Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-196/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “AYLA" MTK-ya aid 5D saylı binanın 1-ci girişinin ümumi istifadəli dəhlizinə gəlmiş və uşağı Ədalət Oruclunun Zərərçəkmiş şəxs tərəfindən təhqir edilməsinin səbəbini aydınlaşdıran zaman bu səbəbdən Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlləri ilə qəsdən vuraraq ona burun kökünün şişkinlik və qançırı, burun qığırdağının qançırı, sağ dirsək oynağı nahiyəsinin sıyrığı, üst selikli qişasının qansızması xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər, o cümlədən sol gözətrafı yumşaq toxumaların qançırı və ağlı qişasının qansızması xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Evlidir və himayəsində azyaşlı uşağı var. Hazırda fərdi əməklə məşğul olur. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. "xxxx" MTK-da mənzili təqribən 15 il əvvəl alsa da, ancaq orada yaşayıblar. Bu ilin iyul ayından etibarən isə ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. 07 sentyabr 2023-cü il tarixdə evinə yaxın olan ərazidə yerləşən kafedə oturub tanışları ilə birlikdə çay içirmiş, saat təqribən 23 radələrində 6 yaşlı oğlu Ədalət onun istifadəsində olan 051 *** ** ** saylı GSM mobil nömrəsinə zəng edərək ağlaya-ağlaya onu məhəllədə təhqir etdiklərini ona bildirdikdə o, dərhal evə gəlmişdir. Oğlundan nə baş verməsini soruşduqda oğlu ona məhəllədə birlikdə oynadıqları, özündən yaşça böyük Adil adlı uşaqla aralarında anlaşılmazlıq olduğunu, bu zaman Adilin atası Zaur adlı qonşusu uşaqlara yaxınlaşaraq onun oğluna “sənin dilivi arxana soxaram” bildirdiyini, bundan sonra isə uşağını tutub oğluna uşağının şalvarını çəkməsini bildirdiyini demişdir. Bu zaman Adil onun oğlu Ədalətin şalvarını aşağı çəkərək məhəllədə uşağı pərt etmişlər. Bunu eşitdikdən sonra oğlu Ədaləti də götürüb Zaur adlı şəxsin yaşadığı 1-ci blokun 13cü mərtəbəsinə qalxmışdır. Onun özü də eyni binada, 3-cü blokun 3-cü mərtəbəsində yaşayır. Zaurgilin yaşadıqları evin qapısını döydükdə onun həyat yoldaşı qapını açaraq ondan nə istədiyimi soruşduqda Zaurun həyat yoldaşına uşaqların mübahisə etdiklərini, Adilin atası Zaurla söhbət etmək istədiyini bildirdikdə bu zaman Zaurun arvadı qışqırmağa başlamışdır. Qadına sakit şəkildə yoldaşı ilə söhbət etmək istədiyini bildirmişdir. Nəhayət Zaur qapıya çıxmış və ona “sizi ata-bala 13-cü mərtəbədən aşağı ataram” demişdir. Zaura yoldaşının qışqırdığını, bu vəziyyətdən qonşuların narahat olmasını bildirərək aşağıya düşməsini bildirmişdir. Onun niyyəti Zaurla söhbət etmək olmuşdur. Belə ki, uşaqlar arasında olan mübahisəni daha da böyütməyin adı yoxdur deyə düşünmüşdür. Belə ki, onun niyyəti dalaşmaq olsa idi Zaurun qapısına oğlu ilə birlikdə getməzdi. Beləliklə oğlu Ədalətlə birlikdə liftlə birinci mərtəbəyə düşərək Zauru gözləmişdir. Biraz gözlədikdən sonra Zaur liftlə aşağı düşmüşdür. Liftin qabağında durub gözləyən zaman liftin qapısı açılar-açılmaz Zaur özü liftin içərisindən çıxmamış onun sinəsinə təpiklə zərbə endirmişdir. O, zərbənin təsirindən dala gedib yıxılmışdır. Zaur bununla da kifayətlənməyib ona “oğluna nə etmişəm, yaxşı etmişəm” deyə bildirmişdir. Bu zaman o, artıq dözməyib Zaurun üzərinə getmiş və qarşılıqlı olaraq Zaurla dalaşmışdır. Həmin vaxt blokun qarşısında olan qonşulardan bir neçəsi yaxınlaşaraq onları aralaşdırmışlar. Zaur ondan fərqli olaraq evdən adını bilmədiyi xalası oğlu ilə birlikdə onun üzərinə gəlmişdir. Zaurun xalası oğlu davaya girişməmişdir. Sonda, o, ifadəsində əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqribən 1 il əvvəl Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən "xxxx" MTK-dan ev almış və ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. 07 sentyabr 2023-cü il tarixdə təqribən saat 18 radələrində yaşadıqları binanın həyətində telefonla danışan zaman oğlu Adilin bina uşaqlarından kiminləsə mübahisə etdiyini görmüş, bu zaman onlara yaxınlaşaraq uşaqları aralaşdırmış və oğlunu da götürüb mənzilinə qalxmışdır. Axşam saat təqribən 23 radələrində yaşadığı mənzilin qapısı döyülmüş və adını sonradan bildiyi Sənan adlı şəxsin onu çağırdığı məlum olmuşdur. O, qapıya çıxdıqda oğlu Adilin bir neçə saat əvvəl mübahisə etdiyi uşağı gördükdə bilmişdir ki, Sənan həmin uşağın atasıdır. Sənanın yanında bir nəfər kişi cinsindən olan şəxs və Sənanın oğlu olmuşdur. Sənan ona aşağı düşməyini və söhbət etmələrini ona bildirmişdir. Bu zaman o, əynini geyinib aşağı düşmək qərarına gəlmişdir. Onun özü binanın 13-cü mərtəbəsində qalır və onunla eyni blokda 10-cu mərtəbədə bibisi oğlu Rahim yaşayır. Rahimi də çağırmışdır ki Sənan tək deyil, özü də tək düşməsin. Rəhimlə birlikdə liftlə aşağı düşmüş; liftdən çıxdıqda blokda Sənanla birlikdə əlavə 4 nəfərin onları gözlədiyini görmüşdür. Liftdən çıxan kimi həmin şəxslərin biri onun köynəyini dartdıqda bu zaman köynəyi cırılmış, həmin vaxt köynəyini cıran tanımadğı şəxs onun burnundan yumruqla zərbə endirmişdir. Bundan sonra onun özü artıq özünü müdafiə etmək üçün bunlara girmişdir. Beləliklə, onlar bir birinə girmişlər. Ancaq Sənan və Sənanla birlikdə gələn 4 nəfər çox olduqlarından, onun özü isə tək olduğundan onlar onu döymüşlər. Sonda onun yerə dizi üstə düşdüyünü görüb həmin şəxslər qaçıb getmişlər. Sənana o, təpiklə zərbə vurmamışdır. Sonda o, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də bu işlə əlaqədar heç bir tələbi və iddiası olmayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də bu işlə əlaqədar heç bir tələbi və iddiası olmayacağını bildirmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Əİəsgərli Fuad Ələsgər oğluna məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Əİəsgərli Fuad Ələsgər oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-196/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-196/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver