Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-197/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 08 – 09 yanvar 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni çəkisi 0,999 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində gizlədərək saxlamış, 08 yanvar 2022-ci il tarixdə saat 03:00-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsindəki idman meydançasında saxlanılıb 31-ci polis bölməsinin inzibati binasına gətirilərək, orda üzərinə keçirilmiş baxış zamanı, əynindəki boz rəngli şalvarın sol yan cibindən bir bükümdə təmiz çəkisi 0,999 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 08 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən idman meydançasında olan zaman 2 nəfər tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini xahiş etmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim edib üzərində bir şəxsiyyətini təsdiq edən hər hansı sənədi olmadığından və üzərində narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini tələb etmişlər. O, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüş rəngli bükümə bükülmüş içərisində qəhvəyi rəngli maddə olan büküm təqdim etmişdir. Üzərindən aşkar olunmuş ona məxsus üzərinə 01 (bir) ədəd gümüşü bükümə bükülmüş bükümün içərisində qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəsini tanımadığı şəxsdən 10 manata alıb, saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirmişdir. Həmin narkotik vasitə gözü qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 İmamqulu oğlu bildirmişdir ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 08 yanvar 2022-ci ildə Suraxanı Rayon Polis İdarəsinə DİN-in 102 zəng çağrı mərkəzindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən idman meydançasında bir neçə şəxsin toplaşaraq narkotik vasitə istifadə etməsi barədə özünü təqdim etməyən vətəndaş tərəfindən həmin günü saat 00:43-də məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupuna Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkillərindən ibarət olmaqla o, Şahid1, Ramin Vəlizadə, İzzət Həsənov, Məhəmməd Hüseynov, Emin Əlizadə, Emil İsmayılov, Azər İsmayılov daxil olmuşlar. Əməliyyat qrupunun üzvləri ilə 08 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən idman meydançasının yaxınlığa gəlməklə mövqe tutmuşlar və qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin gün saat 03 radələrində meydançada olan şəxslər əməliyyat qrupunun üzvləri tərəfindən saxlanmışdır. Şahid1 və o, sonradan polis bölməsində şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşıb polis vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etməklə onu saxlamışlar. Bundan sonra üzərində olan qeyriqanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək şübhəli aparmış və üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən 31-ci polis bölməsinə dəvət olunmuşdur. Suraxanı RPİ-nin 31-ci polis bölməsinin inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosundan növbətçi vəkil dəvət olunmuş və ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kameranın müşayiəti ilə olacağını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində olan qeyriqanuni əşyanı təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir büküm təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin heroin olmasını, həmin heroini özü qəbul etmək məqsədi ilə bir gün əvvəl tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb sonra istifadə etmək üçün özündə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm bir daha özü qəbul etmək məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs xeyli müddət olar ki, “heroin" qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuşdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 08 yanvar 2022-cı il tarixli 6/98 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,999 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir». 01 fevral 2022-cı il tarixli 446 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,899 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 – 09 yanvar 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,899 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-197/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-197/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver