Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-199/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 05 dekabr 2024-cü tarixdə barəsində Suraxanı rayon Məhkəməsi tərəfindən «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 9,75 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, üzərində saxlamaqla daşımış və xx.xx.2024-cü il tarixdə saat 20:00-də Suraxanı RPl-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1ci Vağzal küçəsində küçəsində saxlanılaraq Suraxanı RPl-nin 31-ci PB-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan sarı rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 9,75 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 may 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Zəngəzur market”-də sərxoş vəziyyətdə olan qonşusu Zərərçəkmiş şəxs1 onun əvəzinə ödəniş etmək üçün "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5239-1515-1168-9187 nömrəli plastik bank kartını, o cümlədən kart məlumatlarını ona etibar etməsindən sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə, davam olaraq hissə-hissə olmaqla 26 may 2024-cü il tarixdə saat 01:01-də Zərərçəkmiş şəxs1 məxsus 5239-1515-1168-9187 nömrəli plastik bank kartının bağlı olduğu bank hesabından öz şəxsi istifadəsində olan 5236-1517-9107-0850 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş plastik bank kartının bağlı olduğu bank hesabına əvvəlcə 200 manat, 27 may 2024-cü il tarixdə isə 1000 manat məbləğində pul vəsaiti köçürməklə həmin vəsaiti gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 may 2024-cü il tarixdə saat 02 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 məxsus “FORD FUSİON” minik markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini sındırmaqla avtomobilin salonunda dirsəklik hissədən Zərərçəkmiş şəxs1 məxsus içərisində müxtəlif sənədlər, habelə elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 4098-5844-9775-3655 nömrəli "xxxx" plastik bank kartı və "xxxx" ASC tərəfindən verilmiş 5239-1515-1168-9187 nömrəli plastik bank kartı olan pul kisəsini gizli olaraq talayıb 28 may 2024-cü il tarixdə saat 04:18-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Milli mart” mağazasının yaxınlığındakı "xxxx" ASC-yə aid bankomatdan 5239-1515-1168-9187 nömrəli plastik bank kartından istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus müvafiq bank hesabından 500 (beş yüz) manat məbləğində pul vəsaitini nağdlaşdırıb çıxarmaqla, habelə həmin bank kartı vasitəsilə 28 may 2024-cü il tarixdə saat 04:33-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən «Zəngəzur market» mağazasında ümumilikdə 100 manat 20 qəpik məbləğində ödəniş etməklə həmin vəsaiti gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat 20 qəpik (altı yüz manat iyirmi qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 iyul 2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən saxlanc yerinin qapısını əli ilə açaraq qanunsuz daxil olub oradan ümumi dəyəri 900(doqquz yüz) manat təşkil 01 ədəd dəmir kəsmək üçün olan dreli, 1 ədəd adi istifadə üçün nəzərdə tutulmuş dreli, 2 qutu sverlo dəstini, 1 qutu açar dəstini, 01 ədəd ayaq idmanında istifadə edilən aləti, 01 ədəd təkər doldurmaq üçün istifadə olunan elektrikli aləti tamah niyyəti ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 900(doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 08 iyul 2024-cü il tarixdə saat 19 radələrində satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 10,60 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 32ci PB-nin əməkdaşları tərəfindən 08 iyul 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 10,60 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ifadəsində göstərmişdir ki, 18 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində olan zaman təsadüfən bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra o özünü Əmirbəy kimi təqdim etmişdir. O, həmin şəxsdən onda narkotik vasitə olub-olmamasını soruşmuşdur. Bu zaman həmin şəxs yəni, özünü Əmirbəy kimi təqdim edən şəxs ona üzərində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu və 50 manat pul qarşılığında onu sata biləcəyini bildirmişdir. O da razılaşmış və 1 ədəd sellofana bükülmüş, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan bükümü ondan almışdır. Həmin narkotik vasitəni 18, 19 və 20 may tarixlərində az az istifadə etmişdir. 20 may 2024-cü il tarixdə saat 20 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 1-ci vağzal küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq əvvəlcə özlərini təqdim edib, daha sonra onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında, istifadəsində şübhəli olduğu üçün onlarla birgə 32-ci PB-nə getməli olduğunu bildirmişdirlər. O da heç bir etiraz etmədən onlarla 32-ci PB-nə getmişdir. PB-də onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofana bükülmüş, içərisində narkotik vasitə hesab olunan qurudulmuş marixuana olan bükümü çıxarıb könüllü təqdim etmişdir. Bundan əlavə bildirmişdir ki, təxminən 30 ildən çoxdur ki, Zərərçəkmiş şəxs1 ilə qonşuluqda yaşayır. Qriqoriy istirahət də olan zaman davamlı spirtli içkilərin qəbulu ilə məşğul olmuşdur. Qriqoriy xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində onu küçədə görərək çağırmışdır. Ona yaxınlaşan zaman spirtli içki təsiri altında olduğunu hiss etmişdir. Ondan araq almağını istəmişdir. O isə pulunun olmadığını bildirmişdir. Qriqoriy ona onun telefonunda olan mobil tətbiq vasitəsi ilə ödəniş edə biləcəyini söyləmişdir. Telefonu və “Kapital Banka" məxsus mobil tətbiqin şifrəsini ona bildirmişdir. O, Qriqoriyə pula ehtiyacı olduğunu bildirmişdir. O həmçinin ona istədiyi qədər pulu öz plastik kart hesabına yollaya biləcəyini söyləmişdir. Onunla birlikdə yaxınlıqda yerləşən “Zəngəzur” marketə yaxınlaşmışdır. Oradan bir sıra qida məhsulları aldıqdan sonra mağazanı tərk etmişdir. Mağazada olan zaman Qriqoriyinin mobil telefonu onda olmuşdur. Mağazadan çıxıb evə gedən zaman o, Qriqoriyə borca pul istədiyini bir daha xatırlatmışdır. Qriqoriy ona 50 manat verə biləcəyini söyləmişdir. O Qriqoriydən xəbərsiz onun istifadəsində olan mobil telefonun "xxxx" mobil tətbiqi vasitəsi ilə hesab nömrələrini bilmədiyi kart hesabından özünün istifadəsində olan 5239- 1517-9107-0850 saylı plastik kart hesabına göndərmişdir. Onunla birlikdə yaşadığı mənzilə kimi gəlib oradan yaşadığı mənzilə yola düşmüşdür. Qeyd olunan məbləği öz ehtiyaclarıma xərcləmişdir. Növbəti gün yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı məhəllədə olan zaman yenə Qriqoriy onu görmüşdür. Ona birlikdə spirtli içki almağa getməyi təklif etmişdir. Yenə də spirtli içkinin təsiri altında olmasını onun nəfəsindən gələn qoxudan və hərəkətlərindən müşahidə etmişdir. Onunla birlikdə Zəngəzur marketə yola düşmüşdür. Yol boyu onun mobil telefonu onda olmuşdur. O Qriqoriydən xəbərsiz onun mobil telefonunda olan "xxxx"-a məxsus mobil tətbiqi vasitəsi ilə öz adına rəsmiləşdirilmiş 5239-1517-9107-0850 saylı plastik kart hesabına 1000 manat pulu ondan xəbərsiz köçürmüşdür. Qriqoriy telefonun şifrəsini və Kapital Bank mobil tətbiqinin şifrəsini ona özü təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində onun yaşadığı mənzilə yola düşmüşdür. Qriqoriy ona əvvəlcədən həmin vaxta evə gəlməyini tapşırmışdır. Yaşadığı evdə olan zaman ona kartdan pul çəkdiyini söyləmişdir. Qriqoriy də ona heç bir hadisə törətmədiyini bildirmişdir. Qriqoriy ona polis şöbəsində görüşəcəyini söyləmişdir. Bundan sonra əsəbləşərək yaşadığı məhəlləyə yaxınlaşmışdır. Yaxınlıqda aparılan inşaat yerindən bir ədəd böyük daş parçasını (kubiki) götürüb Qriqoriyinin idarə etdiyi 77- EP- 971 dövlət qeydiyyat nişanlı "Ford Fusion” markalı avtomobili arxa sol şüşəsini sındırmışdır. Oradan avtomobilin içərisinə daxil olmuşdur, ön oturacaqların arasında yerləşən saxlama yerindən yəni dirsəklikdən 2 ədəd pul kisəsini götürmüşdür. Tez avtomobilin sındırdığı pəncərisindən çölə çıxmışdır. Daş parçasında götürdüyü yerə geri qaytarıb qoymuşdur. Oradan tez uzaqlaşmışdır. “Milli mart” mağazasına gedən zaman oğurladığı biri qara biri qəhvəyi olmaqla iki ədəd pul kisəsinə baxış keçirmişdir. Qara rəngli pul kisəsinin içərisində Qriqoriyə məxsus iş vəsiqələri, etbarnamə, avtomobilin qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi olduğunu görmüşdür. Qəhvəyi rəngli pul kisəsinə baxan zaman isə içərisində 1 ədəd "xxxx" ASC yə məxsus plastik kartın, 1 ədəd Unibanka məxsus platik kartın, bir sıra mağazalara məxsus vizitkartların və bonus kartlarının olduğunu görmüşdür. "xxxx" ASC-yə məxsus plastik kartın Qriqoriyə aid içərisində pul olan plastik kart olması ona məlum olmuşdur. Özü də "xxxx" ASC-yə məxsus plastik kart işlətdiyi üçün plastik kartın şifrəsi ilə tətbiqin şifrəsinin eyni olduğu ona məlum idi. Daha sonra yenidən "Zəngəzur” marketə yola düşmüş, oradan da Qriqoriyə məxsus plastik kart vasitəsi ilə nağdsız 85 manat və 15 manat 20 qəpik olmaqla ümumilikdə 100 manat 20 qəpik ödəniş etmişdir. Təkrar “Milli Mart” mağazasının qarşısına qayıtmışdır. Kartı terminala daxil etmiş və 500 manat məbləği nağdlaşdırmışdır. Bundan sonra yenə pul nağdlaşdırmağa cəhd göstərsə də heç bir nəticə əldə edə bilməmişdir. Daha sonra Yardımlı rayonuna yola düşmüşdür. Bu əməlləri barədə heç kimə heçnə deməmişdir. Cinayət yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə bildirmişdir ki, 06 iyul 2024-cü il tarixdə saat təxminən 12 radələrində ünvan 4 ünvanının qarşısından keçən zaman həmin yerin qapısının açıq olduğunu görmüşdür. Bu zaman o, həmin yerdən oğurluq etmək qərarına gəlmişdir. O, həmin şüşə qapıya yaxınlaşmış və əli ilə qapını itələyərək açmışdır. Daha sonra içəri daxil olmuş və ətrafa baxmışdır. İçərini biraz gəzdikdən sonra orada olan 01 ədəd dəmir kəsmək üçün olan dreli, 1 ədəd adi istifadə üçün nəzərdə tutulmuş dreli, 2 qutu sverlo dəstini, 1 qutu açar dəstini, 01 ədəd ayaq idmanında istifadə edilən aləti, 01 ədəd təkər doldurmaq üçün istifadə olunan elektrikli aləti götürmüş və dərhal oranı tərk etmişdir. Oğurladığı əşyaların hamısını yaşadığı ünvan 8 ünvanının həyətinə gətirmiş və orada saxlamışdır. Oğurluq hadisəsini tək törətmişdir. Bu barədə heç kəsin məlumatı olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, təhqiqatçıya izahat verən zaman yaşadığı küçəni səhvən K.lsmayılov küçəsi kimi qeyd etmişdir. Lakin onun yaşadığı ünvan 1-ci Vağzal küçəsi ev 9A adlanır. Bundan əlavə 08 iyul 2024-cü il tarixdə saat 18 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olan zaman yerdən 01 ədəd ağ rəngli bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı tapmış və onu götürərək üzərində saxlamaqla daşımışdır. Saat təxminən 19 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi ev 21 ünvanının qarşısında dayanan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin işçiləri olduğunu bilmişdir. Onu 32-ci bölməsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin təhqiqatçısı polis baş leytenantı Kənan Bayramlı tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 3 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub- olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsada başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli sellofan bükümdə olan qurudulmuş marixuanadır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPl-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Faktla bağlı göstərdikləri bunlardan ibarətdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, AR CM-nin 234.1-ci maddə ilə özünü təqsirli bilmir. Bölmədə kartlar düzülüb, deyiblər kimindir, demişdir ki, onun deyil. CM-nin 177.2-ci maddəsi üzrə isə qismən təqsirlidir. O, maşından 600 manat götürmüş, 1 dənə birkart götürmüş, lakin sənədlər götürməmişdir. CM-nin 177.2.3-cü maddəsi üzrə qonşu ona sahə rəisinin onu axtardığını demiş, o bundan sonra özü bölməyə gedib təslim olmuş, əşyaların evdə olduğunu, götürülə biləcəyini bildirmişdir. Polis Bölməsində saat 14:00-da əşyaları həmin adama vermişdir. O qədər narkotik vasitəni bir arada görməmişdir, kartın olmasını da özü etiraf eləmişdir, yanında olanlar da buna şahiddir. O, məhlədə satılırsa, ona pulsuz verilməli olduğunu, təmannasız da verildiyini bildirdi. Marixuana növündə narkotik vasitəni ən çox yarım qram görmüş, Babək adlı şəxs ona verəndə isə 8 qram olduğunu demişdir. O, Günəşlidə oğurluq edib, sonra polis bölməsinə gedib oğurluq etdiyini bildirmişdir. O, 3 dəfə 100 manat olmaqla kartına pul atmış, 100 manatın əvəzinə də 1000 manat atmış və qaytarmamışdır. O, zərərçəkmiş şəxsdən pul istəmiş, o da atmışdır. “Leo Bank” kart hesabında 900 pul olmuş, qurtarmamışdır. O, bank kartına tətbiqdən girəndə zərərçəkmiş quratdığını demişdir. Gecə saat 04:00 olanda kartdan pul çəkib. O, yaşayış olmadığını, günorta saat 14:00-da girdiyini və məftillə açıldığını bildirmişdir. Sonradan sahibi ilə görüşüb əşyaları qaytarmışdır. O, heç vaxt narkotik vasitə almadığını, bir şəxsə pulu qaytarmadığını, hər iki zərərçəkmiş şəxslə barışdığını, onların ona qarşı şikayət və tələbinin olmadığını və əməlindən peşman olduğunu bildirdi. Həmçinin, hər iki zərərçəkmiş şəxslə barışdığını, onların ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəzanın təyin edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu və ona daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, **-EP-*** dövlət qeydiyyat nişanlı “Ford Fuison” markalı avtomobili iki ildir ki, etibarnamə əsasında idarə edir. Zakir adlı şəxs onunla birlikdə qonşuluqda təxminən 30 ildir ki yaşayır. O, işləmədiyi müddətdə evdə olan zaman müxtəlif spirtli içkiləri qəbul edir. Evdə olan zaman davamlı spirtli içkilərdən yüksək miqdarda istifadə edir. xx.xx.2024-cü il tarixdə spirtli içkinin təsiri altında Zakir adlı qonşusu ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Zəngəzur marketə müxtəlif qida məhsulları almağa yola düşmüşdürlər. Saat təxminən 01:01 radələrində həmin marketdə olan zaman onun üzərində nağd pul olmamışdır. Bu səbəbdən Kapital Bank” tətbiqi vasitəsi ilə ödəniş etməli olmuşdur. O, "xxxx" mobil tətbiqini o qədər də rahat idarə edə bilməmiş, buna görə də Zakir adlı qonşusuna öz istifadəsində olan mobil telefonu vermişdir. Onun yanında tətbiqin şifrəsini yazmışdır. Daha sonra Zakir marketin içində onun mobil telefonuna baxmağa başlamışdır. O Zakirə bu barədə sual verdikdə Zakir ona sadəcə telefonunun maraqlı gəldiyini bildirmişdir. Həmin vaxt spirtli içkinin təsiri altında olduğu üçün çox da əhəmiyyat verməmişdir. Daha sonra yaşadığı evə gəlmişdir. Zakirdə yaşadığı binaya kimi onunla birlikdə gəlmişdir. Növbəti gün yenə içki qəbul etmək istəmiş, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində marketə getmək istədikdə yolda Zakiri görmüş və yenidən onunla birlikdə Zəngəzur marketə yola düşmüşdür. O, hələdə spirtli içkinin təsiri altında olmuşdur. Yol boyu onun mobil telefonu Zakirdə olmuşdur. Zakir onun mobil telefonunun və "xxxx" mobil tətbiqinin şifrəsini artıq bilmişdir. Birlikdə Zəngəzur marketə gedib bir sıra qida məhsulları və spirtli içkilər alıb yaşadığı evə tərəf yola düşmüşdürlər. Zakir onu yaşadığı mənzilə ötürüb özü isə naməlum istiqamətdə yola düşmüşdür. O evində spirtli içki qəbul etdikdən sonra yatmışdır. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yuxudan oyandıqda “Kapital Bankın” mobil tətbiqinə baxdıqda xx.xx.2024-cü il tarixdə saat 01:01 dəqiqədə onun istifadəsində olan 5239-1515-1168- 9187 Kapital Bank ASC yə məxsus plastik kart hesabından 200 manat vəsaitin 5239-15**- ****-0850 kart hesabına köçürüldüyünü, xx.xx.2024-cü il tarixdə saat 12:28 dəqiqədə mənim istifadəmdə olan 5239-1515-1168- 9187 Kapital Bank ASC-yə məxsus plastik kart hesabından 1000 manat vəsaitin 5239- 15**-****-0850 kart hesabına köçürüldüyünü aşkar etmişdir. Bütün bu köçürmələr həyata keçirilən zaman onun mobil telefonu Zakir adlı qonşusunda olmuşdur. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yaşadığı evdə olan zaman Zakir onun evinə gəlmişdir. O Zakirdən hansı səbəbdən ona məxsus plastik kart hesabından 1200 manat pulu ondan xəbərsiz başqa kart hesabına göndərdiyini soruşmuşdur. Zakir öz əməlini etiraf etməmiş və ona həmin köçürmələrdən xəbərsiz olduğunu söyləmişdir. Daha sonra onun yaşadığı evi tərk edib getmişdir. Artıq saat 04 radələrində onun mobil telefonuna "xxxx" ASC-dən pul vəsaitlərinin bilmədiyi bankomat vasitəsi ilə nağdlaşdırılması barədə sms vasitəsi ilə bildiriş gəlməyə başlamışdır. Həmin smslərə baxan zaman xx.xx.2023-cü il tarixdə saat 04:18 dəqiqədə mənim istifadəsində olan 5239-1515-1168- 9187 Kapital Bank ASC yə məxsus plastik kart hesabından 500 manat vəsaitin nağdlaşdırılmasını aşkar etmişdir. Daha sonra yəni xx.xx.2024-cii il tarixdə saat 04:19 radələrində 85 manat pulun həmin hesabdan çıxarılması barədə yenidən sms bildirişi daxil olmuşdur. Saat 04:33 radələrində isə onun hesabından 15 manat 20 qəpik pulun Zəngəzur marketdə ödəniş edilməsi barədə sms daxil olmuşdur. Bu hadisələr qısa zaman kəsiyindən baş verdiyindən o hadisələri tam dərk edə bilməmişdir. Dərhal istifadəsində olan 5239-1515-1168-9187 Kapital Bank ASC yə məxsus plastik kart hesabı kilidləmişdir. Bundan sonra həmin hesaba xx.xx.2024-cü il tarixdə 04:53 dəqiqədə 600 manat pulu çıxarmaq istəmələri, 04:54 dəqiqədə 500 manat pulu çıxarmaq istəmələri və 04:55 dəqiqədə 400 manat pulu çıxarmağa cəhd göstərməli lakin uğursuz olması ilə bağlı sms bildirişi daxil olmuşdur. Səhər saat 05 radələrində özünə bir sıra məhsullar almaq məqsədilə marketə getmək üçün yaşadığı küçəyə düşdükdə **- EP-*** dövlət qeydiyyat nişanlı "Ford Fusion” markalı avtomobilinin sağ arxa yan şüşəsinin sınıq olduğunu aşkar etmişdir. Avtomobilin içərisinə baxış keçirən zaman ön oturacaqların arasıda yerləşən dirsəkliyə qoyduğu içərisində bir ədəd "xxxx" ASC-yə məxsus 4098- 5844-9775-3655 saylı "xxxx" plastik kartının və 5239-1515- 1168-9187 saylı Kapital Bank ASC yə məxsus plastik kartının oğurlandığını aşkar etmişdir. Bu barədə xx.xx.2024-cü il tarixdə saat 05 radələrində AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona 1800 manat məbləğində ziyan dəyib. Ayın 28-i o içkili vəziyyətdə olmuş, marketə getdiyi vaxt Təqsirləndirilən şəxs onu görmüş, o da Zakirdən ona kömək eləməsini istəmişdir. Özü telefonu Zakirə vermiş və kodu da demişdir. Təqsirləndirilən şəxs necə edibsə pul onun kartına göndərilib. Onun kartından 3 dəfə pul çıxarılıb, 1000 və 500 bu kimi məbləğlər çıxarılıb. Bu hadisə səhəri gün yenə təkrarlanıb. Saat 3 radələrində onun evinə girmiş, həmin vaxt o tam yatmamışdır. Sonra görmüşdür ki, maşının şüşəsi sınıb. Həmçinin, saat 5 radələrində kartından pul çıxarılıb və evdə kaşloku yoxdur. O, heç kimə pul göndərməmiş, verməmişdir. Hazırda yalnız pulunun ödənilməsini istəyir. Təqsirləndirilən şəxs qonşusudur, tutulmasını istəmir. Həmçinin, 03 aprel 2025-ci il tarixli məhkəmə iclasında həm şifahi bildirirək, həm də yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər-hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə cəza təyin edilərkən bu halların nəzərə alınmasını xahiş etmişdir. 03 aprel 2025-ci il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs1 həm şifahi, həm yazılı şəkildə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər-hansı şikayət və tələbi yoxdur, cəza təyin edilməsi məsələsində onun nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, usta işləmişdir. Təxminən 4 ildir ki, usta kimi işləmir. Usta işlədiyi vaxt ona lazım olan bir sıra əşyaları artıq istifadə etmədiyi üçün tanışı X1 ünvan 9 ünvanında yerləşən qeyri yaşayış sahəsində saxlamışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 14 radələrində bir sıra əşyaları götürmək üçün həmin qeyri yaşayış sahəsinə gəlmiş orada içərinin dağınıq olduğunu müşahidə etmişdir. Daha sonra bir sıra əşyalarına baxdıqda onlardan 1 ədəd dəmir kəsmək üçün istifadə olunan drelin, 1 ədəd adi istifadə edilən drelin, 2 qutu müxtəlif ölçülərdə olan sverlo dəsti, 1 qutu açar dəsti, 1 ədəd ayaq idmanında istifadə olunan alətin, 1 ədəd təkər doldurmaq üçün istifadə olunan elektrikli alət naməlum şəraitdə oğurlandığını görmüşdür. Sonuncu dəfə həmin gün səhər saatlarında əşyalarının yerinə olduğunu müşahidə etmişdir. 18 fevral 2025-ci il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Bakı şəhərində olmaması ilə əlaqədar onun videokonfrans vasitəsi ilə əlaqə saxlanılmış və o ifadəsində göstərmişdir ki, usta işləyir və ehtiyat hissələrini Yeni Günəşlidə olan yerə yığmış, oradan götürmək üçün getdikdə qapının açıq olduğunu görmüş və ehtiyat hissələrinin olmadığını görmüşdür. O, kameradan görüntülərə baxmış və 32-ci PB-nə gedib müraciət etmişdir. Hazırda əşyalar qaytarılıb və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPl-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş kapitanıdır. 20 may 2024-cü il tarixdə ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPl-nin 32- ci PB-nin sahə rəisi polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsinə getdik. Həmin vaxtı, yəni saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsində dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPl-nin 32-ci PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPl-nin 32-ci PB-nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin 32-ci PBnin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün bir bükümə bükülmüş “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd bükümü və əynindəki gödəkçəsinin sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Bundan sonra onlar Zakirin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Sonra onun təqdim etdiyi şəffaf sellofana bükülmüş bir ədəd bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı iki gün əvvəl Yasamal rayonunda təsadüfən tanış olduğu Əmirbəy adlı şəxsdən 50 manata alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış, bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 may 2024-cü il tarixində narkotik vasitənin istifadəsinə görə əməliyyat məlumatı daxil olub. X6 ilə birgə Qaraçuxur qəsəbəsi, 1-ci vağzal küçəsində yaxınlaşmış, şəxsi 32-ci PB-nə dəvət etmişlər. Təhqiqatçının iştirakı ilə baxış keçirilmiş, bir büküm marixuana aşkar edilmişdir. Şəxs özü Yasamalda Əmirbəy adlı şəxsdən 50 manata əldə etdiyini bildirdi. Əməliyyat məlumatı ona məxsus olmuş, təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saxıanılmış və tək olmuşdur. Satışla bağlı məlumat daxil olmayıb. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Suraxanı RPl-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 08 iyul 2024-cü il tarixdə Bakı şəhəri, ünvan 8-da qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 5 ünvanının qarşısında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPl-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 ilə birlikdə ünvan 5 ünvanının qarşısına getmişdirlər. Həmin vaxtı saat 19 radələrində Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi ev 21 ünvanının qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 32-ci PB-nə gəlmişdir. Bundan sonra Suraxanı RPl-nin 32-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxsə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildiirlmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə narkotik vasitə marixuanaya bənzər maddə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərdəki kütlə “marixuana” kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni Qaraçuxur qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış, bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Suraxanı RPİ-nin 32-ci PŞ-nin əməkdaşı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etdi. Məhkəmə istintaqı zamanı şahid qismində Suraxanı RPİ-nin 32-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 ifadəsində göstərdi ki, 2024-cü il tarixdə Vağzal küçəsi 1 ünvanında Zakir adlı şəxsin narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Raportla bu məlumat rəisə məruzə olunmuş, şəxs polis bölməsinə dəvət edilmiş və könüllü özü təqdim etmişdir. Məlumat Şahid3 aid idi. Onlar şəxsi tutan zaman şəxs onlara müqavimət göstərməyib. İş üzrə şahid qismində dindirilmiş Suraxanı RPl-nin 32-ci PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 241-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 2-ci cildinin 12-13-cü vərəqlərində olan 22 may 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Habil Hüseynovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə və Suraxanı RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 2-ci cildinin 14-15-ci vərəqlərində olan 22 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 188-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 04 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 1-ci cildinin 198-199-cu vərəqlərində olan 06 iyun 2024cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 209-210-cu vərəqlərində olan 06 iyun 2024cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə, saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 1-ci cildinin 71-72-ci vərəqlərində olan 10 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 96-99-cu vərəqlərində olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-223/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarının 2-ci cildinin 83-88-ci vərəqlərində olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətdə, yəni 08 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində 28 dekabr 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 218-219-cu vərəqlərində olan 23 iyul 2024cü il tarixli “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və bu nömrə altında davam etdirilmişdir. Cinayət işinin 2-ci cildinin 27-ci vərəqində olan “telefona baxış keçirilməsi haqqında” 01 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Habil Hüseynov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd “Nokia” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cildinin 252-253-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində yaşıl rəngli kütlənin – narkotik vasitə hesab edilən qurudulmuş marixuana və gödəkcənin sol yan cibindən 1 ədəd Nokia markalı mobil telefonu könüllü olaraq təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 30-31-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən oğlu boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş, spesifik qoxuya malik narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 212-ci vərəqində olan 07 iyun 2024-cü il tarixli “CD formatlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki,həmin diskdə üç ədəd fayl vardır, faylda olan videogörüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus kartı hesabında olan pulu gizli olaraq talamaqla oğurlamışdır. Cinayət işinin 1-ci cildinin 259-262-ci vərəqlərində olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2024-cü il tarixli 3-16-16/2-7/787 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 9,75 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Narkotik vasitə marixuana Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Marixuananın təmiz çəkisi 9,75 qram, tədqiqatan sərf edilmişdir 0,05 qram, qalıq 9,70 qram. Cinayət işinin 1-ci cildinin 88-ci vərəqində olan “08 iyul 2024-cü il tarixli DVD-R diskə baxış keçirilməsi haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 08 iyul 2024-cü il tarixli və 08 dəqiqə 50 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları Suraxanı RPl-nin 32-ci PB-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan təqdim edərək bildirir ki, təqdim etdiyi sellofan bükümün içərisində “mariuxana” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadir. Həmin narkotik vasitəni Qaraçuxur qəsəbəsində yerdən tapdığını bildirir. Həmçinin bir neçə gün əvvəl oğurluq hadisəsi törətdiyini, oğurladığı əmlakı evində saxladığını etiraf etmişdir. Bundan əlavə Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 89-cu vərəqində olan “CD” formatlı diskə baxış keçirilməsi haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki ,baxış zamanı müəyyən edildi ki, həmin diskdə iki ədəd fayl vardır, faylda olan videogörüntü 06 iyul 2024-cü il tarixli və 01 dəqiqə 51 saniyədən və 52 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən saxlanc yerinin qapısını əli ilə açaraq qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus əmlakı oğurlamışıdır. Cinayət işinin 1-ci cildinin 39-41-ci vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 08 iyul 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus əmlakın gizli olaraq talanıb oğurlanması epizodu üzrə hadisə yeri ünvan 9 ünvanında yerləşən qeyri yaşayış sahəsi olduğu müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cildinin 143-144-cü vərəqlərində olan “baxış keçirilmə və götürmə haqqında” 03 iyun 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs bir ədəd qara rəngli içərisində iş vəsiqələri, etibarnamə, avtomobilin qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi olan pul kisəsini, bir ədəd qəhvəyi rəngli içərisində 1 ədəd Unibanka məxsus 4098-5844-9775-3655 saylı plastik kartın, bir sıra mağazalara məxsus vizitkartların və bonus kartlarını təqdim edərək X4 məxsus olduğunu və məhz onun tərəfindən götürüldüyünü qeyd etmiş, həmin əşyaları könüllü olaraq istintaq orqanına təqdim edir. Cinayət işinin 2-ci cildinin 65-67-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 25 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 90-92-ci vərəqlərində olan 01 noyabr 2024-cü il tarixli “əməlin tövsif edilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrindən həmin məcəllənin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələrinə tövsif edilmiş və ibtidai istintaq həmin maddələr ilə davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 94-97-ci vərəqlərində olan məhkəmə-əmttəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/5493 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 515,00 manat müəyyən olunur. Cinayət işinin 1-ci cildinin 51-54-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 7/1224 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş zərfdə 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 10,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir qurudulmuş marixuanadır. Narkotik vasitə marixuana Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Marixuananın təmiz çəkisi 10,60 qram, tədqiqatan sərf edilmişdir 0,05 qram, qalıq 10,55 qram. Cinayət işinin 2-ci cildinin 31-32-ci vərəqlərində olan Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 11 iyun 2024-cü il tarixli, 4155 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 35-36-cı vərəqlərində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 06 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əməli AR CM-nin 234.4.3-cü maddəsindən Ar CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və cəzası 3 (üç) il 6 (altı) ay müddətə endirilmişdir. Cinayət işinin 2-ci cildinin 143-145-ci vərəqlərində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1239/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş qalan 5 (beş) ay 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 35-36-cı vərəqlərində olan 01 avqust 2024-cü il tarixli “əməlin tövsif edilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş və ibtidai istintaq həmin maddələr ilə davam etdirilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokoluna əsasən Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs tərəfindən oğlu oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 9,75 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuana təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi 10,60 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlin törədilməsində təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin olmasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əməli AR CM-nin 234.4.3-cü maddəsindən AR CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və cəzası 3 (üç) il 6 (altı) ay müddətə endirilmişdir. xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş qalan 5 (beş) ay 19 (on doqquz) gününü vaxtından əvvəl cəzadan şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Qeyd olunmalıdır ki, onun cəzasının sonu xx.xx.2023-cü ildən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmalı, məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 20 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 04 iyun 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla və üzərində çəkilməsi üçün qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 08 iyul 2024-cü il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “ev dustalığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 4 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 20 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 04 iyun 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 08 iyul 2024-cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustalığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, təmiz çəkisi 9,70 qram və 10,55 qram olan narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 4 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-199/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-199/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver