Məhkəmə qərarları › İş №1(010)-191/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-191/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-191/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X8 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx xxxxxx 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Bağlar massivində yaşayan, barəsində «nəzarət altına vermə haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Suraxanı Rayon Məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 20 mart 2024-cü il tarixdə saat 19 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində 14\15-ci məhəllədə yerləşən 281 saylı tam orta məktəbin yaxınlığında əvvəllər qeyd olunan məktəbdə eyni sinifdə oxuduğu həmyaşıdı Zərərçəkmiş şəxs onun ünvanına söyüş söyməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs çənə nahiyəsindən zərbə vuraraq, ona həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin çənənin sol bucaq və simfız nahiyələrinin yerdəyişmiş sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs qəsdən AZ Ağır zərər vurmuşdur. Məhkəmənin 17 dekabr 2024-ci il tarixində olan hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə yazılı vəsatət təqdim edərək, cinayət işinin 84, 87, 113, 123, 126, 128, 129, 130, 133, 134, 136cı səhifələrində olan imzaların onun tərəfindən imzalanmadığını, imzaların ona məxsus olmadığını, imzaların saxtalaşdırılaraq əvəzində kiminsə imzaladığını bildirmiş, həmin səhifələrdə imzaların cinayət işinin digər sənədlərində ona məxsus olan başqa imzalar ilə müqayisə etdikdə həmin imzaların fərqləndiyini məhkəmənin diqqətinə çatdıraraq, həmin imzaların ona məxsus olub-olmamasını müəyyən etmək üçün cinayət işi üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilməsini və müvafiq rəy alınaraq cinayət işi materiallarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmənin qərarı ilə müdafiəçinin vəsatəti təmin edilərək, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilmişdir. Məhkəməyə ünvanlanmış və cinayət işi materiallarına əlavə edilmiş məhkəməxətşunaslıq ekspertizasının 3-16-16\2-4\07\2025 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekpertizaya təqdim edilmiş cinayət işinin 84-cü səhifəsində olan imzadan başqa, 87, 113, 123, 126, 128, 129, 130, 133, 134, 136-cı səhifələrində olan müdafiəçi yazılarının qarşısındaki imzalar, təqsirləndirilən şəxsin müdafiəçisi olan Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı məhkəməyə vəsatət verərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinə baxılmasına xitam verilməsi və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti müzakirə edərək, hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işi materiallarının 87, 113, 123, 126, 128, 129, 130, 133, 134, 136-cı səhifələrində olan imza qrafalarının qarşısındaki olan imzalar, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması ekpertiza rəyi ilə müəyyən edildiyindən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmaqla, istintaq orqanı məhkəməyədək icraat materilalları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 284-286-cı maddələrində nəzərdə tutulmuş tələbləri pozmaqla Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsində nəzərədə tutulmuş kobud pozuntuya yol vermişdir. Azərbaycan Respublikası CPM-nin 284-cü maddəsində ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin məcəllənin 289.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən sonra müstəntiq ittiham aktını tərtib edir. İstintaq orqanı Təqsirləndirilən şəxs istintaqın qurtarması barədə məlumat verməsinə baxmayaraq, onun müdafiəçisinə bu barədə məlumat verməməklə, cinayət prosessual qanunvericiliyinin tələblərini pozmuş və kobud qanun pozuntusuna yol vermişdir. İbtidai istintaqın qurtarması barədə müstəntiq tərəfindən təqsirləndirilən şəxs və onun müdafiəçisinin adlarını protokola əlavə etsə də, protokolda müdafiəçinin cinayət işi materialları ilə tanış olmasını təstiq edən imza yerində onun deyil, başqa şəxs tərəfindən imza edilir. Göründüyü kimi, məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs müdafiəçisi olmasına baxmayaraq, istintaqın yekunlaşmasını ona bildirilməmiş və bununlada onun hüquqlarını pozmaqla Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsində nəzərdə tutulan kobud pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyanın 61.1-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Avropa Məhkəməsinin mövqeyinə əsasən cinayət təqibinə məruz qalan şəxslərin müdafiə hüquqlarının reallaşdırılması vaxtında təmin edilməli, cinayət işinin konkret şəxslərə qarşı başlandığı hallarda onlara həmin andan Konvensiyanın 6(3) maddəsində nəzərdə tutulmuş hüquqlarını həyata keçirilməsinə şərait yaradılmalıdır. Formal olaraq fakta görə cinayət işi başlayıb, əsil həqiqətdə isə konkret şəxsin barəsində cinayət təqibi üzrə hərəkətlərin aparılması İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin birbaşa pozuntusu sayılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin məcəllənin 303.3, 303.3.8-ci maddələrinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilənsinə dair cinayət işi üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntuya yol verilərək, ibtidai istintaq qanuvericiliyin tələblərinə uyğun olmayan qaydada həyata keçirilmiş və onun müdafiə hüququ kobud şəkildə pozulmaqla, cinayət işinə baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, və eyni zamanda cinayət işinin 87, 113, 123, 126, 128, 129, 130, 133, 134, 136-cı səhifələrində olan müdafiəçi yazılarının qarşısındaki imzaları təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması saxtakarlığı müəyyən edilməsinə hüquqi qiymət veilməsi üçün, cinayət işi üzrə müvafiq material ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tətbirinin dəyişdirilməsinə əsas görmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə haqqında iltizam»qətimkan tədbiri dəyişdirilməsin. Cinayət işinin 87, 113, 123, 126, 128, 129, 130, 133, 134, 136-cı səhifələrində olan müdafiəçi yazılarının qarşısındaki imzaları təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması saxtakarlığı müəyyən edilməsinə hüquqi qiymət verilməsi üçün, cinayət işi üzrə müvafiq material ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan şikayət və protest verilə bilməz. Hakim Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar