Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-193/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkumluğu olmayan, “xxxxx” MMC-də xəmirkeş işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 26 – xx xxxxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1997-ci ildə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış sahəsi, dalan 4, nömrəsiz ünvanda yaşayan, 26 – xx xxxxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu ildə saat 01:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə həmin evə qanunsuz daxil olaraq oradan 500 manat dəyərində “Vanward” markalı kombi aparatı, hər biri 120 manat dəyərində 12 seksiyadan ibarət olmaqla cəmi 480 manat dəyərində istilik sisteminə aid olan 04 ədəd batareyaları, bir ədəd 250 manat dəyərində olan “Dell” markalı noutbuku, bir ədəd 500 manat dəyərində olan “Beko” markalı stolüstü kompüteri, bir ədəd 400 manat dəyərində olan “Beko” markalı kondisioneri və bir ədəd 100 manat dəyərində olan köhnə samovarı gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 2.230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2019-cu ildə saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq oradan hər biri 350 manat olmaqla ümumilikdə 700 manat dəyərində olan iki ədəd “Shivaki” markalı kondisioneri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2019-cu ildən xx xxxxxxxx 2019-cu il saat 01 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan bir ədəd 400 manat dəyərində olan “Beko” markalı kondisioneri, bir ədəd 25 manat dəyərində olan “Marquis” markalı MQS 128 model su nasosunu, bir ədəd 60 manat dəyərində olan, üzərində “X4” yazıları olan velosipedi və bir ədəd 15 manat dəyərində olan qırmızı rəngli dreli ələ keçirib Zərərçəkmiş şəxs4 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2019-cu ildə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə evə qanunsuz olaraq daxil olmaqla birinci evdən bir ədəd 400 manat dəyərində olan “Hoffman” markalı kondisioneri və bir ədəd 120 manat dəyərində olan saz musiqi alətini, eləcə də, həmin həyətdə yerləşən Zərərçəkmiş şəxs3 məxsus ikinci evin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındıraraq həmin evdən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 700 manat dəyərində gitara musiqi alətini və bir ədəd 500 manat dəyərində səsgücləndiricini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 1.720 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2019-cu ildə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə evə qanunsuz olaraq daxil olmaqla birinci evdən bir ədəd 400 manat dəyərində “Hoffman” markalı kondisioneri, bir ədəd 750 manat dəyərində musiqi mərkəzini və bir ədəd 100 manat dəyərində DVD aparatını gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 1.250 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu ildə saat 01:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə həmin evə qanunsuz daxil olaraq oradan 500 manat dəyərində “Vanward” markalı kombi aparatı, hər biri 120 manat dəyərində 12 seksiyadan ibarət olmaqla cəmi 480 manat dəyərində istilik sisteminə aid olan 04 ədəd batareyaları, bir ədəd 250 manat dəyərində olan “Dell” markalı noutbuku, bir ədəd 500 manat dəyərində olan “Beko” markalı stolüstü kompüteri, bir ədəd 400 manat dəyərində olan “Beko” markalı kondisioneri və bir ədəd 100 manat dəyərində olan köhnə samovarı gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 2.230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2019-cu ildə saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq oradan hər biri 350 manat olmaqla ümumilikdə 700 manat dəyərində olan iki ədəd “Shivaki” markalı kondisioneri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2019-cu ildən xx xxxxxxxx 2019-cu il saat 01 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan bir ədəd 400 manat dəyərində olan “Beko” markalı kondisioneri, bir ədəd 25 manat dəyərində olan “Marquis” markalı, MQS 128 model su nasosunu, bir ədəd 60 manat dəyərində olan, üzərində “X4” yazıları olan velosipedi və bir ədəd 15 manat dəyərində olan qırmızı rəngli dreli ələ keçirib Zərərçəkmiş şəxs4 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2019-cu ildə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə evə qanunsuz olaraq daxil olmaqla birinci evdən bir ədəd 400 manat dəyərində olan “Hoffman” markalı kondisioneri və bir ədəd 120 manat dəyərində olan saz musiqi alətini, eləcə də, həmin həyətdə yerləşən Zərərçəkmiş şəxs3 məxsus ikinci evin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındıraraq həmin evdən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 700 manat dəyərində gitara musiqi alətini və bir ədəd 500 manat dəyərində səsgücləndiricini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 1.720 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2019-cu ildə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə evə qanunsuz olaraq daxil olmaqla birinci evdən bir ədəd 400 manat dəyərində “Hoffman” markalı kondisioneri, bir ədəd 750 manat dəyərində musiqi mərkəzini və bir ədəd 100 manat dəyərində DVD aparatını gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 1.250 manat ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən iki ildir Nəsibi tanıyır və yaxşı münasibəti var. Özünə məxsus “Mercedes Benz E 190” minik markalı 10NR244 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Azyaşlı uşağı xəstə olduğu üçün özünə məxsus olan “Mercedes Benz E 190” minik markalı 10NR244 dövlət qeydiyyat nişanlı avtomobilini satıb uşağını müalicə etdirmək istəmiş, lakin avtomobil köhnə olduğu üçün alan olmamışdır. Ona görə də, oğurluq edərək qazanc əldə edib uşağını müalicə etdirmək qərarına gəlmişdir. Bu barədə tanışı Nəsibə demiş, o da maddi sıxıntıları olduğunu deyib onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra onlar Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar yaşayış sahəsini gəzib yaşayış olmayan ev taparaq oradan oğurluq etməyi qərara almışlar. Bu məqsədlə bir neçə ev müəyyən etmişlər. xx xxxxxx 2019-cu ildə saat 01:30 radələrində Nəsiblə Sabunçu rayonu, Savalan qəsəbəsində görüşmüş və idarə etdiyi “Mercedes Benz E 190” minik markalı 10NR244 dövlət qeydiyyat nişanlı avtomobili ilə əvvəlcədən razılaşdıqları kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsinə gəlib orada yaşıl darvazası olan birmərtəbəli həyət evi olan hasara yaxınlaşmışlar. Əvvəlcədən aldığı iki cüt ağ əlcəkdən bir cütünü Nəsibə vermiş, özü də bir cüt əlcəyi geyinmişdir. Onlar ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra hasarda olan darvazaya yaxınlaşıb hasara qalxıb həyətə düşərək həmin darvazanı içəri tərəfdən açmış, Nəsib darvazadan içəriyə girmişdir. Sonra darvazanı örtmüşlər ki, kimsə yoldan keçən olsa şübhələnməsin. Nəsib darvazanın qapısının yanında içəri tərəfdən dayanmış və darvazanı azca aralı saxlayıb çöl tərəfə nəzər yetirmişdir. O, isə həmin darvazanın yanında olan birmərtəbəli evə yaxınlaşmış və evin çöl qapısının yanında olan plastik pəncərənin üzərində olan dəmir barmaqlıqları özü ilə götürdüyü lomla yerindən çıxardıb kənara qoymuşdur. Bundan sonra həmin lomla plastik pəncərənin kilid hissəsini sıxıb açmış və pəncərədən evin mətbəxinə girmişdir. Qabaqcadan razılaşdığı kimi Nəsib də evin qapısının qarşısında dayanıb evə girmədən gözləməyə başlamışdır ki, kimsə gəlsə ona xəbər versin. O, evin qonaq otağında olan “Dell” markalı noutbuku və orada olan stolun üstündə yerləşdirilən stolüstü kompüteri götürüb evə girdiyi pəncərədən Nəsibə vermiş, Nəsib isə onları həyətə yığmışdır. O, evin çöl tərəfinə çıxmış və evin qonaq otağında quraşdırılmış kondisionerin çöl tərəfdə olan motorunu özü ilə gətirdiyi alətlərlə açmış, sonra evə daxil olaraq qonaq otağında kondisionerin otaqda olan qara rəngli hissəsini çıxarıb pəncərədən Nəsibə vermişdir. Sonra özü evin giriş qapısının yanında quraşdırılmış kombi aparatını yerindən açıb çıxarmışdır. Həmçinin kombinin yanında istilik sistemi üçün nəzərdə tutulmuş batareyalar var idi. Nəsiblə birlikdə həyətə yığdığı əşyaları ona məxsus olan avtomobilin baqaj və arxa oturacaq hissəsinə yığmış və batareyaların dördünü avtomobilə yerləşdirərək oradan uzaqlaşmışlar. Həmin əşyaları onun kirayədə yaşadığı Savalan qəsəbəsinə aparanda Nəsib yolda həmin qəsəbədə öz yaşadığı ev tərəfdə düşüb evə getmişdir. Ertəsi gün Nəsiblə birlikdə 6-cı mikrorayon, ”Qoşa zapravka” deyilən yerin yanında internet vasitəsilə tanış olduğu Fuad adlı kondisionerlərin alışı ilə məşğul olan şəxsə 180 manata satmışdır. Pulun 80 manatını Nəsibə vermiş, 20 manata avtomobilə yanacaq almış, 80 manatı isə özünə götürmüşdür. Ertəsi gün isə Nəsibə istifadə etməsi üçün noutbuku vermişdir. İstilik sisteminə aid olan 4 ədəd batareyanı Nəsibin yanında Savalan qəsəbəsində adını xatırlamadığı şəxsə 80 manata satmış, 40 manatını Nəsibə vermişdir. Kombi aparatını sata bilmədiyi üçün onu Nəsib yaşadığı evin həyətinə qoydu ki, nə vaxt müştəri tapsa satar. Əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişlər. Bundan başqa, o, xx xxxxxxxx 2019-cu ildə saat 01 radələrində Nəsiblə Savalan qəsəbəsində görüşmüş və o, avtomobili ilə əvvəlcədən razılaşdıqları kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsinə gedib orada iki ədəd birmərtəbəli həyət evi olan hasara yaxınlaşmışdır. Evə yaxınlaşıb həyət qapısında asma qıfılın olduğunu gördükdən sonra həmin asma qıfılı vintaçanla açmış və həyətə daxil olmuşdur. Bir müddət sonra həyətdən çıxıb evin qapısını açdığını Nəsibə demişdir. Bundan sonra ikisi də həyətə daxil olmuşlar. Nəsib həyətin qapısının yanında gəlib keçən olarsa ona məlumat verməsi üçün həyətin qapısında dayanmış, o, isə qapıdan evə daxil olmuş və evdən bir ədəd velosiped, su nasosu və dreli götürüb çıxmışdır. Bundan sonra o, həyətdən nərdivan götürüb evin çöl tərəfinə vurulmuş kondisionerin mühərrik hissəsini sökən zaman əlindən düşüb sınmışdır. Bu səbəbdən də onlar oğurladıqları velosiped, drel və su nasosunu avtomobilə yerləşdirdilər. Sınmış kondisioneri isə evdən 50-100 metr kənarda tulladılar. Bundan başqa, o, xx xxxxxxxx 2019-cu ildə tanışı Nəsiblə yaşadıqları Savalan yaşayış sahəsində görüşərək ona məxsus avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsinə getdilər. Orada qapısı bağlı olan və işıqları yanmayan bir ikimərtəbəli həyət evi gördülər və oradan oğurluq etməyi qərarlaşdırdıqları üçün avtomobili bir az aralıda saxlayıb avtomobildən lom götürmüş və ikisi də həyətin darvazasına yaxınlaşdılar. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra o, əlindəki lomla həmin dəmir darvazanın qapısının üzərində olan kilidini sındırmışdır. Bundan sonra ikisi də həmin həyətə daxil olaraq həyətin sol küncündə yerləşən ikimərtəbəli evə yaxınlaşdılar. Həmin evin çöl tərəfində olan pilləkənlə yuxarı qalxaraq evin çöl qapısının yanında olan pəncərənin üstündə olan dəmir barmaqlığı əli ilə qaldırmışdır və oradan evə daxil olmuşdur. Qabaqcadan razılaşdıqları kimi Nəsib də həyətin içində gözlədi ki, kimsə gəlsə ona xəbər etsin. O, evə girdikdən sonra evin yataq otağına quraşdırılmış kondisioneri yerindən çıxartmış və pəncərəni açıb aşağıda gözləyən Nəsibə vermişdir. Nəsib də ondan həmin kondisioneri alıb yerə qoymuşdur. Bundan sonra digər yataq otağına girmiş və yataq otağında divara quraşdırılmış digər kondisioneri də yerindən çıxarıb pəncərədən Nəsibə uzatmışdır. Nəsib həmin kondisioneri ondan alıb yerə qoymuşdur. Bundan sonra həmin evə girdiyi pəncərədən çölə çıxmış və həyətdə olan stolu götürüb ayağının altına qoyaraq hər iki kondisionerin çöl divara quraşdırılmış motorunu sökərək onları da Nəsibə vermişdir. Bundan sonra yerə düşmüş və Nəsiblə birlikdə köməkləşib oğurladıqları iki ədəd kondisioneri və onların motorlarını çıxarıb apararaq avtomobilinin arxa yük yerinə və arxa oturacağa yığdılar. Sonradan isə həmin kondisionerləri aparıb Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən kondisioner alış-satışı ilə məşğul olan şəxsə hər birini 180 manat olmaqla ümumilikdə 360 manata satmış və həmin pulu Nəsiblə aralarında bərabər şəkildə bölüb xərcləmişlər. Bundan başqa, xx xxxxxxxx 2019-cu ildə saat 03 radələrində Nəsiblə Savalan qəsəbəsində görüşmüş və idarə etdiyi avtomobili ilə əvvəlcədən razılaşdıqları kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsinə gedib orada iki ədəd birmərtəbəli həyət evinə yaxınlaşdılar. Həmin həyətin ön tərəfində və yan tərəfində darvaza var idi. O, əvvəlcədən aldığı iki cüt ağ əlcəkdən bir cütünü Nəsibə vermiş, bir cüt əlcəyi də özü əlinə geyinərək ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra hasarda olan darvazaya yaxınlaşaraq hasara qalxıb həyətə düşərək həmin darvazanı açmış, Nəsib də içəriyə daxil olduqdan sonra darvazanı örtmüşdür. Bundan sonra o, həmin darvazanın yanında olan birmərtəbəli evə yaxınlaşmış və evin çöl qapısının yanında olan plastik pəncərənin üzərində olan dəmir barmaqlıqları özü ilə götürdüyü lomla yerindən çıxardıb kənara qoymuşdur. Bundan sonra həmin lomla plastik pəncərənin kilid hissəsini sıxıb açmış və evə girmişdir. Qabaqcadan razılaşdıqları kimi Nəsib də evin qapısının qarşısında dayanıb evə girmədən gözləməyə başladı ki, kimsə gəlsə ona xəbər etsin. Beləliklə də o, həmin evə girib girişdə yerləşən qonaq otağındakı qab-qacaq şkafının alt gözündə olan bir ədəd usiliteli, bir ədəd DVD aparatını və bir ədəd musiqi mərkəzini, eləcə də, yataq otağından bir ədəd saz və bir ədəd gitaranı görüb onları götürərək evə girdiyi pəncərədən Nəsibə vermiş və o, həmin əşyaları aparıb darvazanın yanında içəri tərəfdən yığmışdır. O, çölə çıxaraq üzərində olan kəlbətinlə həmin evin qonaq otağının çöl divarına bərkidilmiş kondisionerin dəmir borusunu qırmış və elektrik naqilini kəsmişdir. Sonra həmin kondisionerin motorunu aşağı salaraq Nəsibə vermişdir. Nəsib həmin kondisioneri aparıb darvazanın içəri tərəfinə yığmışdır. Bunda sonra o, təkrar həmin plastik pəncərədən evə girib kondisionerin özünü divardan çıxartmış və pəncərədən Nəsibə vermişdir. Sonra özü də çölə çıxmış və həmin həyətdə yerləşən digər birmərtəbəli həyət evinə yaxınlaşdılar. Həmin evin də plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı əlindəki lomla yerindən çıxarıb kənara qoymuş və plastik pəncərəni vintaçanla açıb həmin pəncərədən evə girmişdir. Nəsib də bir az əvvəl olduğu kimi həmin evin qapısının qarşısında çöl tərəfdə dayanmışdır ki, kimsə gəlsə ona xəbər etsin. O, evi axtarmağa başlamış və oğurlamağa heç nə tapa bilməmiş, sonra çölə çıxıb həmin ikinci evin arxa hissəsində divara quraşdırılmış kondisionerin motorunun dəmir borusunu kəlbətinlə qırıb elektrik naqilini kəsərək motoru Nəsibə vermişdir. Nəsib də yenə həmin motoru aparıb darvazanın yanına qoymuşdur. Sonra isə bir az əvvəl açdığı plastik pəncərədən evə daxil olaraq divara quraşdırılmış halda olan kondisionerin özünü yerindən çıxarıb pəncərədən Nəsibə vermişdir. Bundan sonra özü də çölə çıxmış və həyətə girmək üçün istifadə etdiyi darvazanı açıb oğurladığı əşyaları onun idarə etdiyi “Mercedes Benz E 190” minik markalı 10NR244 dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə və avtomobilin salonunun arxa hissəsinə yığaraq oradan uzaqlaşdılar. Onlar evə getmədilər və avtomobildə yatdılar. Ertəsi gün saat 09 radələrində əvvəlcə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedib orada olan musiqi alətləri satılan mağazaya oğurladıqları bir ədəd sazı, bir ədəd gitaranı və bir ədəd səsgücləndiricini birlikdə cəmi 250 manata satdılar. Bundan sonra oğurladıqları iki ədəd kondisioneri motorları ilə birlikdə həmin vaxta kimi bir neçə dəfə kondisioner satdığı üçün tanıdığı Fuad adlı şəxsin Binəqədi rayonunda yerləşən kondisioner ehtiyat hissələrinin satışı ilə məşğul olduğu mağazaya apararaq hər iki kondisioneri birlikdə 360 manata həmin şəxsə satdılar. Oğurladıqları digər əşyalar olan bir ədəd DVD aparatı və bir ədəd musiqi mərkəzi xarab olduğu və işləmədiyi üçün Savalan qəsəbəsində zibil qutusuna atdılar. Oğurluq yolu ilə əldə etdikləri ümumilikdə 610 manat pulun 10 manatına avtomobilinə benzin vurdu, qalan 600 manat pulu isə Nəsiblə aralarında bərabər şəkildə böldülər. Sonra Nəsiblə sağollaşmış və oğurluq yolu ilə etdikləri 300 manat pulu uşağının müalicəsinə xərcləmişdir. Qeyd etdiyi cinayət əməllərindən başqa heç bir oğurluq və ya başqa cinayət əməli törətmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 01:30 radələrində Rəşidlə Sabunçu rayonu, Savalan qəsəbəsində görüşərək Rəşidin idarə etdiyi “Mercedes Benz E 190” minik markalı 10NR244 dövlət qeydiyyat nişanlı avtomobillə əvvəlcədən razılaşdıqları kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsinə gedib orada yaşıl darvazası olan birmərtəbəli həyət evi olan hasara yaxınlaşdılar. Əvvəlcədən Rəşid aldığı iki cüt ağ əlcəkdən bir cütünü ona vermiş və özü də bir cüt əlcək geyinmişdir. Onlar ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra hasarda olan darvazaya yaxınlaşmış və Rəşid hasara qalxıb həyətə düşərək həmin darvazanı içəri tərəfdən açmışdır. O, da darvazadan içəri girmişdir. Sonra arxasınca darvazanı örtmüşdür ki, kimsə yoldan keçən olsa şübhələnməsin. O, darvazanın qapısının yanında içəri tərəfdən dayanmış və darvazanı azca aralı saxlayıb arada çöl tərəfə nəzər yetirmişdir. Bundan sonra Rəşid həmin darvazanın yanında olan birmərtəbəli evə yaxınlaşmış və evin çöl qapısının yanında olan plastik pəncərənin üzərində olan dəmir barmaqlıqlarını özü ilə götürdüyü lomla yerindən çıxardıb kənara qoymuşdur. Bundan sonra həmin lomla plastik pəncərənin kilid hissəsini sıxıb açmış və evə girmişdir. Beləliklə də, Rəşid həmin evə girib bir az sonra əlində bir ədəd stolüstü kompüteri, bir ədəd “Dell” markalı noutbuku gətirib açdığı pəncərədən ona verdi və yenidən evin içərisinə getmişdir. O, kompüterləri götürüb evin həyətinə qoymuşdur. Bundan sonra Rəşid evin içində quraşdırılmış kondisionerin evin çöl tərəfindəki motorunu sökmüş, sonra isə evə daxil olaraq kondisionerin evdə quraşdırılmış qara rəngli hissəsini söküb ona vermiş və onu həyətə kompüterlərin yanına qoymuşdur. Sonra Rəşid evin giriş qapısının sol tərəfində quraşdırılmış kombi aparatını alətlərlə yerindən açmış və bundan sonra onlar darvazanı açıb kombi aparatının yanında yerə qoyulmuş 4 ədəd istilik sistemi üçün nəzərdə tutulmuş batareyaları və oğurladıqları digər əşyaları Rəşidə məxsus olan, idarə etdiyi “Mercedes Benz E 190” minik markalı 10NR244 dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə və avtomobilin salonunun arxa hissəsinə yığaraq oradan uzaqlaşdılar. Həmin əşyaları Rəşidin kirayədə yaşadığı Savalan qəsəbəsinə aparanda yolda Savalan qəsəbəsində öz yaşadığı ev tərəfdə düşüb evə getmişdir. Ertəsi gün Rəşidlə birlikdə onun tanışına “Qoşa zapravka” deyilən yerin yanında kondisionerlərin alışı ilə məşğul olan şəxsə 180 manata satmış, 80 manatı Rəşid ona vermiş, 20 manata avtomobilinə yanacaq almış, 80 manatı özünə götürdü. Ertəsi gün isə Rəşid ona noutbuku vermişdir. O, Rəşidə evdə bunun haradan aldığını soruşsalar nə deməsini soruşmuş, o da noutbuku onun hədiyyə etdiyini deməsini bildirdi. İstilik sisteminə aid olan 4 ədəd batareyanı Rəşid onun yanında Savalan qəsəbəsində adını xatırlamadığı şəxsə 80 manata satdı, 40 manatını ona vermişdir. Kombi aparatını sata bilmədiyi üçün onu onun yaşadığı evin həyətinə qoymuş, evdə isə soruşanda tanışına məxsus olduğunu və müvəqqəti burada qalacağını demişdir. Bundan başqa, dəqiq tarix yadında qalmayan vaxt 12-xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Rəşidlə birlikdə onun idarə etdiyi “Mercedes E 190” minik markalı 10NR244 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz fərdi yaşayış evinin yaxınlığından keçərkən o avtomobili saxlamış və evə yaxınlaşıb həyət qapısında asma qıfılın olduğunu gördükdən sonra həmin asma qıfılı vintaçanla açmış və həyətə daxil olmuşdur. Bir müddət sonra həyətdən çıxıb evin qapısını açması barədə məlumat vermişdir. Bundan sonra ikisi də həyətə daxil oldular. O, həyətin qapısının yanında dayanmışdır ki, gəlib keçən olarsa Rəşidə bu barədə məlumat versin. Həmin müddət ərzində Rəşid qapıdan evə daxil olaraq evdən bir ədəd velosiped, su nasosu və dreli götürüb çıxmışdır. Bundan sonra Rəşid həyətdən nərdivan götürüb evin çöl tərəfinə vurulmuş kondisionerin mühərrik hissəsini sökən zaman əlindən düşüb sındı. Bu səbəbdən də onlar oğurladıqları velosiped, drel və su nasosunu avtomobilə yerləşdirdilər. Sınmış kondisioneri isə evdən 50-100 metr kənarda tulladılar. Dreli Rəşid onsuz 8-ci km. bazarında bir gün sonra 40 manata satdığını demiş və ona buna görə pul vermədi. Velosipedi isə Rəşid öz evinə qoymuşdur. Beləliklə bu işə görə Rəşid ona pul vermədi. Bundan başqa, xx xxxxxxxx 2019-cu il tarixdə saat 03 radələrində Rəşidlə yaşadıqları Savalan yaşayış sahəsində görüşərək onun avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsinə getdilər. Orada qapısı bağlı olan və işıqları yanmayan iki mərtəbəli həyət evindən oğurluq etməyi qərarlaşdırdıqları üçün avtomobili aralıda saxladılar. Rəşid avtomobildən lom götürmüş və ikisi də həyətin darvazasına yaxınlaşdılar. Orada ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra Rəşid əlindəki lomla dəmir darvazanın qapısının üzərində olan kilidini sındırdı. Bundan sonra ikisi də həmin həyətə daxil olaraq həyətin sol küncündə yerləşən iki mərtəbəli evə yaxınlaşdılar. Rəşid həmin evin çöl tərəfində olan pilləkənlə yuxarı qalxaraq evin çöl qapısının yanında olan pəncərənin üstündə olan dəmir barmaqlığı əli ilə qaldırdı və oradan evə daxil oldu. Qabaqcadan razılaşdıqları kimi o, da aşağıda həyətin içində gözləmişdir ki, kimsə gəlsə ona xəbər etsin. Rəşid evə girdikdən bir az sonra ikinci mərtəbənin pəncərəsini açıb oradan ona kondisioneri uzatmış və o, da həmin kondisioneri götürüb yerə qoymuşdur. Bundan sonra Rəşid evin digər küncünə doğru gəlməyini demiş və bir azdan həmin evin küncündəki pəncərəni açıb oradan ikinci kondisioneri ona uzatmışdır. O, həmin kondisioneri də götürüb yerə qoymuşdur. Bundan sonra Rəşid evdən çıxmış və gəlib həyətdə olan stolu ayağının altına qoyaraq hər iki oğurladıqları kondisionerin çöl divara quraşdırılmış motorlarını da yerindən çıxarıb ona vermiş və onları da götürüb yerə qoymuşdur. Bundan sonra Rəşidlə həmin kondisionerləri və motorlarını köməkləşib yaxınlıqda saxladıqları Rəşidə məxsus avtomobilin arxa yük hissəsinə yığdılar. Sonradan isə Rəşid həmin kondisionerləri aparıb Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən kondisioner alış-satışı ilə məşğul olan şəxsə hər birini 180 manata olmaqla ümumilikdə 360 manata satmış və həmin pulu öz aralarında bərabər şəkildə bölüb xərclədilər. Qeyd edir ki, 2019-cu ilin avqust ayının ortalarında Rəşidlə görüşüb söhbət edən zaman azyaşlı uşağının xəstə olduğu üçün onu müalicə etdirməli olduğunu, lakin pulunun olmadığını bildirmişdi. O, da borcu olduğunu və maddi sıxıntılarının olduğunu bildirdi. Onlar bu barədə söhbət edən zaman Rəşid birlikdə oğurluq edib pul əldə etməyi və problemlərini həll etməyi təklif etdi. Bu yolla borcunu bağlaya biləcəyini düşünərək Rəşidin təklifi ilə razılaşdı. Beləliklə də, onlar piyada gəzib oğurluq etmək üçün ev axtarmaq qərarına gəldilər və bu məqsədlə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi tərəf qaranlıq olduğu üçün həmin ərazini piyada gəzib oğurluğa girə biləcəyi ev axtarmağa başladılar. Bu zaman onlar bir neçə ev gördülər və həmin evləri yadında saxlayıb oradan oğurluq etməyi planlaşdırdılar. xx xxxxxxxx 2019-cu il tarixdə saat 03:00 radələrində Rəşidlə Savalan qəsəbəsində görüşdülər və onlar Rəşidin idarə etdiyi “Mercedes Benz E 190” minik markalı 10NR244 dövlət qeydiyyat nişanlı avtomobillə əvvəlcədən razılaşdıqları kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsinə gedib orada iki ədəd birmərtəbəli həyət evi olan hasara yaxınlaşdılar. Həmin həyətin ön və yan tərəfində darvaza vardı. Əvvəlcədən Rəşid aldığı iki cüt ağ əlcəkdən bir cütünü ona verdi və özü də bir cüt əlcəyi geyindi. Onlar ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra hasarda olan darvazaya yaxınlaşdılar. Rəşid hasara qalxıb həyətə düşərək həmin darvazanı açmış və o, darvazadan içəriyə girərək darvazanı örtdülər. Bundan sonra həmin darvazanın yanında olan birmərtəbəli evə yaxınlaşdı və evin çöl qapısının yanında olan plastik pəncərənin üzərində olan dəmir barmaqlıqlarını Rəşid özü ilə götürdüyü lomla yerindən çıxardıb kənara qoydu. Bundan sonra həmin lomla plastik pəncərənin kilid hissəsini sıxıb açmış və evə girmişdir. Qabaqcadan razılaşdıqları kimi o, da evin qapısının qarşısında dayanıb evə girmədən gözləməyə başlamışdır ki, kimsə gəlsə Rəşidə xəbər versin. Beləliklə də, Rəşid həmin evə girib bir az sonra əlində bir ədəd səsgücləndirici, bir ədəd DVD aparatı və bir ədəd musiqi mərkəzi, bir ədəd saz və bir ədəd gitaranı gətirib ona verdi. O, da həmin əşyaları aparıb darvazanın içəri tərəfindən yerə yığmışdır. Sonra Rəşid evdən çölə çıxıb üzərində olan kəlbətinlə həmin evin çöl divarına bərkidilmiş kondisionerin dəmir borusunu qırdı və elektrik naqilini kəsdikdən sonra kondisionerin motorunu aşağı salaraq ona verdi. O, həmin kondisioneri də aparıb darvazanın içəri tərəfinə yığdı. Rəşid təkrar həmin plastik pəncərədən evə girib kondisionerin özünü divardan çıxartdı və pəncərədən ona verdi. Sonra özü də çölə çıxdı və o, kondisioneri də aparıb digər oğurladıqları əşyaların yanına yığdı. Onlar həmin həyətdəki digər birmərtəbəli həyət evinə yaxınlaşdı. Rəşid həmin evin də plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı lomla yerindən çıxarıb kənara qoydu və plastik pəncərəni vintaçanla açıb həmin pəncərədən evə girdi. O, yenə də həmin evin qapısının ağzında çöl tərəfdə dayandı ki, kimsə gəlsə Rəşidə xəbər versin. Bir azdan Rəşid çölə çıxıb oğurlamaq üçün heç nə tapmadığını dedi. Sonra Rəşid çölə çıxıb həmin ikinci evin arxa hissəsində divara quraşdırılmış kondisionerin motorunun dəmir borusunu kəlbətinlə qırıb elektrik naqilini kəsərək motoru ona verdi. O, yenə həmin motoru aparıb darvazanın qarşısına qoymuşdur. Sonra Rəşid pəncərədən evə daxil olaraq divara quraşdırılmış halda olan kondisionerin özünü yerindən çıxarıb pəncərədən ona verdi. Rəşid də evdən çölə çıxdı, həyətə girmək üçün istifadə etdiyi darvazanı açıb oğurladığı əşyaları Rəşidə məxsus “Mercedes Benz E 190” markalı 10BN244 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə və avtomobilin salonunun arxa hissəsinə yığaraq oradan uzaqlaşdılar. Onlar evə getmədi və avtomobildə yatdılar. Ertəsi gün saat 09 radələrində əvvəlcə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedib orada olan musiqi alətləri satılan mağazaya oğurladıqları bir ədəd sazı, bir ədəd gitaranı və bir ədəd səsgücləndiricini birlikdə cəmi 250 manata satdılar. Bundan sonra oğurladıqları iki ədəd kondisioneri motorları ilə birlikdə həmin vaxta kimi bir neçə dəfə kondisioner satdığı üçün tanıdığı Fuad adlı şəxsin Binəqədi rayonunda yerləşən kondisioner ehtiyyat hissələrinin satışı ilə məşğul olduğu mağazaya apararaq hər iki kondisioneri birlikdə 360 manata həmin şəxsə satdılar. Oğurladıqları digər əşyalar olan bir ədəd DVD aparatı və bir ədəd musiqi mərkəzi xarab olduğu və işləmədiyi üçün Savalan qəsəbəsində zibil qutusuna atdılar. Beləliklə oğurluq yolu ilə əldə etdikləri ümumilikdə 610 manat pulun 10 manatına Rəşidin həmin avtomobilinə benzin vurdu, qalan 600 manat pulu isə Rəşidlə aralarında bərabər şəkildə böldülər. Oğurluq yolu ildə etdikləri 300 manat pulu həyat yoldaşının müalicəsi üçün xərclədi. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evi var. Lakin orada çox vaxt yaşamamış və arada bir gedib baş çəkmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında gedib həmin evinə baş çəkmişdir. Həmin vaxt hər şey qaydasında idi. İki gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə o, təkrar həmin evinə baş çəkmək üçün getdiyi zaman naməlum şəxs və ya şəxslərin evinin qapısını sındırmaqla evə daxil olduqlarını və evindən bir ədəd “Beko” markalı kondisioner oğurlandığını aşkar etdi. O, dərhal evi axtardı və evdən başqa heç nə oğurlanmadığını gördü. Bundan sonra o, saxlanc yeri kimi istifadə etdiyi damın qapısına yaxınlaşdı və oranın qapısının da sındırıldığını görüb içəriyə daxil oldu. Bu vaxt saxlanc yerindən də ona məxsus olan bir ədəd velosipedin, bir ədəd drelin və bir ədəd su nasosunun yerində olmadığını və oğurlandığını aşkar etdi. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Bir azdan polis əməkdaşları hadisə yerinə gəldilər və hadisə yerini müayinə etdilər. Qeyd edir ki, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb anasıgilə getmiş və həmin gün anasıgildə qalmışdır. Çünki həmin ərəfədə evində təmir gedirdi və o, bir günlük ailəsini anasıgilə aparmış, özü də orada qalmışdır. Ertəsi gün, yəni xx xxxxxx 2019-cu il tarixdə evinə gələn zaman evinin qarşısına quraşdırdığı kombi aparatı və evin ön tərəfində olan pəncərənin dəmir barmaqlığının sökülərək plastik pəncərəni açıb evindən ona məxsus olan bir ədəd “Dell” markalı noutbukun, bir ədəd “Beko” markalı stolüstü kompüterin, divara quraşdırılmış bir ədəd “Beko” markalı kondisionerin motoru ilə birlikdə, bir ədəd “Baymak” markalı kombi aparatı və bir ədəd köhnə samovarın yerində olmamasını və oğurlanmasını aşkar etdi. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Bir azdan polis əməkdaşları hadisə yerinə gələrək evinə baxış keçirdilər. Sonra isə o, hadisə barədə ərizə və izahat yazdı. Baş vermiş hadisə nəticəsində ona məxsus olan 2500 manat dəyərində bir ədəd “Baymak” markalı kombi aparatı və ona məxsus olan dörd ədəd batareyaları, 800 manat dəyərində olan bir ədəd “Dell” markalı noutbuk, 800 manat dəyərində olan bir ədəd "Beko” markalı kondisioner, 500 manat dəyərində olan bir ədəd “Beko” markalı stolüstü kompüter və 100 manat dəyərində bir ədəd samovar oğurlanmışdır. Buna görə də, baş vermiş hadisə nəticəsində ona vurulmuş maddi ziyanı ümumilikdə 4700 manat miqdarında qiymətləndirmişdir. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışıb, ona dəymiş zərər tam ödənilmiş, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, xx xxxxxxxx 2019cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində ona məxsus olan Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən evində baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus olan “Hoffman” markalı kondisioner oğurlanmışdır. Lakin həmin evin yerləşdiyi həyətdə bacısının yoldaşı Zərərçəkmiş şəxs3 məxsus olan həyət evi də var və həmin həyət evindən də hadisə zamanı oğurluq olmuşdur. Həmin Tofiqgilin evindən baş vermiş oğurluq zamanı da bir ədəd “Hoffman” markalı kondisioner, bir ədəd musiqi aləti, bir ədəd gitara, bir ədəd səsgücləndirici, bir ədəd saz musiqi aləti və bir ədəd DVD aparatı oğurlanmışdır. Tofiq gilin evindən baş vermiş oğurluq zamanı oğurlanmış əşyalardan bir ədəd gitara, bir ədəd səsgücləndirici və bir ədəd saz musiqi aləti də ona məxsus olub. Tofiq gilin evindən oğurlanmış bir ədəd “Hoffman” markalı kondisioner, bir ədəd musiqi mərkəzi və bir ədəd DVD aparatı isə Tofıqin özünə məxsus olub. Həmin oğurluq hadisəsi zamanı ona məxsus olan evdən 680 manat dəyərində bir ədəd “Hoffman” markalı kondisioner, eləcə də, Tofıqə məxsus olan eyni həyətdə yerləşən evdən isə ona məxsus olan 700 manat dəyərində bir ədəd gitara, 500 manat dəyərində bir ədəd səsgücləndirici və 800 manat dəyərində bir ədəd saz musiqi aləti oğurlanmışdır. Qeyd etdiyi oğurluq hadisəsi zamanı ona ümumilikdə 2680 manat maddi ziyan dəymişdir. Lakin hadisədən sonra oğurlanmış əşyalardan bir ədəd saz musiqi aləti və bir ədəd “Hoffman” markalı kondisioner ona qaytarılmışdır. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışıb, ona dəymiş zərər tam ödənilmiş, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda bir mərtəbəli həyət evi var və arada bir gedib həmin evə baş çəkir. Həmin evinin yerləşdiyi eyni həyətdə baldızı Zərərçəkmiş şəxs2 məxsus olan bir mərtəbəli fərdi yaşayış evi də vardır. xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında baldızı Dariqo onunla mobil telefon vasitəsilə əlaqə saxladı və eyni həyətdə yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən ikisinin də evindən oğurluq olmasını bildirdi. O, dərhal həmin evinə gəldi və bu zaman naməlum şəxs və ya şəxslərin ona məxsus olan evin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı yerindən sökərək həmin plastik pəncərədən evimə daxil olunduğunu və evindən bir ədəd “Hoffman” markalı kondisioner, bir ədəd musiqi aləti, bir ədəd gitara, bir ədəd səsgücləndirici, bir ədəd saz musiqi aləti və bir ədəd DVD aparatı, eləcə də, həmin həyətdə yerləşən Dariqoya məxsus evdən isə bir ədəd “Hoffman” markalı kondisionerin oğurlandığını aşkar etdilər. Onlar dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdilər və bir azdan polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirdilər. Lakin onun şəxsi işi olduğu üçün getməli oldu və baldızı Zərərçəkmiş şəxs2 ikisinin yerinə hadisə barədə bir ərizə yazdı. Qeyd etdiyi evindən baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus olan 680 manat dəyərində bir ədəd “Hoffman” markalı kondisioner, bir ədəd 750 manat dəyərində musiqi mərkəzi və bir ədəd 100 manat dəyərində DVD aparatı, eləcə də, həmin evindən baldızı Dariqoya məxsus olan 700 manat dəyərində bir ədəd gitara, 500 manat dəyərində bir ədəd səsgücləndirici və 800 manat dəyərində bir ədəd saz musiqi aləti oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1530 manat ziyan dəymişdir. Lakin hadisədən sonra istintaq zamanı oğurlanmış ona məxsus olan əşyalardan bir ədəd “Hoffman” markalı kondisioner və bir ədəd musiqi mərkəzi ona qaytarılmışdır. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışıb, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, təxminən 10 ildir Sabunçu rayonu, Bakıxanov bazarı deyilən yerdə musiqi alətlərinin alış-satışı ilə məşğul olan mağazanı işlədir. 2019-cu ilin sentyabr ayında dəqiq yadında qalmayan vaxt özünü Rəşid və Nəsib kimi təqdim edən oğlanlar işlətdiyi mağazaya gələrək bir ədəd saz və bir ədəd gitara olduğunu, həmin sazın və gitaranın özlərinə məxsus olduğunu və həmin sazı və gitaranı maddi sıxıntıları olduğu üçün satmaq istədikləri bildirdilər. Onlardan sazı və gitaranı ona göstərməsini və yoxlayıb cavab verəcəyini bildirdi. Bundan sonra, Rəşid və Nəsib ona həmin musiqi alətlərini göstərdilər və o, sazı və gitaranı yoxladıqdan sonra onların hər birini 40 manata ala biləcəyini dedi. Onlar da razılaşdılar. Bundan sonra o, 80 manat pulu Rəşidə verdi və onlardan bir ədəd gitaranı və bir ədəd sazı aldı. Onlar mağazadan çıxdıqdan sonra o, mağazada vitrinə qoydu və internet portalına satılması üçün yerləşdirdi. Həmin gün bir nəfər kişi onunla əlaqə saxlayaraq internet portalına qoyduğu gitaranı almaq istədiyini bildirdi. O, da həmin şəxsi mağazaya dəvət etdi və bir azdan həmin tanımadığı şəxs mağazaya gəlib bir qədər əvvəl Rəşidgilin ona satdığı bir ədəd gitaranı 60 manata ondan aldı. Rəşidgildən aldığı bir ədəd saz isə satılmamışdır. Sonradan Rəşidgilin ona satdığı bir ədəd gitaranı və bir ədəd sazı oğurluq yolu ilə əldə etdikləri bəlli oldu. Hazırda gitaranı tanımadığı şəxsə satdığı üçün, bir ədəd sazı könüllü olaraq istintaqa təqdim edə bildi. Həmin musiqi alətlərini alan zaman onlar həmin musiqi alətlərinin özlərinə məxsus olduğunu bildirdikləri üçün inandı və buna görə də, onlardan hər hansı bir şəxsiyyətini təsdiq edən sənəd tələb etmədi və almadı. Onun həmin musiqi alətlərinin oğurluq yolu ilə əldə edilməsindən heç bir məlumatı olmayıb, Rəşidlə Nəsib də ona bu barədə heç nə deməyib. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, heç bir rəsmi işi yoxdur və özünə məxsus olan “Lada Granta” markalı 90TA152 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa, Binəqədi rayonu, 6-cı MKR, Ü.Hacıbəyov küçəsi, 2/10 saylı binanın birinci mərtəbəsində yerləşən bir otaqlı qarajı icarəyə götürərək orada kondisioner ustası, eləcə də, işlənmiş kondisionerlərin alış-satışı ilə məşğul olaraq dolanır. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında bir nəfər mobil telefon vasitəsilə onunla əlaqə saxladı və kondisioner alıb-almadığını soruşdu. O, da aldığını bildirdi və həmin şəxs özü ev əşyalarının alış-satışı ilə məşğul olduğunu, hazırda da əlində bir ədəd “Beko” markalı 40 kv/metr həcmli kondisioner olduğunu və onu satmaq istədiyini bildirdi. Bundan sonra həmin şəxs “Whatsapp” proqramı vasitəsilə ona həmin kondisionerin şəkillərini atdı və o, şəkillərə baxıb 180 manata ala biləcəyini dedi. Həmin şəxs də razılaşdı və təxminən bir saat sonra Rəşid həmin şəkillərini ona atdığı “Beko” markalı kondisioneri iş yerinə gətirdi. Həmin kondisioneri də yoxlayıb işlədiyinə əmin olduqdan sonra 180 manata ala biləcəyini Rəşidə dedi. O, da razılıq verdikdən sonra 175 manat pulu Rəşidə verib, qalan 5 manatı da sonra verəcəyini dedi və “Beko” markalı kondisioneri aldı. Bundan sonra yenə də həmin kondisioneri söküb yuyaraq təmizlədi və satmaq üçün internet portalına qoydu. x xxxxxxxx 2019-cu il tarixdə Rəşid yenə də ona “Whatsapp” proqramı vasitəsilə “Samsung” markalı 60 kv/metr həcmli kondisioner şəkillərini pis vəziyyətdə göndərdi və həmin şəkillərə baxıb kondisionerin özünün sınmış vəziyyətdə olduğunu görüb yalnız motor hissəsini, yəni çölə quraşdırılan hissəsini 50 manata ala biləcəyini dedi. Rəşid də razılaşdı və bir neçə saat sonra həmin “Samsung” markalı kondisionerin motorunu, yəni çöl hissəsini iş yerinə gətirdi və o, 50 manat pulu Rəşidə verərək ondan həmin kondisionerin motorunu aldı. Həmin vaxt özündə başqa bir xarab kondisioner olduğu üçün həmin motoru qeyd etdiyi kondisionerlə birlikdə satmağı planlaşdırdı. Bundan sonra xx xxxxxxxx 2019-cu il tarixdə Rəşid ona yenə də “Whatsapp” proqramı vasitəsilə bir ədəd 30 kv/metr həcmli və bir ədəd 40 kv/metr həcmli 2 ədəd “Hoffman” markalı kondisioner şəkillərini göndərdi və həmin kondisionerləri də satmaq istədiyini bildirdi. O, da şəkillərə baxıb həmin kondisionerin hər birini 180 manatdan almağa razılıq verdi və təxminən bir neçə saat sonra Rəşid həmin şəkillərini ona atdığı “Hoffman” markalı kondisionerləri iş yerinə gətirdi. O, həmin kondisionerləri də yoxlayıb işlədiyinə əmin olduqdan sonra hər birinə 180 manat olmaq şərti ilə ümumilikdə 365 manat pul verib həmin iki ədəd kondisioneri aldı. Rəşidə əvvəlki kondisionerdən qalan 5 manat borcunu da verdiyinə görə ona 360 deyil, 365 manat pul verdi. Bundan sonra yenə də həmin iki ədəd kondisioneri söküb yuyaraq təmizlədi və yenə də satmaq üçün internet portalına qoydu. Bundan sonra xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında Rəşid onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb əlində iki ədəd “Shivaki” markalı 30 kv/metr həcmli kondisioner olduğunu və həmin kondisionerlərin əvvəlki iki Hoffman markalı kondisionerlərdəki kimi yaxşı vəziyyətdə olduğunu dedi və onu almaq istəyib-istəmədiyini soruşdu. O, da razılıq verdi və həmin gün təxminən saat 18:00 radələrində Rəşid onun iş yerinə həmin “Shivaki” markalı kondisionerləri gətirdi. O, hər iki kondisionerə baxıb həqiqətən də vəziyyətlərinin yaxşı olduğunu gördü. Bundan sonra həmin iki kondisionerin hər birini 180 manatdan olmaq şərti ilə ümumilikdə 360 manata aldı və həmin pulu Rəşidə ödəyib kondisionerləri götürərək yoxladı və işlədiyinə əmin oldu. Sonra isə hər iki kondisioneri satmaq üçün internet portalına yüklədi. Beləliklə də, o, Rəşiddən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində 05 ədəd kondisioner bir ədəd kondisionerin çöl hissəsinə quraşdırılan motorunu aldı. Rəşid həmin kondisionerləri gətirib ona satan zaman qeyd edilən kondisionerlərin bəzilərinin üstündə sənədləri də vardı. O, həmin kondisionerləri Rəşiddən alan zaman ona inandığı üçün ondan hər hansı bir şəxsiyyətini təsdiq edən sənəd tələb etmədi və almadı. Rəşid özünün evlərdəki işlənmiş əşyaları alıb satdığını bildirdi və onu inandırdığı üçün ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd tələb etmədən həmin kondisionerləri aldı. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətmələri faktı onların özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. xx xxxxxxx 2019-cu il tarixli 26639 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3.750 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. “Vanward” markalı kombi aparatı 1 ədəd 500 manat dəyərində; hər biri 12 seksiyadan ibarət istilik sisteminə aid olan batareyalar 4 ədəd, bir ədədinin qiyməti 120 manat olmaqla, cəmi 480 manat dəyərində; “Dell” markalı noutbuk 1 ədəd 250 manat dəyərində; “Shivaki” markalı kondisioner 2 ədəd hər ədədinin qiyməti 350 manat olmaqla cəmi 700 manat dəyərində; “Beko” markalı kondisioner 2 ədəd bir ədədinin qiyməti 400 manat olmaqla cəmi 800 manat dəyərində; “Marquis” markalı MQS 128 model su nasosu 1 ədəd 25 manat dəyərində; üzərində “X4” yazıları olan velosiped 1 ədəd 60 manat dəyərində; qırmızı rəngli drel 1 ədəd 15 manat dəyərində; “Hoffman” markalı kondisioneri 2 ədəd bir ədədinin qiyməti 400 manat olmaqla cəmi 800 manat dəyərində; saz musiqi aləti 1 ədəd 120 manat dəyərində. Cəmi 3.750 manat». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, evli olmaqla himayəsində yetkinlik yaşına çatmamış uşağının olduğunu zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 evli olmaqla arvadının hamilə olduğunu, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdikləri müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Baymak” markalı kombi aparatı və ona aid dörd ədəd batareyalar, 1 ədəd “Dell” markalı noutbuk, 1 ədəd "Beko” markalı kondisioner, 1 ədəd “Beko” markalı stolüstü kompüter və 1 ədəd samovar Zərərçəkmiş şəxs1; 1 ədəd kondisioner və 1 ədəd musiqi mərkəzi Zərərçəkmiş şəxs3; 1 ədəd kondisioner və 1 ədəd saz musiqi aləti Zərərçəkmiş şəxs2; 2 ədəd “Shivaki” markalı kondisioner Zərərçəkmiş şəxs5; 1 ədəd “Beko” markalı kondisioner, 1 ədəd velosiped, 1 ədəd drel və 1 ədəd su nasosu Zərərçəkmiş şəxs4 qaytarıldığından onların sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 26 – xx xxxxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 26 – xx xxxxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Baymak” markalı kombi aparatı və ona aid dörd ədəd batareyalar, 1 ədəd “Dell” markalı noutbuk, 1 ədəd "Beko” markalı kondisioner, 1 ədəd “Beko” markalı stolüstü kompüter və 1 ədəd samovar Zərərçəkmiş şəxs1; 1 ədəd kondisioner və 1 ədəd musiqi mərkəzi Zərərçəkmiş şəxs3; 1 ədəd kondisioner və 1 ədəd saz musiqi aləti Zərərçəkmiş şəxs2; 2 ədəd “Shivaki” markalı kondisioner Zərərçəkmiş şəxs5; 1 ədəd “Beko” markalı kondisioner, 1 ədəd velosiped, 1 ədəd drel və 1 ədəd su nasosu Zərərçəkmiş şəxs4 qaytarıldığından onların sərəncamına verilmiş hesab olunsunlar. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-193/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-193/2020
23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver