Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-199/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Koperativ küçəsi, ev 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə saat 19-20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 64 saylı ünvanda yerləşən evin daş hasarından qanunsuz olaraq həyətə daxil olaraq, həyətdən sonuncuya məxsus, dəyəri 500 manat olan avtomobilə aid bir ədəd sürətlər qutusunu, dəyəri 300 manat olan bir ədəd arxa körpünü, dəyəri 50 manat olan bir ədəd səs boğucunun qazan hissəsini və dəyəri 200 manat olan bir ədəd mühərriki gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1050 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini alaraq əldə edib, əynindəki sarı rəngli qış gödəkçəsinin sol iç cibində saxlayıb, daşıması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən “Buta” adlanan mağazanın yaxınlığında saxlanılıb, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi 5 savlı ünvanda yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynindəki sarı rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,625 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-cimaddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitənin heroin növündən qəbul etmiş, narkotik vasitəni inyeksiya yolu ilə istifadə etmişdir. Bədənində ağrılar olduğuna görə heroindən istifadə etmişdir. Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə narkotik vasitə heroin alıb qəbul etmişdir. Narkotik vasitənin əldə edilməsi üçün pul lazım olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də xx xxxxxxx 2019-cu il tarixdə saat 19-20 radələrində yaşadığı qəsəbənin ərazisində oğurluq etmək üçün münasib ev axtarmışdır. Dənizkənarı küçəsi 64 saylı ünvanın qarşısından keçən zaman, həmin evdən oğurluq etməyi planlaşdırmışdır. Belə ki, həmin ev diqqətini çəkmişdir. Həmin vaxt narkotik vasitənin təsiri altında olmuş, həmin evin içərisinin işıqları yanmamış, fikirləşmişdir ki, evdə heç kəs yoxdur, ona görədə işıqlar yanmır. Saat 19-20 radələrdində evə daxil olmaq üçün ərtafa nəzər salmışdır ki, görən olmasın. Heç kimin olmadığını görüb diqqət çəkməyərək evin yan tərəfində olan daş hasarına yaxınlaşmış və diqqət çəkməyərək, sakit şəkildə daş hasarın üzərinə çıxıb, oradan həyətə düşmüşdür. Həyətdə düşdükdə yerdə avtomobilə aid ehtiyyat hissələri olmasını görmüşdür. Belə ki, yerdə avtomobilə aid bir ədəd sürətlər qutusu, bir ədəd arxa körpü, bir ədəd səs boğucunun qazan hissəsi və bir ədəd mühərrik olmuşdur, lakin ittiham aktında göstərilən 4 ədəd təkər şinləri olmamışdır. O, bir ədəd sürətlər qutusunu, bir ədəd arxa körpünü, bir ədəd səs boğucunun qazan hissəsini və bir ədəd mühərriki həyətdən tapdığı kisəyə yığaraq, evdən çölə çıxarmışdır. Yolla gələn zaman taksi avtomobili keçməsini görmüş və avtomobili saxlatmışdır. Həmin avtomobillə oğurladığı əşyaların özünə məxsus olmasını bildirib, avtomobilə qoyaraq, Hövsan qəsəbəsi ərazisində olan metal qəbulu məntəqəsinə gəlmişdir. Məntəqədə həmin əşyaların özünə məxsus olmasını bildirməklə, 250 manata Rüstəm adlı şəxsə satmışdır. Əldə etdiyi pul vəsaitini isə bir neçə gün ərzində öz şəxsi məqsədləri üçün xərcləmişdir. Oğurladığı əşyaların ümumi dəyərinin zərərçəkmişin dediyinə uyğun olaraq 1050 manat miqdarında olması ilə razıdır. Həmin hadisəni özü könüllü olaraq tək törətmiş və həmin hadisəni törətməyə başqa heç kim kömək etməmişdir. Hadisəni törətmədikdən əvvəl və sonra bu barədə heç kimə məlumat verməmişdir. Bundan başqa, o, xx xxxxxx 2019-cu il tarxdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ilə piyada gedən zaman, yerdə gümüşü rəngli siqaret kağızı görmüş, həmin büküm diqqətini çəkmiş, bükümü yerdən götürüb açıb içərisinə baxmış və bükümdə toz şəkilli maddənin narkotik vasitə heroin olmasını aşkar etmişdir. Həmin maddəni iylənmiş və əmin olmuşdur ki, heroindir. Narkotik vasitə olan bükümü əynində olan sarı rəngli qış gödəkcəsinin iç sol cibinə qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı, rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən “Buta” marketin qarşısında olan zaman iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib, özlərini Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifini qəbul edib, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə hüquq və vəzifələrim izah olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə olunmaqla üzərində axtarış aparılmış, axtarış zamanı üzərində qanunsuz əşya olması barədə sual verilmiş, bu zaman gödəkçəsinin cibində saxladığı bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının bükümdə nə olması və haradan əldə etməsi barədə sualına bükümün yerdən tapdığını, içərisində narkotik vasitə heroin olmasını və öz istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitə kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən hal şahidləri, həmin tədbirdə iştirak edən digər polis əməkdaşları və özü imza etmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğuna adlarını yuxanda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsqismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 64 saylı ünvanda da evi vardır. Bu evdə özünə məxsus əşyalar vardır. xx xxxxxxx 2020- ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 64 saylı ünvanda yerləşən evinə gəlmiş, evinin çöl qapısını açıb həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra da evinin qapısını açıb içəri girmiş və evə nəzarət etmişdir. Evdə heç bir problem olmadığını görmüş və evdən həyətə çıxmışdır. Həyətdə olan əşyalarına baxdıqda isə həyətə yığdığı avtomobilə aid ehtiyat hissələrinin bəzilərinin yerində olmamasını aşkar etmişdir. Məlum olmuşdur ki, həmin əşyalar evdə olmadığı müddətdə kənar şəxs tərəfindən oğurlanmışdır. Həyətdən dəyəri 500 manat olan avtomobilə aid bir ədəd sürətlər qutusunun, dəyəri 300 manat olan bir ədəd arxa körpünün, dəyəri 50 manat olan bir ədəd səs boğucunun qazan hissəsinin və dəyəri 200 manat olan bir ədəd mühərrikinin oğurlandığını müəyyən etmişdir. Lakin ittiham aktında göstərilən 4 ədəd təkər şinləri həyətdə olmamışdır və oğurlanmamışdır. Bundan dərhal sonra o, Suraxanı RPİ-nin 30-cu PŞ-nə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra evə polis əməkdaşları gəlmiş və mənzilə baxış keçirib fotoşəkillərini çəkmişlər. Hadisə barədə ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Həmçinin evindən oğurlanmış avtomobilə aid ehtiyat hissələri özünə məxsus olmuş, belə ki, həmin əşyaları özü almış və evin həyətinə qoymuşdur. Evin həyətindən yalnız avtomobilə aid ehtiyat hissələri oğurlanmış, evdən başqa hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 1050 manat maddi ziyan dəymiş, belə ki, evin həyətindən yuxarıda göstərdiyi məbləğdə və çeşiddə əmlakları oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyindən, sonuncudan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində cinayət axtarış üzrə baş əməliyyat-müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Bəhruz adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Polis Şöbəsinin rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Bəhruz adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrup özü və şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 təyin olunmuşdur. Bundan sonra Bəhruz adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün polis əməkdaşı Eldəniz ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi. Məktəbli küçəsində olan "Buta” marketin yaxınlığına getmiş, saat 17 radələrində həmin küçədə Bəhruz adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşaraq, xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər, sonuncu da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə Polis Şöbəsinə gəlmiş, bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmiş və bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Bəhruza hüquq və vəzifələri izah edilməklə, vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı Bəhruza üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Bəhruz əynində olan sarı rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək özünə məxsus olmasını bildirmişdir. Bəhruza həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, xx.xx.2019-cu il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerdən tapmasını və öz istifadəsi üçün götürdüyünü demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitə kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən Bəhruz, həmin tədbirdə iştirak edən digər polis əməkdaşları və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, metal qəbul məntəqəsində işləyir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Rəhmanov küçəsi ünvanını obyekti icarəyə götürmüş və orada metal alqı-satqısı ilə məşğul olur, bu barədə həmin ünvanın sahibi ilə müqaviləsi vardır və buna görə də vergidən VÖEN-i olmaqla dövlətə vergidə ödəmişdir. Hər gün səhər saat 09-10 radələrində işə getmiş, axşam saat 21-22 radələrində işdən evə gəlmişdir. İş fəaliyyəti ondan ibarətdir ki, fərdi qaydada olaraq müxtəlif şəxslər metal əşyalarını satmaq üçün təqdim edirlər, həmin əşyaları tərəzi ilə çəkib qiymətləndirib ümumi razılığa gəldikdən sonra almışdır. Metalı aldıqdan sonra bu barədə qeydiyyat aparmışdır. Metal satmağı barədə isə qeydiyyat aparmamış, belə ki, metalı zavoda təhvil vermişdir. Özündən başqa həmin məntəqədə heç kim işləməmişdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxsi xatırlamadığı tarixdə tanımış və ondan dəmir məmulatı almışdır. Xatırlamadığı tarixdə axşam saatlarında məntəqənin bağlanan ərəflərində Bəhruz işlədiyi məntəqəyə gəlmiş, sonuncu məntəqəyə tək gəlmiş və onun yanında heç kəs olmamışdır. Bəhruz avtomobilə aid müxtəlif dəmirdən ehtiyat hissələri gətirmiş və satdığını bildirmişdir. Ondan şəxsiyyət vəsəqisəni tələb etmiş, sonuncu da şəxsiyyət vəsiqəsinin gətirib vermiş, Bəhruzun gətirdiyi dəmirləri çəkmiş və qiymətləndirmişdir. Avtomobilə aid ehtiyat hissələrini dəmir məmulatının həmin vaxta olan qiyməti ilə dəyərləndirmiş və Bəhruzun şəxsiyyət vəsəqisini surətini çıxarıb gətirdiyi malın barədə orada qeydlər yazaraq sonuncuya imza etdirmişdir. Bəhruza gətirdiyi mala görə 250 manat pul vermişdir. Həmin vaxt uzun müddət keçdiyi üçün tarixi və Bəhruzdan konkret olaraq hansı ehtiyat hissələrini almasını xatırlamamışdır. Bəhruza pul verdikdən sonra, sonuncu çıxıb getmişdir. Sonradan Bəhruzdan aldığı metalları digər metallarla birlikdə zavoda təhvil vermişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində olan “Buta” adlanan mağazanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs Feruz oğlunun üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman sonuncunun əynində sarı rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş içərisində toz şəkilli və qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümdə narkotik vasitə heroin olmasını, xx.xx.2019- cu il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerdən tapmasını və öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Aşkar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nin 194 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. İş materiallarından müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunduğu üçün müstəntiq Elman Abdullayevin qərarı ilə onun barəsində ‘'başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Əməliyyat və X1 xx.xx.2019cu il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30225 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs....” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,625 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1295 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs ifadəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 64 saylı ünvanda yerləşən evinin həyətindən özünə məxsus, dəyəri 500 manat olan avtomobilə aid bir ədəd sürətlər qutusunun, dəyəri 300 manat olan bir ədəd arxa körpünün, dəyəri 50 manat olan bir ədəd səs boğucunun qazan hissəsinin və dəyəri 200 manat olan bir ədəd mühərrikin gizli olaraq talandığını bildirmiş, eyni zamanda ittiham aktında göstərilən 4 ədəd təkər şininin oğurlanmadığını qeyd etmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs da verdiyi ifadəsində yuxarıda göstərilən əmlakların tərəfindən oğurlandığını, bu zaman həyətdən ittiham aktında qeyd edilən 4 ədəd təkər şinlərini oğurlamadığı göstərərək, əmlakların dəyəri ilə bağlı zərərçəkmiş şəxsin məhkəmədə ifadə etdiyi qiymətləndirməsi ilə razı olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında göstərilən 4 ədəd şinlərin oğurlanması, həmçinin, oğurlanmış əmlakların ümumi dəyərinin 2500 manat məbləğində olduğu sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə saat 19-20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 64 saylı ünvanda yerləşən evin daş hasarından qanunsuz olaraq həyətə daxil olaraq, həyətdən sonuncuya məxsus, dəyəri 500 manat olan avtomobilə aid bir ədəd sürətlər qutusunun, dəyəri 300 manat olan bir ədəd arxa körpünün, dəyəri 50 manat olan bir ədəd səs boğucunun qazan hissəsinin və dəyəri 200 manat olan bir ədəd mühərrikinin gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1050 manat məbləğdə ziyan vurmaqla oğurluq etməsi sübuta yetirildiyindən, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında göstərilən 4 ədəd təkər şinlərinin oğurlamasına və cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 2500 manat məbləğində ziyan vurmasına dair müddəalar ittihamdan xaric edilməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməllərinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən törədikləri cinayət əməllərində cəzalarını ağırlaşdıran halların olmamasını qeyd etməklə, törətdiyi cinayət əməllərini etiraf etməsini və törətdiyi əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri sanksiyası həddində cəza təyin edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini tam təmin edir. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs»qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, tədqiqatdan sonra təmiz çəkisi 0,575 qram qalmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə hazırki hökmlə təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və onun üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs»qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, tədqiqatdan sonra təmiz çəkisi 0,575 qram qalmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-199/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-199/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver