Məhkəmə qərarları › İş №1(010)-2/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-2/2020

19.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-2/2020 19.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məsləhətçi X6 oğlunun katibliyi ilə, prokuror, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1979-cu ildə Göyçay rayonu, İnçə kndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Göyçay rayonu, İnçə kndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci A.Pəri küçəsi, 12 nömrəli evdə yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 176.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, əmək qabiliyyətli olmasına və işləyə bilməsinə baxmayaraq yetkinlik yaşına çatmayan yəni xx xxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay aylıq qazancının 1/3 hissəsi məbləğində pulun alınaraq X1 verilməsi barədə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2009-cu il icra vərəqəsini icra etməyərək, uşaqlarının saxlanılmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti xx xxxxxxx 2011-cil tarixə kimi olan müddət ərzində, yəni ümumilikdə 2.700 manat məbləğində alimenti ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatət verərək, Azərbaycan Respublikasının xx xxxxxx 2012-ci il tarixli, 541-İVQD nömrəli Qanununu ilə Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 176-cı maddəsinin ləğv edildiyini, bununla da cinayət qanunvericiliyndə həmin maddə ilə nəzərdə tutulan əməlin cinayət olması aradan qalxdığından təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət işinə xitam verilməli və onun cinayət məsuliyyətindən azad edilməli olduğunu bildirmişdir. Buna görə də Müdafiəçi qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.11-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı müdafiəçinin vəsatətinin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsin müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikasının xx xxxxxx 2012-ci il tarixli, 541-İVQD nömrəli Qanununu ilə Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 176-cı maddəsi ləğv edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 176.1-ci maddəsi Azərbaycan Respublikasının xx xxxxxx 2012-ci il tarixli, 541-İVQD nömrəli Qanununu ilə ləğv edildiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar