Məhkəmə qərarları › İş №1(010)-194/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-194/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-194/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X8 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 və X5 qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi 9A mikrorayon ev 41 mənzil 38-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,060 qram, 0,035 qram və 0,042 qram ümumi təmiz çəkisi 0,152 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,262 qram və 0,665 qram ümumi təmiz çəkisi 0,927 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 15 sentyabr 2021-ci il tarixdə saat 18:30-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi “Qardaşlar” tikinti materialları mağazasının qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Suraxanı rayon polis idarəsinin 30-cu PŞ-nə gətirilmiş, videoçəklişdən istifadə etməklə şəxsi axtarış və götürmə hərəkətlərini həyata keçirən zaman onun əynində olan tünd boz rəngli cins şalvarının arxa sağ cibindən 04 ədəd siqaretin ağ rəngli kağızma bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,060 qram, 0,035 qram və 0,042 qram ümumi təmiz çəkisi 0,152 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,262 qram və 0,665 qram ümumi təmiz çəkisi 0,927 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, narkoman deyil, əvvəllər “pasyolka”da qalırmış, orada iş olduqca işləyirmiş. 15 sentyabr 2021-ci il tarixdə Oqtay Şabanov küçəsində 4-5 nəfər polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman onlara qarşı heç bir müqavimət göstərməmiş, hətta özü onlara məxsus maşına əyləşmişdir. Lakin, həmin şəxslər tərəfindən ona qarşı fiziki təsir olub, ancaq bu barədə heç bir mühafizə orqanına müraciət etməyib. Onu 1-2 dəfə dubinka ilə vurublar, o da narkotik vasitə ilə tutulmasını səbəb olaraq düşünmüşdür. O, dostu narkotik vasitə çəkməyi təklif etdiyi üçün qəbul edərək çəkmişdir, lakin heç vaxt damardan iynə formasında qəbul etməmişdir, polis əməkdaşları tərəfindən tutulan vaxtda da üzərində heçnə olmamış, yalnız telefonu olmuşdur. Həmin şəxslər üzərinə narkotik vasitə qoymuşlar və onun olmasını təsdiq etməsini söyləmişlər. O, 2021-ci ildən evdən işə gedibgəlmiş, istintaq dövründə müstəntiq sənədlərə imza etdirib bildiriş gələndə gəlməsini bildirdiyi üçün ev telefon nömrəsini və mobil nömrəsini sahə müvəkkilinə vermiş, heç kimdən gizlənməmişdir. O, narkotikdən istifadə etdiyi əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməkdaşıdır, təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışdır. Şəxsin narkotik vasitə istifadəçisi,daşıyıcısı olması barədə məlumat daxil olmuş, bu səbəbdən Oqtay Şabanov küçəsinə gedib şəxsə yaxınlaşmış, özlərini təqdim edərək şəxsi bölməyə dəvət etmişlər və şəxsə üstündə narkotik vasitə varsa təqdim etməsini bildirmişlər. Şəxs özünü təqdim edib üzərində narkotik vasitə olduğunu bildirmiş və onlara təqdim etmişdir, lakin müəyyən vaxt keçdiyi üçün narkotik vasitənin həcmi və haradan əldə etməsi yadında deyil. Şəxs onlara qarşı heç bir müqavimət göstərməyib, onlar tərəfindən də təsir olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci ildə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, Şahid1, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx xxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi 9A mikrorayon ev 41 mənzil 38-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edilmişdir, ondan ötrü ki, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi “Qardaşlar” tikinti materialları mağazasının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərı könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının arxa sağ cibindən 04 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələr və 02 ədəd şəfaff rəngli selofana bükülmüş içərisində kristal şəkilli narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin “kakos" və “patı" kimi bildiyi narkotik vasitə olduğunu və şəxsi istifadəsi məqsədilə Hövsan qəsəbəsi ərazisindən Ramin adlı şəxsdən 20 manata aldığını və üzərində saxladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan ümumilikdə 06 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində 15 sentyabr 2021-ci il tarixdə saat “20:00"-(dan) saat “20:10"-(dək) aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir.Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Cinayət işində olan 15 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərində şəxsi axtarış aparılması videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd DVD-yə köçürülmüş bir ədəd fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, 30-cu PŞ-nin polis mayoru Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid İbrahimov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra təhqiqatçı Fərid İbrahimov şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməsini bildirdikdə sonuncu hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. Daha sonra təhqiqatçı Fərid İbrahimov şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı videoçəkilişə etirazı olub-olmamasını soruşduqda sonuncu heç bir etirazı olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşduqda sonuncu əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ cibindən 04 (dörd) ədəd siqaretin ağ rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələr və 02 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində kristal şəkilli narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan ümumilikdə 06 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhürü ilə möhürlənərək götürülür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4081 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,060 qram, 0,035 qram, 0,042 qram, ümumi təmiz çəkiləri 0,152 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,262 qram, 0,665 qram, ümumi təmiz çəkiləri 0,927 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,927 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq – 0,847 qram; Heroinin ümumi təmiz çəkisi – 0,152 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq – 0,072 qram (ekspertiza tədqiqatın dəyəri 109,90 manatdır.) Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3516 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və icraat dayandırılmışdır. Cinayət işində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(010)-194/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs istintaqdan və məhkəmədən gizləndiyi üçün barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilərək, axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(010)-194/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Xafisofiç xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verildiyindən cinayət işi üzrə icraat təzələnmişdir. “Elektron Məhkəmə” sistemindən çıxarılmış çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xafisofiçin xx.xx.2014-cü il təvəllüdlü bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin istifadə etməsi əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,072 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq qalmış 0,847 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” haqqında istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün hər günü, azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin müddət təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,072 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq qalmış 0,847 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” haqqında istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar