Məhkəmə qərarları › İş №1(010)-19/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-19/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-19/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin 27 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğın söndürəni vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 178.2.3, və 32.4, 312.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti üzrə 3458/ş nömrəli xx.xx.2019-cu il tarixli əmrlə Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin 27 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni, daxili xidmət kiçik çavuşu rütbəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının sonlarında özünə Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş tanışı Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinə aylıq 560 manat əmək haqqı alacağı vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2021-ci ilin aprel ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaxınlığında görüşləri zamanı bildirərək, Şahid1 ilkin olaraq 2.000 manat məbləğində pulu verməsinə və guya 2.000 manatı isə özünün "xxxx" ASC-yə məxsus “Birkart” kredit kartından götürüb sonuncunun əvəzinə verdikdən sonra ondan alacağına dair razılığını almaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin aprel ayının əvvəllərində, həmin ünvanda yerləşən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaxınlığında, Şahid1 idarə etdiyi qara rəngli “Toyota Prius” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilində 2.000 manat məbləğində pul vəsaitini sonuncudan alıb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin cinayətkar niyyətini davam etdirib guya özü tərəfindən “Birkart” kredit kartından istifadə etməklə onun əvəzindən verəcəyi 2.000 manatın kredit qismində götürülməsi üçün həmin kart hesabı üzrə aktiv olan 500 manat məbləğində kreditin bağlanmasının zəruri olmasını yalandan bildirərək, 500 manat pul vəsaitini Şahid1 həmin niyyətlə istəyib, həmin pulu guya özünün onun əvəzindən qoyacağı 2.000 manatdan gələcəkdə çıxacağını yalandan bildirməklə razılaşıb, həmin niyyətlə istintaqa məlum olmayan vaxtda və şəraitdə Şahid1 100 manat pulu nağd qaydada almaqla, həmçinin, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından iki dəfəyə cəmi 250 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yeni Zığ yaşayış massivində yerləşən “Zığ Store” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından 150 manat olmaqla, cəmi 400 manat məbləğində pulun Şahid1 tərəfindən özünə məxsus "xxxx" ASC-yə məxsus 5239********2435 saylı bank kartına göndərilməsinə nail olub həmin pul vəsaitindən istifadə etməklə şəxsi ehtiyacları üçün nağdsız qaydada müxtəlif ödənişlər etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, Şahid1 şübhələnib qalan pul vəsaitini ona verməkdən imtina etdiyinə görə ondan həmin pul vəsaitini ala bilməyərək, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmçinin əlavə etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək onunla əsaslandırmışdır ki, vəzifəli şəxs olmadığına görə səlahiyyətlərinə görə kimisə işə düzəltmək onun səlahiyyətlərinə aid olmadığına görə, o, sadəcə Fövqaladə Hallar Nazirliyində yalnız yanğınsöndürən vəzifəsində işlədiyinə görə, onun törətdiyi əməl qeyd olunan maddə ilə tovsif olunmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı ittihamı müdafiə edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 29,178.2.3, 178.2.3 və 32.4,312.1-ci maddələri ilə ittiham irəli sürülmüş və həmin ittihamla məhkəməyə verilmişdir. İstintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 məxsus ümumilikdə 2.500 manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş və cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, 4.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun qərarının 27-ci bəndində göstərilrmişdir ki, faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsif edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədilə ehtiva olunan məbləğdən az olsa da faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid1 məxsus ümumilikdə 2.500 manat məbləğdə pulu faktiki ələ keçirmiş, cinayətkar məqsədilə ehtiva olunan 4000 manat pulu ələ keçirməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyib həmin pul vəsaitini ələ keçirə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.2.3, 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə ona elan edilmiş ittihamdan rəqəmlə ifadədə CM-nin 29,178.2.3-cü maddəsi xaric edilməli və barəsində CM-nin 178.2.3 və 32.4,312.1-ci maddələri ilə ittihamın müdafiəsi davam etdirilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 29, 178.2.3, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-2021-ci ilin iyun ayınadək olan müddətlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin 27 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürən vəzifəsində işləmişdir. Təxminən 2019-cu ilin sonlarında təsadüfən müştəri kimi taksiyə mindiyi zaman avtomobilin sürücüsü 2012-2014-cü illərdə bir yerdə hərbi xidmətdə olduğu Şahid1 Ziyəddin oğlu ilə rastlaşmışdır. Onunla söhbətləşdiyi zaman Fövqəladə Hallar Nazirliyinin Akademiyasında işlədiyini və dərs dediyini bildirmişdir. Emin isə taksi fəaliyyəti ilə məşğul olduğunu, normal bir iş tapa bilmədiyini bildirmişdir. Elə həmin vaxtdan nömrəsini götürərək onunla arada bir zəngləşib görüşmüşdür. Eminlə "Whatsapp” tətbiqi ilə danışıqları zamanı təxminən 2021-ci ilin mart ayının sonlarında ona Fövqəladə Hallar Nazirliyində Yanğınsöndürmə idarəsinə 4000 manat müqabilində işə düzəldə biləcəyini təklif etmişdir. O, Eminə 560 manat əmək haqqı almaqla yanaşı, bir gün növbədə olmaqla iki gün evdə olacağını, özünün də eyni qaydada işlədiyini bildirmişdir. Şahid1 onunla razılaşmış, lakin, ilk öncə 2000 manat pul verə biləcəyini bildirmişdir. O, sonuncunun əvəzinə istifadəsində olan BirKart vasitəsi ilə 2000 manat məbləği kredit olaraq götürüb ödəyəcəyini təklif edərək Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə geniş əlaqələrinin olduğunu və onların vasitəsi ilə onu işə düzəldəcəyini bildirib onu inandırmışdır. Emin onun təklifi ilə razılaşdığı üçün növbədə olduğu .tarixdə 2021-ci ilin aprel ayının sonlarında Hövsan qəsəbəsində Akademiyanın yaxınlığında Eminlə görüşüb sonuncunun qara rəngli “Toyota Prius” markalı avtomobilində əyləşib söhbətləşmiş və Emin ona 2000 manat pulu vermişdir. Həmin məbləği Emindən alıb, BirKartla əlavə 2000 manatı özündən verib təxminən 40-45 gün ərzində işinin həll olunacağını ona vəd vermişdir. O, əvvəlcədən ona tapşırdığı sənədləri yəni, şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin surətini, fotoşəkillərini ona gətirməyi tapşırdığı üçün Emin həmin sənədləri ona vermişdir. Emini hər hansı bir xidmətə düzəltməyi düşünməmiş, sadəcə olaraq həmin ərəfələrdə ona pul lazım olduğu üçün onu işə düzəltmək adı ilə inandırıb ondan pulu alıb aldatmışdır. Bir neçə gün sonra Eminə zəng edərək kreditin alınması üçün ona 500 manat təcili pul verməsini bildirmiş, sonuncu ona razılıq verərək xatırlamadığı tarixdə görüşüb 100 manat pulu nağd qaydada əldə etmiş, qalan məbləği isə sonuncu hissə-hissə verə biləcəyini bildirdiyi üçün istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kartının fotoşəklini istifadəsində olan 055- ***-**-** və ***-***-**-** mobil nömrələrin “Whatsapp” tətbiqi ilə ona göndərmişdir. Emin də ona iki və ya üç dəfəyə təxminən 400 manat pulu kartına göndərmişdir. O, Şahid1 əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Emin ona zəng edərək işi ilə maraqlansa da, ona səbr etməyi, guya onu general qəbul edəcəyini və ya tibbi komissiyadan keçəcəyi kimi bəhanələr gətirmişdir. O, Şahid1 4000 manat almaq fikri olsa da, Emindən ümumilikdə 2500 manat pulu işə düzəltmək adı ilə almış, sonralar imkanı olmadığından ona pulu qaytara bilməmişdir. Həmçinin əlavə etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək onunla əsaslandırmışdır ki, vəzifəli şəxs olmadığına görə səlahiyyətlərinə görə kimisə işə düzəltmək onun səlahiyyətlərinə aid olmadığına görə, o, sadəcə Fövqaladə Hallar Nazirliyində yalnız yanğınsöndürən vəzifəsində işlədiyinə görə, onun törətdiyi əməl qeyd olunan maddə ilə tovsif olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonlarında şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman təsadüfən müştəri kimi idarə etdiyi avtomaşına 2012- 2014-cü illərdə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət apararkən tanış olduğu əsgər yoldaşı, Təqsirləndirilən şəxs mindiyi zaman onu görüb tanımış və onunla görüşüb xidmət illərini xatırlamışdır. Görüş zamanı Əmiş ona leytenant rütbəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında işlədiyini bildirmişdir. Həmin görüşdən sonra onunla ara-bir zəngləşib əlaqə saxlayaraq görüşmüşdür. Onunla “Whatsapp” tətbiqi ilə növbəti danışıqların birində Əmiş onu Fövqəladə Hallar Nazirliyində Yanğınsöndürmə idarəsinə 4000 manat müqabilində işə düzəldə biləcəyini təklif etmişdir. Taksi kimi dolanışığı zəif olduğundan Əmişin təklifi ona maraqlı gəldiyi üçün onunla görüşüb bu barədə daha ətraflı söhbət etməyi təklif etmiş, Əmişlə 2020-ci ilin mart ayının sonlarında Hövsan qəsəbəsində görüşərək ona məxsus qara rəngli "Toyota Prius” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturub söhbət etmişlər. Söhbət zamanı Əmiş yenidən ona FHN-də işlədiyinə görə müəyyən şəxslərə söz deyə bildiyini, 4000 manat müqabilində onu işə düzəldə biləcəyini, həmçinin, işə düzələcəyi halda bir gün işdə, iki gün evdə olacağını və ayda 560 manat əmək haqqı alacağını bildirmişdir. Onun da bu işlərdən başı çıxmadığı üçün bir qədər fikirləşib sonuncuya cavab verəcəyini demişdir. Bunda sonra o, bir qədər düşündükdən sonra Təqsirləndirilən şəxs razılıq vermək qərarına gəlmişdir. Buna da səbəb Təqsirləndirilən şəxs təklif etdiyi iş ona sərf etmişdir. Belə ki, bir gün işdə olacağı, iki gün də evdə olacağı müddətdə taksi fəaliyyəti ilə məşğul olmağı düşünmüşdür. Bu səbəbdən də Təqsirləndirilən şəxs zəng vuraraq razı olduğunu bildirmiş və Əmişov ona, pulu bir neçə günə vermək lazım olduğunu, pulu verməyəcəyi təqdirdə işi alınmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs hazırda 2000 manat pulu olduğunu bildirmiş, sonuncu ona 2000 manatı verməyi, pulun qalan hissəsini BirKart vasitəsi ilə kredit şəklində götürüb onun yerinə 2000 manat verəcəyini, əmri çıxdıqdan sonra həmin məbləği ona ödəməyi təklif etmişdir. Təqsirləndirilən şəxs ona adını və vəzifəsini söyləmədiyi generalın qəbuluna girməli olduğunu, əgər pul tam şəkildə verilməsə işi alınmayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs dediklərinə inandığı üçün 2021-ci ilin aprel ayının əvvəlində Hövsan qəsəbəsində, öz maşınında 2000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmçinin, onun deməsinə görə hərbi biletin, nikah haqqında şəhadətnamənin, atestat və şəxsiyyət vəsiqəsinin surətlərini, eyni zamanda 9-12 ölçüdə 06 ədəd şəklini Əmişə vermişdir. Pulu və sənədləri verdiyi zaman avtomobildə ikisi olmuşdur. Təqsirləndirilən şəxs ondan pulu və sənədləri aldıqdan sonra adını çəkmədiyi bir nəfərə verəcəyini və 10-15 günə onu adını və vəzifəsini bildirmədiyi generalın qəbuluna salacağını, sonra hospitala göndəriləcəyini və orada müayinələrdən keçdikdən sonra əmrinin veriləcəyinə dair vəd vermişdir. Ümumi işə təyin olunmağı prosesinin təxminən 40-45 gün çəkəcəyini bildirmişdir. Lakin, pulu kimə verəcəyini deməmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək onun yerinə 2000 manat pulu güya BirKart vasitəsi ilə kredit olaraq götürməsi və işinin düzəlməsi üçün əvvəlcə 500 manat ödəməli olduğu üçün həmin məbləği ondan istəmiş, o, razılıq verdiyi üçün xatırlamadığı tarixdə 100 manat nağd şəkildə vermiş, digər məbləği isə Əmiş istifadəsində olan bank kartının şəklini “Whatsapp” tətbiqi vasitəsi ilə onun mobil nömrəsinə göndərmişdir ki, pulu həmin karta göndərsin. O, Təqsirləndirilən şəxs etiraz etməmiş və pulun bir hissəsini düzəldərək xx.xx.2021-ci il tarixdə iki dəfəyə 250 manat, xx.xx.2021-ci il tarixdə isə 150 manat pulu Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Yeni Zığ yaşayış massivində yerləşən «Zığ Store» mağazasında quraşdırılmış “eManat” terminalından Təqsirləndirilən şəxs bank kartına ümumilikdə 400 manat göndərmişdir. Həmin göndərişlərin çeklərinin surətlərini araşdırma zamanı izahatına əlavə etmişdir. Pulu göndərdiyi gündən təxminən 15 gün keçdikdən sonra onu hər hansı bir dövlət qurumu çağırmadığını görüb Əmişova zəng vurub vəd verdiyi vaxtdan artıq xeyli müddət keçdiyini, lakin onun hər hansı bir qurum tərəfindən çağırılmadığını ona bildirmişdir. Əmişov isə təxminən iki gün sonra Xətai rayonunda FHN-nin idarəsinə getməyi və orada onun qəbul ediləcəyini bildirmişdir. Əmişovun dediyi gün çatdıqda o, səhər sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng vursa da, Əmişovun telefonuna zəng çatmadığını görüb, sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəli “Whatsapp” tətbiqi ilə ona mesaj yazdıqda Əmiş ona cavab verərək müxtəlif bəhanələr gətirmişdir. Daha sonra, yenidən Əmişovla əlaqə saxlasa da, o, hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işinin həll olacağını desə də, hazırki vaxtadək nə işə qəbul olunmuş nə də ki, Əmişov tərəfindən pulu qaytarılmamışdır. O, ümumilikdə Əmişova xidmətə qəbul edilməsi müqabilində 2500 manat pul vermişdir. Sonuncu zənglərinə cavab vermədiyi üçün artıq məcbur qalıb 2020-ci ilin iyul ayında Fövqəladə Hallar Nazirliyinin elektron ünvanına müraciət etmiş və bir neçə gündən sonra o, Nazirliyə çağırılaraq izahatı alınmışdır. Artıq orada ona məlum olmuşdur ki, Əmişov 2021-ci ilin iyun ayında öz ərizəsi ilə işdən çıxmışdır. Araşdırma zamanı Əmişovla aralarında aparılan “Whatsapp” tətbiqi ilə yazışmalar və sonuncunun ona göndərdiyi səsli mesajların çıxarışlarını izahatına əlavə etmişdir. O, həmçinin qeyd etmişdir ki, araşdırmaya “eManat” terminalından Təqsirləndirilən şəxs kartına göndərdiyi məbləğlərlə bağlı özündə saxladığı yəni, 200, 150 və 70 manat olan qəbzlərdən 70 manatlıq qəbz mobil nömrəsinə pul ödəməsi ilə bağlı olmuş, həmin qəbzi səhvən təqdim etmiş, lakin, sonradan onda qalmış xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 50 manat pulu kartına ödəməsi ilə bağlı qəbzi təqdim etmişdir. Bununla da, təqdim etdiyi qəbzlərlə Təqsirləndirilən şəxs bank kartına 400 manat məbləğində pul ödəməsini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1 Şəmkir rayonundan tanımış, onunla həmyerli olmaqla yanaşı dostluq münasibətlərində olmuşlar. Şahid1 istifadəsində olan “Toyota Prius” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2020-ci ilin mart ayının sonlarında Eminlə görüş zamanı, sonuncu ona əsgər yoldaşı olmuş Təqsirləndirilən şəxs adlı bir tanışının FHN-nin Akademiyasında zabit işlədiyini, onunla təsadüf nəticəsində taksi sifarişini yerinə yetirən zaman görüşdüyünü və sonuncunun ona 4000 manat pulun müqabilində Yanğından Mühafizə Xidmətində ayda 560 manat əmək haqqı qarşılığında bir gün iş, 2 gün evdə olmaqla növbəli işə düzəltməsi barədə təklif etdiyini demişdir. Emin ona özünün də 1 gün işdə olmasına, 2 gün isə evdə olduğu müddətdə taksi fəaliyyəti ilə məşğul olması üçün əlverişli təklif olduğunu bildirərək, onun hazırda əlində nağd şəkildə pulu olmadığından ona nə qədər pulunun olub-olmamasını və hansı məbləğdə pulu müvəqqəti olaraq borc verə biləcəyini soruşmuşdur. O, Eminə cəmi 2000 manat məbləğində pulu borc olaraq verə biləcəyini bildirmiş, Emin isə ona öncədən xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra (dəqiq tarixi xatırlamır), Emin onunla görüşərək Əmişin tapşırığı ilə sənədləri topladığını və ona 2000 manat pulu götürüb üstünü düzəldərək həmin şəxslə görüşə gedəcəyini bildirdiyi üçün o, Eminə söz verdiyi kimi normal işlə təmin olunmaqla ailəsini saxlaması üçün həmin məbləği elə onun yaşadığı məhlə tərəfdə avtomobilində vermişdir. Daha sonra Emindən eşitmişdir ki, Əmiş adlı şəxsə işə düzəlməsi müqabilində verdiyi pulun qarşılığında sonuncu tərəfindən aldadılmış, zənglərinə cavab vermədiyi üçün Əmiş barədə məcbur olub FHN-nə şikayət etmiş, daha sonra həmin şəxsin işdən ayrıldığını öyrənmişdir. Əlavə olaraq Eminə verdiyi məbləğ sonuncu tərəfindən geri qaytarılmışdır. Cinayət işinin 1-ci cildinin 89-90-cı vərəqlərində olan Şahid1 təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə “Whatsapp” tətbiqi vasitəsi ilə aralarında aparılmış səsli mesajlar olan bir ədəd CD-yə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünmüşdür ki, həmin diskdə nömrələnmiş şəkildə beş qovluq vardır. Birinci qovluğa daxil olduqda orada “PTT-20210613-WA0013.mp3” yazısı olan 3 saniyəlik səs yazısının olması müəyyən edildi. Həmin səs yazısına qulaq asdıqda bir nəfər şəxsin “Sənə xəbər edəcəm Emin, səbrli ol sənə xəbər edəcəm gəlib puluvu götürərsən mənnən” sözləri olan səs yazısı vardır. İkinci qovluğa daxil olduqda orada “PTT-20210622-WA0000.mp3” yazısı olan 45 saniyəlik səs yazısının olması müəyyən edildi. Həmin səs yazısına qulaq asdıqda “Sənə 2500-ü verəcəm qardaş. 4000 demirsən? Mən o adamnan üz-göz olmaq istəmirəm bildin nətər, mən onnan dirəyib pulumu ala bilmərəm, başa düşürsən? O qədər xeyir görmüşəm, o qədər iş götürmüşəm onnan, mən onnan dirəyib 4000-i gətir bura-gətir bura deyə bilmərəm bildin nətər. Deyəcək “söyüş gedir” sarımışdın məni? Sən birin bilirsən, birin bilmirsən başa düşdün? O qədər iş görmüşəm onunla, tonnan iş görmüşəm, bu bir. Demirsən belə, 2500 mən elə bil danamı sentyabra satacaq idim, elə bil satdım indi “söyüş gedir”, vecimə də deyil. Allaha and olsun maşın zakaz verməsəydim sənin pulunu bu gün səhər verərdim, prosta maşın zakaz vermişəm. Sənin 2500-vi verəcəm apar ver evə, qardaş işə çağırılanda 4000-mi gətirərsən. Mənim BirKartım da içinə faiz gəlir” məzmununda olan səs yazısı vardır. Üçüncü qovluğa daxil olduqda orada “PTT-20210622- WA0001.mp3” yazısı olan 31 saniyəlik səs yazısının olması müəyyən edildi. Həmin səs yazısına qulaq asdıqda “Sadəcə sənə yaxşılıq eləmək istəmişəm, sənə pisdik, sən nə 2500-və qalmamışam, nə də ki, sənə durub 2500 atan deyiləm, atsam elə krupnı ataram, heç sənə yox başqasına ataram, başa düşdün? Nə də rütbəmi və yaxud da formamı çöldən tapmamışam ki, 900 manatı indiki dövrdə heç kim heç kimə almır, bir gün işdə iki gün evdə, əgər bilməy istəyirsənsə. Bu mənim yaxşılığımdı yadında saxla. Heç kim götürülməyib işə, get kimnən istəyirsən soruş. Fövqəladəyə bu dəyqə, heç pajarnıya yığım yoxdu, yığım olacaq Silahlı qüvvələr günündən sonra” məzmununda olan səs yazısı vardır. Dördüncü qovluğa daxil olduqda orada “PTT-20210626-WA0020.mp3” yazısı olan 49 saniyəlik səs yazısının olması müəyyən edildi. Həmin səs yazısına qulaq asdıqda “Deyirəm Emin and olsun ki, bax həmən günü zəng gəldiye sənə dedim, mənə ərizəni yazdırdılar qoydurdular. Mənim pulumu atanın da anasın “söyüş gedir”. Sadəcə 1-2 gün zaman səndən istəyirəm, səndən xahişim budur, 1-2 gün zaman, sənin pulun qəpiyə-qəpik çatacaq. Satmışam, hər bir şeyimi satmışam, prosta bir dənə pulları qalıb gedib götürəcəm, pulu götürüb gələcəm. O da iş günü deyil, götürülüb pul veriləcək mənə gətirib verəcəm pulu sənə. Arxayın ol, pulun qəpiyə-qəpik çatacaq qardaşım. Heç kimin pulun yeməmişəm, yeyə də bilmərəm. Elə şərəfsiz, biqeyrət də deyiləm bunu bil. Amma mənim pulumu yeyən oğlanın anasın “söyüş gedir”. O 4000-i onnan 40000 alaram, başa düşdün. Keçərəm o puldan onu yarımcan eləyib girib yataram, elə bir “söyüş gedir” adamam. Sadəcə o da mənnən qaçır, amma vaxtı var da. Onun anasın “söyüş gedir” məzmununda olan səs yazısı vardır. Beşinci qovluğa daxil olduqda orada “PTT-20210629-WA0007.mp3” yazısı olan 28 saniyəlik səs yazısının olması müəyyən edildi. Həmin səs yazısına qulaq asdıqda “Tay heçnə brat, pulumu alacam qardaş xəbər edəcəm gəl götür 2500- vü. Əybi yox sən nəsə ziyan eləmisənsə üstündə bir 100 manat verməyə hazıram brat, narahat olma. Bir 100-150 manat verərəm. Day neyniyək, başımıza gəlib. Mən bilmirdim belə olmağın, mən bilsəydim 1500-ün ikinci ay faizin ödəmişəm. Mən bilsəydim belə şey başıma gəlib, mən bilirdim mən? Mən yaxşılıq eləmək istəyirdim, pislik eləmək istəmirdimki. Bütün günü bölmələrdə qalmışam. Yəni belə, neyniyim qardaş, bu da başıma gəldi. Bir bu qalmışdı, bu da başıma gəldi.” məzmununda olan səs yazısı vardır. Cinayət işinin 1-ci cildinin 92-94-cü vərəqlərində olan Şahid1 araşdırma zamanı təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” mobil tətbiqi ilə aparılmış yazışmaların istifadəsində olan mobil telefonun ekranından çəkilmiş fotoşəkillərə, Təqsirləndirilən şəxs yanğınsöndürən hərbi geyimində olan fotoşəklinə və Şahid1 Təqsirləndirilən şəxs bank kartına “eManat” terminalı vasitəsi ilə pul göndərməsi barədə üç ədəd qəbzə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "WhatsApp” mobil tətbiqi ilə aparılmış yazışmaların mobil telefonunun ekranından çəkilmiş fotoşəkillərdə Şahid1 istifadəsində olan mobil telefonda Emiwov Emiw adlı abunəçi ilə yazışdığı görünür, təqdim olunmuş 1-ci vərəqdə, saat 23:56-da aparılmış yazışmalardan görünür ki, “Şahid1-Qaqa,Aye,Aye yazda”, “Təqsirləndirilən şəxs-hee, qaqa,danışmışam, o idarə pul vuracaqlar, ona oda men de, deyecey gedib götürecem, 4000 mindi, gedib goturecem, yaxsi qaqa”, 2-ci vərəqdə, saat 13:56-da aparılmış yazışmalardan görünür ki, “Şahid1-Razisan?”, “Təqsirləndirilən şəxs-gel bele edek.men sene, bazar gunu, 2000 min, kartdan cekib veresem, 10 min atib”, “Şahid1-500 vermiyessen?”, “Təqsirləndirilən şəxsyox, 2000 hazir edmisem”, “Şahid1-niye yox?”, “Təqsirləndirilən şəxs-bazar gunu vercem sene, kart at mene sen”, 3-cü vərəqdə, saat 13:56-da aparılmış yazışmalardan görünür ki, “Təqsirləndirilən şəxs- kartdan, cekib vercem, 10 min atib”, “Şahid1-500 vermiyessen?”, “Təqsirləndirilən şəxs-yox, 2000 hazir edmisem”, “Şahid1-niye yox?”, “Təqsirləndirilən şəxs-bazar gunu vercem sene, kart at mene sen”, “Şahid1-Gelecem neqd verersen”, “Təqsirləndirilən şəxs-2000 verecem, sene bazar gunu", “Şahid1-Kartim.yoxdu menim”, 4cü vərəqdə, saat 23:55-də aparılmış yazışmalardan görünür ki, “Şahid1-Ele etki ortada munasibet itmesin”, “Təqsirləndirilən şəxs- narahat olma”, “Şahid1-men sene basdan demiwdim”, “Təqsirləndirilən şəxs- narahat olma dedim”, “Şahid1-Hecne”, “Təqsirləndirilən şəxs-men ozum, pul lazimd, bu deyqe, 1500 man, ehtiyacim var”, “Şahid1-Hecne sabahi sebirsizliknen gozduyurem, hecne”, 5-ci vərəqdə, saat 23:55-də aparılmış yazışmalardan görünür ki, “Şahid1- qardaw, sabah kecmeyecey, soz dedim, ozume pul lazimdi, faiz gelir kartin usdune, qardaw, men serf elemir, 4 min puldu, ozumde pul lazımdi, 2500 senindi”, “Şahid1-Hecne qaqa sabahi gozdurem amma sabah olmasa inciliy olacaq bilesen, Ele etki ortada munasibet itmesin”, “Təqsirləndirilən şəxs- narahat olma”, 6- cı vərəqdə, saat 23:54də aparılmış yazışmalardan görünür ki, “Təqsirləndirilən şəxs- 2500”,“Şahid1-2500 qaqa, Cekler durur, 2500 du, Qaqa, Ayqaqq, Ayblee sen niye saymamazliq edirsen ki bu ne hormetsizlikdie men burda sene yazoram sen saymadan cixirsan”, “Təqsirləndirilən şəxsqaqa, zaretkam, quratarmisdi”, “Şahid1-Yaxwi, Sabah sene zeng edecem”, 7-ci vərəqdə, saat 23:54-də aparılmış yazışmalardan görünür ki, “Təqsirləndirilən şəxs-5de”,“Şahid1- Gunorta 5 de sene zeng satasay? Mene neseyalan daniwmiyassan,?, Sende ne qeder pulum var menim?", “Təqsirləndirilən şəxs- yox qaqa, ozumde, pul, 2250 man, idi”, “Şahid1- 2500”, “Təqsirləndirilən şəxs-sef edmiremse, yoxsa,2500”, 8-ci vərəqdə, saat 23:54-də aparılmış yazışmalardan görünür ki, “Təqsirləndirilən şəxs-5de”,“Şahid1-Gunorta 5 de sene zeng satasay? Mene neseyalan daniwmiyassan,?, Sende ne qeder pulum var menim?”, “Təqsirləndirilən şəxs- yox qaqa, ozumde, pul, 2250 man, idi”, “Şahid1- 2500”, “Təqsirləndirilən şəxs-sef edmiremse, yoxsa,2500”, 9-cu vərəqdə, saat 23:53-də aparılmış yazışmalardan görünür ki, “Təqsirləndirilən şəxs-seher deyecem, qardawim, ona gore yigacam ozum”, “Şahid1-Qaqa seher ne yoqassan axi bu gun dedin 6 da deyecem seherde goruwessen”, “Təqsirləndirilən şəxs- yoxx, seher kecese, 6 ci gun, pul gotur, men pul ehtiyasim, var, qardawi”, “Şahid1-Sabah alinmasa sabahda pulu goturecem”, 10-cu vərəqdə, saat 23:52-də aparılmış yazışmalardan görünür ki, “Şahid1-Qaqa burdayam men”, “Təqsirləndirilən şəxs-hansi terefdesen, gozde, gorum cixa bilem”, “Şahid1- Akademiyanan uz uze”, “Təqsirləndirilən şəxs- gozde, icaze alim, General burdadi, cixmaq olmur, gozde, gedib cixiram”, “Şahid1- Burdayamb”, “Təqsirləndirilən şəxs-yaxsi”,“Şahid1- Gelirsen?”, 11-ci vərəqdə, saat 13:54-də aparılmış yazışmalardan görünür ki, “Şahid1-Sene bir yaxwiliq ede bilerem, İstirsen?”, “Təqsirləndirilən şəxs- ne yaxsiliq, bawa dusmedim”, “Şahid1-2500 veressende mene borcun 2500 du, Onu aylara boley her ay 500 manat ver”, “Təqsirləndirilən şəxs-aha”, “Şahid1-amma bu aydan”, “Təqsirləndirilən şəxs-prablem yoxdu, men sene, prablem yoxdu”,"Şahid1-indiden 500 indi ver 500 gelen ay ve, Rzisan?”, 12-ci vərəqdə, saat 23:55-də aparılmış yazışmalardan görünür ki, “Şahid1-pulu gondersin kartiva”, “Təqsirləndirilən şəxs-qaqa, men tonla xeyr goturmusem, durub mene 4 min, atan deyil, nede ki, tiriq kimi, imkan var, men senden qabaq pul kazimdi, emin, ned eki 25000 min deyil, 2500 di”, “Şahid1-Menim ucin 1 milyondu”, “Təqsirləndirilən şəxs-narahat olma”, 13-cü vərəqdə, saat 15:30-da aparılmış yazışmalardan görünür ki, “Təqsirləndirilən şəxsemin, pul hazirdi, usdinde duzelib seher, verecem, ozum sene”, daha sonra əlində 100 manatlıq əskinazların fotoşəklini göndərir”. Bundan başqa fotoşəkildəki yanğınsöndürən hərbi geyimdə olan bir şəxsin işə əlavə olunmuş mövcud informasiya resurslarından edilmiş çıxarışda olan şəxslə eynilik təşkil etdiyi və fotoşəkillərdə olan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Şahid1 təqdim etdiyi “eManat” terminalına məxsus üç ədəd qəbzlər, 8x9 sm ölçüdə olmaqla, nazik kağız materialdan, hər üçünün üzərində Modenis MMC VÖEN№ **********, ardıcıl olaraq terminalın quraşdırıldığı ünvan, əməliyyatın aparılması və qəbzin çap olunduğu tarixi və saatı, aparılmış əməliyyatın adı, hesab və kart nömrəsi, kart sahibinin adı soyadı atasının adı, ödənilmiş məbləğ, əməliyyatın növü “maliyyə”, qəbzin birinin səthi demək olar ki, pozulmuş, digərilərinin üzərində olan yazıların oxunması mümkün olmuşdur, belə ki, 1-ci qəbzin nömrəsi 66494, Terminal nömrəsi 3194, Terminal ünvanı-Abşeron rayonu Masazır qəsəbəsi, Araz market, tarix xx.xx.2021 17:19:41, Kapitalbank ASC hesaba mədaxil, daxil edildi 200, ödənildi 200, Müştərinin adı soyadı AMİSHOV AMİSH EYVAZ hesabı valyuta AZN, Hesab nömrəsi ********************, Kapitalbankla ********************4, Kart nömrəsi 5****2435, əməliyyat nömrəsi **********, Xahiş edirik məbləğ hesaba köçürülənədək qəbzi özünüzdə saxlayın, eManat müştəri xidmətləri Tel:012404- 48-88, Email Elektron ünvan , Terminal ünvanı. 2-ci qəbzin nömrəsi (görünmür),Terminal nömrəsi (görünmür), Terminal ünvanı-Abşeron rayonu Masazır qəsəbəsi, Araz market, tarix xx.xx.2021 17:22:42, Kapitalbank ASC hesaba mədaxil, daxil edildi 50, ödənildi 50, Müştərinin adı soyadı AMİSHOV AMİSH EYVAZ hesabı valyuta AZN, Hesab nömrəsi (görünmür), Kapitalbankla (görünmür), Kart nömrəsi 5****2435, əməliyyat nömrəsi (görünmür), Xahiş edirik məbləğ hesaba köçürülənədək qəbzi özünüzdə saxlayın, eManat müştəri xidmətləri Tel:012404-48- 88, Email Elektron ünvan , Terminal ünvanı. 3-cü qəbzin nömrəsi 177451, Terminal nömrəsi 4361, Terminal ünvanı- Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yeni Zığ yaşayış massivi, Zığ Store, tarix xx.xx.2021 20:34.13, Kapitalbank ASC hesaba mədaxil, daxil edildi 150, ödənildi 150, Müştərinin adı soyadı AMİSHOV AMİSH EYVAZ hesabı valyuta AZN, Hesab nömrəsi ********************, Kapitalbankla ********************, Kart nömrəsi 5****2435, əməliyyat nömrəsi **********, Xahiş edirik məbləğ hesaba köçürülənədək qəbzi özünüzdə saxlayın, eManat müştəri xidmətləri Tel:012404-48-88, Email Elektron ünvan , Terminal ünvanı sözləri yazılmışdır. Baxış zamanı Şahid1 təqdim etdiyi yazışmalardan və qəbzlərdən müəyyən olunmuşdur ki, sonuncudan işə düzəlməsi müqabilində 4000 manat istənilmiş, həmin məbləğdən ümumilikdə 2500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Qeyd olunan məbləğin 400 manatı "eManat” terminalı vasitəsi ilə sonuncunun "xxxx" ASCyə məxsus bank kartına köçürmüşdür. Cinayət işinin 1-ci cildinin 119-120-ci vərəqlərində olan "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan 523915** ****2435 nömrəli plastik kartdan edilmiş 2 vərəqdən ibarət çaxarışa baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-11 nömrəli məktub və ona əlavə edilmiş 2 vərəqdən ibarət çıxarış vardır, onlardan 1-ci vərəqdə- Hesab tarixçəsi, Hesab nömrəsi: ********************, Müştərinin adı: Təqsirləndirilən şəxs, Hesab qalıq:-2299.89, Müddət xx.xx.2021-xx.xx.2021, Müəssisə:KAPS, Əməliyyat siyahısı: tərtib olunmuş cədvəlin son qrafalarında Onlayn kredit-»-, maliyyə, 50 manat xx.xx.2021 17:24.50 dəq. Digər qrafada isə Onlayn kredit+, maliyyə, 200 manat xx.xx.2021 17:21.49 dəq. qeyd edilmiş, yəni, müəyyən edildi ki, qeyd olunan tarixdə və vaxtda Təqsirləndirilən şəxs hesab kartına ümumilikdə 250 manat mədaxil edilmişdir. Qoşmanın 2-ci vərəqində isə Hesab tarixçəsi, Hesab nömrəsi: ********************, Müştərinin adı: Təqsirləndirilən şəxs, Hesab qalıq:-2299.89, Müddət xx.xx.2021-xx.xx.2021, Müəssisə:KAPS, Əməliyyat siyahısı: tərtib olunmuş cədvəlin son qrafalarında Onlayn kredit+, maliyyə, 150 manat xx.xx.2021 20.35.04 dəq. Digər qrafada isə Onlayn kredit-»-, maliyyə, 50 manat xx.xx.2021 14:13.36 dəq. qeyd edilmiş, yəni, müəyyən edildi ki, qeyd olunan tarixdə və vaxtda Təqsirləndirilən şəxs hesab kartına ümumilikdə 150 manat mədaxil edilmişdir. Baxış zamanı Şahid1 tərəfindən təqdim olunmuş "eManat”-a məxsus qəbzlər və "xxxx" ASC-nin hesab çıxarışı eyniləşdirildi və qəbzlərdə olan tarix, saat, məbləğ və 523915** ****2435 nömrəli kartın Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Lakin, "xxxx" ASC-nin məktubunda qeyd olunmuşdur ki, qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs məxsus kartdan bankomatla nağdlaşdırma əməliyyatları aparılmamışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kartına xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə “eManat” terminalı vasitəsi ilə ümumilikdə 400 manat pulu köçürmüşdür. Cinayət işinin 1-ci cildinin 28-ci vərəqində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun xx.xx.2021-ci il tarixli 0615/ş nömrəli əmrindən çıxarışından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin 27 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni daxili xidmət kiçik çavuşu Təqsirləndirilən şəxs öz arzusu ilə xidmətdən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 76-cı vərəqində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzovun xx.xx.2021-ci il tarixli, xx/xx-01675№-li məktubundan görünür ki, X2 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin 27 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni daxili xidmət kiçik çavuşu Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində hərbi qulluqçu statusuna malik olmamışdır. Cinayət işinin 1-ci cildinin 77-ci vərəqində olan Suraxanı rayon X2 hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Vüqar İsmayılovun tərtib etdiyi xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 80-ci vərəqində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun xx.xx.2019-cu il tarixli 3458/ş nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin 27 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilməklə xidmətə qəbul edilmişdir. Cinayət işinin 53-54-cü vərəqlərində olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 147-148-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 149-152-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-119/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli 25 fevral 2022-ci il tarixdən hesablamaqla, 02 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən daxil olmuş 07 mart 2023-cü il tarixli məktuba əsasən, Suraxanı rayon məhkəməsinin 1(010)-193/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 29,178.2.3, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinən və barəsində Suraxanı RPİ-nin tərəfindən xx.xx.2023-cü il tarixdən 101235/23 nömrəli axtarış işi açılmış şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 9, mənzil 4-də qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi F.Bayramov küçəsi ev 20, mənzil 18-də yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-207/2022 nömrəli xx.xx.2022-ci il hökmünə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Şəki penitensiar müəssisəsində saxlanılır. Cinayət işinə əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 1(091)-207/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cu maddələrinə əsasən təyin olunan əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu ümumilikdə 02 (iki) ay 21 (iyirmi bir) gün müddət əsas cəzasına hesablanmaqla çıxılmaqla və üzərində 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyışdirilməməsi hökm edilmişdir. Cinayət işinə əlavə edilmiş Şahid1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, həmin iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 2500 manat pulunu ələ keçirib ona maddi ziyan vurmuşdur. Odur ki, Azərbaycan Respublikası Konstituasiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 13-1, 178-ci maddələrin və 312.1-ci maddəsinin qeyd hissəsini əlaqəli şəkildə şərh edilmısinə dair qərarın rəhbər tutaraq onu bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs Şahid1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair heç bir tələbi yoxdur. Onunla barışmış və gələcəkdə də heç bir tələbi olmayacağını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən, yəni Cinayət Məcəlləsinin 29,178.2.3,178.2.3-cü maddələri ilə təqsirli bilməsini, CM-nin 32.4, 312.1-ci maddələri ilə bilməməsini işin halları və şahidlərin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməməsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, həmn əməlin CM-nin 308-ci maddəsində göstərilən vəzifəli şəxslərlə yanaşı vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə edilməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğna görə həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və 34-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müsəqil qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 maddəsinə əsasən dələduzluq, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin qərarın 36-cı maddəsinə əsasən məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirildi. Lakin, Azərbaycan Respublikası Ali Məhkəmənin 19 may 2023-cü il tarixli Plenum qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73- 1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CMin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Azərbyacan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Yuxarıda qeyd edildiyi ki, məhkəmə iclasında dövlət İttihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3-cü maddəsi ilə bağlı cinayət təqibindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaql dövlət ittihamçısının Azərbaycan Respublikasının 29, 178.2.3-cü maddəsi ilə irəli sürülən ittihamından imtina edilməsini, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 19 may 2023-cü il tarixli qərarının Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə bağlı müddəlarını nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran halmüəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 1(091)-207/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə və Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cu maddələrinə əsasən təyin olunan əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu ümumilikdə 02 (iki) ay 21 (iyirmi bir) gün müddət əsas cəzasına hesablanmaqla çıxılmaqla və üzərində 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyışdirilməməsi hökm edilmişdir. Yuxarıda qeyd olunan hökmün mövcud olduğunu və qanuni qüvvəyə minməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 1(091)-207/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 09 (doqquz) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təyin edilmiş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-207/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il 09 ay 09 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və ona 02 (iki) il 09 (doqquz) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), dövlət İttihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3-cü maddəsi ilə bağlı cinayət təqibindən imtina edildiyindən, hazırki ittihamın həmin maddə üzrə icraata xitam verilməli, onun hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respüblikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təyin edilmiş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-207/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il 09 ay 09 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona 02 (iki) il 09 (doqquz) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il 11 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət İttihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3-cü maddəsi ilə bağlı cinayət təqibindən imtina edildiyindən, hazırki ittihamın həmin maddə üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi “WhatsApp” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs ilə aralarında aparılmış danışıqlar barədə səsli mesajlar olan bir ədəd CD disk, aparılmış yazışmaların çıxarışları, “eManat” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus bank kartına ümumilikdə 400 nanat pulun köçürülməsinə dair qəbzlər və "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan 523915** ****2435 nömrəli plastik martından edilmiş hesabdan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar