Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-198/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,O. Şabanov küçəsi, ev 20, mənzil 76-da qeydiyyatda olan və yaşayan, barəsində 30 mart 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 24 oktyabr 2017-ci il tarixdən başlayaraq 03 iyul 2005-ci il tarixdə anadan olmuş X5 və 24 fevral 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 125,00 manat, ümumilikdə cəmi 250,00 manat məbləğində pulun tutularaq Sədirxanova (Sadıqova) Gülnarə İmran qızına ödənilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 3(010)-914/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM- nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etməməsi üçün ona 03 may 2021 -ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 21 may 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Sədirxanova (Sadıqova) Gülnarə İmran qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 8250,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində fərdi olaraq fəhlələliklə məşğul olaraq aylıq gəliri orta hesabla 250,00 - 300,00 manat müqabilində təşkil edir. 2004-cü ilin sentyabr ayında Sədirxanova (Sadıqova) Gülnarə İmran qızı ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 19 mart 2005-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 03 iyul 2005-ci il tarixdə Ülvi adlı bir oğlan və 24 fevral 2009-cu il tarixdə Nəzakət adlı bir qız övladları dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri yaxşı olsa da sonradan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birgə yaşamaqları mümkün olmadığı üçün sonuncu 2015-ci ilin əvvəllərində ondan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılması üçün aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən məhkəmə tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 03 mart 2015-ci il tarixdən başlayaraq 03 iyul 2005-ci il təvəllüdlü oğlu Ülvi Sadıqovun və 24 fevral 2009-cu il təvəllüdlü qızı Nəzakət Sadıqovanın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 108,00 manat, ümumilikdə cəmi 216,00 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 14 aprel 2015-ci il tarixli, 2(010)-2336/2015 saylı qətnamə çıxarıldı. Məhkəmə qətnaməsindən bir müddət keçəndən sonra o, aliment borcundan imkanı daxilində ödəniş etməyinə baxmayaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2017-ci ilin avqust ayında aliment pulunun artırılmasından ötrü yeniden iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və həmin rayon məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 24 oktyabr 2017-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 125,00 manat, ümumilikdə cəmi 250,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair qətnamə çıxarılmışdır. Hər iki qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra olunması məqsədi ilə Bakı Şəhəri Suraxanı Rayon İcra şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ödənilməsi barədə ona rəsmi qaydada bildirişlər təqdim edilmişdir. İcra məmuru tərəfindən rəsmi bildirişlər təqdim edilməsinə baxmayaraq məhkəmə qətnamələri icra olunmadığından icra məmuru onun barəsində inzibati məsuliyyətə cəlb olunmağı barədə protokol tərtib edərək baxılmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və həmin rayon məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarına əsasən 15 (on beş) gün inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Bundan sonra icra sənədindəki tələbləri icra etmədiyinə görə bir neçə dəfə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilmiş və ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəyə bilmədiyi üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilməyi barədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmiş və barəsində istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 1(010)-24/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxandan sonra Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 2(010)-2336/ 2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği tam olaraq ödədiyi üçün icra məmuru tərəfindən həmin qətnamə üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs imkanı daxilində ödəniş etməyinə baxmayaraq 21 may 2021-ci il tarixədək 8250,00 manat alimentə görə pul borcu qaldığını və aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs iki az yaşlı uşaqları ilə ona görüşə icazə vermədiyi üçün ödəniş etmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun müdafiəçisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 2004-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 03 iyul 2005-ci il tarixdə Ülvi adlı bir oğlan və 24 fevral 2009-cu il tarixdə Nəzakət adlı bir qız övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, o, 2015-ci ilin mart ayında Təqsirləndirilən şəxs boşanmağa görə və aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 03 mart 2015-ci il tarixdən başlayaraq 03 iyul 2005-ci il təvəllüdlü X5 və 24 fevral 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər bir uşağa görə hər ay 108,00 manat, ümumilikdə cəmi 216,00 manat sabit pul məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 14 aprel 2015-ci il tarixli, 2(010)- 2336/2015 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə borcluya rəsmi qaydada bildiriş təqdim edilmişdir. İcra məmuru tərəfindən rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bundan sonra 2017-ci ilin avqust ayında alimentin artırılmasından ötrü yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən alimentin miqdarı dəyişdirilərək yuxarıda adları qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı artırılaraq hər bir uşağa görə hər ay 125,00 manat olmaqla, ümumilikdə cəmi 250,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün yenidən Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs hər iki məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 7235,00 manat məbləğində pulu ödəmədiyi üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmiş və barəsində istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 1 (010)-24/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İcra dövründə icra məmuru tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 2(010)-2336/ 2015 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə 19 may 2021-ci il tarixdə xitam verilmiş və icra işi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədi üzrə davam etdirilmişdir. O, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə heç bir ödəniş etmədiyini və 21 may 2021-ci il tarixədək 8250,00 manat borcu oduğunu bildirərək qeyd edilən məbləğin alınaraq qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, şöbəyə daxil olmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 24 oktyabr 2017-ci il tarixdən başlayaraq 03 iyul 2015-ci il tarixdə anadan olmuş X5 və 24 fevral 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 125,00 manat, ümumilikdə cəmi 250,00 manat məbləğində pulun tutularaq Sədirxanova (Sadıqova) Gülnarə İmran qızına ödənilməlidir. İcra sənədi şöbənin icraatına 07 noyabr 2017-ci il tarixində daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında qərar və bildiriş borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icra hərəkətlərinin aparılması üçün İcra Şöbəsinə rəsmi qaydada çağırılsa da o, çağırışlara gəlməmiş və ölkədən getmək hüququ məhkəmə qərarı əsasında müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 2(010)-2336/2015 saylı icra sənədi üzrə alimentə görə borclu olduğu 7235,00 manat məbləğində borcunu ödəmədiyi üçün İcra Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü təqdimat Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmiş və barəsində istintaq edilən cinayət işi aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İcra dövründə icra məmuru tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 2(010)-2336/2015 saylı icra sənədinə 19 may 2021-ci il tarixdə xitam verilmiş ve icra işi Bakı Şəhəri Suraxanı Rayon Mehkemesinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı icra sənədi üzrə davam etdirilmişdir. 03 sentyabr 2020-ci il tarixdə şöbəyə məcburi qaydada gətirilən borclunun izahatı alınmış, ona hüquq və vəzifələri izah edilmiş, lakin borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbinə tabe olmamasına və tələbi icra etməməsinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 3(010)-914/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Borclu ona xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. 17 may 2021-ci il tarixdə iş üzrə tələbkar Zərərçəkmiş şəxs (Sadıqova) şöbəyə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs Vaqif oğlunun ona alimentə görə borcunun olmasını, borclunun qərəzli mövqe nümayiş etdirdiyini bildirərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2017ci il tarixli, 2(010)-9148/2017 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və onun 21 may 2021-ci il tarixinə 8250,00 manat borcu yaranmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 21 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı Şəhəri Suraxanı Rayon icra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli 2(010)-2336/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh Təqsirləndirilən şəxs 03 iyul 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğində 125 manat və 24 fevral 2009-cu il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 125 manat aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin 10-13-cü vərəqələrində olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli icra vərəqəsindən, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 08 iyun 2017-ci il tarixli qərarının və eyni tarixli bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı qətnaməsinə dair icra vərəqəsi 07 noyabr 2017-ci il tarixdə verilmiş, 08 noyabr 2017-ci il tarixdə həmin icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən icraata götürülərək iş üzrə icraata başlanılması, borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmış və həmin qərar bildirişlə birlikdə sonuncuya göndərilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan təqsirləndirilən şəxsin məcburi gətirilməsinə dair 18 oktyabr 2021-ci il tarixli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinin 96-97-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin axtarışı” barədə 22 noyabr 2021-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və o, tutularaq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 103-cü vərəqində olan Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən verilmiş məktuba əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində tutularaq Yasamal Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 128-ci vərəqində olan 30 mart 2022-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 55-ci vərəqində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 3 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 20 may 2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır. Cinayət işinin 37-39-cu vərəqdində olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməsinə, həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 gün müddətinə, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Cinayət işinin 44-cü vərəqində olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 8(010)-2874/2016 saylı qərardadından görünür ki, Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 təqdimatı əsasında Təqsirləndirilən şəxs ölkədən getmək hüqunqu müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 46-48-ci vərəqələrində olan Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin 18 yanvar 2021-ci il, 31 mart 2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu ödəmək üçün müvafiq olaraq vaxt verilmiş, borcunu ödəməkdən boyun qaçıracağı təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Cinayət işinin 53-cü vərəqində olan 03 may 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-9148/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Şahid1, E.Mirzəyev, Şahid2 halşahidlərinin iştirakı ilə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsanyolu küçəsi, 20 saylı evin 76 saylı mənzilinə baxış keçirmişlər, həmin mənzildə tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. İş materillarına əlavə edilmiş cinayət məsuliyyətinə cəlb olunma haqqında 06 oktyabr 2021-ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9148/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və onun xx.xx.2021-ci il tarixinə 8250 manat borcu yaranmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 sentyabr 2017-ci il tarixli qətnaməsini, Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına, habelə təkrar olaraq aliment borcunu ödəmək üçün vaxt verilməsi, üzürlü səbəblər olmadan aliment borcunu ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, xx.xx.2020ci il tarixdə cəzasının sonu ilə azad edldiyindən onu cəzasının sonu xx.xx.2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin predmeti olan məhkəmə qətnaməsi üzrə ümumilikdə 8250 manat məbləğində borcu məhz təqdimat verilən 21 may 2021-ci il tarixədək müəyyən edilmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini xx.xx.2021-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan mərhum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 1(010)-198/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edildiyindən Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq saxlanması üçün 18 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin başlanğıcı 18 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, tutulduğu vaxtdan, yəni 18 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-198/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-198/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver