Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-192/2023 14.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X22, XN9 və XN8 nümayəndəsi və vəkili “Ədalət” Vəkil Bürosunun vəkili MüdafiəçiN, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, N4 avqust 2023-cü il tarixdə, saat N5:50-də, Bakı şəhərində 27 may N986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı N hərbi hissə ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N-ci və N47.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətlərə baxaraq məhkəmə MÜƏYYƏNETDİ: XNN 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedomTV” kanalındakı çıxışında Azərbaycan ordusunda xidmət etməkdə olan və şanlı zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsində iştirak etmiş Müdafiə Nazirliyinin Hərbi Hava X40 İdarəsinin rəisi, polkovnik X42 barəsində böhtan xarakterli məlumatlar yayılmışdır. Bundan başqa XNN 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedomTV” kanalındakı çıxışında Azərbaycan ordusunda xidmət etməkdə olan və şanlı zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsində iştirak etmiş Müdafiə Nazirliyinin Hərbi Hava XN3 Heyətinin rəisi, polkovnik X34 barəsində böhtan xarakterli məlumatlar yayılmışdır. Bundan başqa XNN 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedomTV” kanalındakı çıxışında Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında əhəmiyyətli yol oynamış Hərbi Hava Qüvvələrinin rəhbərliyi, xüsusilə də Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Müdafiə Nazirliyinin Hərbi X2N, general-leytenant X32 barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Bundan başqa XNN 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedomTV” kanalındakı çıxışında Azərbaycan ordusunda xidmət etməkdə olan və şanlı zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsində fəal iştirak etmiş Müdafiə Nazirliyinin Hərbi X6 rəisi, polkovnik XN0 barəsində böhtan xarakterli məlumatlar yayılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava X40 İdarəsinin rəisi X42, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava XN3 Heyətinin rəisi X34, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X2N X32 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X6 rəisi XN0 xüsusi ittiham qaydasında şikayət ərizələri ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin N47.N və N47.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişlər. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası CM-nin N47.N və N47.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə N(0N0)-565/2022 nömrəli cinayət işi, X3 Azərbaycan Respublikası CM-nin N47.N və N47.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə N(0N0)-566/2022 nömrəli cinayət işi, X3 Azərbaycan Respublikası CM-nin N47.N və N47.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə N(0N0)-568/2022 nömrəli cinayət işi və X3 Azərbaycan Respublikası CM-nin N47.N və N47.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə N(0N0)-567/2022 nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi qərar alınmışdır. Məhkəmə iclasında dindirilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs XNN özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N və N47.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamlarla təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2003-cü il tarixdən xx.xx.202N-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.202N-ci il tarixli 0N487 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56cı maddəsinin V bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. "YouTube" platformasının “AzerFreedomTV” kanalında müxtəlif tarixlərdə “Vətən müharibəsi”, keçirilmiş hərbi əməliyyatlar, ordunun döyüş hazırlığı, həyata keçirilmiş hərbi əməliyyatlardakı nöqsanlar barədə çıxışlar etmişdir. Lakin bu çıxışlarında xüsusi ittihamçıların heç birinə qarşı sonuncuları hər hansı formada ittiham edən ifadələr səsləndirməmişdir. Bu səbəbdən ona qarşı irəli sürülmüş şikayətlər üzrə özünü təqsirli bilmir, bununla belə, şikayətçilərlə barışmağa, sonunculardan üzr istəməyə hazırdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Vətən müharibəsi” bitdikdən sonra medal alan şəxlərin siyahısı göndərilərkən onun adı da siyahıda olub, lakin ona heç bir medal verilməyib. Həmçinin Raketlərin folmulyarlarında onun nöqsanlara dair qeydləri var. Sonda o, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin nümayəndə və vəkillərini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, XNN Azərbaycan Respublikası CM-nin N47.N-ci və N47.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X22, XN9 və XN8 nümayəndəsi və vəkili “Ədalət” Vəkil Bürosunun vəkili MüdafiəçiN X22 şikayəti ilə bağlı qeyd etmişdir ki, X3 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedom TV” kanalındakı çıxışından aydın olur ki, XNN tərəfindən uzun müddətdir ki, Azərbaycan ordusunda xidmət etməkdə olan və şanlı zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsində fəal iştirak etmiş Müdafiə Nazirliyinin Hərbi Hava X40 İdarəsinin rəisi, polkovnik X42 barəsində həqiqətdən kənar, xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən, peşəkar fəaliyyətinə zərbə vuran və onu nüfuzdan salmağa yönəldilmiş, tamamilə böhtan xarakterli məlumatlar yayılmışdır. Belə ki, 0N noyabr 2022-ci il tarixində çıxışı zamanı XNN Hərbi Hava Qüvvələri komandanına yaxınlaşmaq istədiyi zaman X22 “hərbi komandanı blokadaya almaqda və ona ünvanlanmış müraciətlərdən ona sərf edənləri hərbi komandana təqdim edərək", digərlərini isə başının altına yastıq qoyaraq gələn gedənləri yola salmaqda” ittiham edərək ona böhtan atmışdır. Növbəti gün XNN çıxışında bildirmişdir ki. X42 hərbi hissələrə gedən zaman əvvəlcədən 5 ulduzlu, 4 ulduzlu otelini sifariş edib, payının hazır olmasını tələb etmiş, başqa heç bir iş görməmiş, 44 günlük Vətən müharibəsi boyu Göygöldə yerləşən “Elendorf” adlı oteldə olmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli çıxışında o, X30 ittiham edərək müharibə boyu döyüşdə iştirak etmədiyi halda oteldə qalaraq 7 medal və N orden aldığını və bununla da Cənab Prezidenti aldatdığını bildirmişdir. Göründüyü kimi, barəsində şikayət verilən şəxs “YouTube" platformasında "AzerFreedom TV" kanalında xüsusi ittihamçının barəsində yalan olduğunu bilə-bilə, şəxsin təqsirsizlik prezumpsiyasını pozmaqla onu Cinayət Məcəlləsinin 308.N, 34N.N, 342.N-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham etməklə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymış, həmçinin Cinayət Məcəlləsinin 3NN.3.3, 333.6-cı maddələrində nəzərdə tutulmuş əməlləri, yəni ağır cinayət hesab olunan əməlləri törətməkdə ittiham etmişdir. Qeyd edilməlidir ki, xüsusi ittihamçı Hərbi Hava X40 İdarəsinin rəisidir və barəsində şikayət verilən şəxsin sosial platformada xüsusi ittihamçının barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, Şanlı Zəfərimizdə göstərdiyi xidmətlərə kölgə salan məlumatların yayılması və ona böhtan atılması onun nüfuzuna xələl gətirir. Qeyd olunanlara əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N və N47.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Bundan başqa “Ədalət” Vəkil Bürosunun vəkili MüdafiəçiN XN8 şikayəti ilə bağlı qeyd etmişdir ki, X3 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedom TV” kanalındakı çıxışından aydın olur ki, XNN tərəfindən uzun müddətdir ki, Azərbaycan ordusunda xidmət etməkdə olan və şanlı zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsində fəal iştirak etmiş Müdafiə Nazirliyinin Hərbi Hava XN3 Heyətinin rəisi, polkovnik X34 barəsində həqiqətdən kənar, xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən, peşəkar fəaliyyətinə zərbə vuran və onu nüfuzdan salmağa yönəldilmiş, tamamilə böhtan xarakterli məlumatlar yayılmışdır. Belə ki, 0N noyabr 2022-ci il tarixli çıxışı zamanı, XNN, Ali Baş komandan tərəfindən verilmiş heyətin döyüşə hazır vəziyyətə gətirilməsi əmrin X34 tərəfindən icra olunmamasını, heyət döyüşə hazır olmasa da, qəsdən yanlış məruzə edərək heyətin döyüşə tam hazır olduğu bildirərək, xüsusi ittihamçını Aprel döyüşləri zamanı uğursuzluğa düçar etmədə ittiham edərək ona böhtan atmışdır. Göründüyü kimi, barəsində şikayət verilən şəxs ‘"YouTube” platformasında “AzerFreedom TV" kanalında xüsusi ittihamçının barəsində yalan olduğunu bilə-bilə, şəxsin təqsirsizlik rezumpsiyasını pozmaqla onu Cinayət Məcəlləsinin 328.4 və 342.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham etməklə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymış, həmçinin Cinayət Məcəlləsinin 328.4 və 342.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri, yəni ağır cinayət hesab olunan əməlləri törətməkdə ittiham etmişdir. Qeyd edilməlidir ki, xüsusi ittihamçı Hərbi Hava XN3 Heyətinin rəisidir və barəsində şikayət verdən şəxsin sosial platformada xüsusi ittihamçının barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən. Şanlı Zəfərimizdə göstərdiyi xidmətlərə kölgə salan məlumatların yayılması və ona böhtan atılması onun nüfuzuna xələl gətirir. Qeyd olunanlara əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N və N47.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Bundan başqa “Ədalət” Vəkil Bürosunun vəkili MüdafiəçiN XN9 şikayəti ilə bağlı qeyd etmişdir ki, XNN 0N, 02, 03, 06, N9 noyabr 2022-ci il tarixlərdə "YouTube" platformasının “AzerFreedom TV” kanalmdakı çıxışlar edərək, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında əhəmiyyətli yol oynamış Hərbi Hava Qüvvələrinin rəhbərliyi, xüsusilə də Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Müdafiə Nazirliyinin Hərbi X2N, general-leytenant X32 barəsində həqiqətə uyğun olmayan, xüsusi ittihamçının peşəkarlığını şübhə altına alan, onu nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, 0N noyabr 2022-ci il tarixindəki çıxışı zamanı XNN Hərbi Hava Qüvvələrində olan “özbaşınalıqlar”ın olması, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təhlükə altında olması”nı izləyicilərə təlqin etməklə, xüsusi ittihamçını belə şəraitin yaranmasının “təqsirkarı” kimi təqdim etmişdir. XNN növbəti çıxışlarında da xüsusi ittihamçını rəhbərlik etdiyi Hərbi Hava Qüvvələrinə rəhbərlik edən şəxs kimi daha ağır əməllər törətməkdə - Vətən Müharibəsi zamanı oktyabr ayının N6-dan N7-nə keçən gecə düşmənin atdığı raketin Gəncə şəhərinə düşməsinə imkan yaratmasında, yəni, stansiyam ani anda yerdəyişməyə və fasiləyə buraxmaqda, guya, Hərbi Hava Qüvvələrini qəsdən Gəncəni müdafiəsiz vəziyyətdə qoymasında ittiham etmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli və digər çıxışlarında o, xüsusi ittihamçının rəhbərlik etdiyi qurumun komanda heyətinin müharibə boyu döyüşdə iştirak etmədiklərinə, səhlənkarlığa yol verərək, dövlət əmlakına ziyan vurulmasına səbəb olduqlarına dair və s. bu kimi ağır ittihamlar irəli sürmüşdür. Göründüyü kimi, barəsində şikayət verilən şəxs “YouTube” platformasında “AzerFreedom TV” kanalında xüsusi ittihamçının barəsində yalan olduğunu bilə-bilə, şəxsin təqsirsizlik prezumpsiyasım pozmaqla onu Cinayət Məcəlləsinin 274, 3N4.3, 34N.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham etməklə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymaqla yanaşı, həmçinin Cinayət Məcəlləsinin 274, 34N.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri, yəni ağır cinayət hesab olunan əməlləri törətməkdə ittiham etmişdir. Qeyd olunanlara əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N və N47.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi3 X2 şikayəti ilə bağlı qeyd etmişdir ki, X3 02 noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedom TV” kanalındakı çıxışından aydın olur ki, XNN tərəfindən uzun müddətdir ki, Azərbaycan ordusunda xidmət etməkdə olan və şanlı zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsində fəal iştirak etmiş Müdafiə Nazirliyinin Hərbi X9 rəisi, polkovnik XN0 barəsində həqiqətdən kənar, xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən, peşəkar fəaliyyətinə zərbə vuran və onu nüfuzdan salmağa yönəldilmiş, tamamilə böhtan xarakterli məlumatlar yayılmışdır. Belə ki, 02 noyabr 2022-ci il, xx.xx.2022-ci il tarixli çıxışları zamanı XNN S-300 zenit raket kompleksinin polkovnik X2 təşəbbüsü ilə dəniz kənarında yüksək rütubətli yerdə yerləşdirildiyini, nəticədə kompleksin bərbad vəziyyətə salındığını, detallarının sıradan çıxdığını bildirmiş, bununla da X4 həmin kompleksin təmirinə milyonlarla pul xərclənməsinə səbəb olmaqda ittiham edərək ona böhtan atmışdır. Göründüyü kimi, barəsində şikayət verilən şəxs “YouTube” platformasında “AzerFreedom TV” kanalında xüsusi ittihamçının barəsində yalan olduğunu bilə-bilə, şəxsin təqsirsizlik prezumpsiyasını pozmaqla onu Cinayət Məcəlləsinin 342.N-N, 349.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham etməklə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymış, həmçinin Cinayət Məcəlləsinin 342.N-N, 349.2.3cü maddələrində nəzərdə tutulmuş əməlləri, yəni ağır cinayət hesab olunan əməlləri törətməkdə ittiham etmişdir. Qeyd olunanlara əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N və N47.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin N6 mart 2023-cü il və 0N aprel 2023-cü tarixli iclaslarında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir, polkovnik X35 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2020-ci ildə iyul hadisələrindən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin istifadəsində olmuş batareyalar Tovuz istiqamətinə aparılmış, həmin vaxtdan idarəçilik Lətif Mahmudova verilmiş, daha sonra Gəncə şəhərinə gətirilmişdir. “Vətən müharibəsi” zamanı Ermənistan tərəfindən N-ci raket Vardenisdən, digəri isə Gorusdan Gəncə şəhərinə atılmışdır. Silahlı qüvvələrin istifadəsində olmuş “Zenit” raket kompleksi N.200 metr hündürlüyə qədər raketləri vura bilmiş, lakin Gəncəyə atılan raketlər N.400 metr hündürlüyə çatdığından Gəncəyə atılan raketlərin tərəflərindən zərərsizləşdirilməsi qeyri-mümkün olmuşdur. “Vətən müharibəsi” zamanı Gəncə şəhərində 2 ədəd raket kompleksi olmuş, bunlardan birində texniki nasazlıq yaranmış, nasazlıq N0-N2 saata aradan qaldırılmışdır. Bununla belə raketlərin birinin nasaz olması digərinin işləkliyinə mane deyil. Bundan başqa ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun şəxsi heyətində olan N049 nəfərə medal verilməsi üçün müraciət olunub, cəmi N2 nəfərə medal verilməsindən imtina olunub. Məhkəmənin N6 mart 2023-cü il və 0N aprel 2023-cü tarixli iclaslarında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir, polkovnik X45 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Vətən müharibəsi” zamanı “Zenit” raket kompleklərinin söndürülməsi və ya yerinin dəyişdirilməsi barədə heç kimə komanda verməmiş, heç kimdən komanda almamışdır. Tabeliyində 2 ədəd batareya olmuşdur, bunlardan birində 09 oktyabr 2020-ci il tarixdə texniki nasazlıq olduğundan göndərilmişdir. Bununla belə raketlərin birinin nasaz olması digərinin işləkliyinə mane deyil. Bundan başqa Elşad Pənahov “Vətən müharibəsi” zamanı Gəncə şəhərində ümumiyyətlə olmayıb, onun rəhbərlik etdiyi hərbi hissəyə gəlməyib. Həmçinin ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, X53 şəhərində olarkən Səbuhi Abdullayev sonuncuya yaxınlaşaraq istehza ilə “peyğəmbər” deyə müraciət edib, Elşad Pənahov bunu ona sonradan bildirib. Bundan başqa X5N Abdullayevin Hərbi X2N ilə görüşdürmək imkanına malik olsa da sonuncu bu barədə müraciətini qeyri-rəsmi şəkildə edib. XNN adı medal alacaq şəxslərin sihayısında Müdafiə Nazirliyinə göndərilib, medalın verilməsi məsələsinin həllini nazirliyin təltif komissiyası həyata keçirir. Səbuhi Abdullayevə medal verilməsindən imtina olunmayıb. Həmçinin müharibə zamanı sonuncunun ezam olunması ilə bağlı heç bir əmr verməyib. İş materiallarına əlavə edilmiş “CD” disklərə baxış zamanı XNN 0N noyabr 2022-ci il tarixində “YouTube” platformasının “AzerFreedomTV” kanalındakı çıxışında aşağıdakıları qeyd edir: N. “...Nəhayət aprelin N-də döyüş başladı. Döyüş başladı mən bir şey çox məni təəccübləndirir. Məsələn döyüş başlamamışdan əvvəl bu bir dövlət sirridir. Amma bundan Hərbi Hava Qüvvələri komandanının xəbəri olur. Cənab nazirin xəbəri olur. Cənab nazir də məruzə edir cənab Ali Baş Komandana. Cənab Ali Baş komandan Azərbaycan Ordusu tam döyüşə hazırdır. Elədir ki, təbbiiki ordu tam döyüşə hazır olmasa döyüş əmri verilməzdi. Nəhayət döyüş zamanı aprel döyüşləri zamanı bir çox məlumatlar idarə etməyə girmir. Təbiiki mən bunu yenə də yanqı kimi məni bu xəyanət kimi vermirəm. Səhlənkarlıq kimi qəbul edirəm. Və məni aprel döyüşləri qurtarandan sonra məni xidmət etdiyim yerdən Sizin əmrinizlə cənab general-leytenant ezam edirlər döyüş bölgələrinə və orda mən N aya yaxın ezamiyyətdə oluram və mən orda bütün mən özüm ixtisasım üzrə kompleksdən danışmışam ki, və heç bir divizion döyüşə hazır deyilmiş. Və onu X48 Müdafiə rəisi və mən onun adını çəkmək istəyirəm bayram Nəsibov polkovnik Bayram Nəsibov anbaan məlumat və məlumatları və hansı məlumatda hansı nasazlıqlar var hamısını bir bir məruzə edirəm. Təbii ki onu da sizə məruzə edirlər. Nəticəni və sizdə bilirsiniz onu polkovnik X46 Müdafiə rəisi polkovnik Bayram Nəsibov da bilirdi ki, heç bir divizion döyüşə hazır deyildi. Bəs niyə cənab nazirə məruzə edir ki, Hərbi Hava Qüvvələri tam döyüşə hazırdır. Mən burda cənab naziri günahlandırmaq istəmirəm. Çünki o, sizin məruzənizə görə Cənab Ali Baş Komandana məruzə edib ki, Cənab Ali Baş Komandan Azərbaycan Ordusu tam döyüşə hazırdır və oradakı fəsadlardan sizin də xəbəriniz var. Yəni o raketlərin biri getdi fermaya düşdü biri getdi əkin sahəsinə düşdü, biri hara düşdü düşmən öz tapşırığını yerinə yetirməyə imkan yarandı...”
2. “...Deməli maraqlısı odur ki, bizə S-300 zenit raket kompleksi alınıb, bizdə polkovnik Şahvələdov var. X47 müdafiə rəsi, o polkovnik Şahvələdovun təşəbbüsü ilə həmin vaxtda Hərbi X2N general-mayor Altay Mehdiyev idi, təbii ki, mən xidmətdə olmayan, vəzifədə olmayan insanlar haqqında danışmaq istəmirəm, həm vaxt müddətinə görə, həm də artıq onların saləhiyyətləri yoxdur. O stansiya yerə, bir yerə, Azərbaycanın elə bir yerinə yerləşdirildi ki, N il ərzində bərbad vəziyyətə, bərbad nəinki kompleks zabitlər, əsgərlər hamısı pnevmaniya, hamısı xəstə, hamısı əzab içində, danışdırsanız bəlkə də deyərdilər ki, həyatda xidmətimizin ən ağır günlərimiz idi, ancaq hamı sevinirdi ki, S-300 zenit raket kompleksi alınıb. Baxın həmin vaxt nəmişlikdən o zenit raket kompleksinin ilk öncə nəzərinizə çatdırım ki, S-300 zenit raket kompleksi ballistik hədəflərə qarşı da effektivdi, bizim ümid yerimizdi. Çünki düşməndə “İsgəndər” var, “Toçka-U” var, “Elbrus” var, bizim də S-300 var, bunu yerləşdirdilər ora, orda bərbad vəziyyətə saldırlar, vsevısotnoye obnarujeniye bunu ixtisasçılar gözəl bilir, ikisi də bölmənin ikisində də VVO sıradan çıxdı, diodlar var və bunlar işlək vəziyyətdə deyil, bu kəşfiyyat stansiyası artıq kordu, divizion kordu, nəhayət Hərbi X2N general-leytenant Ramiz Tahirov təyin olundu və onu gətirdi Abşeron yarımadasınd amüəyyən nöqtələrdə yerləşdirdi, amma o iki stansiya hər iki bölmədə də bədbəxtçilikdənmi deyim, bilərəkdənmi deyim, bilmirəm adını nə qoyum mən onun ən yaxşı halını deyim, bəxtsizliyimizdən hər iki divizionda da eyni stansiya xarab oldu və bunun təmir olunması üçün N milyon, bəlkə də çox olar, bəlkə də az olar, bilmirəm, mənim hesablamama görə, N milyona bəlkə başa gələrdi, olmasın N milyon, olsun N0 min, indi məsələn deyirəm...”
3. “...Ola bilsin ki, yəni sizin əhatənizdə böyük bir qurum var hansısa nüanslar sizin gözünüzdən qaça bilər amma mən sizə yaxınlaşmaq istədim. Zabitlər evində yaxınlaşmaq istəyəndə sizi blokadaya almış polkovnik Elşad Pənahov ordadır, oturub yəni sərf eləyən müraciətləri sizə yönəldir, eləməyənləri orda başının altına yastıq qoyub və gələn gedəni yola salır və hətta məni Silahlı Qüvvələrdən təxris etməyə çalışan ilk zabitlərdən biridir polkovnik Elşad Pənahov. Mənim onun haqqında böyük sübutlarım var və onlar haqqında danışacam. Müraciət və mən sizə yaxınlaşmaq istədim. Mən istədim ki, sizin xəbəriniz olmayan Sizin ümumiyyətlə günahınız olmayan bir hadisəyə görə cəzalanasınız və dedim ki, bəlkə özünüz aradan qaldırarsınız və dedim ki, biləsiniz hətta sizinlə qohumluq əlaqəsi olan polkovnik adın çəkmək istəmirəm müraciət etdim və dedim xahiş edirəm cənab komandana bunu deyin və məni qəbul etsin və nazirliyin qabağına 2 dəfə gəldim mənə dedilər sən ancaq sifarişlə qəbula düşüb görüşə bilərsən və nəhayət ki, bir müddət keçdikdən sonra aidiyyəti üzrə qurumlara müraciət etdim təbiiki müraciətim o qədər ağır bir müraciətdir ki, və bundan ağır heç bir şey ola bilməz. Vətən müharibəsi zamanı polkovniklər, real olan adları mən çəkdim, hansı ki komandanın ətrafından blok kadr, yəni elə bloklaşdırıb ki, heç bir şikayət, heç bir şey gəlib ona çata bilmir. Onun ümumiyyətlə dedikləri, o yəni onun üçün doğrudu. Özü də o, elə bir insandırki, mən xidmət dövründən, ömür billah, o bizdə zampolit deyirlər, siyasi işlər üzrə müavin və indi hal-hazırda yüksək bir postdu. Komandanın müavinidi. Bu insan zampolitdi, siyasi işlər üzrə, bu insanın dediyi, ən azından o şey deyirlər, yəni çatdırılması, natiqliyi ilə, bugünə qədər mən onun nə dediyini başa düşməmişəm bu N8 il 8 ayda, eləcə də mən də inanmıram kimsə orda məsələn başa düşər, çox belə onu burda istəmirəm. İş orasındadır ki, bax bu insan hərbi hissələrə gedir, ancaq otellərdə qalır, 5 ulduzlu otellərdə və yaxudda 4 ulduzlu, nəsə ulduzu olmasın, otellərdə. Varsa burda, baxın, mən öz şərəfinizə, vicdanınıza tapşırıram, varsa burda onun xidmət sahəsində xidmət edən zabitlər, sizdə ümumiyyətlə...Bu insan hara gəlirsə əvvəlcədən yerini sifariş elətdirir, otelini sifariş elətdirir. Otelim hazır olsun, payı hazır olur. Nəyi hazır olur. Heç kim bunun gəlişinə sevinmir. Onsuz da bu gəlib girir, yəni heç nə eləmir. Bu insan müharibə boyu Göygöldə .... otel var. ... Oteldə qaldı. Siz cənab polkovnik...və mən orda ona dedim ki, cənab polkovnik onda necə olur ki otellərdə qalanlar alır, 7 medalı və N ordeni? Bəs döyüşənlər hanı? Dedi sən məni nəzərdə tutursan? Dedim bəli, imenni sizi nəzərdə tuturam, indi mənə deyin, ya siz, iki variantınız var, ya siz Elşad peyğəmbərsiz, Elşad əliyhissəlam. Siz necəki peyğəmbərimiz meracla göyün 7-ci qatına gedib-gəlib, sizdə elə...oteldə eyni anda yeddi rayonu azad edib qayıtdız və o medalları aldınız. Əgər siz peyğəmbərsinizsə, siz mənə deyin və mən sizə iman gətirim. Yox əgər siz peyğəmbər deyilsinizsə, deməli siz ikinci variantı seçin. Cənab Ali Baş Komandanı aldatdınız. Bu sözüm ona çox pis təsir elədi. Təbii ki hərbi hissədə bu ajiotaja, bu öz məni artıq cənab komandana götürür, indi özü, onu buraxıram əgər varsa allahı, öz allahına, şahidlərin hamısı varki, mən onu yəni belə demişəm...”
4. “Mənim möhtərəm Prezidentə, Ali Baş komanda müraciətim var. Mən ehtiyatda olan mayor Abdullayev Səbuhi N986-cı ildə Bakı şəhərində anadan olmuşam. Hərbi Hava Qüvvələrində N8 il 8 ay xidmət etmişəm. Mənim müraciətim Azərbaycan Respublikasının bütövlüyü və suverenliyinə aiddir. Mən avqust ayının NN -də möhtərəm Prezidentə müraciət etdim. Bir başa general polkovnik Məhərrəm Əliyevin qəbulunda oldum. Ali Baş Komandana ünvaladığim məktubu ona təqdim etdim. Amma təəssüflər olsun ki, mən müraciət etdiyim qruma təqdim edəndə məktubu şikayət etdiyim qrum bu barədə səhər ayın N2-də məlumatlı oldu, qrumun rəhbərliyi məlumatlı oldu və 4 gündən sonra cənab Ali Baş komandana ünvanladığım xidməti məktubum, o məktub Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə xidmət edirdi və çox ciddi təhlükəli müraciət idi. Ümumi mövzusu Azərbaycan Respublikasının ərazi bütvüyü və suverenliyi təhlükə altındadır. Ümumi mövzu bu idi N ağır ittihamlar idi. Məni təəccübləndirən hadisə odur ki, mən general polkovnik Məhərrəm Əliyevin heyətinə bu məktubu təqdim etdikdə bu təbiiki birbaşa Ali Baş Komandana çatmalı idi. Amma bunu Hərbi X2Nna çatmağı odur ki, təsəvvür edin ki, mən cənab Ali Baş Komandana qarşı suiqəsd ifşa məktubu göndərirəm. Cənab Ali Baş komandana bu çatmır. Birbaşa suiqəsdi təşkil edən qurumun rəhbərinə çatır. Mən bunu bir vətəndaş kimi tələb edirəm. Siz bəlkə də bunun nə dərəcədə ciddi olduğunu bilməyəcək öz general yoldaşınıza verdiniz həmin məktubu. Amma yəni siz unutmayın ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı öz əmək haqqından maaşından vergi verir və hər bir vəzifə tutan hərbi qulluqçu həminki maaşdan həminki vergidən maaş alır. O sizin vəzifə borcunuz idi ki, siz o məktubu Cənab Ali Baş Komandana verəsiniz. Bu bir, ikincisi siz mənə qarşı suiqəsd “kanrtaktasiya" təhlükəsi yaratdınız, çünki o məktubun anonimliyi nə qədər mənim üçün önəmlidir. Artıq o qurum xəbərdar oldu ki, mən ordaki ittihamlar xidmətdən təxris olunandan sonra araşdırıb Cənab Ali Baş komandana müraciət etmişəm. Mən Azərbaycan Ordusunda , 2003-cü ildə hərbi and içmişəm və Cənab Ali Baş komandanın əsgəriyəm. Mən vaxtilə Hərbi Hava Qüvvələrində xidmət edərkən cənab general leytenant Ramiz Tahirov bəlkə də siz xatıqlamazsınız. Amma mənim xidmətim boyu Hərbi Hava Qüvvələrinə nə qədər böyük xidmətlərim olub. Onu siz öz aidiyyəti üzrə müavinlərinizdən maraqlana bilərsiniz. Aprel döyüşləri ölkəmiz müəyyən qədər onları öz onları alternativ yollarla bir o məlumatları döyüş hazırlıq vəziyyətinə gətirdik. Və nahayət mən öz bölməmə qayıtdım və qayıtdıqdan sonra yenə sizin göstərişinizlə, yəni ki, siz razı qaldınız məndən bəyəm əgər razı qalmasaydınız məni bir də ezam eləməzdiz deməli bazaya ezam etdiniz. Sumqayıt ərazisində yerləşən “N” saylı bazaya məni ezam etdiniz və mən orda yenə bizim orda ehtiyyat məlumatları nasaz məlumatları döyüşə hazır vəziyyətə gətirdik. Və nahayət bizim rəhbərlik yəni RAS xidmət rəisindən bizə belə sevindirici bir xəbər gəldi Hörmətli zabitlər artıq sizi təbrik edirəm Belarusiyadan mütəxəssislər gələcək və məlumatlar əsaslı təmir olunacaq. Təbiiki mən bir ixtisasçı kimi buna sevindim. Həqiqətən də biz çünki biz də öyrənmək istəyirik. Biz də biliyimizi artırmaq istəyirik. Bu bizi sevindirir. Biz bu kontraktı 2 il gözlədik səbirsizliklə. Amma 2 il boş dayanmadıq. Demək olar ki, gücləndirilmiş iş rejimində günlərlə mən ezamiyyətdən mən demək olar ki, ancaq ezamiyyətlərdə xidmətimi keçirmişəm. Və nəhayət ki, 2 ildən sonra Belarusiyadan şirkətin adını deməyəcəyəm Belarusiyadan çünki yəni şirkətin yəni şirkətin adı ZRQ-lərinin adıdı hərbi hissələrin yerlərdəki Azərbaycan Respublikasının dövlət sirrinin mühafizəsi haqqında qanunları rəhbər tutaraq yəni bunları demək istəmirəm ama sadəcə olaraq yəni araşdırma zamanı olan hamısı bilinəcək mənim hamısında araşdırmalarımda öz əksini tapır, deməli belaruslar gədi və bu belarusdanmənim xidmət etdiyim mənə təhkim olunmuş "kontrolnı ispitatelni pekodoijni” stansiyanı var. Orada milyonlarla qiyməti var onun. Onu özunuz də bilirsiniz hətda siz onu bizə təqdim eleyəndə dediniz ki, bu Göy zavod tərəfindən hazırlanıb və bunun neçə milyon qiyməti var. Məxfi stansiyadır. Təbiiki bu belarus ondan çox N0 nəfərdən çox yəni sayında səhvlik edərkən belarusdan gəldi artıq və biz bunların içinə baxmaq bunlar çünki işə giriş etmək istəyirlər stansiyaya baxmaq istəyirlər əbiyiki məndə belə bir ümumiyyətlə göstəriş kimi gəlir baxgör hələ bular yəni bir şey də çünki bunlar böyük mütəxəssisdir, təcrübələri var. Mən bunların yanında durdum. Bunların işinə biz baxmaq istədik, çünki işə giriş etmək istəyirlər, stansiyaya baxmaq istəyirlər. Təbiiki mənədə belə bir göstəriş kimi şeylər gəldiki bax gör hələ bunlar bir şey biləcəklərmi, çünki mütəxəssisdirlər, bunların böyük təcrübələri var. Mən bunların yanında durdum. Bunlar birinci dəfədirki bu stansiyaya girirdilər. Sadəcə onlar onun qapısını tanımırlar, onlar instruksiyanı açıb, o stansiyada o qədər tumbler, o qədər knopkalar varki, mürəkkəb stansiyadı. Raketlərin təmin olunması üzrə Hərbi Hava Qüvvələrində xidmət edənlər bilər. Bunlar onun instruktruna baxa-baxa tumblerləri qaldırırdılar. Təbii ki, onunda təlimatı pozulurdu, orada zaman var, orda dəqiqə saniyə söhbətləri var, onlara riyət etməlisən. Əks əqdirdə Akibisdə məlumatlar sıradan çıxacaq. Mən onların işini saxladım və mənim əhbərliyim adını çəkəcəm X44. X44 Hərbi Hava Qüvvələrin Ras xidməti rəisidir. Mən ona məruzə etdimki bunlar sıfır səviyyəsindədir. Hətta nənim əsgərimin biliyi qədər bilikləri yoxdur. Mən işi saxlamaq məcburiyyətindəyəm. Onları stansiyadan kənarlaşdırdım və bu onu ona yetirdi. Yetirdi və o işin saxlanması...axı belə şey olmaz axı burda mütəxəssislər gözləyirdik neçə ildir. Kontraktın qiymətini mən açığın deyirəm, kontraktda mənim adım var, yəni olub. Mənim adım orda ilk adlardandır amma ki, mənim orada onun qiymətini milyonlarla var belə deyək. On milyonlarla var yəni. Artıq ifşa olunduqda bir şeyi ümumiyyətlə nəzərinizə çatdırım ki, bizi belə bir bizim qərargah rəisimiz polkovnikleytenant Nəsimi Babaşov. Bu bizə məlumat verdiki o gələn Belarusların içində 4 nəfər Ermənistan ərazisində olub və ordan sonra Azərbaycana gəliblər. Onları nəzarətinizdə saxlayın. Təbii ki, mən aşağı vəzifəli, aşağı rütbəli biri həmdə öz işimlə məşğul olmalıyam, nənim özümün vəzifə borclarım var. Və onlara nəzarət edənlərin vəzifə borcları, o nə qədər nərhələləri keçib məxfi hərbi hissəyə qədər giribsə artıq mən ona heç nəzarət edə bilərdimki. Onu qoyduq bir kənara. Onada nəzarət etməyə bacaracam, amma bir suala cavab tapa bilmirəm ki, onlar mütəxəssis olmaya-olmaya, ixtisas bilikləri olmaya-olmaya ilk dəfə o işə belə leyək təcrübə yığmağa gəliblərsə, niyə onlar Ermənistandan gələnlərin Azərbaycana gəlişi o qədərmi vacib idi. Necə oldu ki, “Vətən müharibəsi” boyu o stansiya yeganə stansiya idi ki, Gəncəni müdafiə edirdi. Bu zaman zaman həmin stansiya yerdəyişməyə və fasiləyə verildi və bundan dəqiqələr sonra vuruldu. Kim verir bu komandanı? Əgər müharibə şəraitində yox adi vəziyyətdə biz...necə ki, mənim Ramiz Tahirova çatan kimi insan srazı telekanallarda verdi ki, Azərbaycanın hava məkanı uğurlu qorunur. Onu məndən çox istəyən yoxdur, cənab general. Amma qorunmur cənab general. Necə olur ki, biz sektoru bilirik, Vardenisdən atacaqlar, zərbəni görürük, biz onu vura bilmirik. Vaxtı, istiqaməti bildirmiz vaxtı vura bilmiriksə, Gəncəni müdafiə edə bilmiriksə indi necə müdafiə edə bilərik? Bizim bu dəqiqə qəfil zərbəyə davamiyyətimiz sıfırdı. Ermənistan heç vaxt bizi qanadlı raketlərlə hədələməyib. Həmişə bizi balestik raketlə hədələyib. Niyə görə bəs biz qanaqlı raketlərə qarşı ZRK-i almışıq. Tutaq ki, bu heç ballistik hədəflərə qarşı deyil məsələn o belə maraqlıdır bəli, bəli var alınıb S-300 ZRKsinin 48N6EZ raketləri sırf balistik hədəflərə qarşı efektiv ümumiyyətlə raketlərdi. Sadəcə olaraq burda yenə də deyirəm mən o, ümumiyyətlə, həminki ümumiyyətlə divizionun bir balaca mən onda əvvəlcədən sadaladığım bəli nöqsanları da bəli bir az ehtimalı aşağı saldı. Bir balaca sonra orda varlığı da divizionun varlığı da, yəni Azərbaycan ərazisində o, mən belə deyirəm açığını deyirəm. S-N25 ZRK yerinə S-300 ZRK-i yəni ora xərclənən pulun yerinə daha 2S-300 ZRK-i və dayanıqlı olsaydı və o çox indiyənə qədər bir çox yəni zərbələrin qarşısını alacaqdıq. Bir də mən orda da dedim cənab komandana dedim ki, məni Hərbi Hava Qüvvələrinə də yenidən dərs deməyə yenidən qaytarmaqla mən bu mübarizəmdən, ümumiyyətlə, əl çəkməyəcəm bu axı o mübarizənin buna aidiyyəti yoxdur. Məni lap nazirliyə lap belə müavində götürsələr bu nöqsanlar aradan qalxmasa mən o nazirliyin pəncərəsindən də olsam da qışqıracam ki, Azərbaycan Respublikasının ərazi bütövlyü, suverenliyi hələ də təhlükədədir. Mən orada general leytenant Ramiz Tahirovun orda dediklərindən belə anladım ki, orda ixtisasçılar yəni daha bilikli mütəxəssislər, yəni mən Hərbi Hava Qüvvələrindən danışıram. Onu inandırmağa çalışıblar ki, o zavodun Göy zavodun təmiri həmin ZRK-nin istismar müddətini artırılmağını tam təmir edir amma burda belə bir şey yox idi. Biz onunla da gözələ ətraflı həm texniki həm nə bilim hər bir şeydən yəni söhbət etdik. Həm yəni bir mənə elə gəlir ki, mən yenə də yəni deyirəm onu insanın özünün fikirləri olan özünün düşüncəsi var. Hörmətlə yanaşıram. Mənə elə gəlir ki, o özdə yəni hiss edir ki, həqiqətəndə həqiqətəndə o ZRK-inin istismar müddətinə artırılmasını bir başa ona doğru bir yol kimi təqdim ediblər.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin arayışına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik X42 həqiqətən xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 99N və N nömrəli nömrəli hərbi hissənin Zəngilan, Qubadlı rayonlarında və Hadrut qəsəbəsində yerləşən bölmələrində ezamiyyətdə olmuşdur. Müharibə dövründə Gəncə və Göygöl şəhərlərində yerləşən hərbi hissələrdə ezamiyyətdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 998 saylı Hərbi Hissə tərəfindən verilmiş arayışdan görünür ki, polkovnik X42 xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri tərəfindən aprel döyüşləri ərəfəsində və sonrasında mayor XNN və digərləri tərəfindən texnikaların işləkliyi ilə bağlı keçirilmiş yoxlamaların formulyarlarından çıxarışlara əsasən texnikaların işləklikliyi ilə bağlı keçirilmiş yoxlamaların düzgünlüyü digər şəxslər, eləcə də Səbuhi Abdullayevin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirinin müavini-Hərbi X2Nn birinci müaviniqərargah rəisi vəzifəsini icra edən Məzahir Rüstəmovun 03 iyul 2023-cü il tarixli məktubundan görünür ki, ehtiyatda olan mayor X3 Hərbi Hava Qüvvələrinin silahlanmasında olan döyüş texnikaları və raketlər barədə fikirləri həqiqətə uyğun deyil. S.Abdullayevin sözlərinə görə S-300PMU2 zenit-raket sisteminin polkovnik Elmar Şahvələdovun qərarı ilə dəniz kənarında yerləşdirilməsi həqiqətə uyğun deyil. Belə ki, S- 300PMU2 zenit-raket sistemi Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərinin qərarı ilə silahlanmaya yeni qəbul olunma dövründə Yaşma yaşayış məntəqəsində Müdafiə Nazirliyinin balansında olan ərazidə müvəqqəti yerləşdirilmişdir. Həmin dövrdə polkovnik E. Şahvələdov Hərbi Haba Qüvvələrinin Əməliyyat İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir və o S-30QPMU2 zenit-raket sisteminin yerinin təyin edilməsi barədə qərar vermə səlahiyyətinə malik olmamışdır. S.Abdullayevin S-300PMU2 zenit-raket sisteminin köhnə istehsal illi olması barədə fikirinə cavab olaraq bildirilir ki, S-300 PMU-2 zenit-raket kompleksi 20N0-cu ildə istehsal edilmiş və həmin ildə Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmişdir. S-300 PMU-2 zenit-raket sistemi Azərbaycan Respublikasına gətirilməsi zamanı texniki sənədlərdə və texnikanın üzərində yerləşdirilmiş sayğaclarda motoehtiyat göstəriciləri 20+30 motosaat olmuşdur ki, bu da kompleksin köhnə olmadığını sübut edir. S.Abdullayevin S-300 zenit-raket kompleksinin dəniz kənarında yerlərdirməklə istismarının mümkünsüzlüyü barədə fikrinə cavab olaraq bildirilir ki, S-300 PMU-2 zenit-raket sisteminin istismar təlimatının iqlim şərtlərinin açıqlanması bölməsində qeyd edilmişdir ki, sözügedən kompleks havanın temperaturu ± 50° C, nisbi rütubət 98%, küləyin sürəti 30 m/s-ə qədər, günəş radiasiyası, dəniz dumanı, yağıntı, buzlaşma şəraitində və dəniz səviyyəsindən 3000m-ə qədər hündürlükdə yerləşdirilməklə istismarı mümkündür. Qeyd olunan kompleks Abşeron yarımadasında yerləşdirilməklə istismar olunsa da, 44 günlük Vətən müharibəsində verilmiş tapşırıqları yerinə yetirməklə düşmənin 2 ədəd ballistik hədəflərini məhv etmişdir. Əlavə olaraq bildirilir ki, S.Abdullayevin SN25-2TM divizionlarındakı raketlərin nasaz olması fikri də həqiqətə uyğun deyil, beləki 20N6-cı il aprel döyüşlərindən sonra hərbi hissələrdə raketlərin illik yoxlanılması qrafikinə uyğun məmulatların yoxlanılması həyata keçirilmişdir və bu məqsədlə mayor S. Abdullayev hərbi hissələrə ezam olunmuşdur. N ay öncə yoxlanılmış bütün raketlərin formulyarlarında özü tərəfindən döyüşə hazırlıq barədə tərtib edilmiş aktı imzası ilə təsdiq etmişdir. Eyni zamanda S.Abdullayevin 20N6-cı il aprel döyüşləri zamanı döyüş atışlarından sonra raketlərin əkin sahələrinə düşməsi faktı həqiqəti əks etdirmir, belə ki, 20N6-cı ilin aprel əməliyyatları zamanı düşmən tərəfindən hava hücum vasitələri tətbiq edilmədiyi üçün S-N25-2TM zenit-raket komplekslərindən döyüş atışları icra olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N və N47.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, xüsusi ittihamçıların vəkillərinin və şahidlərin ifadələri, maddi sübutlar və məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan digər mötəbər sübutlarla tam sübuta yetirilir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N və N47.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təsdiq edən tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Respublikası Cinayət Məcəlləsinin N47.N və N47.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməllərinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, çıxışlarında xüsusi ittihamçıların heç birinə qarşı sonuncuları hər hansı formada ittiham edən ifadələr səsləndirməməsi barədə XNN ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, XNN Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava X40 İdarəsinin rəisi X3N 0N noyabr 2022-ci il tarixində çıxışı zamanı XNN Hərbi Hava Qüvvələri komandanına yaxınlaşmaq istədiyi zaman X22 ‘'hərbi komandanı blokadaya almaqda və ona ünvanlanmış müraciətlərdən ona sərf edənləri hərbi komandana təqdim edərək", digərlərini isə başının altına yastıq qoyaraq gələn gedənləri yola salmaqda” ittiham edərək ona böhtan atmışdır. Növbəti gün XNN çıxışında bildirmişdir ki, X42 hərbi hissələrə gedən zaman əvvəlcədən 5 ulduzlu, 4 ulduzlu otelini sifariş edib, payının hazır olmasını tələb etmiş, başqa heç bir iş görməmiş, 44 günlük Vətən müharibəsi boyu Göygöldə yerləşən “Elendorf” adlı oteldə olmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli çıxışında o, X30 ittiham edərək müharibə boyu döyüşdə iştirak etmədiyi halda oteldə qalaraq 7 medal və N orden aldığını və bununla da Cənab Prezidenti aldatdığını bildirmişdir. XN Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava XN3 Heyətinin rəisi X23 0N noyabr 2022-ci il tarixli çıxışı zamanı Ali Baş komandan tərəfindən verilmiş heyətin döyüşə hazır vəziyyətə gətirilməsi əmrin X34 tərəfindən icra olunmamasını, heyət döyüşə hazır olmasa da, qəsdən yanlış məruzə edərək heyətin döyüşə tam hazır olduğu bildirərək, xüsusi ittihamçını Aprel döyüşləri zamanı uğursuzluğa düçar etmədə ittiham edərək ona böhtan atmışdır. XN Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X2N X29 0N noyabr 2022-ci il tarixindəki çıxışı zamanı XNN Hərbi Hava Qüvvələrində olan “özbaşınalıqlar”ın olması, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təhlükə altında olması”nı izləyicilərə təlqin etməklə, xüsusi itihamçının belə şəraitin yaranmasının “təqsirkarı” kimi təqdim etmişdir. XNN növbəti çıxışlarında da xüsusi ittihamçını rəhbərlik etdiyi Hərbi Hava Qüvvələrinə rəhbərlik edən şəxs kimi daha ağır əməllər törətməkdə - Vətən Müharibəsi zamanı oktyabr ayının N6-dan N7-nə keçən gecə düşmənin atdığı raketin Gəncə şəhərinə düşməsinə imkan yaratmasında, yəni stansiyanı ani anda yerdəyişməyə və fasiləyə buraxmaqda güya Hərbi Hava Qüvvələrini qəsdən Gəncəni müdafiəsiz vəziyyətdə qoymasında ittiham etmişdir. xx.xx.2022-ci il tarixli və digər çıxışlarında XNN xüsusi ittihamçının rəhbərlik etdiyi qurumun komanda heyətinin müharibə boyu döyüşdə iştirak etmədiklərinə, səhlənkarlığa yol verərək, dövlət əmlakına ziyan vurulmasına səbəb olduqlarına dair və s. bu kimi ağır ittihamlar irəli sürmüşdür. XN Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X6 rəisi X5 02 noyabr 2022ci il, xx.xx.2022-ci il tarixli çıxışları zamanı XNN S-300 zenit raket kompleksinin polkovnik X2 təşəbbüsü ilə dəniz kənarında yüksək rütubətli yerdə yerləşdirildiyini, nəticədə kompleksin bərbad vəziyyətə salındığını, detallarının sıradan çıxdığını bildirmiş, bununla da X4 həmin kompleksin təmirinə milyonlarla pul xərclənməsinə səbəb olmaqda ittiham edərək ona böhtan atmışdır. Bununla belə, XNN məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava X40 İdarəsinin rəisi X42, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava XN3 Heyətinin rəisi X34, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X2N X32 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X6 rəisi X2 faəliyyətlərindəki özünün çıxışlarında ifadə etdiyi qanunsuzluqları sübuta yetirə bilməmişdir. Məhkəmə xüsusi icraata qaydasında şikayətin materiallarını nəzərdən keçirərkən müəyyən edir ki, XNN Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava X40 İdarəsinin rəisi X30 308.N-ci, 34N.N-ci, 342.N-ci, 3NN.3.3-cü və 333.6-cı maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham etməklə böhtan atması ilə yanaşı, həmçinin həmin Məcəllənin 3NN.3.3-cü və 333.6-cı maddələrində nəzərdə tutulmuş əməlləri, yəni ağır cinayət hesab olunan əməlləri törətməkdə ittiham etmişdir. Bundan başqa xüsusi icraata qaydasında şikayətin materiallarını nəzərdən keçirərkən məhkəmə müəyyən edir ki, XNN Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X2N X29 Cinayət Məcəlləsinin 274-cü, 3N4.3-cü və 34N.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham etməklə böhtan atması ilə yanaşı, həmçinin həmin Məcəllənin 274-cü maddəsində nəzərdə tutulmuş əməli, yəni xüsusilə ağır cinayət hesab olunan əməli və həmin Məcəllənin 34N.3-cü maddəsində nəzərdə tutulmuş əməli, yəni ağır cinayət hesab olunan əməli törətməkdə ittiham etmişdir. Bundan başqa xüsusi icraata qaydasında şikayətin materiallarını nəzərdən keçirərkən məhkəmə müəyyən edir ki, XNN Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava XN3 Heyətinin rəisi X24 Cinayət Məcəlləsinin 328.4-cü və 342.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham etməklə böhtan atması ilə yanaşı, həmçinin həmin Məcəllənin 328.4-cü maddəsində nəzərdə tutulmuş əməli, yəni ağır cinayət hesab olunan əməli törətməkdə ittiham etmişdir. Bundan başqa xüsusi icraata qaydasında şikayətin materiallarını nəzərdən keçirərkən məhkəmə müəyyən edir ki, XNN Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X6 rəisi X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.N-N-ci və 349.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X6 rəisi X2 vəkili Müdafiəçi3 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətində X3 Elmar Şahvələdovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.N-N-ci və 349.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri, yəni ağır cinayət hesab olunan əməlləri törətməkdə ittiham etməsi, bununla da sonuncunun əməlində həmin Məcəllənin N47.2-ci maddəsinin tərkib əlaməti olduğunu bildirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.N-N-ci və 349.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatı baxımından az ağır cinayətlər kateqoriyasına aid olduğundan, X3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X6 rəisi X5 qarşı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin N47.2-ci maddəsinin tərkib əlaməti yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.N-N-ci maddəsinə əsasən, rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 349.2.3-cü maddəsinə əsasən, silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları və ya hərbi texnikanı qəsdən məhv etmə və ya zədələmə, 349.N-ci maddəsində nəzərdə tutulmayan sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə xeyli miqdarda zərər vurulması ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N5.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.N-ci maddəsinin dispozisiyasında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47.2-ci maddəsinin dispozisiyasında ağır və ya xüsusilə ağır cinayətdə ittiһam etməklə böһtan atmaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl, düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə-on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 3NN.3.3-cü maddəsinə əsasən, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi Bu Məcəllənin 3NN.N və ya 3NN.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 328.4-cü maddəsinə əsasən, rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə mühüm zərər vurduqda - Bu Məcəllənin 328.N-328.3-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 333.6-cı maddəsinə əsasən, bu Məcəllənin 333.N-333.4-N-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə-üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 34N.3-cü maddəsinə əsasən, rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - Bu Məcəllənin 34N.N və 34N.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə-beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N5.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N5.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatı baxımından xüsusilə ağır cinayətlər kateqoriyasına, 3NN.3.3-cü, 328.4-cü, 333.6-cı və 34N.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatı baxımından ağır cinayətlər kateqoriyasına aiddir. Məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N47-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti etibarı başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi xüsusi ittihamçılar yüksək hərbi rütbəli məmurlardır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2N fevral 20N4-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, CM-nin N47 və N48-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 202N-ci il tarixli N5 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğunun olmamasını, əvvəllər barəsində başlanmış cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, X3 XN2 ilə birgə nikahlarından N4 mart 20N3cü il təvəllüdlü XN4 və 09 dekabr 20N5-ci il təvəllüdlü X7 anadan olmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X25 N5 avqust 2022-ci il tarixli “Cinayət işi üzrə icraata və cinayət təqibinə xitam verilməsi haqqında” Qərarına əsasən 06 sentyabr 202N-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində başlanmış cinayət təqibi üzrə icraat üzrə XNN Azərbaycan Respublikası CM-nin 34N.N-ci maddəsi ilə təqsirli bilinmiş,(xidmətin balansında olan istismarı bitmiş qoşqu və yarımqoşquları doğratdırıb qara metal kimi sataraq maddi vəziyyətini düzəltmək məqsədi ilə 7800 azn ziyan vurmuşdur) sonuncu barəsində başlanmış cinayət işinə Səbuhi Ağasəlim oğlu tərəfindən vurulmuş maddi ziyanın 7.800 manat hissəsi ödənildiyindən cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə müvafiq olaraq xitam verilmişdir. Törətdiyi əməllərdən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə X3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.N-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi X8 Azərbaycan Respublikası CM-nin N47.N-ci və N47.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin N7.N-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası CM-nin N47.N-ci və N47.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.N və 56.N.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin N47.N-ci və N47.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X8 azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in N55.N.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N57.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 20N0-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in N56.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 03 ədəd “DVD” disk və 0N ədəd fleş toplayıcı Azərbaycan Respublikası CPM-nin N32.N.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin N93.2-ci maddəsinə əsasən şübhəli və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0N fevral 200N-ci il tarixli, 3N nömrəli Qərarının N-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin N93.2, N93.4-cü və N94-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 35N-353, 38N, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:
XNN Azərbaycan Respublikası CM-nin N47.N-ci və N47.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin N47.Nci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin N47.2-ci maddəsi ilə 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən X8 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. XNN ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu N4 avqust 2023-cü il tarixdən, saat N4:N5-dən hesablansın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri seçilsin və XNN hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. XNN barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X3 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 03 ədəd “DVD” disk və 0N ədəd fleş toplayıcı Azərbaycan Respublikası CPM-nin N32.N.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. X8 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********03N, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Elnur Nuriyev