Məhkəmə qərarları › İş №1(010)-191/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-191/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-191/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 09 yanvar 2022-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında 5-ci girişin qarşısında dayanmış, Zərərçəkmiş şəxs məxsus «Hyundai İX 25» markalı 10UY275 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq avtomobilin salonunun arxa oturacağının üzərindən Zərərçəkmiş şəxs 1 ədəd 50 manat dəyərində qara rəngli süni dəri materialdan hazırlanmış, “Dior” markalı qadın əl çantasını onun içərisində olan 1 ədəd 120 manat dəyərində 100 ml həcmli 30 faiz istifadə olunmuş “Narcisio Rodrigez” ətri, 1 ədəd 50 manat dəyərində 50 ml həcmli 20 faiz istifadə olunmuş “Artistique” ətri, 1 ədəd 20 manat dəyərində 30 ml həcmli 50 faiz istifadə olunmuş “D&P” ətri qablaşması ilə, 1 ədəd 90 manat dəyərində “İydə” markalı dezodorant qablaşması ilə, 1 ədəd 755 manat dəyərində üzərində hər hansı danışıq kartı və aksesuarı olmayan Vyetnam istehsalı “Samsung” markalı, SM-J 710FNDS modelli telefon, 1 ədəd 870 manat dəyərində 55,59 qramlıq dəmir əsaslı ərintidən siferblatının iç tərəfində “Tissot” yazısı olan qol saatı, 1 ədəd 570 manat dəyərində 42,65 qramlıq dəmir əsaslı ərintidən siferblatının iç tərəfində “Daniel Klein” yazısı olan qol saatı, 1 ədəd 1670 manat dəyərində 750 əyarlı 14,14 qram qızıl oval formalı halqalardan ibarət sarı rəngli, kilid və qulaqcığında “750” “İTALY 750” damğası olan qızıl boyunbağı, 1 ədəd 1200 manat dəyərində 583/585 əyarlı 15,12 qram qulaqcığında “583” damğası olan qızıl boyunbağı, 1 ədəd 1670 manat dəyərində 750 əyarlı 16,68 qram, dördkünc formalı elementlərdən ibarət sarı rəngli qulaqcığında “İTALY 750” damğası olan qızıl qolbaq, 1 ədəd 870 manat dəyərində 750 əyarlı 8.23 qram dairə və oval halqalardan ibarət sarı rəngli, kilidində “750” damğası olan qızıl qolbaq, 1 ədəd 900 manat dəyərində 4,40 qramlıq 583/585 əyarlı halqasının iç tərəfində “585” damğası olan sarı rəngli qızıl üzük, 1 ədəd 1200 manat dəyərində 583/585 əyarlı 8.45 qram üzərində qiymətsiz rəngsiz, şəffaf qaşları olan gümüşü rəngli sarı rəngli qızıl üzük, 1 ədəd 2400 manat dəyərində 916 əyarlı 13,84 qram ürək formalı, sarı rəngli 1 ədəd qızıl kulon, 1 ədəd 500 manat dəyərində 583/585 əyarlı 6,77 qram üzərində qiymətsiz yaşıl rəngli və rəngsiz, şəffaf qaşları olan qırmızımtıl-sarı rəngli, kilidlərində “F*585” və 7 TÖ” damğalı qızıl sırğa cütü, 1 ədəd 30 manat dəyərində 22,28 qramlıq dəmir əsaslı metaldan olan üzərində bənövşəyi rəngli və rəngsiz qaşları olan gümüşü rəngli bir tayı qırıq vəziyyətdə olan sırğa dəsti, 1 ədəd 20 manat dəyərində 10,73 qramlıq qiymətsiz metal ərintisindən olan üzərində qaşları olan, kilidi iynəşəkilli, qara rəngli bir tayı qırıq vəziyyətdə olan sırğa dəsti ilə birlikdə əl atıb götürərək həmin ünvandan qaçan zaman 9cu mərtəbənin eyvanından görüb dayanmasını tələb edən Zərərçəkmiş şəxs çağırışlarına əhəmiyyət verməyərək taladığı əmlakı əldə saxlamaqla qeyd edilən ünvandan uzaqlaşaraq sonuncunun cəmi 12.985 manat, yəni xeyli miqdarda əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs məxsus avtomobilin şüşəsini sındırmış və arxa oturacaqda olan çantanı götürmüşdür. Çantanı götürdükdən sonra avtomobilin ətrafından 4-5 metr uzaqlaşmışdır. İttiham aktında Zərərçəkmiş şəxs eyvandan onun arxası ilə “Rauf dayan” deyib qışqırması qeyd olunub. Elə hadisə olmayıb və o, zərərçəkmiş şəxsin onun arxası ilə qışqırmasını eşitməmişdir. Avtomobilin içərisindən çantanı götürdükdən sonra binanın arxasında qamışlığa apararaq gizlətmişdir. Çantanı orada gizlətdikdən sonra binanın həyətinə gəlmiş və Zərərçəkmiş şəxs, həmçinin qonşuların həyətdə olduğunu görmüşdür. O, həyətə gəldiyi zaman Zərərçəkmiş şəxs ondan avtomobilin şüşəsini sındıranın və çantanı götürənin onun olub-olmadığını soruşdu. O, isə ona avtomobilin şüşəsini sındırdığını və çantanı oğurladığını bildirdi. Daha sonra polis əməkdaşları gəlmiş və və çantanın yeri məlum olmuşdur. Polis əməkdaşları çantanı götürdükdən sonra baxış keçirdilər, lakin o, çantaya baxış keçirilən zaman iştirak etməmiş və ondan yazılı formada izahat alınmamışdır. İttiham aktında qeyd olunub ki, Zərərçəkmiş şəxs qardaşı uşağı onun arxası ilə qaçıb, lakin belə bir hal baş verməyib. Buna görə də onun elə surətdə qaçmağı mümkün deyil. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təxminən 6 il müddətdir «Embawood» mebel salonunun Babək prospektindəki filialında satış meneceri işləyir. Həftədə bir dəfə ata evi olan, ünvan 3, mənzil 62-yə gəlir. 08 yanvar 2022-ci ildə atasının ad günü ilə əlaqədar saat 19 radələrində idarə etdiyi «Hyundai İX35» minik markalı 10UY275 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə atasıgilə gəlmiş, avtomobili həmin binanın 5-ci girişin önündə saxlamış və avtomobilin qapılarını bağlayıb atasıgilə qalxmışdır. Qeyd edir ki, həmin vaxt ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaları bir ədəd qara rəngli «Dior» markalı əl çantanın içərisində olmaqla avtomobilin arxa oturacağında olub. Evdə olduğu vaxt qardaşı oğlu Pərvizi marketdən qatıq almağa göndərmişlər. Pərviz qayıtdıqdan sonra bildirmişdir ki, qonşuları, yəni binanın eyni girişində 5-ci mərtəbədə yaşayan Rauf maşının ətrafında gəzişir. Bundan şübhələnib maşının açarını Pərvizə vermişdir ki, gedib, maşındakı çantanı gətirsin. Özü isə eyvana çıxmışdır. Bu zaman eyvandan görmüşdür ki, Raufun əlindəki əşya ilə avtomobilinin arxa sol yan pəncərəsini sındırır. Sonra Rauf avtomobilin içərisindən həmin qara rəngli çantanı götürmüşdür. Təqsirləndirilən şəxsin hərəkətlərini görüb “Rauf dayan” qışıqırmış, Rauf onun səsini eşitdikdən sonra geri dönüb ona baxmış, lakin əhəmiyyət verməyib dayanmaq əvəzinə evin arxasına, qamışlıq deyilən yerə tərəf qaçmışdır. Bundan sonra dərhal 102 xidmətinə zəng edərək həyətə düşmüşdür. Bir neçə dəqiqədən sonra Rauf həyətə gəldi və özünü elə apardı ki, guya onu görməyib və baş verən hadisədən xəbəri yoxdur. İlk olaraq Raufun üzərinə çox getmədi ki, sonuncu qorxub qaçmasın. Təxminən 5 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o, polis əməkdaşlarına cinayətin Rauf tərəfindən törədildiyini bildirmiş sonra Rauf ifşa olunduğunu görüb onları çantanı gizlətdiyi yerə aparmışdır. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs atası olduğunu bildirərək zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Həmçinin qeyd edir ki, hadisə günü evdə olduğu vaxt qızının eyvandan yüksək səslə «Rauf dayan» deməsini eşitmiş, həmin səsə o, və bütün digər ailə üzvləri eyvana çıxmış, bu zaman Aybəniz bildirmişdir ki, Raufun əlində olan əşya ilə avtomobilinin arxa sol yan pəncərəsini sındırıb salonda arxa oturacaq üzərində olan əl çantasını içərisində olan əşyalarla birlikdə götürüb qaçıbdır. O, və ailə üzvləri həyətə baxan zaman artıq Rauf oradan uzaqlaşdı. Qızı həmçinin onun qışqırığından sonra Raufun geriyə donub baxdığını, lakin əhəmiyyət verməyərək yaşadıqları evin arxasına doğru qamışlıq deyilən yerə tərəf qaçdığını bildirdi. Qızı 102 xidmətinə zəng etmiş, sonra hamısı həyətə düşmüşlər. Bir neçə dəqiqədən sonra Rauf həyətə gələrək özünü elə apardı ki, guya Aybəniz onu görməyib və baş verən hadisədən xəbərsizdir. Aybəniz isə ona həyətdə niyə avtomobilinin salonunun şüşəsini sındırıb əl çantasını götürüb qaçmasını bildirdi. Aybəniz və o, artıq polisə zəng olunduğuna görə Raufun üzərinə çox getmədilər ki, Rauf hadisə yerindən qaçmasın. Təxminən 5 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və Raufu ifşa etmişlər. 08 fevral 2022-cı il tarixli 6/308-9/379 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş malların hazırkı vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8788,00 (8608,00+180) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində və cədvəl 1-də göstərilmişdir. Halqasının iç tərəfində “585” damğası olan sarı rəngli 1 ədəd üzük, qızıl 583/585 4,40 qr- 374 manat; üzərində rəngsiz, şəffaf qaşlar olan sarı rəngli 1 ədəd üzük, qızıl 583/585 8,45qr-718 manat; üzərində bənövşəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 cüt sırğa, sırğa cütünün bir tayı qırıq vəziyyətdədir, dəmir əsaslı ərinti-22,28 qr 6 manat; üzərində qaşlar olan, kilidi iynəşəkilli, qara rəngli 1 cüt sırğa, sırğa cütünün bir tayı qırıq vəziyyətdədir, qiymətsiz metal ərintisi 10,73 qr 2 manat; üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan (bir qaş yeri boş, qaş hissəsi çirkli vəziyyətdə), qırmızımtıl-sarı rəngli 1 cüt sırğa, sırğa cütünün kilidində “f583” və “7TÖ” damğaları vardır, qızıl 583/585 6,77qr 575 manat; ürək formalı, sarı rəngli 1 ədəd kulon, qızıl 916 13,84 qr 1522 manat; dördkünc formalı elementlərdən ibarət sarı rəngli 1 ədəd qolbaq, qulaqcığında “İTALY 750” damğası vardır, qızıl 750 16,68qr 1751 manat; dairə və oval formalı halqalardan ibarət sarı rəngli 1 ədəd qolbaq, kilidində “750” damğası vardır, qızıl 750 8,23qr 864 manat; oval formalı halqalardan ibarət sarı rəngli 1 ədəd boyunbağı, kilid və qulaqcığında “750” və “İTALY” damğaları vardır, qızıl 750 14,14 qr 1484 manat; qulaqcığında “583” damğası olan qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı, qızıl 583/585 15,12 qr 1285 manat; siferblatının iç tərəfində “TİSSOT” yazısı olan 1 ədəd qol saatı, dəmir əsaslı ərinti 55,59 qr 15 manat; siferblatının iç tərəfindən “Daniel Klein” yazısı olan 1 ədəd qol saatı, qol saatının qolbaq hissəsində rəngsiz, şəffaf qaşlar vardır (bəzi qaş yerlər boş), dəmir əsaslı ərinti 42,65 qr 12 manat. Zərərçəkmiş şəxsin və şahidin ifadələrini və iş üzrə toplanmış digər sübutları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsin cinayət əməlinin müəyyən xüsusatları ilə bağlı bildirdikləri isə (o, cinayəti törədərkən zərərçəkmiş şəxsin onu görüb çağırmadığını bildirir) cəzadan yayınmaq məqsədi güdməklə işin faktik hallarını tam əks etdirmir. Zərərçəkmiş şəxsin və şahidin bildirdikləri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin cinayət törətdiyini görüb qışqıraraq ona «Rauf dayan» demiş, sonuncu bunu eşitmiş və zərərçəkmiş şəxsin məhz ona qışdırdığını görmüş, lakin özgə əmlakını açıq talamaqla əməlini sona çatdırmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini özünü tam təqsirli saydığını bildirdiyinə baxmayaraq, faktik olaraq qismən etiraf etdiyini iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətə münasibətinə qiymət verərək qeyd edir ki, o, işin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsi açıq-aşkar hədələmişdir. Bunu və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirməsi onun səmimi peşmançılıq hissi keçirməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, bu hal da cəza təyini ilə bağlı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd 4,40 qramlıq 583/585 əyarlı qızıl halqasının iç tərəfində “585” damğası olan sarı rəngli qızıl üzük, 01 (bir) ədəd 583/585 əyarlı 8,45 qram üzərində rəngsiz, şəffaf qaşları olan gümüşü rəngli sarı rəngli qızıl üzük, 01 (bir) cüt 583/585 əyarlı 6,77 qram üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşları olan qırmızımtıl-sarı rəngli sırğa cütünün kilidində “f585” və 7TÖ” damğalı qızıl sırğa, 01 (bir) ədəd 916 əyarlı 13,84 qram ürək formalı, sarı rəngli 01 (bir) ədəd qızıl kulon, 01 (bir) ədəd 750 əyarlı 16,68 qram dördkünc formalı elementlərdən ibarət sarı rəngli qulaqcığında “İTALY 750” damğası olan qızıl qolbaq, 01 (bir) ədəd 750 əyarlı 8,23 qram dairə və oval halqalardan ibarət sarı rəngli kilidində “750” damğası olan qızıl qolbaq, 01 (bir) ədəd 750 əyarlı 14,14 qram oval formalı halqalardan ibarət sarı rəngli kilid və qulaqcığında “750” “İTALY 750” damğası olan qızıl boyunbağı, 01 (bir) ədəd 583/585 əyarlı 15,12 qram qulaqcığında “583” damğası olan qırmızımtıl-sarı rəngli boyunbağı, 01 (bir) cüt 22,28 qramlıq dəmir əsaslı metaldan olan üzərində bənövşəyi rəngli və rəngsiz qaşları olan gümüşü rəngli bir tayı qırıq vəziyyətdə olan sırğa, 01 (bir) cüt 10,73 qramlıq qiymətsiz metal ərintisindən olan üzərində qaşları olan, kilidi iynəşəkilli, qara rəngli bir tayı qırıq vəziyyətdə olan sırğa, 01 (bir) ədəd 55,59 qramlıq dəmir əsaslı ərintidən siferblatının iç tərəfində “TİSSOT” yazısı olan 01 (bir) ədəd qol saatı, 01 (bir) ədəd 42,65 qramlıq dəmir əsaslı ərintidən siferblatının iç tərəfində “DANİEL KLEİN” yazısı olan qol saatı, 01 (bir) ədəd qara rəngli süni dəri materialdan hazırlanmış “DİOR” markalı qadın əl çantası, 01 (bir) ədəd 100 ml həcmli “Narcisio Rodriges” ətri, 01 (bir) ədəd 50 ml həcmli “ARTİSTİQUE” ətri, 01 (bir) 30 ml həcmli “D&P” ətri qablaşması ilə, 01 (bir) ədəd “İydə” markalı dezodorant qablaşması ilə, 01 (bir) ədəd Vyetnam istehsallı “Samsung” markalı, SM-J 710FNDS modelli telefon Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 yanvar 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd 4,40 qramlıq 583/585 əyarlı qızıl halqasının iç tərəfində “585” damğası olan sarı rəngli qızıl üzük, 01 (bir) ədəd 583/585 əyarlı 8,45 qram üzərində rəngsiz, şəffaf qaşları olan gümüşü rəngli sarı rəngli qızıl üzük, 01 (bir) cüt 583/585 əyarlı 6,77 qram üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşları olan qırmızımtıl-sarı rəngli sırğa cütünün kilidində “f585” və 7TÖ” damğalı qızıl sırğa, 01 (bir) ədəd 916 əyarlı 13,84 qram ürək formalı, sarı rəngli 01 (bir) ədəd qızıl kulon, 01 (bir) ədəd 750 əyarlı 16,68 qram dördkünc formalı elementlərdən ibarət sarı rəngli qulaqcığında “İTALY 750” damğası olan qızıl qolbaq, 01 (bir) ədəd 750 əyarlı 8,23 qram dairə və oval halqalardan ibarət sarı rəngli kilidində “750” damğası olan qızıl qolbaq, 01 (bir) ədəd 750 əyarlı 14,14 qram oval formalı halqalardan ibarət sarı rəngli kilid və qulaqcığında “750” “İTALY 750” damğası olan qızıl boyunbağı, 01 (bir) ədəd 583/585 əyarlı 15,12 qram qulaqcığında “583” damğası olan qırmızımtıl-sarı rəngli boyunbağı, 01 (bir) cüt 22,28 qramlıq dəmir əsaslı metaldan olan üzərində bənövşəyi rəngli və rəngsiz qaşları olan gümüşü rəngli bir tayı qırıq vəziyyətdə olan sırğa, 01 (bir) cüt 10,73 qramlıq qiymətsiz metal ərintisindən olan üzərində qaşları olan, kilidi iynəşəkilli, qara rəngli bir tayı qırıq vəziyyətdə olan sırğa, 01 (bir) ədəd 55,59 qramlıq dəmir əsaslı ərintidən siferblatının iç tərəfində “TİSSOT” yazısı olan 01 (bir) ədəd qol saatı, 01 (bir) ədəd 42,65 qramlıq dəmir əsaslı ərintidən siferblatının iç tərəfində “DANİEL KLEİN” yazısı olan qol saatı, 01 (bir) ədəd qara rəngli süni dəri materialdan hazırlanmış “DİOR” markalı qadın əl çantası, 01 (bir) ədəd 100 ml həcmli “Narcisio Rodriges” ətri, 01 (bir) ədəd 50 ml həcmli “ARTİSTİQUE” ətri, 01 (bir) 30 ml həcmli “D&P” ətri qablaşması ilə, 01 (bir) ədəd “İydə” markalı dezodorant qablaşması ilə, 01 (bir) ədəd Vyetnam istehsallı “Samsung” markalı, SM-J 710FNDS modelli telefon Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar