Məhkəmə qərarları › İş №1(010)-197/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-197/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-197/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X1, Məhkəmə iclasının katibi X4 qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 iyul 2024-cü il tarixdə saat 22 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, 10-cu Hövsan küçəsində yerləşən fərdi evdə bacısı oğlu və kürəkəni olan Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yəni, sonuncunun arvadı Şahid1 körpə övladı ilə birlikdə tək qoyaraq razılıq olmadan işləmək məqsədi ilə Rusiya Federasiyasına getməyi planlaşdırdığına görə irad bildirdikdə Zərərçəkmiş şəxs ona etiraz etməsinə görə iki dəfə yumruq zərbələri ilə qəsdən baş nahiyyəsinə vuraraq ona baş beyin yüngül dərəcəli əzilməsi, epidural hematoma ilə müşayiət olunan sol-təpə gicgah nahiyyəsinin yumşaq toxumasının qançırı, sağ-göz yuvası ətrafı yumşaq toxumanın hematoması,sol bazunun yuxarı 1/3-nin ön-iç səthinin qançır və sıyrıqları, boyunun sol yan səthinin,döş qəfəsinin sol yan səthinin, sol kürəküstü nahiyənin və qarının sağ yan səthinin sıyrıqları əməl əgəlməsi ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin126cımaddəsində nəzərədə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığı ən uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yoldaşı Yeganə Musayevaya zəng gəlmişdir. Bu zaman yoldaşının ağladığını görmüşdür. Yoldaşı kürəkəninin Rusiyaya getdiyini, qızını da gətirib onların yanına qoymaq istədiyini demişdir. Məsələni soruşmaq məqsədilə o, kürəkəninə zəng etmişdir. Kürəkəni pul qazanmağa gedəcəyini bildirmişdir. Aralarında bir az mübahisə olmuşdur. Mən ona “ağıllı ol, qulağını dartaram” demişdim. Kürəkən isə cavabında demişdir ki, “başın üçün deyil”. O əsəbləşib oraya getmişdir, qapı bağlı olmuşdur. Kürəkəni telefonu söndürmüşdür. O qızına zəng etmiş, uşağı da götürüb qapıya çıxmağını bildirmişdir. Biraz keçəndən sonra qapı açılmış, kürəkəni çıxmışdır. O, “bayaq sən telefonda mənə nə dedin?” deyəndə, kürəkəni cavabında “Elə eşitdiyini”. Demişdir. Bu zaman o əsəbləşib ona bir şillə vurmuşdur. Daha sonra bir dəfə də şillə vurmuşdur, bununla da bitmişdir. Qızını və uşağı götürüb evə getmişdir. 2 dəfə şillə vurmuşdur. Kürəkəni ayaqüstə olmuşdur. Kürəkənin aldığı xəsarət 2018-ci ildə öz atası tərəfindən kürəklə vurulan zaman yaranmışdır, sadəcə onun üstünə yıxmaq istəyir. Hadisə zamanı tək ikisi olmuşdur. O şillə vurmasaydı, sabah ona qarşı başqa hərəkətlər edərdi. Ev kirayə olmuşdur. Qızı anasına demişdir, dəfələrlə qızını narahat etmişdir, lakin qızının ailəsinə qarışmamışdır. Şahid Şahnabat xanımın evində kürəkəni və qızı yaşamışdır, həmin qadınla heç bir əlaqəsi olmamışdır. Törətdiyi əməldən peşmandır barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 02 iyul 2024-cü il tarixdə baş vermişdir. O, işdən gələndən sonra kartına pul vurmaq üçün dükana getmişdir. Təqsirləndirilən şəxs ona zəng etmişdir və ondan ailəsini niyə atıb getdiyi barədə soruşmuşdur. O isə ailəsini atmadığını, Rusiyaya işləmək və pul qazanaraq hər ay ailəsinə pul göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona qarşı “səni təpiyimin altına salaram” ifadəsini işlətmişdir. O isə bildirmişdir ki, “sənin başın üçün deyil”. Bu zaman söhbətləri kəsilmişdir. Telefonu söndürmüş və evə qayıtmışdır. Evə gələrkən yoldaşı ona zəng edərək, nə dediyi barədə soruşmuşdur. O, evə gəldikdən sonra qaynatası yoldaşını çağıraraq qapıya çıxmasını istəmişdir. 1 metr məsafədən ona bildirmişdir ki, “qızı aparıram, kiminsə cürəti varsa, bu məsələ ilə bağlı evimə gəlsin, qızın cehizini də evə göndərərsən”. O da cavab qaytarmışdır ki, “cehiz sənindir, götür apar”. Bu sözün üstündə təqsirləndirilən şəxs onu vurmuşdur, o, yerə yıxılmışdır. Yıxılandan sonra nəylə və neçə dəfə vurduğunu görməmişdir. Huşunu itirmişdir. Sonra ev yiyəsi Nabat xanım gəlmiş, onu oyatmış və o, zəng etmişdir. Yumruqla vurmuşdur. 2018-ci ildə damdan yıxılmışdır, evin arxasına yıxılmış, başından xəsarət, qapalı beyin travması almışdır. 2018-ci ildə aldığı xəsarətlə bu xəsarətin əlaqəsi yoxdur. O başının qabaq hissəsində olmuş, indi isə arxa hissəsindədir. Maaşı onu qane etməmişdir. Köhnə iş yoldaşı ona Rusiyada iş təklif etmişdir, 1600 manatlıq iş olmuşdur. Hər ay bura pul göndərib, özünə ev almaq istəmişdir. Usta köməkçisi kimi, tikintidə fəhlə işləmişdir. 1 oğlu vardır, o hadisədən sonra oğlunu görməmişdir. Aliment göndərdiyini bildirmişdir. Rusiyaya getməmişdir, iş alınmamışdır. Fevralda məhkəmə olacaqdır. Müvəqqəti təminat tədbiri kimi aliment ödədiyini bildirmişdir. Əvvəllər yoldaşı ilə mübahisələri olmamışdır. Aralarında narazılıqlar olmuşdur. Uşaq xəstəxanadan çıxandan sonra yoldaşı ona uşağı onun, yəni Zərərçəkmiş şəxs atasıgilə aparmağı qadağa etmişdir. Uşağın 1 yaşı apreldə olacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iyul ayının 1-də Zərərçəkmiş şəxs ona demişdir ki, Rusiyaya getmək istəyir, o, Zərərçəkmiş şəxs inanmamışdır. Gecə işdən gəldikdən sonra yenidən demişdir ki, öz əşyalarını və uşağın paltarlarını yığsın. Daha sonra isə əşyaları yığmaq üçün qutu gətirməyə getmişdir. Onun niyyətində ciddi olduğunu gördükdə o öz anasına zəng etmişdir. Məsələni anasına danışarkən atası, yəni Təqsirləndirilən şəxs da anasının yanında olmuşdur. Atası eşitmiş, Emilə zəng etmişdir. Emil də atasına sərt cavab vermiş, pis-pis sözlər demişdir. Anası ona zəng edib bildirmişdir ki, atası əsəbləşmiş, onu aparmağa getmişdir. Emil evə gəldikdə ondan bu barədə soruşmuş, atasına dediklərini ona də demişdir. Ona bildirmişdir ki, özü Rusiyaya gedəcək, onu isə atasının evinə qoyacaqdır. Zərərçəkmiş şəxs demişdir ki, “o kimdir ki, ailə işimə qarışır, mən özüm bilərəm”. Atası gəlmiş, qapını döymüşdür, qarşısına Emil çıxmışdır. Atası demişdir ki, “Emil, o nə sözlər idi, mənə dedin”, Emil də cavab olaraq demişdir ki, “Yaxşı eləmişəm.” Pis-pis sözlər demişdir. Atası da onun üstündə Emilə 2 dənə şillə vurmuşdur. Ondan sonra da atası ona “get əşyalarını yığ, səni evə aparıram” demişdir. Emil yerə yıxılmamışdır, ayıq vəziyyətdə olmuşdur. 01 iyulda aralarında mübahisə olmuş, Emil ona cırmaq atmışdır. Emil özü demişdir ki, söyüş söymüşdür, özü gedib polisə ifadə vermişdir. Atasının vurduğu 2 şillədən ağır xəsarət almamışdır. Zərərçəkmiş şəxs uşağa görə ödənilən alimentin geri çəkmək qarşılığında hazırki mübahisə üzrə ərizəni geri götürəcəklərini bildirmişdirlər. İndi aliment ödədiyini bildirmişdir. Uşaq çətinliklə yatdığı üçün aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs ona əl qaldırmışdır. Uşağın yanında uzananda sol çiynindən vurmağa başlamışdır. Hüquq mühafizə orqanına şikayət etmişdir. Atasını, yəni Təqsirləndirilən şəxs təhqir etmiş, atası da dözə bilməmiş, 2 şillə vurmuşdur. Təcili tibbi yardımın gəldiyini görməmişdir. Münaqişələri bir neçə dəfə olmuşdur. Aralarında soyuq münasibət olmuşdur. Zərərçəkmiş şəxs hər şeyə narazılıq etdiyini bildirmişdir. Atası ilə yoldaşının ilk dəfə idi ki, belə mübahisələri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü hüzur yerində olmuşdur, qaynı vəfat etmişdir, Emili heç görməmişdir, Emilin yalan danışdığını qeyd etmişdir. Emil onun evində kirayədə qalmışdır. İstintaq dövründə ərizə vermişdir, heçnə görməmişdir. Onun evində 3 ay kirayədə qalmışdırlar, həmin müddət ərzində də onları mehriban ailə kimi tanımışdır, mübahisələri olmamışdır. Şahid1 atasını bazarlıq edib gətirəndə görmüşdür. Hadisə barədə kimsədən məlumat almamışdır. Onların evlərinin işığının yandığını, ancaq heç kimin gəlib-getmədiyini görmüşdür. 2-3 gün belə olandan sonra bilmişdir. Sonradan Zərərçəkmiş şəxs anasıgil gəlib evdən ərzaq aparmış, orada soruşub məsələni onlardan öyrənmişdir. Qaynı daha əvvəldən vəfat etmişdir, orada olmuşdur. Bu evin ayrı olduğunu, özünün ayrılıqda, dərə tərəfdə qaldığını bildirmişdir. Emili görməmişdir, ona su da verməmişdir, Emilin yalan danışdığını qeyd etmişdir. Heç təcili tibbi yardımın gəlməsini də görməmişdir, Emilin yalan danışdığını, özünə şahid yığmaq istəyir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 26 iyul 2024-cü il tarixli tutma protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 28 iyul 2024-cü il tarixli ev dustaqlığına verilməsi haqqında qərarardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə ev duqstaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işindən müəyyən olunur ki, 18 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Suraxanı rayon məhkəməsi tərəfindən 28 iyul 2024-cü il tarixli qərarla seçilmiş ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə xitam verilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işində olan komissiyon məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2024-cü il tarixli T/738 saylı rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs baş beyin yüngül dərəcəli əzilməsi, epidural hematoma ilə müşayiət olunan sol-təpə gicgah nahiyyəsinin yumşaq toxumasının qançırı, sağ göz yuvası ətrafı yumşaq toxumanın hematoması, sol bazunun yuxarı 1/3-nin ön-iç səthinin qançır və sıyrıqları, boyunun sol yan səthinin, döş qəfəsinin sol yan səthinin, sol kürəküstü nahiyənin və qarının sağ yan səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işində olan ambulator məhkəmə-psixiatrik və psixioloji ekspertizasının 19 sentyabr 2024-cü il tarixli 2734 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hərhansı bir Ppsixi xəstəlikdən əziyyət çəkmir.Məhkəmə-psixoloji ekspertizası üzrə aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir.Emosionaliradisferasında,fərdi-psixixüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hə rhansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətlər aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxso ğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübüt və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixədək tutulduğu 2 (iki) günün hər günü və 28 iyul 2024-cü il tarixdən 18 noyabr 2024-cü il tarixədək olduğu ev dustaqlığındaki olan müddət 3 (üç) ay 20 (iyirmi) gün, azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, ümumilikdə həmin müddət 7 (yeddi) ay 14 (on dörd) gün təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs üzərində 4 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar