Məhkəmə qərarları › İş №1(010)-194/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-194/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-194/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.*988-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Beyləqan rayonu, Milabad kəndində qeydiyyatda olan və daimi yaşayış yeri olmayan, 25 sentyabr 2022-ci il tarixdə barəsində əvvəli 23 sentyabr 2022- ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin *77.2.3, *77.2.4-cü və 234.*-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0* ədəd kibrit qutusunda təmiz çəkisi 5,*58 qram qram maddə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaqla üzərində saxlamış və 09 sentyabr 2022-ci il tarixdə saat *3:30-da Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması və üzərində narkotik vasitə olmasını etiraf etməsi səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 3*-ci PB-nin inzibati binasına gətirilərək, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 0* ədəd bükümdə təmiz çəkisi 5,*58 qram maddə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 04 avqust 2022-ci il tarixdən 2* sentyabr 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi, döngə *7 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon idarəsinin köhnə inzibati binasına hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olub plastik pəncərəni açmaq yolu ilə içəriyə daxil olmuş və oradan 300 manat dəyərində bir ədəd “Dell optiplex- 320” markalı kompyuter dəstini, hər biri 300 manat olmaqla cəmi 600 manat dəyərində olan iki ədəd “Dell intel pentium dual core E5200” markalı kompyuter avadanlığını, hər biri 800 manat olmaqla cəmi *600 manat dəyərində olan iki ədəd “LC-L*26 *HL” markalı kondisioneri, hər biri 800 manat olmaqla cəmi *600 manat dəyərində olan “LC-L*26 0RL” markalı kondisoneri, 800 manat dəyərində olan bir ədəd “LC-L*260 HL” markalı kondisoneri, *20 manat dəyərində bir ədəd “BK2300” markalı kondisioneri, *00 manat dəyərində olan bir ədəd “Q-3KV-*” markalı yağlı radiatoru, *50 manat dəyərində olan bir ədəd ATS sistemli masaüstü telefon aparatını, *50 manat dəyərində olan bir ədəd “Yantar- *” markalı yazan maşını, hər biri 50 manat olmaqla cəmi *50 manat dəyərində olan üç ədəd dördlü deşikaçanı, hər biri 50 manat olmaqla cəmi *50 manat dəyərində olan üç ədəd 500x800mm radiatoru, hər biri 30 manat olmaqla cəmi 450 manat dəyərində olan *5 ədəd Koreya istehsalı olan stolüstü dəsti, hər biri 35 manat olmaqla cəmi 70 manat dəyərində olan iki ədəd stolüstü dəsti, 400 manat dəyərində bir ədəd dörd gözlü qaz sobasını, hər biri *00 manat olmaqla 300 manat dəyərində olan üç ədəd *20x*70 ölçülü dəmir pəncərə barmaqlığını, 600 manat dəyərində bir ədəd müdir masa dəstini, hər biri 80 manat olmaqla cəmi *60 manat dəyərində olan iki ədəd bir tumba yazı masasını, hər biri *50 manat olmaqla cəmi 300 manat dəyərində olan iki siyirməli masanı, hər biri *00 manat olmaqla cəmi 600 manat dəyərində olan altı ədəd * metrlik panel radiatoru, hər biri *60 manat olmaqla cəmi 960 manat dəyərində olan altı ədəd plastik pəncərəni, *00 manat dəyərində olan bir ədəd məişət tullantıları üçün çuqun qabı, hər biri *70 manat olmaqla cəmi *020 manat dəyərində olan altı ədəd plastik qapını və hər biri *5 manat olmaqla cəmi *65 manat dəyərində olan on bir ədəd plafonu gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə cəmi *0845 (on min səkkiz yüz qırx beş) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin *77.2.3, *77.2.4 və 234.*-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, marketdən siqaret alıb, qayıdan zaman narkotik vasitəsini siqaretin qutusuna qoyarkən onu mobil telefon vasitəsi ilə kameraya çəkmişlər və bundan sonra ona bildirmişlər ki, həmin videogörüntünü rəis və prokuror görmüşdür. Həmin qutuda həqiqətən narkotik vasitə olmuş, lakin istifadə həcmində olmuşdur. Yəni * siqaret qutusu həcmində olmamışdır. Ruhi xəstəlikdən əziyyət çəkdiyi üçün etdiyi hərəkətləri xatırlamır. Digər epizod üzrə də özünü qismən təqsirli bildiyini, belə ki, həmin ünvanda özündə olmadığı üçün qaldığı səbəbindən özünü günahkar hesab etdiyini, lakin oradan heçnə oğurlamadığını, yalnız orada qaldığını, bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *77.2.3, *77.2.4 və 234.*-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Dövlət Təhülkəsizlik Xidmətinin Suraxanı rayon İdarəsində işləyir. 2020-ci ilin mart ayına kimi Azərbaycan Respublikası Dövlət Təhülkəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin inzibati binası Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə *7 ünvanında yerləşən birmərtəbəli bina olmuşdur. Lakin 2020-ci ilin mart ayında yeni bina istifadəyə verildiyi üçün həmin bina istifadəsini dayandırmışdır. Həmin vaxtdan qeyd etdiyi köhnə bina fəaliyyətini dayandırmış və bina istifadə edilməmişdir. 22 sentyabr 2022-ci il tarixdə işlədiyi Azərbaycan Respublikası Dövlət Təhülkəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin keçmiş inzibati binasında oğurluq baş verməsi barədə məlumat daxil olmuşdur. Həmin binaya gedib baxış keçirdikdə məlum olmuşdur ki, baş vermiş oğurluq hadisəsi nəticəsində Azərbaycan Respublikası Dövlət Təhülkəsizlik Xidmətinə məxsus 595 manat dəyərində bir ədəd “Dell optiplex-320” markalı kompyuter dəstini, hər biri 37*,25 manat olmaqla cəmi 742,50 manat dəyərində olan iki ədəd “Dell intel pentium dual core E5200” markalı kompyuter avadanlığını, hər biri *652 manat olmaqla cəmi 3304 manat dəyərində olan iki ədəd “LC-L*26 *HL” markalı kondisioneri, hər biri *652 manat olmaqla cəmi 3304 manat dəyərində olan “LC-L*26 ORL” markalı kondisoneri, *652 manat dəyərində olan bir ədəd “LC- L*260 HL” markalı kondisoneri, *79 manat dəyərində bir ədəd “BK2300” markah kondisioneri, *4*,60 manat dəyrində olan bir ədəd “Q-3KV-*” markalı yağlı radiatoru, 236 manat dəyərində olan bir ədəd ATS sistemli masaüstü telefon aparatım, *92 manat dəyərində olan bir ədəd “ Yan tar-*” markalı yazan maşını, hər biri 73,20 manat olmaqla cəmi 2*9,60 manat dəyərində olan üç ədəd dördlü deşikaçanı, hər biri 59,08 manat olmaqla cəmi *77,24 manat dəyərində olan üç ədəd 500x800mm raidatoru, hər biri 48 manat olmaqla, cəmi 720 manat dəyərində olan *5 ədəd Koreya istehsalı olan stolüstü dəsti, hər biri 3*,79 manat olmaqla cəmi 63,58 manat dəyərində olan iki ədəd stolüstü dəsti, 829 manat dəyərində bir ədəd dörd gözlü qaz sobasım, hər biri 250 manat olmaqla cəmi 750 manat dəyərində olan üç ədəd *20x*70 ölçülü dəmir pəncərə barmaqlığını, 895 manat dəyərində bir ədəd müdir masa dəstini, hər biri ***,24 manat olmaqla cəmi 222,48 manat dəyərində olan iki ədəd bir tumbalı yazı masasını, hər biri *88 manat olmaqla cəmi 376 manat dəyərində olan iki siyirməli masanı, hər biri *20 manat olmaqla cəmi 720 manat dəyərində olan altı ədəd * metrlik panel radiatoru, hər biri 220 manat olmaqla cəmi *320 manat dəyərində olan altı ədəd plastik pəncərəni, *5* manat dəyərində olan bir ədəd məişət tuallantıları üçün çuqun qabı, hər biri *70 manat olmaqla cəmi *020 manat dəyərində olan altı ədəd plastik qapını və hər biri 20 manat olmaqla cəmi 220 manat dəyərində olan on bir ədəd plafonu oğurlanmış və eləcə də, *20 manat dəyərində bir ədəd “Çinar-*” markalı soyuducu, hər biri *00 manat olmaqla cəmi 400 manat dəyərində olan 4 ədəd *20x*70 sm ölçüdə dəmir pəncərə barmaqlığı, * kv.etri 6 manat olmaqla cəmi 360 manat dəyərində olan 60 kv.metr lambir, hər biri *70 manat olmaqla cəmi 340 manat dəyərində olan iki ədəd plastik qapı, bir metri 8 manat olmaqla cəmi *600 manat dəyərində olan 200 metr uzunluğunda 60 mm-lik elektrik naqili və bir metri *,50 manat olmaqla cəmi *50 manat dəyərində olan *00 metr 32 mm-lik plastik boru yararsız hala salınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində isə Azərbaycan Respublikası Dövlət Təhülkəsizlik Xidmətinə 2*000 (iyirmi bir min) manat məbləğində maddi ziyan dəymişdir. Bundan əvvəlki ifadəsində qeyd etdiyi qiymətləri əşyaların yenisinin, yəni alındığı qiymətlər əsas götürərək elə bildirilmişdir. Lakin həmin əşyaların istifadə olunmasını və dəyərinin düşməsini nəzərə alaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 0* dekabr 2022-ci il tarixli 9/74*0 saylı rəyində göstərilən qiymətlərlə razı olduğunu və həmin ekspert rəyi ilə bağlı heç bir şikayət, etiraz və ya vəsatətinin olmadığını bildirmişdir. Həmçinin məhkəməyə 05.0*.2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş teleqrama əsasən, ibtidai istintaqda vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid* ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir və polis kiçik serjant rütbəsi daşıyır. 09 sentyabr 2022-ci il tarixdə xidmət yoldaşı Şahid2 oğlu ilə birlikdə dislokasiya üzrə onlara təhkim olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində xidmət aparmışlar. Həmin tarixdə saat təxminən saat *3 radələrində Əmircan qəsəbəsi, Balandin küçəsində bir nəfər şəxsin yüksək səslə danışdığını, qeyriməntiqli formada güldüyünü görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşdıqda özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməsini tələb etmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs sakitləşmiş, lakin onun davranışlarından və onları görüb özünü itirməsindən şübhələndikdə ondan bu davranışının səbəbini soruşmuşlar. Təqsirləndirilən şəxs da cavab olaraq üzərində narkotik maddə olduğunu, bu səbəbdən özünü itirdiyini bildirmişdir. Ona narkotik maddənin əldə olunması və istifadəsində şübhəli olduğunu, onlarla birlikdə Bakı şəhəri, Suraxanı RPİ-nin 3*-ci Polis Bölməsinə gəlməli olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs 3*-ci polis bölməsinə gətirmişlər. 3*-ci polis bölməsinin rəisinə raportla məruzə etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlanmışdır. Təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 0* ədəd bükümü çıxararaq stolun üstünə qoymuşdur. Təhqiqatçı bükümü açaraq baxdıqda həmin bükümün içərisində yaşıl rəngli qurudulmuş ot şəkilli maddə olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümdə nə olması barədə soruşduqda sonuncu həmin bükümdə “nəşə” olduğunu, onu öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarışı davam etdirilmiş, lakin onun üzərindən başqa hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm isə təhqiqatçı tərəfindən bir ədəd zərfə qablaşdırılmışdır. Həmin zərf möhürlənmiş, üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş İbrahimov X* Heydər Şahin oğlunun ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin *-ci cildinin *35-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə, saat *4:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının *77-*78-ci vərəqlərində olan ** sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və o, X3 azad olunması, qərarın sürəti icra olunması üçün Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının *79-*80-cu vərəqlərində olan ** sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin *-ci cildinin *40-*4*-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən içəsində narkotik vasitəyə bənzər ot kütləsi olan Ol(bir) ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynindəki qara rəngli şalvarın sağ yan cibindən içəsində narkotik vasitəyə bənzər ot kütləsi olan 0* (bir) ədəd kibrit qutusunu, Əmircan qəsəbəsində şəxsi istifadəsi üçün üzdən tanıdığı adını bilmədiyi şəxsdən pay olaraq şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirdi. Cinayət işinin *-ci cildinin *46-*49-cu vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının *0 sentyabr 2022-ci il tarixli 7/*005 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza ...” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,*58 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotkk vasitə qurudulmuş marixuanadır. Cİnayət işinin *-ci cildinin *98-*99-cu vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının *0 noyabr 2022-ci il tarixli 67*3 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olumur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin *-ci cildinin 2*3-2*6-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 noyabr 2022-ci il tarixli 3*24 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin arxivindən əldə edilmiş məlumata əsasən, Təqsirləndirilən şəxs əvvəllər “həşiş qəbulu nəticəsində davranış pozuntuları” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 2*.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 2*-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin *-ci cildinin *69-cu vərəqində olan *0 sentyabr 2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokola əsasən, Həmin diskə baxış keçirilən zamanı müəyyən edildi ki, təqdim edilmiş disk DVD-R formatlıdır. Disk üzərində hər hansı yazı yazılmamışdır. Xidməti otaqda olan «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X4” proqramı vasitəsilə yazılmış bir ədəd fayl olması müşahidə olunur. Həmin fayla nəzər yetirdikdə Təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsini təklif etməsi müşahidə olunur. Bu təklifdən sonra o, könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 0* ədəd bükümü çıxararaq stolun üstünə qoyur. Təhqiqatçı bükümü açaraq baxdıqda həmin bükümün içərisində yaşıl rəngli qurudulmuş ot şəkilli maddə olduğu olduğu görünür. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümdə nə olması barədə soruşduqda o, həmin bükümdə “nəşə” olduğunu öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirir. Sonra Şahid2la, Şahid* onun üstünə şəxsi axtarışı davam etdirir. Lakin onun üzərindən başqa hər hansı əşya və ya predmet aşkar edilərək götürülmür. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm isə təhqiqatçı tərəfindən bir ədəd zərfə qablaşdırılır. Həmin zərf möhürlənir, üzəri şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən şəxslər tərəfindən imzalanır. Cinayət işinin *-ci cildinin 4-*6-cı vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer ünvan 6 ünvanında yerləşən Azərbaycan Respubikası Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəinin inzibati binasından və həmin inzibati bina köhnədir, yəni həmin bina hazırda istifadə olunan, lakin DTX-ya məxsusdur. Həmin binada yaşayış və iş fəaliyyəti olmaması məlum oldu. Hadis baş verən yer birmərtəbəlidir. Giriş hissəsindədəmir qapı, obyektdə dəmir qapı vardır. Həmin birmərtəbəli yerin plastik materialdan olan pəncərlərində şüşələri yoxur və ya sındırılmışdır. Pəncərələrin bəziləri isə sındırılmış və yaxud yerində yoxdur, eləcə də bəzi köhnə kondisionerlər də sökülmüş və ya sındırılmış haldadır. Hadisə yerinə baxış zamanı iki ədəd dəmir pəncərə barmaqlıqları sökülmüş halda müəyyən edildi. Hadisə yerinə baxış zamanı hadisə yerindən *3 ədəd əl-barmaq izləri götürüldü. Cinayət işinin *-ci cildinin 37-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə, saat *6:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin *-ci cildinin 87-88-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2022-ci il tarixli qərarına əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin *-ci cildinin 7*-79-cu vərəqlərində olan 25 sentyabr 202*-ci il tarixli “ifadənin yerində yoxlanılması”barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğunu cinayət əməlini əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin *-ci cildinin 63-64-cü vərəqlərində olan “2*0*00769 nömrəli cinayət işinin icraata qəbul edilməsi və 220*00832 nömrəli cinayət işinin 220*00769 saylı cinayət işinə birləşdirilməsi haqqında qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 220*00769 saylı cinayət işi icraata qəbul edilməsi və cinayət təqibi ilə bağlı bütün halların tam, hərtərəfli, obyektiv və vaxtında baxılması məqsədi ilə icraatda Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə istintaq olunan 220*00769 saylı cinayət işi icraata qəbul edilməsi, icraatda olan 220*00832 saylı cinayət işinə birləşdirilməsi və cinayət təqibi 220*00832 nömrəsi altında davam etdirilməsi, qəbul edilmiş qərarın sürəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Cinayət işinin *-ci cildinin *87-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin *3.09.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *77.2.3, *77.2.4 və 234.*-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, * nömrəli qərarının * və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın **-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın *9-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 2*ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” *-ci siyahının *2-ci bəndinə əsasən narkotik vasitə hesab edilən marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 5,*38 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 20**-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun *.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.*-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.3, *77.2.4 və 234.*-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6*-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.*-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin *77.2.3-cü, *77.2.4-cü və 234.*-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *77.2.3-cü, *77.2.4-cü və 234.*-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin *7.*-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin *58.2 və *58.2.*-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.3-cü, *77.2.4-cü və 234.*-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmalı, məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 09 sentyabr 2022-ci il tarixdən ** sentyabr 2022-ci il tarixədək 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 sentyabr 2022-ci il tarixindən hesablanmalı (CPM-nin *58.2.*, *58.6), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.*.2). Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin *32-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 5,*38 qram olan qurudulmuş marixuana edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcləri *39 (bir yüz otuz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN *70032662*, AZ34CTRE**********00208850*, X2, KOD 2*0005, VÖEN *40*55507*, Müxbir hesab AZ 4*, NABZ0*360***********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-*.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-*.*-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-*.*-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *77.2.3, *77.2.4 və 234.*-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan əlavə, iş üzrə maddi sübut qismində tanınmış Şahid3 təqdim etdiyi kitabçaya baxış zamanı Təqsirləndirilən şəxs oğurladığı əşyaların bir hissəsini ona satmasını özündə əks etdirən qeyd hissəsinin surəti cinayət işinin materialarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin *93.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0* fevral 200*-ci il tarixli, 3* nömrəli Qərarının *-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin *93.2, *93.4-cü və *94-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qızına, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə *5 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 35*-353, 38*, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *77.2.3, *77.2.4 və 234.*-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.3 və *77.2.4-cü maddələri ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə 03 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tam toplamaq yolu ilə, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 09 sentyabr 2022-ci il tarixdən ** sentyabr 2022-ci il tarixədək 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 sentyabr 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 5,*38 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Şahid3 təqdim etdiyi kitabçaya baxış zamanı Təqsirləndirilən şəxs oğurladığı əşyaların bir hissəsini ona satmasını özündə əks etdirən qeyd hissəsinin surəti cinayət işinin materialarında saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü * ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci *39 (bir yüz otuz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN *70032662*, AZ34CTRE**********00208850*, X2, KOD 2*0005, VÖEN *40*55507*, Müxbir hesab AZ 4*, NABZ0*360***********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə *5 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN *90029243*, h/h 400900*94492*23272*4, SWİF GOODE İBAZAZ2X, m/h-0*370*000203*, kod 805692, VÖEN 990000*88*, AİİBAZ2X, hesab-330*00*944*300204**3, VÖEN-*6003676** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar