Məhkəmə qərarları › İş №1(010)-195/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-195/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-195/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Naxçıvan şəhəri, C.X5 qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən Planet otelində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünün 'Türk lizinq” şirkətinin müdirinin sürücüsü oduğunu deyib inandırmış və ona bankdan illik 8% olmaqla 10.000 (on min) manat pul götürəcəyimə dair yalan vəd verib, 09 oktyabr 201 -ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 62 ünvanında 3000 (üç min) manat nağd pul vəsaitini tamah niyyəti alıb ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünün “Türk lizinq” şirkətinin müdirinin sürücüsü oduğunu deyib inandırmış və bankdan illik 8% olmaqla 3000 (üç min) manat pul götürəcəyinə dair yalan vəd verib, 13 oktyabr 2017- ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanda 1000 (min) manat nağd pul vəsaitini tamah niyyətilə alıb ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd SSRİ dövlətində istehsal olunmuş «BK3306 » nömrəli, 9 mm kalibrli, PM modelli, texniki cəhətdən saz atəş üçün yararlı yivli odlu silah sayılan Makarov konstruksiyalı tapançanı və 03 ədəd zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş atəşə yaralı 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronları əldə edib üzərində gəzdirməklə, ünvan 4 ünvanda yerləşən “Tos-Oil” X7 yaxınlığında qanunsuz daşımış, bu barədə Suraxanı RPİ-nin 32-ci PB- nə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşlarının əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 06 yanvar 2021 -ci il tarixdə saat 22.30-da ünvan 4 ünvanda yerləşən “Tos-Oil” X7 yaxınlığında qanunsuz olaraq odlu silah əldə etməsində və gəzdirməsində şühbəli şəxs qismində saxlanılıb Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək üzərinə vidoçəklişdən istifadə etməklə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarının qabaq sağ yan tərəfdən bel kəmərinə keçirdiyi 01 ədəd SSRİ dövlətində istehsal olunmuş «BK3306 » nömrəli, 9 mm kalibrli, PM modelli, texniki cəhətdən saz atəş üçün yararlı yivli odlu silah sayılan Makarov konstruksiyalı tapança və 03 ədəd zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş atəşə yaralı 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlar polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 228.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, iş üzrə Zərərçəkmiş şəxs1 “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində tanımışdır. Onunla hər-hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Elnurla həmin vaxtdan, yəni 2017-ci il tarixdən tanışlıq münasibəti yaranmışdır. Daha sonra onun Elnurla birgə ticarət fəaliyyəti olmuş, birgə iş məqsədilə Elnur ona 400 manat məbləğində pul vermişdir. O, heç vaxt Elnura özünü “Türk lizinq” şirkətinin müdirinin sürücüsü kimi təqdim etməmişdir, sonuncuya illik 8% olmaqla 10.000 manat pul tapa biləcəyini, lakin həmin pulu çıxarmaq üçün 3000 manat pulun lazım olduğunu deməmiş və bunun müqabilində Elnurdan 3.000 manat məbləğində pul almamışdır. İş üzrə digər Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə tanımır, sonuncuya da heç bir vəd verməmiş və hər hansı pul məbləği almamışdır. Polis bölməsində ona qarşı fiziki və psixi təzyiqlər göstərildiyindən, o, dələduzluq cinayətini törətdiyini göstərmişdir. 06.01.2021-ci il tarixdə o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, Mədən küçəsində yerləşən X7 yanı ilə gedən zaman, mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, qanunsuz olaraq silah və sursatın gəzdirilməsində şübhəli olduğunu bildirmiş və onu 32-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində o, üzərində hər hansı bir silahın olmadığını bildirmişdir. Bölmənin rəisi Məhəmməd Əhmədbəyli və əməliyyatçı Şahid3, həmçinin, həmin vaxt polis bölməsinin rəis müavini olmuş Adil adlı şəxs ona bildirmişlər ki, silahı öz üzərinə götürdüyü halda, onun müalicə vəsaitlərini ödəyəcəklər. O, da bu təkliflə müalicəyə ehtiyacı olduğu üçün razılaşmışdır. Daha sonra bölməyə hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri ona izah olunduqdan sonra xidməti otaqların birində video çəkilişdən istifadə edilərək üzərinə axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əldə olunmuş qeyd etdiyi razılığa əsasən əynində olan şalvarın qabaq sağ yan hissəsində kəmərin altından polis əməkdaşlarının ona verdiyi “Makarov” tipli tapançanı, sandıqçasını, içində olan üç ədəd patronla birlikdə polis əməkdaşlarına təqdim etmiş, həmin tapançanı yuxarıda göstərilən ünvandan tapdığını bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 228.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşamışdır. Zərərçəkmiş şəxs1 “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində tanımışdır. Onunla hər-hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Elnurla həmin vaxtdan, yəni 2017-ci il tarixdən tanışlıq münasibəti yaranmışdır. 2017-ci ilin təxminən sentyabr ayının sonlarında Elnur söhbət edən zaman atasının xəstə olmasını və təcili 10.000 manat puln lazım olduğunu bildirmişdir. Pula ehtiyacı olduğundan Elnura özünü “Türk lizinq” şirkətinin müdürinin sürücüsü işlədiyini və ona illik 8% olmaqla 10.000 manat pul tapa biləcəyini, lakin həmin pulu çıxarmaq üçün 3000 manat pulun lazım olduğunu demişdir. Elnur da razılaşaraq 2017-ci ilin oktyabr ayının əvvəllərində ona 3.000 manat pul vermişdir. Həmin pulu Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Çudo Peçka” restoranının qarşısında tanımadığı dostu Zərərçəkmiş şəxs2 yanında vermişdir. Bundan sonra həmin pulu götürüb oktyabr ayının ortalarında 10.000 manat pulu ona verəcəyini söz vermişdir. Həmin pulu götürdükdən sonra öz şəxsi ehtiyyaclarma xərcləmişdir. Pulu aldıqdan bir gün sonra isə Elnur ona dostu Raminin də faizə pul axtardığını və buna görə də ona köməklik etmək lazım olduğunu demişdir. O, etiraz etməmiş və 3000 manat müqabilində Raminin 1000 manat pul ödəməli olduğunu, borcu ödəyən zaman illik 8% olmaqla pulu ona verə biləcəyini demiş və Ramin də onunla razılaşmışdır. Təxminən 2 gün sonra Elnurun dostu Ramin yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, hazırda xatırlamadığı evin qarşısında Elnurun iştirakı ilə 1000 manat pulu ona vermişdir. 1000 manat pulu Ramindən aldıqdan sonra həmin pulu da öz şəxsi ehtiyacların xərcləmişdir. Həmin vaxt yanında Hicran adlı tanışı olmuşdur. Lakin, onun həmin söhbətlərə heç bir aidiyyəti olmamış və ümumiyyətlə Hicran onun Elnur və Ramildən pul almağını görməmişdir. O, Hicrana heç bir məbləğdə pul verməmiş və sonuncunun ümumiyyətlə həmin söhbətlərdən xəbəri olmamışdır. Hicran adlı qadınla tanışlıq münasibətləri olmuş və onunla 2018-ci ildən əlaqəsi kəsilmişdir. Hazırda onunla heç bir əlaqəsi olmadığına görə, onun anket məlumatları və ya digər xüsusatları haqqında fikir söyləyə bilmir. Zərərçəkmiş şəxs2 Akif oğlu və Zərərçəkmiş şəxs1 1000 manat və 3000 manat pulları öz şəxsi ehtiyaclarını ödəmək üçün almışdır. Bundan başqa, onun silahlara xüsusi marağı vardır. 2020-ci ilin avqust ayının sonlarında, axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən bazar adlanan yerin yaxınlığından keçən zaman zibil qutusunun kənarında səliqə ilə qoyulmuş qara rəngli sellofan torba diqqətini çəkmişdir. Həmin sellofan torbanı açıb içinə baxanda, orada bir topa qəzet və bir ədəd Makarov tipli tapançanın sandığı ilə birlikdə olduğunu görmüşdür. Silahlara marağı olduğundan və həmin tapançanın da sahibsiz tullandığından götürərək, əynində olan şalvarın arxa sağ yanına qoyaraq, oradan uzaqlaşmışdır. Sonra bir neçə dəfə də həmin tapançanı üzərində daşımışdır. Tapançanın sadıqçasının içində üç ədəd patron da olmuşdur. 06.01.2021 -ci il tarixdə, saat 22:30 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, Mədən küçəsində yerləşən X7 yanı ilə gedən zaman, mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, qanunsuz olaraq silah və sursatın gəzdirilməsində şübhəli olduğunu bildirmiş və onu 32-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri ona izah olunduqdan sonra, xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilərək, üzərinə axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, onu təqdim etməyi təklif olunmuşdur. O, buna etiraz etməmiş və əynində olan şalvarın qabaq sağ yan hissəsində, kəmərin altında saxladığı “Makarov” tipli tapançanı, sandıqçası və içində olan üç ədəd patronla birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Həmin tapançanı yuxarıda göstərilən ünvandan tapdığını bildirmişdir. Bundan sonra həmin tapança polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra üzərində axtarış həyata keçirilmiş, hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülən tapançadan hər hası bir cinayətdə istifadə etməmiş, sadəcə üzərində gəzdirmiş və hər hansı bir cinayətdə istifadə etməmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən çayxanada tanış olmuşdur. Belə ki, Hikmət tanıdığı Məhəmməd adlı şəxslə çayxanada əyləşib çay içən zaman, onlara yaxınlaşmış və onunla tanış olmuşdur. X3 gözündə problemlər olduğu üçün müalicə olunur. Onun müalicə olunması üçün xeyli miqdarda pul lazım olmuşdur. Pulu olmadığı üçün, Məhəmməddən ona pul tapmaqda köməklik etməsini xahiş etmişdir. Çayxanada Məhəmməddən bu barədə soruşduqda, o, bir neçə nəfər şəxsin yalnız qızıl-zinyət əşyaları girov qoyduqdan sonra pul verdiklərini bildirmişdir. Onunla söhbət zamanı Hikmət nə baş verdiyini ondan soruşmuşdur. Hikmətə atasının xəstə olduğunu, onun müalicəsinə xeyli miqdarda pul lazım olduğunu, lakin hal-hazırda pulunun olmadığını və borc olaraq pul tapa bilmədiyini demişdir. Bu zaman Hikmət “Türk lizinq” şirkətində tanışının müdir işlədiyini, hal-hazırda həmin tanışının sürücüsü olduğunu deyib, həmin şəxsin vasitəsilə pul tapmaqda ona yardım edə biləcəyini bildirmişdir. Lakin, müəyyən sənədləşmə aparılması, həmçinin, bir neçə sənədin hazırlanması üçün pul vermək lazım olduğunu da demişdir. Hikmət ona 3.000 manat pul verəcəyi halda, illik 8% olmaqla, bankdan 10.000 manat pul götürəcəyini bildirmişdir. Məhəmməd Hikməti tanıdığı üçün inanmış və onunla razılaşdığı üçün 03 gün müddətində dediyi məbləği ona verəcəyini bildirmişdir. Sonra bu barədə onunla eyni ünvanda yaşayan, tanışı Raminə demişdir. Ramin də bankdan pul götürmək istədiyini bildirmiş və bu barədə Hikmətdən xahiş etməyini istəmişdir. Bir neçə gündən sonra Hikmət yaşadığı mənzildə olan zaman, Ramin Hikmətə bankdan 3.000 manat pul götürmək istədiyini demişdir. Hikmət də 1.000 manat pulun müqabilində bankdan onun üçün 3.000 manat pul götürə biləcəyini bildirmişdir. Üç gündən sonra, yəni, 09.10.2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunun Q.Qarayev prospektində yerləşən “Çudo Peçka”nm qarşısında Hikmətlə görüşmüşdür. Hikmətin yanında tanımadığı Hicran adlı qadın olmuşdur. O, 3.000 manat pulu Hikmətə, Raminin və Hikmətin yanındaki qızın iştirakı ilə vermişdir, Hikmət də bu pulu qıza təqdim etmişdir. Pul verildikdən sonra Hikmət üç gündən sonra pulu ona verəcəyini bildirmişdir. Bir neçə gündən sonra yaşadığı binanın önündə Ramin Hikmətə 1.000 manat pul vermişdir. Həmin vaxtdan etibarən bir neçə dəfə Hikmətlə görüşüb, pul barəsində soruşmuşdur. Hikmət də bir neçə günə məsələnin həll olunacağını demişdir. 24.10.2017-ci il tarixdə Hikmət, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən zəng edərək, 10.000 manat pulu aldığını, gəlib Neftçilər metrostansiyası yaxınlığında ona verəcəyini bildirmişdir. Həmin gün axşam saatlarmadək Hikməti gözləsə də, o, gəlməmişdir. Yenidən Hikmətə zəng edib, nə səbəbə gəlmədiyini soruşduqda, sonuncu gəlməyəcəyini, ümumiyyətlə hər hansı məbləğdə pul verməyəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən dəfələrlə Hikmətə zəng etsə də, onunla əlaqə saxlaya bilməmişdir. 09.10.2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunun Q.Qarayev prospektində yerləşən “Çudo Peçka”nın qarşısında illik 8% olmaqla bankdan 10.000 manat pul götürülməsində ona kömək etmək məqsədilə Hikmətə 3.000 manat pul vermişdir. Hikmətə 3.000 manat pul verən zaman iş yoldaşı Ramin onun yanında olmuş və pul verdiyinin şahidi olmuşdur. Onun Hikmətlə heç bir işbirliyi olmamışdır. Hazırki vaxtadək təqsirləndirilən şəxs cinayət yolu ilə ondan aldığı pul vəsaitini qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, tanışı Zərərçəkmiş şəxs1la birlikdə yaşayır, Elnurula "Paşa-İnşaat” şirkətində birlikdə işləyən zaman tanış olmuşdur. Münasibətləri həmişə yaxşı olmuşdur. Hal-hazırda Elnurun atası Əhməd Rüstəmovun gözləri xəstə olduğu üçün, xəstəxanada müalicə olunur. Onun müalicə olunmasına xeyli miqdarda pul lazım olmuşdur. Elnurun pulu olmadığı üçün, atasının müalicə xərclərini ödəmək məqsədilə, pul tapmaq üçün bir neçə nəfərdən xahiş etmişdir ki, onun üçün borc pul tapsınlar. Elnur ona yaxınlaşaraq, Məhəmmədin vasitəsilə Hikmət adlı şəxslə tanış olduğunu, Hikmətin 3.000 manat pulun müqabilində bankdan onun üçün 10.000 manat pul götürə biləcəyini demişdir. Onunla söhbət zamanı məlum olmuş ki, Hikmət kiminsə sürücüsü olduğunu və müdirinin “Türk lizinq” şirkətində işlədiyini, həmin şəxsin sürücüsü işlədiyini deyib, 3.000 manat müqabilində bankdan 10.000 manat pul götürə biləcəyini demişdir. Özünə də pul lazım olduğu üçün, o, Elnurdan xahiş etmişdir ki, onun üçün də bankdan pul götürməyə kömək etsin. Bir neçə gündən sonra Hikmət Elnurla birlikdə yaşadığı evin qarşısına gəlmişdir. Pul lazım olduğu üçün, o, da Hikmətdən xahiş etmişdir ki, onun üçün də bankdan pul götürməyə kömək etsin. Hikmət nə qədər pul lazım olduğunu soruşduqda, o, 3.000 manat pulun lazım olduğunu demişdir. Hikmət 1.000 manat pulun müqabilində bankdan onun üçün 3.000 manat pul götürə biləcəyini bildirmişdir. Bir neçə gündən sonra yaşadığı evin yaxınlığında yerləşən “Çudo Peçka”nm qarşısında Hikmətlə görüşmüşdür. Həmin vaxt Hikmətin yanında tanımadığı bir nəfər Hicran adlı qadın da olmuşdur. Elnur Hikmətə 3.000 manat pul vermiş, Hikmət də bu pulu qadına vermişdir. Pul verdikdən sonra Hikmət bir neçə gündən sonra bankdan 10.000 manat pul götürüb Elnura verəcəyini demişdir. Elnur 3.000 manat pul verdikdən bir neçə gün sonra, özü də Hikmətə 3.000 manat pul götürmək məqsədilə 1.000 manat pul vermişdir. Hikmətə pul verdikdən sonra o, bir neçə gün müddətində onun və Elnurun pulunu bankdan çıxaracağını desə də, onları aldatmışdır. 13.10.2017-ci il tarixdə yaşadığım mənzilin qarşısında illik 8% olmaqla bankdan 3.000 manat pul götürülməsində ona kömək etmək məqsədilə Hikmətə 1.000 manat pul vermişdir. Yaşadığı evin qarşısında Hikmətə 1.000 manat pul verərkən yanında Elnur olmuşdur. Hikməti əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Hikməti Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Hazırki vaxtadək təqsirləndirilən şəxs cinayət yolu ilə ondan aldığı pul vəsaitini qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. Onunla münasibətləri yaxşıdır. Elnurun atası Əhməd Rüstəmovun səhhətində problemlər olduğundan, o, X10 müalicə olunmuşdur. Sonuncunun müalicə olunması üçün xeyli məbləğdə maddi vəsait tələb olunmuşdur. Atasının müalicə xərclərini ödəmək məqsədilə Elnur borc pul axtarmışdır. Bu barədə o, bütün dost tanışlarına məlumat vermişdir. Həmin vaxt o, Elnura 600 manat məbləğində pul borc vermişdir. O, Bakı şəhəri, Əhmədli metrostansiyası yaxınlığında əvvəllər xırda ticarətlə məşğul olan zaman Hikmət adlı şəxslə tanış olmuşdur. Hikmət də həmin vaxt Əhmədli metrostansiyası yaxınlığında xırda ticarətlə məşğul olmuşdur. Təxminən 2017-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında çayxanada əyləşən zaman, təsadüfən Hikmətlə rastlaşmışdır. Çayxanada bir qədər əyləşib söhbət edib ayrılmışlar. Eyni zamanda ayıq sürücü kimi də işlədiyi üçün, əsasən Neftçilər metrostansiyası yaxınlığında olan çayxanada əyləşib müştəri gözləyir. Elnurla birlikdə çayxanada əyləşən zaman yenə də Hikmət onu görüb yaxınlaşmışdır. Eyni masa arxasında əyləşib söhbət edən zaman, Elnur pensiya kartını banka qoyub pul götürmək istədiyini bildirmişdir. Bu zaman Hikmət bu işdə ona yardım edə biləcəyini bildirmişdir. Söhbət zamanı zəng gəldiyi üçün, oradan getmişdir. Gedəndən sonra Elnurla Hikmət arasında olan söhbətlər barəsində məlumatı olmamışdır. Bir neçə gündən sonra Elnur ona zəng etmiş və Hikmətə pul verdiyini, sonuncuya pul verən zaman fotoşəklini çəkdiyini bildirmişdir. Elnur Hikmətə nə qədər məbləğdə pul verdiyini ona bildirməmişdir. Bir neçə gün sonra Elnur dedikdən sonra ona məlum olmuş ki, bankdan 10.000 manat pul götürmək məqsədilə Hikmətə 3.000 manat pul vermiş və Hikmət də onu aldatmış, zənglərinə cavab verməmişdir. Elnurdan eşitdiyinə görə sonuncunun dostu olan Ramin adlı şəxs də Hikmətə 1.000 manat pul vermişdir. Hikmət adlı şəxslə əvvəllər Əhmədli metrostansiyası yaxınlığında xırda ticarətlə məşğul olan zaman tanış olmuşdur. Hikmətin yalnız adını bilir. Onun soyadı, atasının adı, yaşayış ünvanı barəsində heç bir məlumatı olmamışdır. Elnurla söhbət zamanı ona məlum olmuşdur ki, Hikmət ***-***-**-** saylı mobil nömrə istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, hazırda Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 06 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən X7 yaxınlığında “Hikmət” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və həmin şəxsin cinayət əməllərini ifşa etmək üçün ondan və baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 06 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində həmin “Hikmət” adlı şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Tos-Oil” X7 yaxınlığında saxlanılmış və Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin olunmuşdur. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı, ona üzərində hər hansısa qanunsuz əşyaların olub-olmaması barədə sual verilmiş və əgər üzərində qanunsuz əşya varsa, onu təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli şalvarının qabaq sağ yan tərəfdən bel kəmərinə keçirdiyi 01 ədəd Makarov markalı tapançanı və 03 ədəd atəş açmaq üçün nəzərdə tutulmuş güllələri təqdim etmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin aşkar edilmiş tapançanı və 3 ədəd güllələri 2020-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsində yerləşən bazar deyilən ərazidən tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Sonra aşkar edilmiş 01 ədəd Makarov markalı tapança və 03 ədəd atəş açmaq üçün nəzərdə tutulmuş güllə təhqiqatçı tərəfindən məhkəmə-ballistik ekspertizası təyin edilməsi üçün götürülərək qabşaldırılmış, bununla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı bir düşmənçiliyi, yaxud ədavəti olmamışdır. Polis bölməsində təqsirləndirilən şəxsə münasibətdə heç bir fiziki və ya psixi təsir göstərilməmiş, sonuncuya hər hansı bir vəd verilməmişdir, təqsirləndirilən şəxsin məhkəmədə dediklərinin heç bir əsası yoxdur və sonuncunun özünümüdafiəsi məqsədilə verilmiş ifadədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq edərək, analoci ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Suraxanı RPİnin 32-ci polis bölməsinin rəisi Məhəmməd Əhmədbəyli göstərmişdir ki, 06 yanvar 2021ci il tarixdə saat 22:30 radələrində hazırki iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Tos-Oil” X7 yaxınlığında saxlanılmış və Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmişdir. Polis təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin olunmuşdur. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı, ona üzərində hər hansısa qanunsuz əşyaların olub-olmaması barədə sual verilmiş və əgər üzərində qanunsuz əşya varsa, onu təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli şalvarının qabaq sağ yan tərəfdən bel kəmərinə keçirdiyi 01 ədəd Makarov markalı tapançanı və 03 ədəd atəş açmaq üçün nəzərdə tutulmuş güllələri təqdim etmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin aşkar edilmiş tapançanı və 3 ədəd güllələri 2020-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsində yerləşən bazar deyilən ərazidən tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı bir düşmənçiliyi, yaxud ədavəti olmamışdır. Polis bölməsində təqsirləndirilən şəxsə münasibətdə heç bir fiziki və ya psixi təsir göstərilməmiş, sonuncuya hər hansı bir vəd verilməmişdir, təqsirləndirilən şəxsin məhkəmədə dediklərinin heç bir əsası yoxdur və sonuncunun özünümüdafiəsi məqsədilə verilmiş ifadədir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 4(010)-13/2021 saylı 08 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 06.01.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. 05.04.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsi tərəfindən cinayət işi üzrə təqsirləndirilən şəxs X9 həbsdə saxlama müddəti 02 (iki) ay həddində, yəni 06 iyun 2021ci il tarixədək uzadılması barədə qərar qəbul olunmuşdur. 07.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05.04.2021-ci il tarixdə Bakı şəhərinin Binə qəsəbəsindəki X2 yerləşdirilmişdir. 24.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 05.04.2021-ci il tarixdə ƏN PX 3 saylı İstintaq Təcridxanasından “COVİD-19” diaqnozu ilə ƏN PX İxtisaslaşdırılmış müalicə müəssisəsinə daxil olmuşdur. 01.06.2021-ci il tarixdə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs həbsdə saxlama müddətnin uzadılması ilə bağlı Suraxan rayon prokurorluğuna vəsatətlə müraciət olunmuş, lakin vəsatət təmin olunmamışdır. 06.06.2021-ci il tarixdə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 1(010)-195/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsli axtarış elan olunmuşdur. İş materiallarında olan 3 saylı İstintaq Təcridxanasının 17/40-3978 saylı 25 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 20.09.2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq, 24.09.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 07 yanvar 2021-ci il tarixli 21/10R saylı rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd BK-3306 №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində isthsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1962-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. Patronların üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. -Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 08.01.2021-ci il tarixli, 011-175-1221 nömrəli məktubundan görünür ki, 07.01.2021-ci il tarixli 096-381-1221 nömrəli məktuba əsasən tədqim edilən 01 ədəd 9 mm kalibirli BK-3306 nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 13.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 28.12.2019-cu il tarixli qərarı ilə 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 228.1-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduğu cinayət əməllərini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı bir neçə dəfə dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmişdir. Həmin ifadələr həqiqətə uyğun olduğundan və iş materialları, ibtidai və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübut kimi qəbul edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını 28.12.2019-cu il tarixdə bitirdikdən sonra 06 yanvar 2021-ci il tarixdə növbəti cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 18.1, 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi nəzərə alınmalıdır və bu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cinayətlərin residivi zamanı cəzaların təyin edilməsi qaydalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 228.1-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Eyni zamanda, məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın növünü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, «CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkann şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan – 20 sentyabr 2021-cı il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 228.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdən 06.06.2021-ci il tarixədək həbsdə olduğu 05 ay müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 05 ay ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar