Məhkəmə qərarları › İş №1(010)-192/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-192/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-192/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, 02 iyun 2022-ci il tarixdə, saat 15:00-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx.xx.1970-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xətai rayonu Elçin Əliyev küçəsi № 4 inzibati binada qeydiyyatında olub, Suraxanı rayonu, südçülük sovxozunda nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə saat 15 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi özünə məxsus «Wolksvagen Passat» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi yaxınlığında Binə südçülük sovxozu istiqamətində hərəkətdə olub sağa dönərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkətə başlayarkən, yer dəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakları üçün maneə yaratmamalı olduğu halda bu qaydalara riayət etməmiş, həmin yolun sağ hissəsi ilə hərəkətdə olan velosipedçini vurmuş, nəticədə ehtiyatsızlıqdan velosipedçi Zərərçəkmiş şəxs sağ inci sümüyünün distal ucunun sınığı, oynaqda hərəkət məhdudluğu ilə müşayət olunan sağ topuq nahiyyəsinin şişkinliyi, ənsə-təpə nahiyyəsinin hematoması, sağ əlin şişkinlik və sıyrıqlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuş və həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, özünə məxsus **-MN-*** dövlət nömrə nişanlı qara metal rəngli Passat markalı avtomaşını vardır. Nəqliyyat vasitələrini idarə etməyə sürücülük vəsiqəsi yoxdur və olmamış, axırıncı dəfə sovet dövründə sürücülük vəsiqəsini almış, ondan sonra yeniləməmişdir. 29 aprel 2021-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Passat” markalı avtomaşınla Suraxanı rayonu, Binə südçülük sovxozunda yerləşən yaşadığı evə gedərkən asfaltın sağ istiqamətinə dönüb məhəlləyə girmək istəyəndə qarşıdan velosiped ilə bir nəfər şəxsin ona tərəf gəldiyini görüb avtomaşını saxlamışdır ki, həmin şəxs keçsin. Bu vaxt avtomaşının arxa sağ tərəfindən səs eşitmişdir. Başa düşmüşdür ki, idarə etdiyi avtomaşının arxa sağ tərəfinə kənar əşya toxunmuşdur. Avtomaşından aşağı düşüb görmüşdür ki, velosiped ilə bir nəfər avtomobilin yanından uzaqlaşmaq istəyir. Həmin velosiped sürəni saxlayıb ona demişdir ki, nə üçün idarə etdiyi avtomaşına toxunmuşdur. Həmin şəxsin özünü itirdiyini görərək onu yaxınlıqda olan daşın üstündə əyləşdirmişdir. Həmin şəxs daşın üstündə təxminən 1 saat müddət əyləşdikdən sonra ayağa qalxıb velosipedinə oturaraq çıxıb getmişdir. Həmin vaxt yol ilə hərəkətdə olan “Mersedes” markalı avtomobil onu tanıyaraq avtomaşını saxlamış və ona demişdir ki, «sənin avtomobilinə toxunan şəxs bir neçə saatdı burada dayanıb və yol ilə hərəkətdə olan avtomobillərin qarşısına özünü tullayır» demişdir. Həmin vaxtı qonşu Elşən ona yaxınlaşaraq nə baş verməsi ilə bağlı maraqlanmışdır. Heç bir yol- nəqliyyat hadisəsi törətməmiş, velosipedi sürən tanımadığı şəxs onun avtomobilinin arxa sağ hissəsinə toxunmuşdur. Velosipedi idarə edən şəxsdən özünü necə hiss etməsini soruşmuş, həmin şəxs ona demişdir ki, özünü yaxşı hiss edir, buna görə də həmin şəxsin onun avtomobilinə toxunması ilə əlaqədar DİN-nin 102 xidmətinə məlumat verməmişdir. Həmin şəxsi tanımır və onunla aralarında heç bir şəxsi qərəzlik və ədavət olmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 29 aprel 2021-ci il tarixdə saat 15 radələrində idarə etdiyi velosipedlə Suraxanı rayonu, Zığ şossesi yaxınlığında, Binə südçülük sovxozu istiqamətində hərəkətdə olan vaxtı tünd göy və ya qara rəngli markasını və dövlət qeydiyyat nişanını bilmədiyi xarici markalı avtomobil anidən olaraq sağ tərəfə dönərək onun sürdüyü velosipedi və ayağının sağ tərəfinə vurmuşdur. Aldığı zərbədən velosipedin üzərindən yerə yıxılmış və baş nahiyyəsi asfalta dəymişdir. Həmin vaxtı onu vuran avtomobil saxlamış və avtomobili idarə edən şəxs aşağı düşərək onun ünvanına təhqiramiz ifadələr işlətməyə başlamış və qışqıraraq nə üçün velosipedlə yol ilə hərəkət edirsən demişdir. Sonra isə bu barədə polisə məlumat versə onu tapıb özü cəzalandıracağını bildirmişdir. Sonra isə avtomobilnə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. O, asfaltın üzərindən ayağa qalxmış və velosipedin yararsız hala düşdüyünü görərək piyada yaşadığı evə getmişdir. Evdə olan vaxtı özünü pis hiss etməyə başlamış və buna görə də həmin günü Bakı şəhər 3 saylı şəhər kliniki xəstəxanasına müraciət etmişdi. Həmin şəxsin sözlərindən qorxduğundan xəstəxanada həkimə demişdir ki, almış olduğu xəsarəti yıxılma nəticəsində almışdır. Sonra tanışları və ailə üzvləri demişlər ki, bu barədə polisə məlumat versin. Buna görə də 30 aprel 2021-ci il tarixdə DİN-nin 102-xidmətinə zəng edərək naməlum avtomaşın tərəfindən vurulduğunu və xəsarət aldığını bildirmişdir. Sonra onu Suraxanı RPİ-nə dəvət etmişlər və hadisənin hansı şəraitdə baş verməsi barədə izahat vermişdir. Bundan sonra almış olduğu bədən xəsarətinin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası müayinəsindən keçmişdi. Əfqan Xanəliyevi əvvəllər görməmiş və onunla heç bir münasibəti olmamışdır. Hadisə vaxtı avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Həmin vaxtı hadisə yerində bir neçə nəfər şəxs olub lakin onları tanımadığı üçün adlarını bilmir. Ona xəsarət yetirmiş həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməklə, cəzalandırılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, onun yaşadığı ev ilə Əfqanın yaşadığı ev arasında 70 metr məsafə vardır. Onun Əfqan ilə qonşu kimi münasibətləri həmişə yaxşı olub. Onun yaşadığı ev ilə avtomobil yoluna qədər olan məsafə təxminən 30 metrdir. 29 aprel 2021-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı evin həyətində olan vaxtı avtomobil yolu tərəfdən qonşusu Əfqanın ucadan səsini eşitmişdir. O, nə baş verməsini öyrənmək məqsədilə həyət qapısını açaraq məhəlləyə çıxaraq avtomobil yolu tərəfə getmişdir. O, ora çatanda Əfqana məxsus «Wolksvagen Passat» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil asfaltın sağ tərəfində dayandığını, bir nəfər onun tanımadığı arıq bədən quruluşlu, uca boylu şəxsin isə asfaltın kənarında daşın üstündə oturduğunu və əli ilə dizlərini tutaraq titrədiyini görmüşdür. Həmin vaxtı əsas avtomobil yolundan zərərçəkmiş şəxsin yaşadığı məhəlləyə dönən yolda velosipedin aşdığını görüb Əfqandan nə baş verməsini soruşmuşdur. Əfqan əli ilə daşın üstündə oturan şəxsi ona göstərək dedi ki, idarə etdiyi avtomobil ilə asfalt yoldan məhəlləyə dönmək istəyərkən həmin şəxs idarə etdiyi velosipedi avtomobilinə vurdu. Təxminən 5 dəqiqədən sonra həmin şəxs daşın üstündən duraraq yerdə aşmış vəziyyətdə olan velosipedi yerdən qalxızaraq düzəltdi. Həmin şəxs həyacanlı olduğundan və bərk qorxduğundan titrəyirdi. Əfqan ona yaxınlaşaraq özünü necə hiss etməsini soruşdu. Həmin şəxs bərk qorxduğundan və titrədiyindən Əfqana cavab verə bilmədi. Sonra velosipedi sürərək çıxıb getdi. Əfqanda idarə etidiyi avtomobilə əyləşərək məhəlləyə tərəf dönərək yaşadığı evə getdi. Məhkəmə istintaq zamanı şahid ifadəsini təsdiq edərək, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs həmçinin zərərçəkmiş şəxsə öz mobil nömrəsini vermiş, hədə-qorxu gəldiyini eşitməmiş, qan-ləkəsi zərərçəkmiş şəxsdə olduğunu, eyni zamanda velosipedin təkərlərində, həmçinin də maşında hər hansı əzik görməmiş, sonradan da əlavə etmişdir ki, dəqiq xatırlamır ki, maşının təkərləri əzilib-əzilməmişdir. Təqsirləndirilən şəxs polislə danışanda orda olmamış, zərərçəkmiş şəxsi Təqsirləndirilən şəxslə bir yerdə yola salmışdır. Cinayət işinin materiallarında olan: İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 26 may 2021-ci il tarixli 403 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər sağ inci sümüyünün distal ucunun sınığı, oynaqda hərəkət məhdudluğu ilə müşayət olunan sağ topuq nahiyyəsinin şişkinliyi, ənsə-təpə nahiyyəsinin hematoması, sağ əlin şişkinlik və sıyrıqları bərk küt əşya təsirindən törənmişlər, 29.04.2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (i/v 16-17). İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 22 iyul 2021-ci il tarixli 8/1512 №-li rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Wolksvagen Passat» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 10 mart 2022-ci il tarixli 8/603 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Wolksvagen Passat» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin 09.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1 il şərti sınaq müddəti verilmiş, Bakı Apellyasiya məhkəməsinin 01.05.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 3 il azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, 01.05.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən 2 il keçdiyinə görə məhkumluğu ödənmiş sayılır. (i/v 59-61) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin rəis müavini, Qeydiyyat-İmtahan İdarəsinin rəisi Kamran Əliyev tərəfindən verilmiş 09.03.2022-ci il tarixli, 016-28707-1222 saylı məktubdan görünür ki, xx.xx.1970-ci il təvllüdlü X1 vəsiqəsi verilməmişdir (i/v 124). İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında 14 avqust 2021-ci il tarixli qərardan görünür ki, X6 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 91-92). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qeyd olunan Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. X3 cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü ilə maddələri ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X3 hadisələrin təsadüfi axarı zəminində törədilməsini, himayəsində azyaşlı uşaqların olduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və cinayətin digər hallarını, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrinin sanksiyalarında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəzalar kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olması (himayəsində azyaşlı uşaqların olması) və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ondan 185 (yüz səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - cəmi 185 (bir yüz səksən beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 9 saylı Vəkil Bürosunun Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığıandan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar