Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-193/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 01.00 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən 86 nömrəli mənzilinin yerləşdiyi həyətyanı sahəyə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus dəyəri 400 (dörd yüz) manat təşkil edən 01 ədəd laqonda, 01 ədəd lobzik və 01 ədəd drel, dəyəri 100 (bir yüz) manat təşkil edən 01 üç dişli açar dəsti, dəyəri 50 (əlli) manat təşkil edən 01 adi açar dəsti, dəyəri 30 (otuz) manat təşkil edən 02 ədəd qaz açan, dəyəri 80 (səksən) manat təşkil edən xeyli sayda smesitel avadanlığı, dəyəri 5 manat təşkil edən 01 ədəd elektrik paylayıcı şunur (udlinitel), dəyəri 39 (otuz doqquz) manat təşkil edən 01 ədəd ət çəkən aparat, dəyəri 60 (altmış) manat təşkil edən 02 dəst vintaçan, dəyəri 20 (iyirmi) manat təşkil edən 01 ədəd dəmir kəsən alət, dəyəri 20 manat təşkil edən 01 ədəd çəkic və 01 ədəd balta, dəyəri 20 (iyirmi) manat təşkil edən 02 ədəd tava və dəyəri 3 (üç) manat təşkil edən 03 cüt əlcək olmaqla ümumilikdə 827 (səkkiz yüz iyirmi yeddi) manat dəyərində əmlakı tamah niyyəti ilə gizli olaraq talayıb və Zərərçəkmiş şəxs 827 (səkkiz yüz iyirmi yeddi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində zibil tullantılar və dəmir məmulatlar yığmaq məqsədi ilə Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində giriş darvazası açıq qalmış bağ sahəsinə daxil olmuş və oradan digər həyətyanı sahəyə keçmişdir. Daxil olduğu həyətyanı sahənin giriş qapısından mənzil istiqamətində talvarda məişət, təmir-tikinti avadanlıqlarının yığıldığını görmüş və ora yaxınlaşmışdır. Qanunsuz daxil olduğu evin müşahidə kameralan ilə nəzarətə götürülməsindən xəbərsiz olmuşdur. O talvarda məişət, təmir-tikinti avadanlıqlarını gördükdən sonra oğurlamaq qərarına gəlmişdir və bu məqsədlə çiynində gəzdirdiyi idman çantasına oradan oğurladığı 01 ədəd laqonda, 01 ədəd lobzik və 01 ədəd drel, 01 üç dişli açar dəsti, 01 adi açar dəsti, 02 ədəd qaz açarı, xeyli sayda smesitel avadanlığı, 01 ədəd elektrik paylayıcı şunur (udlinitel), 01 ədəd ət çəkən aparat, 02 dəst vintaçan, 01 ədəd dəmir kəsən alət, 01 ədəd çəkic, 01 ədəd balta, 02 ədəd tava və 03 cüt əlcəyi yerləşdirib oradan uzaqlaşmışdır. O həmin əşyaları tanımadığı şəxsə satmış və qarşılığında 80 manat pul almışdır. Oğurluq etdiyi mənzilin sahibini və orada kimlərin yaşadığını bilməmiş, oğurluq edərkən onun hərəkətlərini görən olmamışdır. Əməlindən peşmandır, oğurladığı əşyaları geri qaytarıldığını və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayətin və tələbin olmadığını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 10.00 radələrində ona qaz açarı və vintaçan dəsti lazım olduğu üçün talvara doğru getmiş və həmin əşyaları saxladığı yerə baxdıqda tapa bilməmişdir. Ətrafa nəzər saldıqda aşkar etmişdir ki, bir gün öncə yerində olan bir çox avadanlıq, əşyalar yerində yoxdur. Zərərçəkmiş şəxs əşyaların oğurlandığı şübhəsi ilə mənzilində və həyətyanı sahədə quraşdırdığı müşahidə kameralarına baxış keçirməyə başlamış və müəyyən etmişdir ki, 04 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixə keçən gecə təxminən yarım saat fərqi ilə ayrı-ayrılıqda iki nəfər, əvvəllər tanımadığı 2 nəfər şəxs talvarda peyda olur və onlardan biri təxmini dəyəri 250 manat təşkil edən 01 ədəd avtomobillərin yuyulmasında istifadə edilən aparatı oğurlamışdır. Həmin şəxs qeyd etdiyi əşyadan başqa heç bir əmlak talamamışdır. Bundan yarım saat fərqi ilə başqa bir nəfər, çiynində idman çantası ilə talvara daxil olur. O, ilk əvvəl həyətyanı sahənin giriş qapısına yaxın yerdə öz təbii ehtiyacını ödədikdən sonra girişin sağ tərəfindən yerləşən rəflərdə axtarışlar aparır. Daha sonra o, müşahidə kameralarına düşəcək şəkildə oradan ona məxsus təxmini dəyəri 400 manat təşkil edən 01 ədəd laqonda, 01 ədəd lobzik və 01 ədəd drel, təxmini dəyəri 100 manat təşkil edən 01 üç dişli açar dəsti, təxmini dəyəri 80 manat təşkil edən 01 adi açar dəsti, təxmini dəyəri 30 manat təşkil edən 02 ədəd qaz açarı, təxmini dəyəri 80 manat təşkil edən xeyli sayda smesitel avadanlığı, təxmini dəyəri 5 manat təşkil edən 01 ədəd elektrik paylayıcı şnur (udlinitel), təxmini dəyəri 39 manat təşkil edən 01 ədəd ət çəkən aparat, təxmini dəyəri 60 manat təşkil edən 02 dəst vintaçan, təxmini dəyəri 20 manat təşkil edən 01 ədəd dəmir kəsən alət, təxmini dəyəri 20 manat təşkil edən 01 ədəd çəkic və 01 ədəd balta, təxmini dəyəri 20 manat təşkil edən 02 ədəd tava və təxmini dəyəri 3 manat təşkil edən 03 cüt əlcəyi gizli yolla talayaraq oğurlamışdır. O müşahidə kameralarının qeydə aldığı görüntüləri əldə etdikdən sonra birbaşa 32-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus ümumilikdə 1227 manat dəyərində əmlakı oğurlanmış və ona həmin dəyərdə maddi ziyan dəymişdir. Müşahidə kameralarına düşən həmin şəxslərin kimliyi ona məlum deyil, onları tanımamışdır. Cinayətin törədildiyi saatlarda evində ailə üzvləri ilə bərabər olmuşdur, lakin heç bir hənirti, səs-küy eşitməmişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini və bu səbəbdən onunla barışdığını bildirmişdir. Cinayət işinin 17-23-cü vərəqlərində olan 06 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 01.00 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən 86 nömrəli mənzilinin yerləşdiyi həyətyanı sahəyə qanunsuz daxil olaraq oradan oğurluq etmişdir. Cinayət işinin 60-cı vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 09 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, 02 dəqiqə 36-ci saniyədən başlayaraq Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən 86 nömrəli mənzilin yerləşdiyi həyətyanı əraziyə daxil olur. Daxil olduğu yerdən müxtəlif əşyaları çantasına yığaraq, ətrafı bir müddət axtardıqdan sonra oradan bir ədəd sellefon torba götürüb digər əşyaları həmin sellefon torbaya yığaraq 30 dəqiqə 50 saniyədə isə həmin yeri tərk etməsi müşahidə olunur. Cinayət işinin 50-51-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 57-ci vərəqində olan 30 oktyabr 2022-ci il tarixli “əşyanın könüllü təqdim etməsi haqqında” protokola əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində cəlb edlmiş xx xxxxxxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, işsiz, evli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi ev 4, mənzil 39-da pasport qeydiyyatında olan və faktiki həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs könüllü olaraq 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 00.30 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən 86 nömrəli mənzilin həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan oğurladığı 01 ədəd laqonda, 01 ədəd lobzik və 01 ədəd drel, 01 üç dişli açar dəsti, 01 adi açar dəsti, 02 ədəd qaz açan, xeyli sayda smistitel avadanlığı, 01 ədəd elektrik paylayıcı şunur (udlinitel), 01 ədəd ət çəkən aparat, 02 dəst atvyorka, 01 ədəd dəmir kəsən alət, 01 ədəd çəkic, 01 ədəd balta, 02 ədəd tava və 03 cüt əlcəyi Suraxanı Rayon Polis İdarəsinin inzibati binasında müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə istintaqa təqdim etdi. Cinayət işinin 58-59-cu vərəqlərində olan “tutulmuş şəxsin azad edilməsi haqqında” 08 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi, qərar icra olunması üçün dərhal Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təqdim edilməsi,qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cinayət işinin 68-69-cu vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 82-86-cı vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-390/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad olunması qərara alınmışdır. Cinayət işinin 87-ci vərəqlərində olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 109-112-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 02 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 94-95-ci vərəqlərində olan cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan AA1386484 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Cinayət işinin materiallarında olan AA3494056 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Cinayət işinin materiallarında olan AA1465927 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, 089228 saylı müharibə veteranı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənildiyinə görə onunla barışdığını və sonuncunun ona qarşı hər hansı şikayətin və tələbin olmadığını, müharibə veteranı olduğunu və himayəsində 3 azyaşlı uşağının olduğunu, ailəsinə baxan şəxsin məhz özü olduğunu məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 06 oktyabr 2023-cü il tarixdən 08 oktyabr 2023-cü il tarixədək olan 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa Zərərçəkmiş şəxs məxsus 01 ədəd laqonda, 01 ədəd lobzik və 01 ədəd drel, 01 üç dişli açar dəsti, 01 adi açar dəsti, 02 ədəd qaz açarı, xeyli sayda smesitel avadanlığı, 01 ədəd elektrik paylayıcı şunur (udlinitel), 01 ədəd ət çəkən aparat, 02 dəst vintaçan, 01 ədəd dəmir kəsən alət, 01 ədəd çəkic, 01 ədəd balta, 02 ədəd tava və 03 cüt əlcəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq saxlanması üçün zərərçəkmiş şəxsə verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 il (üç) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 06 oktyabr 2023-cü il tarixdən 08 oktyabr 2023-cü il tarixədək olan 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün müddət çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs məxsus 01 ədəd laqonda, 01 ədəd lobzik və 01 ədəd drel, 01 üç dişli açar dəsti, 01 adi açar dəsti, 02 ədəd qaz açarı, xeyli sayda smesitel avadanlığı, 01 ədəd elektrik paylayıcı şunur (udlinitel), 01 ədəd ət çəkən aparat, 02 dəst vintaçan, 01 ədəd dəmir kəsən alət, 01 ədəd çəkic, 01 ədəd balta, 02 ədəd tava və 03 cüt əlcəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq saxlanması üçün zərərçəkmiş şəxsə verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-193/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-193/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver