Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-199/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi, vəkil Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Həmin şikayət məhkəmənin icraatına 18 iyun 2021-ci ildə daxil olmuşdur. Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının 12 iyul 2021-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilmişdir. X3 həmin qərardan narazı qalaraq apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, material Suraxanı Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəmənin 15 noyabr 2021-ci il tarixli hazırlıq iclasında ərizə təqdim edərək bildirmişdir ki, X4 bağışlayır və xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən «şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə «bu Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6 – 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X1 ərizəsi Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsi baxımından nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 X5 qarşı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-199/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-199/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver