Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-190/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X10 və X7 nümayəndəsi və vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 nümayəndəsi və vəkili “Ədalət” Vəkil Bürosunun vəkili X5, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili “Ədalət” Vəkil Bürosunun vəkili X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə, X2, 27 may 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-1, hərbi hissə ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətlərə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X16, X15, X14 və X3 xüsusi ittiham qaydasında şikayət ərizələri ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X10 və X7 nümayəndəsi və vəkili Müdafiəçi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 nümayəndəsi və vəkili X11 və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili X12 ərizə verərək, X4 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində oxşar məzmunlu 4 iş olduğu üçün həmin xüsusi ittiham qaydasında verilmiş şikayətlər bir icraatda birləşdirilməsini xahiş etmişlər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətləri tədqiq edərək, xüsusi ittihamçıların nümayəndələrini və vəkillərini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyərək hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 49.4.3-cü maddəsinə əsasən cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar bir icraatda birləşdirilə bilər. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən cinayət işlərinin birləşdirilməsi bu Məcəllənin 49-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 49 və 211-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə 1(010)- 565/2022 nömrəli cinayət işi, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə 1(010)-566/2022 nömrəli cinayət işi, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə 1(010)-568/2022 nömrəli cinayət işi və X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə 1(010)-567/2022 nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və cinayət işinin icraatı 1(010)-567/2022 nömrə altında davam etdirilsin. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-190/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-190/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver