Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-199/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Cəlilabad rayonu, Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 60 saylı evin yanında tikilmiş fərdi evdə yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 14 avqust 2023-cü il tarixdə, saat 16:00 radələrində mobil tətbiq vasitəsi ilə “Uber” sərnişin daşıma xidmətindən istifadə edib taksi xidməti göstərən, “Khazar LX” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki 3 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığına çağıraraq müştəri kimi həmin avtomobilə əyləşdikdən sonra "xxxx" MTK-ya məxsus Bakı şəhəri, ünvan 1 ünvanın həyətində avtomobilin dirsəkaltı saxlanc yerindən Zərərçəkmiş şəxs məxsus bir ədəd 50 (əlli) manatlıq pul əskinasını tamah niyyəti ilə götürüb açıq talayaraq Zərərçəkmiş şəxs 50 (əlli) manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 avqust 2023-cü il tarixdə səhər yuxudan durub yaşadığı ünvandan çıxaraq şəxsi işləri ilə əlaqədar olaraq gedən zaman məhəllədə əvəllər tanıdığı Nicat adlı şəxslə qarşılaşmışdır. Nicat onunla getməyini ondan xahiş edib avtomobil aldığını və həmin avtomobilin sənədləşməsi ilə əlaqədar olaraq Xırdalanda yerləşən Baş Dövlət Yol Polis İdarəsinə getməli olduğunu bildirmişdir. Bu zaman Nicatla razılaşmış və onlar Xırdalan şəhərinə yollanmışlar. Orada Nicat işlərini bitirdikdən sonra birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsinə gəlmişlər. Orada əvəllər tanımadığı kafelərdən birində yeyib içmək üçün oturmuşlar. Bu zaman Nicatın iki qohumu da onların yanına gələrək onlarla birlikdə yeyib içmişlər. Orada yemək yeyib, spirtli içki qəbul etdikdən sonra durmaq qərarına gəlmişlər. Bu zaman Nicatın iki qohumu onlarla sağollaşaraq çıxıb getmişlər. Nicat ona avtomobilinin Yeni Günəşlidə olduğunu və onunla birlikdə Yeni Günəşli qəsəbəsinə getməyi bildirdikdə o, Nicata onunla gedəcəyini demiş, Nicat isə istifadəsində olan mobil telefonla taksi sifariş etmişdir. Az sonra sifariş üzrə “Az Samand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avomobil onlara yaxınlaşmış və onlar avtomobilə oturmuşlar. O, qarşıda sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuş, Nicat isə arxada oturmuşdur. Avtomobilə oturduqdan az sonra Nicat sürücüyə onun evnin yaxınlıqda olduğunu və ilkin olaraq onun evinə sürməsini, sonra sifariş üzrə hərəkət etməsini bildirmiş, lakin sürücü buna etiraz edərək ancaq sifariş edilən ünvana sürəcəyini, az sonra isə avtomobildən düşmələrini bildirmişdir. Bu zaman o, sürücüyə düz etmətdiyini və onların içkili olduğunu bildərərək onu gələnədək gözlədiklərini izah edib, həmçinin hörmətini edəcəyini də əlavə etmişdir. Sürücü buna da etiraz etdikdə o, sürücüyə belə olan halda proqram vasitəsi ilə “nacalo”, yəni azad hərəkəti seçəcəyini bildirmişdir. Belə olan halda sürücü məcbur qalıb onlar hara istəsələr ora da sürməli idi, qarşılığında isə nə qədər pul yazılsa onu ödəyəcəkdilər. Bu zaman sürücü onunla razılaşmış və Nicatın yaşadığı ünvana sürmüşdür. Nicatın yaşadığı ünvana çatdıqdan sonra Nicat evə girib tez bir zamanda geri qayıtmışdır. Bundan sonra o, sürücüyə artıq sifariş marşrutu üzrə sürə biləcəyini bildirmişdir. Heydər Əliyev prospektində olan zaman sürücüyə Əmircan ilə sürməsini və oradan Yeni Günəşliyə gedəcəklərini bildirmişdir. Yolda olan zaman o, istifadəsində olan mobil telefonu avtomobildə enerji yığması məqsədi ilə cərəyana qoşmuşdur. Beləliklə onlar birlikdə Yeni Günəşli qəsəbəsinə gəlmişlər. Sifariş olan ünvana çatdıqda Nicat dərhal avtomobildən düşmüş, onu özü isə sürücüyə mobil telefonunu da avtomobildə saxladığını və Nicatdan pul alıb gələcəyini bildirərək avotmobildən düşmüşdür. Avtomobildən düşər-düşməz sürücü avtomobili hərəkətə gətirərək həmin ərazidən uzaqlaşmağa çalışmışdır. Bu zaman o, Nicata mobil telefonunun avtomobildə qaldığını bildirmişdir. Nicat bir neçə dəfə onun istifadəsində olan mobil telefona zəng etsə də, mobil telefonu götürən olmamışdır. Bu zaman Nicatla birlikdə sürücünün avtomobili idarə etdiyi istiqamətə getmişdir. Həmin istiqamətdə az getdikdən sonra bir nəfər tanımadığı şəxs onlardan “ağ az samandı axtarırsınız?” deyə soruşduqda həmin şəxsə müsbət cavab verdikdə o, onlara həmin avtomobilin binaların arasına girdiyini bildirib əli ilə binaları görtərmişdir. Onlar həmin binaların arasına girdikdə həqiqətən “Az Samand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avomobilin orada olmasını və sürücünün də avtomobilin yanında olmasını görmüşlər. Bu zaman o, avtomobilin sürücüsünə nalayiq söyüşlər işlədərək təhqir etmiş və mobil telefonunu götürmüşdür. Bundan sonra sürücünün polisə zəng etdiyini öyrənib ona avtomobili ilə bölməyə getməyi bildirmiş, lakin sürücü onunla razılaşmayıb avtomobilə oturmaqdan imtina etmişdir. Bundan sonra o və Nicat həmin ərazidən uzaqlaşaraq Nicatın avtomobilinin olduğu yerə getmişlər. Orada Nicata artıq evə getməli olduğunu bildirərək çıxıb evinə getmişdir. Sürücü yalan danışır və o, avtomobilin qoltuq altından 50 manat pul götürməmişdir. Sonda ona yüngül, yəni azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Verilən suallara cavab olaraq məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, taksidən 50 manat pul götürməmişdir. Taksi sürücüsü Zərərçəkmiş şəxs onun telefonu taksidə qaldığı halda taksini sürüb getmiş, sonradan o maşının arxasınca getmiş, telefonu götürmüş və taksi sürücüsünü acılamışdır. Nail heç bilmir ki, o, taksidə qabaq oturacaqda oturmuşdu yoxsa arxadakında, hətta məhkəmə iclasında bu barədə ondan soruşmuşdur. Nail bildirib ki, guya onun maşınına ziyan vurulub və bu barədə şikayət edəcək, halbuki Nail özü taksini sürüb gedəndə kiminsə maşınını vurduğundan taksi əzilmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs şikayətçi olmasın deyə 300 manat, dostu Nicat isə təxmini 700 manat məbləğində pul vermişlər. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt Təqsirləndirilən şəxs və Şahid içkili olduqlarına görə onlar bir-birlərini başa düşməyiblər. Bu səbəbdən aralarında münaqişə baş vermişdir. Sabunçu rayonunda 3 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığındakı pubdan onları götürmüşdür. Taksidə Mahsun qabaq oturacaqda, Nicat arxa oturacaqda əyləşmişdir. Təxmini 200 metr sonra onlar geri qayıtmaq istədiklərini, Mahsun paltarını dəyişmək istədiyini demişdir. Onlar naviqatorun səsinin başlarına düşdüyünü deyib söndürmələrini istəmiş, o ilk olaraq etiraz etmiş, sonra söndürmüşdür. Ümumi 40-45 dəqiqə taksini sürmüşdür. Ümumi gediş haqqı yadında deyil, heç gediş haqqının nə qədər yazdığına baxmamışdır. Proqram nə qədər pul yazıldığını ünvana çatdıqda göstərir. Bakı ərazisini bir xeyli gəzdikdən sonra, onlar ona xəritəni açmağı və qeyd edilən ünvana sürməyini demiş, o da xəritəni açdıqdan sonra Mahsun və Nicat ona məhləyə çatanda “Al market” mağazasından həyəcanlı olduğundan dəqiq yadında qalmayan amma təxmini 4 pivə aldırmış, pivənin pulunu, təxmini 12-13 manatı o özü ödəmişdir. O, pivə aldıqdan sonra qabaq oturacaqda oturan Mahsun taksidə olan dirsəkaltıdan onun gözü qabağında 50 manat götürmüşdür. O, buna etiraz etdikdə onlar ona bildirmişlər ki, həm pivənin pulunu, həm gediş haqqını, həm də 50 manatı məhəlləyə çatanda məhəllədə olan bankomatdan onlarda olan kartdan çıxarıb verəcəklər. Ondan heç bir kart nömrəsi istəməmişlər. Sifarişdə qeyd olnan ünvana çatdıqda onlar telefonu taksidə qoyub taksidən düşmüş və ona gələcəklərini, sonra hələ yenə onları aparacaqlarını, getməməsini demişlər. Telefon taksidə qaldığı halda o, taksini sürüb getmiş, kənar məhəllədə saxlayıb olanlar barədə polisə məlumat verərək telefonun onda qaldığını da polis əməkdaşına bildirmiş, telefonu harasa təhvil verəcəyi barədə soruşmuşdur. Məhəllədəki adamlar onun həyəcanlı olduğunu, polisə zəng etdiyini görüb ondan nə baş verməsi barədə soruşmuş, o da nə baş verdiyini barədə onlara danışmışdır. O, polis əməkdaşı ilə danışanda Mahsun və Nicat birlikdə telefonu götürməyə gəlmişlər. Sonra Mahsun və Nicat ondan telefonu alaraq polis əməkdaşına “buna deyin bizi də otuzdursun maşına birlikdə gedək bölməyə” demişlər. O, isə razı olmadığını, ayrı-ayrılıqda bölməyə getməli olduqlarını bildirmişdir. Onlar gəlib telefonu götürəndə əl-qol hərəkətləri etmiş, maşına təpik vurmuş amma məhəllədəki adamlar mübahisə olmasına imkan verməmiş, onları uzaqlaşdırmışlar. Sonra onlar telefonu götürüb getmiş, ona xəsarət yetirməmişlər. Polis əməkdaşları onu həmin məhəllədə gəlib tapmışlar. Ona xəsarət yetirilibyeterilməməsi barədə Suraxanı Polis İdarəsində tibbi ekspertizada olmuşdur. Mahsun və Nicat nə pivənin pulunu, nə gediş haqqını, nə götürülən 50 manatın əvəzini, nə də hərhansı başqa pul ödəməyiblər. Ona pul təklif olunub amma verilməyib. Mahsun ona “məhkəmədə de ki, 50 manatı sonradan maşından tapdım” ifadəsini verməyi təklif etmiş amma o bununla razılaşmamışdır. Ümumiyyətlə, o polisə pula görə yox, öz düşdüyü vəziyyətdən canını qurtarmaq üçün şikayət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Mahsunla Suraxanıda görüşərək Sabunçuya getmiş, onun (Nicatın) xala oğlusu çağırdığından orada yeyib içmişlər. O və Mahsun içkili olmuşlar. Sonradan onlar telefon vasitəsilə taksi sifariş etmişlər. O, taksi sürücüsü Zərərçəkmiş şəxs iki-üç manat əlavə pul verəcəyini, taksini onun evi tərəfə sürməsini, paltarını dəyişməli olduğunu demişdir. Nail əvvəl etiraz etmiş sonra razılaşmışdır. Əvvəlcə onun dediyi kimi evə gedib paltarını dəyişmiş, sonra qeyd olunan ünvan üzrə getmiş, yəni onun (Nicatın) avtomobili xarab olduğundan həmin avtomobilin olduğu yerə getmişlər. Avtomobilin olduğu yerdə təmiri ustası var idi, o, avtomobili ustaya verib, səhər götürməyi planlaşdırmışdır. Ünvana çatdıqda o taksidən düşərək öz avtomobilinin yanına getmiş, gediş haqqı kimi taksi sürücüsü Nailə 10 manat pul ödəmişdir. Sonra taksi sürücüsü taksini sürüb getmişdir. Mahsun telefonun taksidə qaldığını demiş, o Mahsuna taksinin şirkət maşını olduğunu, harda olsa tapacaqlarını demiş, Nailə zəng etmiş amma o telefonu açmamışdır. Sonra bir şəxs onlara yaxınlaşmış, taksi sürücüsünün kim olduğu barədə soruşmuş, onlar həmin şəxsin taksi sürücüsü olduğunu demiş, o isə həmin taksi sürücüsünün onun avtomobilinin böyrünü sürtüb üzüaşağı getdiyini, həmin məhəllədən çıxış olmadığını demişdir. Sonra Mahsun telefonunu götürməyə getmiş, o isə öz avtomobilində əyləşmişdir. 15-20 dəqiqə sonra Mahsun gəlmiş, telefonunu götürdüyünü, həqiqətən taksi sürücüsünün digər maşının “böyür” tərəfini vurduğunu, orada kamera olduğunu, taksi sürücüsünün onunla acı-acı danışdığını, onları polisə şikayət edəcəyini, oradan getməli olduqlarını demişdir. O isə cavabında onun heçnə etmədiyini demiş, polis əməkdaşı ona yaxınlaşıb avtomobilin kimin olduğunu, onun taksidə olub-olmadığını soruşduqda avtomobilin özünün olduğunu, taksidə həqiqətən olduğunu, sonra düşüb öz avtomobilinin yanına gəldiyini bildirmişdir. Ümumiyyətlə Mahsun taksidən 50 manat götürməmişdir, heç onların pula ehtiyacı olmamışdır. Nail onlara böhtan atır. Hətta hadisədən sonrakı gün o Nailə pul da vermişdir. Belə ki, Nail polis bölməsində onun boğazına bıçaq dayadıqlarını və ondan pul aldıqlarını bildirmiş, ona isə dostu Mahsunu tutduracağını dedikdə o, Nailə 500 manat məbləğində pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus əmlakın açıq talanaraq ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə Suraxanı RPİ-nin İŞ-də ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 3); “Azərmaş Lizinq MMC” tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs “Khazar LX” markalı, 77AT443 qeydiyyat nişanlı avtomobil yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlı olan etbarnamə verilmişdir (i.v. 14); şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə xx.xx.2023-cü il tarixdə saat 01:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 34-35); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 53-54); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-323/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən Şahid barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 73-75); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadiə yerinə baxış keçirilmişdir. Baxış gündüz vaxtı açıq havada təbii işıqlandırma şəraitində aparılmışdır. Hadisə yeri ünvan 3 ünvanın həyətyanı sahəsinə yaxın küçədə baş vermişdir. Yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü ildə saat 16:00 radələrində taksi xidməti göstərdiyi “Khazar LX” markalı, **-AT-*** dövlət nömrə nişanlı avtomobili ilə Sabuçu qəsəbəsindən Nicat və Mahsun adlı sərnişinləri həmin ünvana gətirən zaman qabaq oturacaqda oturan şəxs dirsək altı qutusundan 50 manat pulu götürüb göstərdiyi ünvanda düşüb getmişdir. Hadisə yerində hündür mərtəbəli yaşayış binaları vardır. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri “Nikon” markalı fotoaparatla çəkilmişdir. Texniki nasazlıqlar üzündən hadisə yerinin fotoşəkillərini çıxarmaq mümkün olmamışdır (i.v. 83-85); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Cavid İskəndərov tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 95); şübhəli şəxsin axtarışının elan edilməsi və icraatın dayandırılması haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə axtarışı elan olunmuş; cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin İŞ-nə təqdim edilənədək Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır (i.v. 98); axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Səbail rayonu ərazisində müəyyən edilərək tutulmuşdur (i.v. 104); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v. 105); xx.xx.2023-cü il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 123-128); təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 129-130); vəsatətin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi və Zərərçəkmiş şəxs 50 manat pul almadığı barədə ifadəsində göstərdiyi xüsusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilmiş və vəsatəti əsassız olduğundan tam olaraq rədd edilmişdir (i.v. 144-146); vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət əsassız olduğundan vəsatətin müdafiə olunmasından imtina edilmişdir (i.v. 153-155); qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 156-157); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-132/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (i.v. 164-165; 182-188); Zərərçəkmiş şəxs tərəfindən verilən notarial qaydada təsdiq olunan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur və onun barəsində aparılan araşdırmaya xitam verilməsini xahiş edir. Onun Təqsirləndirilən şəxs qarşı gələcəkdə hər-hansı şikayəti, tələbi və iddiası olmayacaq (i.v. 177); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş; eyni zamanda cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 178-179); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v. 189-190); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi hadisə yerində, yəni Bakı şəhəri, ünvan 4 ünvanında yerində yoxlanılmış, bu barədə 4 ədəd fotoşəkil protokola əlavə edilmişdir (i.v. 191-194); sübutların qiymətləndirilməsi və cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci ilə yenidən ittiham elan edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbdirinin seçildiyinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata ona aid olan hissədə xitam verilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid barəsində Azərbaycan Respublikası CM-nin 182 və 221-ci maddələri, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1, 182 və 221-ci maddələri, Zərərçəkmiş şəxs barəsində isə Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə cinavət təqibinin başlanmasının rədd edilməsi, Şahid müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinavət işi üzrə iştirakına xitam verilməsi, iş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi və Zərərçəkmiş şəxs 50 manat pul almadığı barədə ifadəsində göstərdiyi xüsusatlar qeyrisəmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilməsi və vəsatəti əsassız olduğundan tam olaraq rədd edildiyinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs kimi hesab edilməsi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığının nəzərə alınması, cinayət hadisəsinin "xxxx" MTK-ya məxsus Bakı şəhəri, ünvan 4 ünvanın həyətində “Khazar LX” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş verdiyinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 Təqsirləndirilən şəxs kimi oxunması qərara alınmışdır (i.v. 199-209); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 211-212); vəsatətin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi və Zərərçəkmiş şəxs 50 manat pul almadığı barədə ifadəsində göstərdiyi xüsusatlar qeyri-səmimi, qeyriobyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilmiş və vəsatəti əsassız olduğundan tam olaraq rədd edilmişdir (i.v. 222-224); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə iclaslarının və məhkəmə çıxışlarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, Bağırlı X3 qəsəbəsi, 3-cü Mədən küçəsi, 60 saylı evin yanında tikilmiş fərdi evdə qeydiyyatsız yaşayır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi soyğunçuluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama — üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla tərəfindən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 60 saylı evin yanında tikilmiş fərdi ev ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-199/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-199/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver