, Qara Qarayev metro stansiyasının yaxınlığında tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alırdı. Sonuncu dəfə 15 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Nizami rayonu, Qara Qarayev metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün şəffaf rəngli sellofana bükülmüş kokos kimi tanıdığı narkotik vasitəni almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 17 yanvar 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Suraxanı rayonu, Qum Adası ərazisində yerləşən evin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və polis şöbəsinə gətirmişlər. 30-cu polis şöbəsində polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdilər. O, buna etiraz etmədi. Sonra isə xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirildi. Baxış zamanı ona üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildi və o, üzərində saxladığı 01 (bir) ədəd kokos kimi tanıdığı şəffaf sellofanda olan narkotik vasitəni və arxa qapağı olmayan KGTEL markalı mobil telefonu təqdim etdi. Polis əməkdaşları təqdim etdiyi bükümü açdılar və bükülüdə olan kokos kimi tanıdığı narkotik vasitəni aşkar etdilər. Sorğu zamanı bildirdi ki, aşkar edilmiş maddə kokos kimi tanıdığı narkotik vasitədir. Təxminən 3 ildir ki, narkotik maddənin kokos kimi tanıdığı növündən çəkmək yolu ilə istifadə edir, Aşkar edilmiş narkotik maddəni 15 yanvar 2022-ci il tarixdə Nizami rayonu, Qara Qarayev metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata öz şəxsi istifadəsi üçün alıb sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qablaşdırılmış, zərfin üzəri imzalanmış və möhürlə təsdiqlənmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 17 yanvar 2022-ci ildə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə Bakı şəhəri, Suraxanı rayonu, Qum Adası, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil oldu. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirildi. Əməliyyat qrupunun üzvü Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 17 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Qum adasında yaşadığı ünvansız evin yaxınlığında mövqe tutdular və qeyd edilən ünvanı müşahidəyə götürdülər. Həmin gün saat 12 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs qeyd edilən ünvanda yataqxananın qarşısında gördülər və onlar ona yaxınlaşıb polis vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməsini tələb etdilər. Saxlanılan şəxs özünü 1988-ci il ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim edərək üzərində narkotik vasitə olmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət olundu. Suraxanı RPİ-in 33-cü polis şöbəsinin inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah edildi. Onun hüquqlarının müdafiəsi üçün 09 saylı Vəkil Bürosundan növbətçi vəkili X1 dəvət olundu və ona təqdim edildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, götürmə aparılacağı və bu hərəkətin videoçəkilişdən istifadə olunmaqla aparılacağı bildirilmişdir. Müvafiq təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd büküm çıxarıb təqdim etdi və həmin bükümün birinin içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin heroin olmasını, həmin heroini özü qəbul etmək məqsədi ilə 15 yanvar 2022-ci il tarixdə Nizami rayonu, Qara Qarayev metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata öz şəxsi istifadəsi üçün alıb sonra istifadə etmək üçün özündə saxladığını bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən qara rəngli üzərində "KGTEL" yazısı olan telefon aşkar olundu. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm qablaşdırıldı, bu barədə protokol tərtib olundu və tərtib olunmuş protokol iştirakçılara ucadan oxundu. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 04 oktyabr 2021-cı il tarixli 6/4373 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: (imza) Y.Əliyev...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,415 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir». 03 mart 2022-cı il tarixli 1052 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı təvəllüdlü Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,530 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xətai Rayon Məhkəməsinin 1(011)-472/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün hazırkı hökmlə təyin olunan 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 yanvar 2022-ci il ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,530 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar