Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-196/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X13 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-490/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırki iş üzrə 06 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2024cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq tanıdığı X4 06 sentyabr 2024-cü il tarixdə saat 16:30-da Suraxanı rayonu, Bahar qəsəbəsində nömrəsiz ev ünvanının qarşısında qəsdən xeyli miqdarda təmiz çəkisi 0,422 qram psixotrop maddə olan metamfetamini 1 ədəd şəffaf rəngli sellofan bükümdə 20 manat pulun müqabilində əldə edib üzərində daşımaqla saxlamış və Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 06 sentyabr 2024-cü il tarixdə saat 17:05 dəqiqədə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilib orada videoçəkiliş aparılmaqla saat 18:30-dan başlayaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan ağ rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,422 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər avtobus sürücüsü olmuşdur və Bakı şəhəri, Xəzər rayonu ərazisində, əsasən Binə qəsəbəsi daxilində fəaliyyət göstərən şəxsi marşrutlarda avtobus idarə etmişdir. O, təxminən üç ilə yaxındır ki, patı kimi adlandırılan psixotrop maddə olan metamfetamindən çəkmə yolu ilə istifadə edir, istifadə etdiyi psixotrop maddə olan metamfetamini tanımadığı şəxslərdən, eləcə də əvvəllər 3 saylı istintaq təcridxanasından tanıdığı X4 öz şəxsi istifadəsi üçün alır. O, sonuncu dəfə 06 sentyabr 2024-cü il tarixdə səhər saatlarında özünə məxsus olan və istifadə etdiyi ***-***-**-** nar mobil nömrəsi ilə Fikrətə zəng etmiş və ondan bir büküm psixotrop maddə olan metamfetamin almaq istədiyini demişdir. Fikrət bir büküm halında psixotrop maddə olan metamfetamini ona 20 manata təklif etmişdir. O, bundan sonra Suraxanı rayonu, Bahar qəsəbəsinə getmiş və orada nömrəsiz evin qarşısında Fikrət ilə görüşüb ona 20 manat pul vermişdir. Həmin vaxt Fikrət ona “birazdan əlaqə saxla, deyəcəm gəlib götürərsən” demişdir. Bundan sonra o, Fikrətdən ayrılmışdır və təxminən iki-üç saatdan sonra Xəzər rayonu, Binə qəsəbəsində olan zaman Fikrət ilə whatsapp sosial şəbəkəsi vasitəsilə danışaraq onun evdə olubolmadığını soruşmuşdur. Fikrət ona evdə olduğunu demiş və evinin qarşısına gəlməyini bildirmişdir. O, eyni vaxtda özü də Fikrətə səsli mesaj göndərmişdir və ona gələcəyini bildirmişdir. O, Fikrət ilə danışdıqdan sonra telefonunun whatsapp danışığını silmişdir ki, telefonda qalmasın. Bundan sonra Fikrətin yaşadığı evin həmin Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən nömrəsiz evin qarşısına getmişdir və təxminən saat 16:30 radələrində orada Fikrət ilə görüşmüşdür. Həmin vaxt Fikrət ona bir büküm halında patı kimi adlandırılan psixotrop maddə olan metamfetamini vermişdir. O, bükümü açıb baxmış və onun psixotrop maddə olan metamfetamin olduğuna əmin olduqdan sonra Fikrətdən ayrılıb şəxsi işlərinin ardınca getmişdir. Həmin gün təxminən saat 17:05 radələrində o, Suraxanı rayonu, Bahar qəsəbəsində nömrəsiz ev ünvanının qarşısından keçib gedərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin əməkdaşları - əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getməyini ona bildirmişlər. O, etiraz etməyərək onlarla birgə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Həmin xidməti otaqda olan və özünü Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı kimi təqdim edən Kamran Mehdiyev qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı tərəfindən ona məlumat verilmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olub-olmadığını yoxlamaq üçün üzərinə şəxsi axtarış keçirməyə başlayan zaman ona üzərində qanunla nəzərdə tutulmuş qaydada saxlanılması və daşınması qadağan edilən hər hansı bir əşya varsa könüllü sürətdə təqdim etməsini təklif etmişdir. O, bundan sonra əynində olan ağ rəngli şalvarının sol yan cibində saxladığı və Fikrətdən aldığı bir büküm şəffaf selofana bükülmüş halda olan psixotrop maddə metamfetamini çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan sonra həmin büküm polis əməkdaşları və müdafiəçi tərəfindən açılaraq içərisinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. O, həmin bükümün içərisində olan kütlənin patı olduğunu və tanıdığı Fikrət adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərinə axtarış davam etdirilmişdir, lakin qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş həmin kütlə sonra zərfə qoyularaq üzəri DİN-nin 194 saylı ştamp əksi ilə möhürlənmiş və imzalar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, lakin psixotrop maddələrdən arabir istifadə etdiyini bildirmişdir. O, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni 06 sentyabr 2024-cü il tarixdə, saat 16:30-da Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən nömrəsiz evin qarşısında 20 manat pulun müqabilində tanıdığı X4 şəxsi istifadəsi üçün aldığını və bu səbəbdən üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı əynində olan paltarlar ona məxsus olmuşdur. O, əvvəllər xatırlamadığı tarixlərdə təxminən üç dəfə az miqdarda, yəni birdəfəlik istifadə etmək miqdarında psixotrop maddə olan metamfetamini Fikrətdən öz istifadəsi üçün almışdır və aldıqdan sonra özü istifadə etmişdir. O, X5 ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini və 06 sentyabr 2024-cü il tarixdə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Fikrətin istifadə etdiyi həmin ***-***-**-** saylı mobil nömrəyə zəng edib danışdığını bildirmişdir. Fikrətin başqa nömrəsi olub olmadığından məlumatı yoxdur. O, X4 psixotrop maddə olan metamfetamini alıb ondan ayrılandan sonra onun hara getdiyini bilməmişdir, lakin həmin gün Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə apardıqdan sonra Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları həmin gün Fikrəti saxlayıb polis şöbəsinə gətirdiklərini və onun üstündən psixotrop maddə metamfetamin aşkar etdiklərini bilmişdir. O, X5 psixotrop maddə olan metamfetamini haradan və kimlərdən əldə etdiyini bilməmişdir, bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə qeyd etdi ki, imkansızlıqdan bu yola düşmüşdür. Atası o, dörd yaşında olarkən ölmüşdür, onu anası böyütmüşdür, anası yaşlıdır. Cəzanı çəkib qurtardıqdan sonra ailə qurmaq istəyir. Göstərilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. O, 06 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 5 ünvanının yaxınlığında üstündə narkotik vasitə olması barədə məlumat almışdır. Həmin məlumatı dərhal RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Şahid1 ilə birlikdə ünvan 5 ünvanın yaxınlığına getmişdir. Onlar həmin vaxt, təxminən saat 17 radələrində ünvan 5 ünvanın yaxınlığında olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getmişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X9 RPİ-nin 30-cu PŞ-də xidməti otağında Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyini bildirmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı Kamran Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrini izah etmiş, ona hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 9 saylı vəkil bürosundan vəkil dəvət etmişdir. Daha sonra təhqiqatçı vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir bükümə bükülmüş psixotrop maddə metamfetamin olduğunu bildirmişdir və əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükümə baxış keçirmişdir. O, baxış zamanı həmin bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin patı adlandırdığı psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 06 sentyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Bahar qəsəbəsində nömrəsiz ev ünvanının qarşısında əvvəllər istintaq təcridxanasından tanıdığı Fikrət adlı şəxsdən öz istifadəsi üçün 20 manata alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol onlara və Təqsirləndirilən şəxs oxunmuş, sonra protokolda yazılanların doğru olduğunu imzaları ilə təsdiq etmişdir. Şəxsi axtarış və götürmə mobil telefon vasitəsilə çəkiliş aparılmaqla keçirilmişdir. O, keçirdikləri əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə olan metamfetamini 06 sentyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Bahar qəsəbəsində nömrəsiz ev ünvanının qarşısında əvvəllər istintaq təcridxanasından tanıdığı əvvəllər məhkum olunmuş X4 öz istifadəsi üçün 20 manata alıb özündə saxlamaqla üzərində daşıdığını müəyyən etmişdir. 06 sentyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində X1 rayonu, Bahar qəsəbəsində nömrəsiz ev ünvanının qarşısında saxlanılmış və Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman üstündən beş ədəd şəffaf sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş və barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. X5 psixotrop maddə olan metamfetamini haradan və kimlərdən əldə etməsini müəyyənləşdirmək üçün əməliyyat axtarış tədbirləri keçirmiş, lakin X5 psixotrop maddə olan metamfetamini harada və kimlərdən əldə etməsini hazırda müəyyən edə bilməmiş, bu istiqamətdə tədbirlərini davam etdirmişlər. Şahid Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 4); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 17:05-dən tutulmuş hesab edilir (i.v. 28); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin patı adlandırdığı psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 06 sentyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Bahar qəsəbəsində nömrəsiz ev ünvanının qarşısında əvvəllər istintaq təcridxanasından tanıdığı Fikrət adlı şəxsdən öz istifadəsi üçün 20 manata alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalarla təsdiq edilmişdir (i.v. 32-33); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 34, 160-169); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/4491 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut; İştirak etdilər: 1. “imza” Şübhəli şəxs Təqsirləndirilən şəxs o; 2. “İmza” Müdafiəçi Hacıbalayev oxunmur S; 3. “İmza” Şahid1; 4. “İmza” Şahid2; Təhqiqatçı: “imza” Kamran Mehdiyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,422 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,422 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,372 qram. (i.v. 41-45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 60-61); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 73-74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 04 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 83-85); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-490/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmış və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir (i.v. 86-94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi tərəfindən verilən əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 6204 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 97-98); Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə hər hansı bir xoşagəlməz hallar barədə heç bir məlumat daxil olmamışdır (i.v. 110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün yuxarıda adı göstərilən xəstəxanaya müraciət etməyib (i.v. 111); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və X8 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir (i.v. 138-139); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 143-144); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,372 qram psixotrop maddə metamfetamin, həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video çəkilişin köçürüldüyü video diskin maddi sübut qismində tanınması; 1 ədəd video diskin cinayət işinə əlavə edilməsi və 0,372 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (i.v. 160-169); Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavadov X7 Rayon Məhkəməsinin 1(010)-490/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixə cəzasının 07 ay 17 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 02 il 04 ay 09 gün təşkil edir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilməsi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin patı adlandırdığı psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 06 sentyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Bahar qəsəbəsində nömrəsiz ev ünvanının qarşısında əvvəllər istintaq təcridxanasından tanıdığı Fikrət adlı şəxsdən öz istifadəsi üçün 20 manata alıb özündə saxladığını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılması və zərfin üzərinin imzalarla təsdiq edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,422 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanı qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əvvəl də CM-nin eyni maddəsi ilə cinayət törətməsini, həmin cinayətə görə ona məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan, maddənin sanksiyasında nəzərdə tutumuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq həmin hökmün çıxarılmasından sonra cəza çəkdiyi müddətdə yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, ona məhkəmə tərəfindən azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkün olması nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq hökmün çıxarılmasından bir müddət sonra yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti (əvvəllər də CM-nin eyni maddəsi ilə məhkum olunması, ona məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq yenidən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi), cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-490/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bugün üçün çəkilməmiş hissəsi CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddəti hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut bir ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 89 (səksən doqquz) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-490/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla – 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdən 08 sentyabr 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Suraxanı RPİ-nin saxlancına verilmiş 0,372 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 14 (on dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 84 (səksən dörd) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-196/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-196/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver