Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-195/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 T ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 20 manat pul müqabilində xx xxxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində şəxsi istellak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,300 qram olan ağ krsitallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri. Suraxanı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Əfsun” adlanan şadlıq sarayının qarşısında saxlanılıb, ünvan 2 saylı ünvanda yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Psixotrop maddə metamfetamini mütəmadi olaraq Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən istifadə etmək üçün 20 manat pul ödəməklə əldə etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, gecə saat 02 radələrində Qaraçuxur qəsəbəsində həmişə psixotrop maddə aldığı şəxs ilə görüşmüşdür. Həmin şəxsin adını bilməmiş, yalnız onu üzdən tanımışdır. Həmin şəxsdən metamfetamin almaq istəmiş, sonuncu da özündə metamfetamin olmasını bildirib, ona bir ədəd büküm vermişdir. Həmin şəxsə metamfetamin üçün 20 manat vermiş və bükümü əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı evə gəlmiş və evdə üzərində psixotrop maddə olması barədə ailə üzvlərinə bildirməmişdir. Gecəni evdə yatmış və səhər açıldıqda, yəni xx xxxxxxxx 2020-ci il tarixdə paltarlarını geyinib evdən çıxmışdır. Evdən çıxan zaman psixotrop maddəni də üzərində götürmüşdür. Saat 12 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən “Əfsun” şadlıq sarayının qarşısı ilə piyada gedən zaman, tanışı Kənanı görüb ona yaxınlaşmışdır. Kənan ilə söhbət edən zaman bir neçə nəfər şəxs onlara yaxınlaşıb xidəməti vəsiqələrini göstərib Suraxanı RPİnin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib, onları Suraxanı RPİ-nə dəvət etmişlər. Onlar polis əməkdaşlarına heç bir etiraz etməyərək razılaşmışlar. Bundan sonra onlar Suraxanı rayon polis idarəsinə getmişlər. Polis idarəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə onlara hüquq və vəzifələri izah edilmişdir. Vəklin və polis əməkdaşlarını iştirakı ilə video çəkiliş aparılmaqla, üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Bu zaman əynində olan cins şalvarın sağ yan cibində saxladığı, gecə 20 manata aldığı bir ədəd bükümdə narkotik maddə olan metamfetamini çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olmasını, haradan və hansı şəraitdə əldə etməsi barədə ona sual vermişlər. Psixotrop maddə əldə etməyi barədə, yəni ifadəsində göstərdiklərini polis əməkdaşlarına danışmışdır. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz başqa heç bir əyşa aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə qablaşdırılaraq zərf möhür ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, qablaşdırılmış zərflər özü və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Əbdülkərim ilə normal münasibəti olmuş və mütamadi olaraq görüşüb söhbət etmişlər. Heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq Qaraçuxur qəsəbəsində gəzişmişdir. Saat 12 radələrində Əmircan qəsəbəsinin A.Rzayev küçəsində olan “Əfsun” adlanan şadlıq sarayının qarşısından keçən zaman Əbdülkərim ilə rastlaşmışdır. Əbdülkərim ilə dayanıb söhbət edərkən, tanımadığı bir neçə nəfər şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib, Suraxanı RRPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olamalarını bildirib, onlarla birlikdə polis idarəsinə getməyi təklif etmişlər. Onlar da heç bir etiraz etməyərək, bununla razılaşmışdır. Həmin vaxt və ümumiyyətlə heç vaxt o, narkotik vasitə və psixotrop maddə əldə etməmiş, satmamış və istifadə də etməmişdir. O, polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmaqla, üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verilmiş və o, üzərində heç bir qanunsuz əşyanın olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Həmin günü polis idarəsindən buraxılmış və çıxıb yaşadığı mənzilə gəlmişdir. O, heç vaxt Əbdülkərimin psixotrop maddə almasını, satmasını, istifadə etməsini görməmiş və bu barədə ümumiyyətlə məlumatı olmamışdır. Əbdülkərim ilə görüşən zaman onun üzərində psixotrop maddə olmasını bilməmiş, belə ki, sonuncu üzərində psixotrop maddə olmasını deməmişdir. Əbdülkərimin psixotrop maddə istifadə etməsini eşitməmiş və sonuncunun onu haradan almasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-də əməliyyatmüvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhər sakini Əbdülkərim və Kənan adlı şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlamaları barədə Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Əbdülkərim və Kənan adlı şəxslərin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Polis İdarəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Əbdülkərim və Kənan adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamasına görə və onların ifşa edilməsi məqsədi ilə sonuncuların ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupda özü, idarənin NMB-nin rəisi, polis mayoru Anar İbrahimov və NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təyin olunmuşdur. Bundan sonra Əbdülkərim və Kənan adlı şəxslərin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün polis əməkdaşı Roman ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsinə getmişlər. Saat 12 radələrində həmin küçədə Əbdülkərim və Kənan adlı şəxsləri əlamətlərinə görə oxşadıb, onlara yaxınlaşmışlar. Bu şəxslərə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslər özlərini Təqsirləndirilən şəxs və Şahid3 kimi təqdim etmişlər. Həmin şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib, onları Suraxanı RPİ-nə dəvət etmişlər. Həmin şəxslər də heç bir etiraz etmərək, onlarla razılaşmışlar. Bundan sonra birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə dərhal raport yazıb, şöbə rəisinə məruzə etmiş və polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Əbdülkərimə hüquq və vəzifələri izah edilməklə, vəkilin iştirakı ilə videoçəkiliş etməklə, sonuncunun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Əbdülkərimə üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman Əbdülkərim əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Əbdülkərimə həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümün içərisində metamfetamin kimi tandığı psixotrop maddənin olmasını və xx xxxxxxxx 2020-ci il tarixdə, gecə saat 02 radələrində Qaraçuxur qəsəbəsində həmişə psixotrop maddə aldığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin psixotrop maddə kağız zərfə qoyulub möhürlənmiş, zərfın üzərinə baxışda iştirak edən Əbdülkərim, həmin tədbirdə iştirak edən digər polis əməkdaşları və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Sonra Əbdülkərim aidiyyəti üzrə təhvil verilmişdir. Bundan sonra xidməti otaqların birinə daha bir vəkil dəvət edilmiş və həmin vəkilin iştirakı ilə Şahid3 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Kənana üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Şahid3 isə üzərində heç bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Buna baxmayaraq Şahid3 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin sonuncunun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12 radələrində Bakı şəhəri. Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində saxlanılaraq Suraxanı RPİ-nin gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman sonuncunun əynində olan boc rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetam aşkar edilərək götürülmüşdür. Aşar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 45 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2020-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun azad edilməsi qərara alınaraq, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün qərar Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1806 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45 dairəvi möhür əks olan “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddə” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,300 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 2511 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində başlanğıc mərhələsi aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Əmircan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1 T ünvanında yaşadığı müddətdə onun haqqında Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmayıb. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş götürülən bir ədəd bükümdə ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,250 qram metamfetamin Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, materialların məhkəmə ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metanfetamin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında alternativ cəza kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və üzərinə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək vəzifəsi qoyulmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd bükümdə ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından qalıq qalan hissəsi 0,250 qram metamfetamin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 173 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 52-1.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd bükümdə ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından qalıq qalan 0,250 qram hissəsi hökm qanun qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 173 (yüz yetmiş üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-195/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-195/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver