Məhkəmə qərarları › İş №1(010)-190/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-190/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-190/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1980-ci il tarixdə Füzuli şəhəri Dədəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Füzuli rayon Dədəli kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin, 9 saylı mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə ünvanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bır) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,425 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin qarşısına gətirmiş və Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 12:50-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,425 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2 (iki) ilə yaxındır ki, heroin kimi tanıdığı narkotik maddədən çəkmə yolu ilə istifadə edir. Belə ki, o ümumilikdə narkotik maddəni, yəni heroini Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 10:30-da Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində siqaretin qızılı rəngli kağızına bükülmüş heroin kimi tanıdığı narkotik vasitəni yerdən tapmışdır. Bununla yanaşı olaraq həmin narkotik vasitəni özü ilə daşıyaraq yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin qarşısına gətirmişdir. Beləliklə də xx.xx.2022-ci il tarixdə saat 12:50-dəqiqədə yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları olduqlarını bildirmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün o, həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək onu sorğu-sual etməyə başlamışdır. Həmin vaxt o özünü - xx.xx.1980-ci il tarixdə Füzuli şəhəri Dədəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Füzuli rayon Dədəli kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin, 9 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 31-ci PB-nə dəvət etmişlər. O polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlar ilə birlikdə 31-ci polis şöbəsinə gəlmişdir. Suraxanı RPİ-nin 31-ci PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah edilib bildirilmişdir. O, həmin zaman video çəkiliş aparılmasına etiraz etməmişdir. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 31-ci Polis Bölməsinin ünvan 2 ünvanında olan xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ona ilkin olaraq sual verilmişdir. Bundan sonra o üzərində saxlamaqla daşıdığı özünə məxsus içərisində heroin kimi tanıdığı narkotik maddə olan 01 (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxaraq könüllü halda masanın üzərinə qoymuşdur.Sorğu-sual zamanı o, bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitədir. Aşkar edilmiş narkotik maddəni xx.xx.2022-ci il tarixdə saat 10:30-də Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerdən siqaretin qızılı, rəngli kağızına bükülmüş heroin kimi tanıdğı narkotik vasitəni yerdən taparaq öz şəxsi istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Beləliklə də, ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəflərindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış. Bununla yanaşı olaraq o bildirmişdir ki, onun üzərində olan narkotik vasitə olan heroindir, ona görə ki, o uzun illərdir ki, narkotikdən istifadə edir. Hazırda isə əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin o Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Sonda o, əməlindən peşman olduğunu, artıq narkotik vasitədənistifadə etmədiyini, məcburi köçkün olduğunu, 3 uşağının olduğunu, nəzərə alıb, daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Hazırda xüsusi rütbəsi polis baş leytenantıdır. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, xx.xx.1980-ci il tarixdə Füzuli şəhəri Dədəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Füzuli rayon Dədəli kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin, 9 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrdən istifadə etməsi, məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi, polis polkovniki Ülvi Məmmədovun adına xx.xx.2022-ci il tarixdə tərəfindən raport yazılmışdır. Bundan sonra əməliyyat qrupunun yaradılması barədə 31-ci PB-nin rəisi, polis polkovniki Ülvi Məmmədov tərəfindən əmr verilmişdir. Daha sonra tərəfindən yəni xx.xx.2022-ci il tarixdə “əməliyyat qrupunun yaradılması" barədə qərar, “əməliyyat qrupunun yaradılması barədə” protokol tərtib edilmiş və həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilmişdir.Həmçinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Suraxanı rayon prokurorluğuna və Suraxanı rayon Məhkəməsinə məktubla məlumat verilmişdir. Beləliklə də, xx.xx.2022-ci il tarixdə saat 12:50-də Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqəsini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verməyini xahiş etmişdir. Həmin şəxs özünü-xx.xx.1980-ci il tarixdə Füzuli şəhəri Dədəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Füzuli rayon Dədəli kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin, 9 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərabər olaraq ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə getsin. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 31-ci PB-nə getməyinə razılıq vermişdir. Bundan sonra o Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında, həmin bölməsinin rəisi, polis polkovniki Ülvi Məmmədovun adına raport tərtib etmişdir ki, bölməyə dəvət edilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin.Nəticə etibari ilə həmin raportun araşdırılması Suraxanı RPİ- nin 31-ci PB-nin təhqiqatçısı polis mayoru X6 həvalə edilmişdir. Beləliklə də, ünvan 5 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasının xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə protokol tərtib edilmişdir.Həmin zaman Təqsirləndirilən şəxs təhqiqatçı X8 tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş həmin 1 (bir) ədəd gümüşü rəngli bükülünü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun əynində olan paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf rəngli bükülünü göstərərək el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Fərman Hüeynovun üzərindən aşkar edilən 01 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sorğu sual ediləndə, Fərman narkotik vasitəyə bənzər maddəni xx.xx.2022-ci il tarixdə saat 10:30-də Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerdən siqaretin qızılı rəngli kağızına bükülmüş heroin kimi tanıdığı narkotik vasitəni yerdən taparaq öz şəxsi istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli, 01 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis mayoru X8 tərəfindən 195 nömrəli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 01 (bir) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin 31-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 195 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Nəticə etibari ilə Təqsirləndirilən şəxs götürülmüş maddənin narkotik vasitə olan heroin olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Suraxanı RPİnin 31-ci PB-nin təhqiqatçısı polis mayoru Təqsirləndirilən şəxs tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,425 qram narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində tərəfindən zəruri əməliyyat axtarış tədbirlər davam etdirildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşı cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-22-ci vərəqələrində olan “Tutma haqqında” 06 yanvar 2022-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə, saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 06 yanvar 2022-ci il tarixli qərara əsasən Suraxanı RPİ-nin, 31-ci PB-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Samsunq» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmadı. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki olan qara rəngli cins şalvarın sağ cibindən 01 (bir) ədəd gümüşü bükümü təqdim edərək içərisində narkotik maddə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki olan qara rəngli cins şalvarın sağ cibindən təqdim etdiyi, 01 (bir) ədəd gümüşü bükümün içərisində narkotik maddə olan heroini Suraxanı rayonu ərazisində küçədə yerdən tapdığını və özünün istifadə etməsi məqsədi ilə saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 (bir) ədəd narkotik maddə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin 39-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/54 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-195” dairəvi möhür əksi “imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz 0,425 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd:Heroinin təmiz çəkisi - 0,425 qr, - tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq - 375 qram. Cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 X9-narkoloji X3 21.01,2022-ci tarixli 275 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 128-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 149 №-li rəyindən görünür ki, - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb.Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hadisə baş verən zaman hər hansı psixi xəstəlik qeyd olunmamışdır.Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi.Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 99-100-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 08 yanvar 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elşən Bədəlzadənin xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 203-204-cü vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 134-135-ci vərəqində olan “CD kompakt diskə baxış keçirilməsi haqqında” 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022- ci il tarixdə saat 15:10-dən, 15:30-dək olan müddət ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 31-ci Polis Bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və həmin bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə - xx.xx.1980- ci il tarixdə Füzuli şəhəri Dədəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Füzuli rayon Dədəli kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11 saylı evin, 9 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd büküm təqdim etmiş və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən 1 (bir) ədəd kağı zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər” üçün 195 saylı möhür ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır.Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31- ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında” protokol iştirakçılara ucadan oxunmuş, ştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və həmin görüntü diskə köçürülərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi materialları ilə birlikdə Bakı şəhəri Suraxanı Rayon polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. Odur ki, tərəfindən 1 (bir) CD kompakt diskə baxış keçirilməsi ilə bağlı protokol tərtib edildi və həmin protokol Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi materiallarına əlavə edildi. Cinayət işinin 112-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin 136-143-cü vərəqələrində olan “sübutların qiymətləndirilməsi barədə” 25 mart 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* №- İİ cinayət işi üzrə - xx.xx.2022-ci il tarixdə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklərin edilmə zərurəti yaranmadığından həmin ittiham qüvvəsində saxlanılması, iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* №- li cinayət işi üzrə - xx.xx.2022-ci il tarixdə tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınması, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/54 №-li rəyi cinayət işi materiallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunması, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 X9-narkoloji X3 xx.xx.2022-ci tarixli 275 №-li rəyi cinayət işi materiallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunması, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 149 №-li rəyi cinayət işi materiallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunması iş üzrə Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması” haqqında əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,425 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınması, iş üzrə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol iş materiallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunması, iş üzrə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis mayoru X4 Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 31-ci Polis Bölməsinin ünvan 2 ünvanında saat 15:10-dən 15:30-dək “şəxsi axtarış və götürmə aparılması” barədə tərtib etdiyi 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunması, iş üzrə bütün istintaq hərəkətləri yerinə yetirilmiş və Təqsirləndirilən şəxs barəsində istintaq edilən cinayət işi məhkəmə aidiyyəti üzrə göndərilməli, narkotik maddə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən zəruri əməliyyat axtarış tədbirləri davam etdirilməsi, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin əldə etdiyi mənbənin müəyyən edilməməsi səbəbindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* №-li cinayət işindən - material ayrılması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məqsədi ilə qərarın surəti Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş heroinin təmiz çəkisi - heroinin təmiz çəkisi - 0,425 qr, - tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq - 0,375 qram heroin Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olunmayan təqsirləndirilən şəxs hesab olunması və qərann surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,375 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə olaraq bu əməli törətməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (26-28 noyabr 2022-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,375 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar