Məhkəmə qərarları › İş №1(010)-196/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-196/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-196/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi, vəkil Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X17 barəsində «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinə uyğun tədbir görülməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək, barəsində müvafiq cəza növündə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılır ki, ünvan 2 ünvanında yaşayan X17 MEYDAN TV-yə ünvanladığı “İmkanı ola-ola göz əməliyyatıma kömək etmir”adlı manşetində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan məlumatları yaymışdır ki, bu əməl də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli sayılır. E.Babayevin paylaşdığı video görüntü minlərlə insan tərəfindən izlənilib və bu gün də həmin video görüntü internetin facebook saytından silinməyib, izlənilməkdə davam edir. Belə ki, E.Babayev paylaşdığı video görüntü ilə onu Azərbaycan Respublikasında xüsusi nüfuz sahibi olan insaların adından istifadə etməklə onu hədələdiyi barədə yalan, uydurma ifadələr işlətməklə yanaşı, onun başına gələn bədbəxt hadisədə azyaşlı oğlunu və onu əsassız yerə günahlandırıb. O, əminliklə bildirir ki, X9 bunda məqsədi onun hesabına əsassız varlanmaq hərisliyidir.E.Babayev bildirir ki, guya onun 14 yaşlı oğlu X9 gözünün içinə "zırpaket atıb, onu kor edib. Gözündə iki dəfə əməliyyat aparılıb, daha iki əməliyyat lazımdır. Tezliklə əməliyyat olunmasa ikinci gözü də kor olacaq. Onun ÜNS Teatrının işçisi olduğunu bildirərək guya o, X12 Nərgiz Paşayevanın köməkçisi olduğu ilə hədələyərək X13 demişdir ki, “əlin çatan yerə şikayət et, prinsipə durub sənə qara qəpik də ödəməyəcəm”. Aşkar surətdə ağ yalan olaraq, bildirir ki, guya onda mənim səsi olan yazılar var və həmin səs yazılarında o, deyir ki, “Nərgiz Paşayevanın köməkçisiyəm, hara şikayət etsən, Nərgiz xanımın bir zəngi ilə mənim xeyrimə həll olunacaq”.E.Babayevin onu və övladını özünün başına gələnlərdə təqsirli bilməsində haqsız olduğunu məhkəmə qərarları tam təsdiq edir. E.Babayev bu danılmaz faktları belə ayaqlayaraq həyasızcasına mətubata yalan məlumatlarını verməklə nəinki onu hətta cəmiyyətdə yüksək nüfuz sahibi olan ola Nərgiz xanım Paşayevanın da adına özünün yalanları ilə xələl gətirmişdir. Konkret olaraq ona münasibətdə bu şəxs mətbuatda verdiyi yalan açıqlaması ilə onun işgüzar nüfuzuna, cəmiyyətdəki mövqeyinə ağır zərbə vurmuşdur. Elə bir zərbə ki, o işini, nüfuzunu itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 32.2-ci və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrinin tələblərini rəhbər tutaraq X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək və barəsində müvafiq cəza növündə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət məhkəməyə verildikdən sonra məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı X3 nümayəndəsi, vəkil Müdafiəçi şikayəti müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, X9 qeyd olunan əməllərində təhqir cinayətinin əlamətləri yoxdur, ancaq böhtan cinayətinin əlamətləri vardır ki, sonuncunun bu cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılması üçün, işin məhkəmə baxışına çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X17 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, yaxın qohumu olan ərizəçi X3 14 yaşlı oğlu həqiqətən də onun gözünün içinə partlayıcı maddə ataraq, onun bir gözünü kor etmişdir. Gözündə iki dəfə əməliyyat aparılıb, daha iki əməliyyat lazımdır. Tezliklə əməliyyat olunmasa, ikinci gözü də kor olacaq. Uşağın atası X7 ÜNS Teatrının işçisidir. Həmin şəxs ona bildirmişdir ki, «Nərgiz Paşayevanın köməkçisidir, əlin çatan yerə şikayət et, prinsipə durub ona qara qəpik də ödəməyəcək”. Belə ki, ötən ilin ilk günündə yaxın qohumunun evinə qonaq getməsi onu dünya işığına həsrət qoyub. O, iki ildir ki, polisin, məhkəmənin qapısında qalıb. Lakin yaxın qohumu əməliyyata görə ona maddi yardım etmir. Nəticədə o, digər gözünü də itirmək təhlükəsiylə üz-üzə qalıb. Hadisə 2019-cu ilin 1 yanvarında baş verib. Yaxın qohumu Bəhram İsmayılov ona zəng vuraraq həmin gün onu evinə qonaq çağırmışdır. O ailəsi ilə birlikdə Masazıra - Bəhramın evinə getmişdir. Həmin qonaqlıqda qonaq qismində gələn başqa qohumlar da olmuşlar. Ev sahibinin oğlu Mirağa həyətdə partlayıjı maddə ilə oynayırdı. O, bunu biləndə, həyətə çıxmışdır ki, öz uşaqlarını evə çağırsın. Həmin vaxt Mirağa ona tərəf iki dəfə partlayıjı maddə yandırıb atmışdır. Həmin maddənin birincisi onun ayağının altına düşmüş, ikincisi gözünün içində partlamışdır. Həmin hadisə zamanı Bəhram İsmayılov və orada olan başqa bir qohumu onu Zərifə Əliyeva adına göz xəstəxanasına aparıblar. Bir neçə gündən sonra isə zədələnmiş gözü əməliyyat olunmuşdur. Mütəxəssislər müayinə edərək bildirmişdirlər ki, göz tamamilə zədələnib, həmin gözə aparat yerləşdirdilər. Əməliyyatın xərcini özü çəkmişdir. Uşağın atası cəmi 150 manat verdi, pul dərmanlarının heç cüzi hissəsini də ödəmədi. Gözündə iki dəfə əməliyyat aparılıb, heç birinə maddi dəstək olmayıb. Aylardır ki, ikinci gözü də sıradan çıxır. O, dəfələrlə X2 xahiş etmişdir ki, heç olmasa əməliyyatının xərcinin bir hissəsinə yardımçı olsun, lakin sonuncu bundan imtina etmişdir. X7 ona bildirmişdir ki, ümumiyyətlə onun gözünün bu vəziyyətə düşməsinin onlarla əlaqəsi yoxdur, əvvəl sübut eləsin ki, gözünü oğlu kor edib. Əlində sübutu yoxdur. O, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə ərizəylə müraciət etmişdir. Ərizə araşdırılaraq müəyyən edilmişdir ki, hadisəni X3 oğlu Mirağa İsmayılov törədib, lakin 14 yaşında olması X4 cinayət məsuliyyətindən azad edir. X7 qərarla razılaşmayıb qərardan şikayət etmişdir. Qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Bir müddətdən sonra yenə də eyni məzmunlu qərar çıxarılmışdır. Bəhram İsmayılov yenə qərardan şikayət etmişdir. Beləcə, Nəsimi polisində dörd dəfə qərar çıxarılmışdır. Qəbul edilən bütün qərarlarda onun gözünün kor olmasının səbəbkarının X3 oğlu X8 olması təsdiqlənmişdir. O, məhkəməyə müraciət edərək, Mirağa İsmayılovun atası X2 onun əməliyyat xərcini ödəməsi barədə iddia qaldırmışdır. Ötən ilin oktyabrında o, Binəqədi Rayon Məhkəməsində Bəhram İsmayılova qarşı pul tələbinə dair iddia qaldırmışdır. O, Bəhram İsmayılovdan gözünün əməliyyatına və xəstəxana xərclərinə görə 1050, təkrar əməliyyat üçün 7500, işləmədiyi aylar üçün 3600 manat tələb etmişdir. Cavabdehin nümayəndələri iddia tələbini əsassız sayaraq, hakimdən iddianın rədd edilməsini istəyiblər. Məhkəmə onun tələbini qismən təmin etmişdir. Cavabdeh tərəfindən ona dəymiş zərər kimi 7500 manat ödənilməsi, 30 manat məhkəmə rüsumu tutulması ilə bağlı qətnamə qət edilmişdir. O, və qarşı tərəf qətnamə ilə razılaşmayaraq, qətnamədən apelyasiya şikayəti vermişlər. O, iddiasının tam təmin olunmasını, Bəhram İsmayılov isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi onun və qarşı tərəfin şikayətlərini birləşdirərək işə eyni icraatda baxmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onun şikayəti təmin olunmayaraq, Bəhram İsmayılovun apelyasiya şikayəti isə təmin edilərək, birinci instansiya məhkəməsindəki qətnamənin iddiaçıya 7500 manat ödənilməsi və 30 manat rüsumla bağlı hissəsi ləğv edilmişdir. Bəhram İsmayılov işlədiyi Teatrın rəhbərliyinin adından sui-istifadə edir. O, heç vaxt heç bir çıxışında ərizəçini təhqir etməmişdir və sonuncuya qayrşı böhtan atmamışdır, vurulmuş zərərə görə sonuncudan kompensasiya tələb etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmasını xahiş edir. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. İş materiallarına əlavə edilmiş my.gov.az saytından vətəndaşın iş yeri haqqında arayışdan çıxarışdan görünür ki, X7 “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də təsərüfat müdiri vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, azyaşlı X10 qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət mısuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamışdır. Belə olan halda toplanmış material cinayət işi başlanması rədd edilməsi, yetkinlinlik yaşına çatmayan X11 törətdiyi xırda xuliqanlığa görə valideyni X7 Azərbaycan Respublikası İXM-nin 512-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün 19-cu PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X21-Təcrübi və Tədrisi Birliyi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, E.M.Babayevdə sol göz almasının orta dərəcəli kontuziyası, hifema, boynuz qişanın eroziyası və ikincili qlaukoma olmuşdur. Bunun nəticəsində sol gözdə görmə itiliyi 0,02-0,03-ə qədər düşmüşdür. Qeyd edilən xəsarət ikincili qlaukoma xəstəliyi fonunda xx.xx.2019-cu ildə protexniki vasitənin partlaması nəticəsində yarana bilməsini inkar etmək olmaz, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Qeyd edilən hal istər kənar şəxs tərəfindən, istərsə də, zərərçəkmişin öz əlində protexniki vasitənin partlaması nəticəsində yarana bilərdi. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, cinayət hadisəsini törətmiş X10 xx.xx.2006-cı il təvəllüdlüdür, yəni on dörd yaşı tamam olmamış şəxsdir. Bu səbəbdən də, xx.xx.2006-cı il təvəllüdlü X10 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Respublika Müalicəvi Dioqnostika Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, X13 iki etaplı cərrahiyyə əməliyyatı tətbiq olunmalıdır. İ etap vitrektomiya, silikon yağı, İİ etap silikon yağı çıxarılması və delate pupullanın bərpası icra olunmalıdır. İş materiallarına əlavə edilmiş DünyaGöz xətəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli DGH-442 saylı arayışdan müəyyən olunur ki, X6 gözünə Vitrektomi əməliyyatı məsləhət görülmüşdür. Əməliyyatdır məbləği 7800 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş Çıxarışların kserokopiyalarından müəyyən olunur ki, X17 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində stasionar müalicə almışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis baş leytenantı İslam Mürsəlov tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, cinayət hadisəsini törətmiş X10 xx.xx.2006-cı il təvəllüdlüdür, yəni on dörd yaşı tamam olmamış şəxsdir. Göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 4001/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, 7500 manat məbləğində dəymiş maddi zərərin əvəzi və 30 manat dövlət rüsumu X1ndan alınaraq iddiaçı X13 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4001/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yeni iddia qismən təmin edilərək, 7500 manat məbləğində dəymiş maddi zərərin əvəzi və 30 manat dövlət rüsumunun X1ndan alınaraq iddiaçı X13 ödənilməsi hissəsində ləğv edilərək və həmin hissədə iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru Elçin Mehdiyev tərəfindən qəbul edilmiş “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlüdür, yəni on dörd yaşı tamam olmamış şəxsdir. Göstərilənlərə əsasən xx.xx.2006-cı il təvəllüdlü X10 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Xüsusi ittihamçı X3 nümayəndəsi, vəkil Müdafiəçi X9 qeyd olunan əməllərində təhqir cinayətinin əlamətlərin olmadığını, ancaq böhtan cinayətinin əlamətlərin oduğunu qeyd edərək, sonuncunun bu cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılması üçün, işin məhkəmə baxışına çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. CM-nin 147-ci maddəsinə əsasən böhtan cinayəti - obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Beləliklə, böhtan cinayətinin əlamətlərinin mövcud olması üçün məlumtları yayan şəxsin qərəzi mövcud olmalıdır, yəni şəxs bilə bilə, qərəzli olaraq obyektiv jəhətdən yalan olan məlumatları yaymalıdır. Şəxsin əməlində qərəz niyyəti olmadığı halda, onun əməli cinayət məsuliyyətinə səbəb olmur, qeyd olunan məlumatların əsassız olduğu müəyyən edildikdə, bu mülki-hüquqi məsuliyyətin yaranması üçün əsasdır. İş materiallarından görünür ki, tərəflər arasında uzun müddət davam edən polis araşdırmaları və məhkəmə mübahisələri olmuşdur. Araşdırmaların və mübahisələrin nəticəsindən asılı olmayaraq, X9 əməli, yəni internet resursunda tərəflərin mübahisəsi və onun nəticələri ilə bağlı bildirdiyi fikirlər ( bu fikirlər sonradan öz təsdiqini tapmadıqda belə) heç bir halda cinayət –hüquqi baxımından böhtan kimi qiymətləndirilə bilməz, çünki sonuncunun əməlində qərəz, yəni törətdiyi əmələ subyektiv yanaşma baxımından böhtan atmaq niyyəti müəyyən edilmir. Xüsusi ittihamçı X3 şikayətində qeyd etdiyi X9 MEYDAN TV-yə ünvanladığı “İmkanı ola-ola göz əməliyyatıma kömək etmir”adlı manşetində, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan məlumatları yayması barədə X9 MEYDAN TV-yə ünvanladığı xx.xx.2020-ci il tarixli müraciəti məhkəmə araşdırıraq və belə qənaətə gəlir ki, X9 xx.xx.2020-ci il tarixdə MEYDAN TV-yə verdiyi müsahibəsində xüsusi ittihamçı X3 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan məlumatlar hesab edilmir və həmin məqalə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrinin tələblərini pozmur. Şəxs kütləvi informasiya vasitəsinin redaksiyasından həmin kütləvi informasiya vasitəsində yayımlanmış həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətinə ləkə vuran məlumatların təkzib olunmasını tələb etmək hüququna malikdir. Bu halda yayımlanmış məlumatlar ümumilikdə aşağıdakı iki əlamətə malik olmalıdır: - həqiqətə uyğun olmayan məlumatlar kütləvi informasiya vasitələrində yayımlanmışdır; -kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar ləkələyici xarakterə malikdir. Məhkəmə praktikası həqiqətə uyğun olmayan ləkələyici məlumatların təkzib olunması qaydasını müəyyən edir: -vətəndaşın şərəf və ləyaqətinə ləkə vuran məlumatlar kütləvi informasiya vasitəsində yayımlanmışdırsa, bu məlumatlar həmin kütləvi informasiya vasitəsində də təkzib olunmalıdır; -həmin məlumatlar hər-hansı bir təşkilatdan çıxan sənəddə əks olunubsa, bu sənəd dəyişdirilməli və ya geri çağırılmalıdır. Digər hallarda təkzib etmə qaydası məhkəmə tərəfindən müəyyən olunur. Barəsində kütləvi informasiya vasitəsində hüquqlarını və qanunla qorunan maraqlarını pozan məlumat yayımlanmış vətəndaşın cavabını həmin kütləvi informasiya vasitəsində dərc etdirmək hüququ var. Ümumilikdə ləkələyici məlumatı təkzib etmə üsulu həmin məlumatın yayımlanma üsuluna uyğun olmalıdır. Təkzibin özünün mahiyyəti bundan ibarətdir: -birincisi, təkzibi bilavasitə həqiqətə uyğun olmayan ləkələyici məlumatı yaymış şəxs verməlidir; -ikincisi, təkzibdə həqiqətə uyğun olmayan ləkələyici məlumatın inkarı əks olunmalıdır; -üçüncüsü, məlumat zərərçəkmişin pozulmuş hüquqlarının bərpasını maksimum təmin edəcək qaydada təkzib olunmalıdır. Barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatlar yayımlanmış şəxs belə məlumatları təkzib etməklə yanaşı həmin məlumatların yayımlanması nəticəsində yaranmış itkilərin və vurulmuş mənəvi ziyanın əvəzinin pul formasında təzminat şəklində ödənməsini tələb etmək hüququna malikdir. Qanunvericilik vurulmuş mənəvi ziyana görə təzminatın və itkinin əvəzinin ödənməsini mülki hüquqların müstəqil müdafiə üsulları olaraq nəzərdə tutur. Vurulmuş mənəvi ziyana görə təzminat ödənməsi kimi mülki hüquqların bu cür müdafiə üsulu, ilk növbədə, qeyri-maddi nemətlərin müdafiə olunması, o cümlədən başqasının şərəf və ləyaqət toxunulmazlığını müdafiə etmək imkanı nəzərdə tutur. Anjaq konkret hazırki halda şəxsin müdafiə hüququ cinayət-hüquqi müstəvidə deyil, mülki –hüquqi məsuliyyətin yaranması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəməyə hesab edir ki, ərizəçi X5 şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mülki ijraat qaydasında məhkəməyə mürajiət etmək hüququ izh edilməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Odur ki, məhkəmə şikayət ərizəsində göstərilən məlumatlara və şikayətə əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, xüsusi ittiham qaydasında şikayətlə müraciət edən X3 özünə münasibətdə X12 hazırda ittiham etdiyi məsələ xüsusi ittiham qaydasında məhkəmədə baxılmasına əsas vermir və hazırki şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə əsas verir. Göstərilənlərə əsasən X3 X13 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X3 X13 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar