Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-20/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 447/36 saylı evdə qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz fərdi evdə yaşamış, 03 sentyabr 2022-ci tarixdə barəsində Suraxanı rayon Məhkəməsi tərəfindən «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 430,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib üzərində daşımaqla saxlamış və 02 iyun 2022-ci il tarixdə saat 17:10-da Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində özünü şübhəli aparması səbəbindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əlində olan 01 ədəd üzərində “Romantic” yazısı olan qara rəngli polietilen torbada təmiz çəkisi 430,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 03 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkiləri 0.419 qram, 0.335 qram və 0.284 qram ümumilikdə təmiz çəkisi 1,038 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşıyaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibində saxlamış, 27 avqust 2022-ci il tarixdə səhər saat 10:30-da Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində saxlanılıb ünvan 4 ünvanda yerləşən Suraxanı RPİ- nin 31-ci PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində video çəklişdən istifadə olunmaqla üzərində şəxsi axtarış həyata keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkiləri 0.419 qram, 0.335 qram və 0.284 qram ümumilikdə təmiz çəkisi 1,038 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq qəsəbəsində olan 1 mərtəbəli evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində olan otağdan 1 ədəd 10 manat dəyərində baltanı, 1 ədəd 15 manat dəyərində mişarı, 1 ədəd 8 manat dəyərində çəkici, 1 ədəd 10 manat dəyərində mismar çıxardanı, 1 ədədi 25 manat olan 2 ədəd cəmi 50 manat dəyrəində avtomatı, 1 ədəd 10 manat olan 4 ədəd cəmi 40 manat dəyərində şurubu, 1 ədəd 20 manat dəyərində plastik çəlləyi, 1 ədəd 8 manat olan 2 ədəd cəmi 16 manat dəyərində tavanı, 1 metri 50 qəpik olan 400 metr uzunluğunda 200 manat dəyərində “2”mm-lik elektirik naqilini, 1 metri 2 manat olan 30 metr uzunluğunda 60 manat dəyərində “4”mm-lik elektirik naqilini, 1 ədəd 50 qəpik olan 60 ədəd cəmi 30 manat dəyərində elektirik karopkanları, 1 ədəd 9 manat dəyərində «Naso Kablo» markalı 8,3 metr uzunluğunda elektrik uzadıcısım gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 468 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 4-cü döngədə olan 1 mərtəbəli evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində olan hamam otağından 1 ədəd 55 manat dəyərində duş dəstini, 1 ədəd 38 manat dəyərində metal şlanklı pistoleti, 1 ədədi 5 manat olan 6 ədəd cəmi 30 manat dəyərində «Gümüş su» markalı su kranlarını, 1ədəd 25 manat dəyərində su kranını, 1 ədəd 35 manat dəyərində su kranını, 1 ədəd 85 manat dəyərində mətbəx çanağını, 1 ədəd 4 manat olan 5 ədəd cəmi 20 manat dəyərində işıq avtomatını, 1 metri 1 manat olan 60 metr uzunluğunda 60 manat dəyərində“4”mm-lik elektirik naqilini, 1 ədəd 12 manat olan 8 ədəd cəmi 96 manat dəyərində sportları gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 444 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2 mərtəbəli fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin 1 mərtəbəsində olan qonaq və digər otağlarından 1 ədədi 15 manat olan 2 ədəd cəmi 30 manat dəyərində 200 litr həcmli dəmir çəlləkləri, 1 ədəd 50 manat dəyərində əl arabasını, 4 kiloqramı 10 manat dəyərində 80 mismar bükümünü, 1 ədəd 10 manat dəyərində qarmoşkalı metal şlanqı, 1 ədədi 10 manat olan 2 ədəd cəmi 20 manat dəyərində lapatka başlıqları, 1 dədi 5 manat olan cəmi 10 manat dəyərində lapatka sapını, 3 ədədi 10 manat olan avtomobil ayaqaltı örtüyünü, 5 manat dəyərində 5 metr plastik boru və 15 ədədi cəmi 50 manat dəyərində 50 müxtəlif ölçülü armatur hissələri gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 195 manat məbləğindəmaddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 ay olar ki, narkotik maddə olan marixuana növündən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə təxminən 2-3 gün qabaq Suraxanı rayonu Əmircan qəsəbəsindən dəmir yolu keçidinin yaxınlığında kolluqdakı zibillikdə selofana bükülmüş marixuana kimi tanıdığı narkotik maddə tapmış və istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır.xx.xx.2022-ci il tarixdə saat səhv etmirsə 17:10 dəqiqədə ünvan 6 ünvanının yaxınlığından keçən zaman iki polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onların polis əməkdaşları olduğunu bilmişdir. Bundan sonra onu yaxınlıqda olan PB-nə gətirərək təhvil vermişlər. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmiş və o,buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər.Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əlindəki qara rəngli selofamn içərisində şəffaf rəngli selofana bükülmüş nəşə kimi tanıdığı maddəni təqdim etmişdir. Polis əməkdaşları 01 ədəd bükümü açmış və marixuana kimi tandığı narkotik maddəni aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə marixuana kimi tanıdığı narkotik maddədir. Təxminən 1 ildir ki, narkotik maddə olan marixuana növündən çəkmək yolu ilə istifadə edir.Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 196 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, narkotik maddə heroin almaq üçün 26 avqust 2022-ci il tarixdə saat təxminən 20 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 3 ədəd sellofan bükümü 30 manata alaraq əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, münasib zamanda istifadə etsin və yaşadığım ünvana getmişdir. 27 avqust 2022-ci il tarixdə təxminən saat 10.30 radələrində Suraxanı rayonu, Yuxarı Mədən küçəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər.Bundan sonra onun narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkilişlə üzərində axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da etiraz etməmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 03 ədəd ağ rəngli polietilen bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməyi barədə soruşulduqda o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Yeni qəsəbəsində, üzdən tanıdığım, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra yuxarıda göstərilən narkotik vasitələr götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, bədənində küt ağrılar olduğundan qərara gəldim ki, Suraxanı rayonunda olan yeni tikilmiş evlərdən oğurluq etsin. Bu minvallada xx.xx.2022-ci il tarixdə saat 05 radələrində sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq qəsəbəsində olan 1 mərtəbəli evinin plastik pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində olan otaqdan 1 ədəd balta, 1 ədəd mişar, 1 ədəd çəkic, 1 ədəd mismar çıxardan, 2 ədəd avtomat, 4 paçka sürüb, 1 ədəd plastik çəllək. 2 ədəd işlənmiş tava, 400 metr uzunluğunda 4 paçka “2”-lik elektirik naqili, 30 metr uzunluğunda “4”-lük elektrik naqili, 60 ədəd elektrik karopkanı gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq qəsəbəsində olan 1 mərtəbəli evdən etdiyi oğurluq nəticəsində əldə etdiyi əşyaları Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan əlvan metal qəbulu məntəqəsində işləyən Şahid1 yadında qalmayan məbləğə sataraq, əldə etdiyi pula qida və narkotik alaraq istifadə etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki. xx.xx.2022-ci il tarixdə saat 06 radələrində sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 4-cü döngədə olan 1 mərtəbəli evinin plastik pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq və həmin evdə heç kimin yaşadığına tam əmin olduqdan sonra yaşadığı evdən götürdüyü vintaçanla evin sağ tərəfində olan plastik pəncərəni bir neçə' dəfə cəhd etsə də aça bilmədiyini və həmin yerdə olan ikinci pəncərəni eyni qayda ilə vintaçanla açaraq həmin evin birinci mərtəbəsində olan hamam otağına qanunsuz daxil olmuşdur. Həmin yerdə təmiri yenicə başa çatmış olduğunu, santexnika və elektrik ləvazimatlarının hamam otağında qoyulmuş olduğunu gördükdə tez vəziyyətdə 1 ədəd duş dəsti, 1 ədəd aftafa dəsti, 6 ədəd arko krant, 2 ədəd su krantı, 1 ədəd mətbəx çanağı, 5 ədəd işıq avtomatı, 60 metr uzunluğunda “4”-lük elektrik naqili, 8 ədəd işıq sportu gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi. 4-cü döngədə olan 1 mərtəbəli evdən etdiyim oğurluq nəticəsində əldə etdiyi əşyaları və elektrik naqillərini yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz fərdi evdən bir qədər uzaqlıqda yandıraraq Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan əlvan metal qəbulu məntəqəsində işləyən Şahid1 ümumilikdə 40 manat pula sataraq qida və narkotik vasitə alaraq istifadə etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki,Ə xx.xx.2022-ci il tarixdə saat 06 radələrində sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2 mərtəbəli fərdi yaşayış evinin daş hasarın üzərindən aşmaqla həmin evin 1 mərtəbəsindən yaşayış sahəsinə qanunsuz daxil olmuşdur. Həmin evin 1 mərtəbəsində olan qonaq və digər otağlarından 2 ədəd dəmir çəllək. 1 ədəd əl arabası, 4 kiloqram dəyərində mismar, 1 ədəd dayaq, 2 ədəd lapatka sapı, 3 ədəd avtomobil ayaq örtüyü, 5 metr plastik boru və 15 ədəd müxtəlif ölçülü armatur hissələri gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2 mərtəbəli fərdi yaşayış evindən etdiyi oğurluq nəticəsində əldə etdiyi əşyaları yadında qalmayan məbləğə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan əlvan metal qəbulu məntəqəsində işləyən Şahid1 sataraq qida və narkotik vasitə alaraq istifadə etmişdir. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənildiyini bildirərək, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq ərazisində ona məxsus yeni inşa edilmiş kürsülü yaşayış evi vardır və həmin ev yeni tikildiyi üçün yaşayış yoxdur. Özü həmin evdə tez-tez gəlib nəzarət etmiş, sonuncu dəfə həmin evdə 14 iyul 2022-ci il tarixdə olmuşdur. 16 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd olunan evə gəldikdə naməlum şəxsin evin plastik pəncərəsini açıb qanunsuz daxil olma yolu ilə həmin evin birinci mərtəbəsində olan otağdan 1 ədəd 10 manat dəyərində baltanı, 1 ədəd 15 manat dəyərində mişarı, 1 ədəd 8 manat dəyərində çəkici, 1 ədəd 10 manat dəyərində mismar çıxardanı, 1 ədədi 25 manat olan 2 ədəd cəmi 50 manat dəyrəində avtomatı, 1 ədəd 10 manat olan 4 ədəd cəmi 40 manat dəyərində şurubu,l ədəd 20 manat dəyərində plastik çəlləyi, 1 ədəd 8 manat olan 2 ədəd cəmi 16 manat dəyərində tavanı, 1 metri 50 qəpik olan 400 metr uzunluğunda 200 manat dəyərində “2”mm-lik elektirik naqilini, 1 metri 2 manat olan 30 metr uzunluğunda 60 manat dəyərində “4”mm-lik elektirik naqilini, 1 ədəd 50 qəpik olan 60 ədəd cəmi 30 manat dəyərində elektirik karopkanları, 1 ədəd 9 manat dəyərində elektrik uzadıcısının. oğurlanmasını aşkar etmişdir.Evindən oğurluq olması barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs1 həm yazılı, həm şifahi şəkildə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi. 4-cü döngədə 2 sot torpaq sahəsi almış, 2021-ci il tarixdən aldığı boş torpaq sahəsində hissə-hissə olmaqla 9X10 ev tikməyə başlamışdır. Həmin ev 3 yataq otağı, 1 mətbəx, hamam və dəhlizdən ibarət olan evdir.Bir sözlə əlinə pul düşdükcə evini tikməyə və təmir etməyə başlamışdır. Nəhayət həmin evin dam örtüyünü 2021-ci il tarixdə vurduqdan sonra içərisini təmir etməyə başlamış, beləliklə də 2021-ci ilin aprel ayından etibarən evinin elektrik naqillərini demək olar ki, çəkməyə başlamışdır. Həmin evdə təmir işləri yekunlaşmadığı üçün hazır ki, vaxta kimi yaşayış yoxdur. Bir sözlə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində təmirə baş çəkmək üçün Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 4-cü döngədə olan evinə getmişdir. Həmin zaman evində olan hər bir avadanlığın yerində olduğunu görmüşdür. Daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 10-da evə nəzarət etmək üçün Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 4-cü döngədə olan evinə getdikdə evin çöl giriş darvazasının acıq olduğunu gördükdə evdən oğurluq olması barədə şübhələnməyə başlamışdır. Bundan sonra o, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi. 4-cü döngədə olan evinə giriş qapıdan daxil olduqda yataq otağının pəncərəsinin acıq olduğunu görmüşdür. Evə nəzər yetirdikdə naməlum şəxs və ya şəxslər tərəfindən hamam otağında yığdığı, evdə təmir zamanı qoyulmalı olan 1 ədəd dəyəri 55 manat olan duş dəsti, 1 ədəd dəyəri 38 manat olan aftafa dəsti, ümumilikdə 30 manat olan hər biri 5 manat olan 6 ədəd arko krantı 1 ədəd dəyəri 25 manat olan su krantı, 1 ədəd dəyəri 35 manat olan su krantı, 1 ədəd dəyəri 85 manat olan mətbəx çanağı, ümumilikdə 20 manat olan hər biri 4 manat olmaqla 5 ədəd işıq avtomatı, ümumilikdə 60 manat olan 60 metr “4”-lük elektirik naqilinin 1 metri 1 manat olmaqla elektrik naqili, ümumilikdə 96 manat olan 1 ədədi 12 manat olmaqla 8 ədəd sport oğurlanmaqla ona ümumilikdə 444 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 həm yazılı, həm şifahi şəkildə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan 2 sot torpaq sahəsi almış,2021-ci il tarixdən aldığı boş torpaq sahəsində hissə-hissə olmaqla 9X12 ev tikməyə başlamışdır. Həmin ev 2 mərtəbəli olmaqla, 4 yataq otağı, 1 zal, 1 mətbəx, 2 hamam və dəhlizlərdən ibarət olan evdir. Bir sözlə əlinə pul düşdükcə evini tikməyə və təmir etməyə başlamışdır. Nəhayət həmin evin dam örtüyünü 2021-ci il tarixdə vurduqdan sonra içərisini təmir etməyə başlamışdır. Beləliklə də həmin evdə təmir işləri yekunlaşmadığı üçün hazır ki, vaxta kimi yaşayış yoxdur. Bir sözlə xx.xx.2022-ci il tarixdə təmirə baş çəkmək üçün Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan fərdi nömrəsiz olan evinə getmişdir. Həmin zaman evində olan hər bir avadanlığın yerində olduğunu görmüşdür. Maddi imkanı olmadığı üçün tikintini müvəqqəti olaraq dayandırmış, istifadə etdiyi bəzi tikinti materialları və avadanlıqlarını isə saxlanc yeri olmadığından həmin evimin içərisində saxlamışdır.Daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində evə nəzarət etmək üçün Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan fərdi nömrəsiz evinə getmiş, evə daxil olduqda evdən oğurluq olmasını aşkar etmişdir. Bir sözlə naməlum şəxslər oğurluq hadisəsini 01 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək olam müddət ərzində törətmiş, çünki, o, daha öncə yəni 01 avqust 2022-ci il tarixdə həmin evdə olan zaman oğurluq hadisəsi baş verməmişdir. Həmin naməlum şəxslər qeyd etdiyi müddət ərzində yaşayış olmayan evinə qanunsuz daxil olaraq evin qonaq və digər otaqlarında olan ona məxsus ümumilikdə 30 manat olan hər biri 15 manat olmaqla 2 ədəd 200 litr həcmli dəmir çəlləyi, 1 ədəd 50 manat dəyərində əl arabasını, 10 manat dəyərində 4 kiloqram çəkidə 80-hq mismar, 1 ədəd 10 manat dəyərində kustar üsulla hazırlanmış manqal (sac üçün) dayağı, ümumilikdə 10 manat olan hər biri 5 manat olmaqla 2 ədəd lapatka və sapı, ümumilikdə 30 manat dəyərində 3 ədəd avtomobil üçün ayaq altı örtüyü, 5 manat dəyərində 5 metr uzunluğunda plastik boru və 50 manat dəyərində olan 15 ədəd müxtəlif ölçülərdə armatur hissələrini oğurlanmaqla ona ümumilikdə 195 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 həm yazılı, həm şifahi şəkildə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər, Suraxanı RPİ-nin 32-ci PB- nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, 02 iyun 2021-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 32-ci PB-nin sahə inspektoru, polis kapitanı Şahid5la ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 17:20 radələrində ünvan 9 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq birlikdə Polis Bölməsinə gəlmiş və xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi videoçəkilişlə axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs əlində olan qara rəngli üzərində “Romantic” yazısı olan sellofanda nə olmasını soruşmuş və Təqsirləndirilən şəxs həmin sellofanda narkotik maddə olan marixuana olduğubu bildirmişdir. Bunda sonra həmin sellofanı açdıqda orada marixunanaya bənzər maddə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzə maddənin nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulumuş, Təqsirləndirilən şəxs həmin maddəni təqribən 2-3 gün olar ki.Əmircan qəsəbəsi ərazisində dəmir yolunun yaxımliğında zibillikdə tapdığını və öz istafədəsi üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin qara rəngli üzərində “Romantic” yazısı olan sellofanı götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir.Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin sahə inspektoru, polis kapitanı Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı RPİ-nin 31-cü PB- nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində «İlqar» adlı şəxsin mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi və saxlaması barədə Bakı Şəhər Suraxamı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «İlqar» adlı şəxs cinayət başında ifşa etmək məqsədi ilə 27 avqust 2022-ci il tarixdə o və Suraxanı Rayon Polis İdarəsinin 31-cü Polis Bölməsinin əməliyat müvəkkili, polis kapitanı Şahid3 İnqlab oğlundan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 27 avqust 2022-ci il tarixdə saat 10:30-da Bakı şəhəri. Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində zahiri əlamətlərinə görə «İlqar» adlı şəxsə yaxınlaşıb özlərini ləqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər.Həmin vaxt həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs onlarla birlikdə Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə PB-nə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir.Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynindəki qara rəngli cins şalvarın sol cibindən 03 ədəd sellofan bükümlərdə içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddəni çıxarıb könüllü təqdim edərək, 03 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən hər bir bükümü 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 İnqlab oğlu Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o,Təqsirləndirilən şəxs 3-4 ay olar ki, işlədiyi Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan əlvan metal qəbulu məntəqəsindən tanımış, belə ki, Təqsirləndirilən şəxs ilə işlədiyi Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan əlvan metal qəbulu məntəqəsinə mütəmadi olaraq gələrək özünki kimi təqdim edərək müxtəlif sayda, növdə, santexnika və məişət əşyaları satmışdır. Bu minvallada o, Təqsirləndirilən şəxs 1 ədəd balta, 1 ədəd mişar, 1 ədəd çəkic, 1 ədəd mismar çıxardan, 2 ədəd avtomat, 4 paçka şurub,l ədəd plastik çəllək, 2 ədəd işlənmiş tava, 400 metr uzunluğunda 4 paçka “2”-lik elektrik naqili, 30 metr uzunluğunda “4”-lük elektrik naqili, 60 ədəd elektrik karopka, 1 ədəd duş dəsti, 1 ədəd aftafa dəsti, 6 ədəd arko krant,2 ədəd su krantı, 1 ədəd mətbəx çanağı, 5 ədəd işıq avtomatı, 60 metr uzunluğunda “4”-lük elektrik naqili, 8 ədəd işıq sportu, 2 ədəd dəmir çəllək, 1 ədəd əl arabası, 4 kiloqram dəyərində mismar, 1 ədəd dayaq. 2 ədəd lapatka sapı, 3 ədəd avtomobil ayaq örtüyü, 5 metr plastik boru və 15 ədəd müxtəlif Mçülüarmatur hissələrini müxtəlif qiymətlərə almışdır. Həmin əşyaları alan zaman Təqsirləndirilən şəxs ona özünki, olaraq təqdim etmişdir. Bununla yanaşı olaraq hər dəfə Təqsirləndirilən şəxs həmin materialları alan zaman oğurluq olub-olmamasını soruşurmüşdür.Lakin Təqsirləndirilən şəxs isə ona həmin materialların ona məxsus olduğunu və oğurluq olmadığını bildirirmişdir. O da Təqsirləndirilən şəxs aldığı materialların üzərinə bir qədər pul qoyaraq kənar şəxslərə satmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs aldığı materialların bir hissəsi qalmışdır və həmin materialları Suraxanı rayon polis idarəsinin 31-ci polis Nilməsinə təqdim etmişdir. Belə ki, həmin materiallardan 6 ədəd arko krant, 1 ədəd aftafa dəsti, 2 ədəd lapatka və sapı, 1 ədəd əl arabası, 15 ədəd müxtəlif ölçülərdə mnatur hissələri və 4 kiloqram çəkidə 80-hq mismarı və sair yadında qalan materialları təqdim etmişdir. Bir sözlə onun Təqsirləndirilən şəxs müxtəlif ünvanlardan etdiyi oğurluq əməllərindən xəbəri olmamış, həmçinin ona müxtəlif qiymətlərə satdığı materialların oğurluq olmasından xəbəri olmamışdır. Cinayət işinin 1-ci cildinin 191-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə, saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 1-ci cildinin 241-242-ci vərəqlərində olan 04 iyun 2022ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Allahquliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 243-244-cü vərəqlərində olan 04 iyun 2022ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 201-202-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən oğlu əlində olan qara rəngli üzərində “ Romantic” yazısı olan sellofon paketdə narkotik vasitə qrudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 209-212-ci vərəqlərində olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli 7/564 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vətəndaş Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər maddə” yazılar və imzalar olan ağ rəngli kağız paketdə qara polietilen torbadakı 1 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi- 430,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik naddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cildinin 222-ci vərəqində olan 03 iyun 2022-ci il tarixli “DVD-R diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və sahə inspektoru, polis kapitanı Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərindəəldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli üzərində “Romantic» yazısı olan sellofan təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitə marixuananı 2-3 gün əvvəl Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində dəmir yolunun yaxınlığından zibillikdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirdi, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlama açıldıqda içərisində ota bənzər kütlə aşkar olundu. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofanın içərisindəki narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 196 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 7-9-cu vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 16 avqust 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq qəsəbəsində olan 1 mərtəbəli evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində olan otağdan 1 ədəd baltanı, 1 ədəd mişarı, 1 ədəd çəkici, 1 ədəd mismar çıxardanı, 2 ədəd dəyərində avtomatı, 4 ədəd şurubu, 1 ədəd plastik çəlləyi, 2 ədəd dəyərində tavanı, 400 metr uzunluğunda “2”mm-lik elektirik naqilini, 30 metr uzunluğunda “4”mm-lik elektirik naqilini, 60 ədəd elektirik karopkanları, 1 ədəd «Naso Kablo» markalı 8,3 metr uzunluğunda elektrik uzadıcısını gizli olaraq talayıb oğurluq etmişdir. Cinayət işinin 1-ci cildinin 17-18-ci vərəqlərində olan “götürmə aparılması haqqında” 28 avqust 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Şahid1 03 ədəd plasmas boru, mismar toplusu, elektrik naqilləri və taxıc yuxası götürüldü. Cinayət işinin 1-ci cildinin 24-26-cı vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 avqust 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 4-cü döngədə olan 1 mərtəbəli evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində olan hamam otağından 1 ədəd dəyərində duş dəstini, 1 ədəd metal şlanklı pistoleti, 6 ədəd «Gümüş su» markalı su kranlarını, 1ədəd su kranını, 1 ədəd su kranını, 1 ədəd mətbəx çanağını, 5 ədəd işıq avtomatını, 60 metr uzunluğunda “4”mm-lik elektirik naqilini, 8 ədəd sportları gizli olaraq talayıb oğurluq etmişdir. Cinayət işinin 1-ci cildinin 33-38-ci vərəqlərində olan “götürmə aparılması haqqında” 29 avqust 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 06 ədəd arko krantı, 1 ədəd su krantı, 1 ədəd aftafa konplekti götürüldü. Cinayət işinin 1-ci cildinin 47-52-ci vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 30 avqust 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2 mərtəbəli fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin 1 mərtəbəsində olan qonaq və digər otağlarından 2 ədəd 200 litr həcmli dəmir çəlləkləri, 1 ədəd əl arabasını, 4 kiloqramı 80 mismar bükümünü, 1 ədəd qarmoşkalı metal şlanqı, 2 ədəd lapatka başlıqları, 2 ədəd lapatka sapını, 3 ədədi avtomobil ayaqaltı örtüyünü, 5 metr plastik boru və 50 müxtəlif ölçülüarmatur hissələri gizli olaraq talayıb oğurluq etmişdir. Cinayət işinin 1-ci cildinin 60-65-ci vərəqlərində olan “maddi sübutun götürülməsi aparılması haqqında” 31 avqust 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 01 ədəd əl arabası, 01 kiloqram mismar, 13 ədəd müztəlif öçüdə olan “armatur”, dəmirdən olan 1 ədəd bel götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 105-116-cı vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 01 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 36-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə, saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 2-ci cildinin 83-85-ci vərəqlərində olan 29 avqust 2022ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Araz Məhərrəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 2-ci cildinin 86-87-ci vərəqlərində olan 29 avqust 2022ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 47-48-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol cibindən 03 ədəd sellofan bükümlərdə içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 55-59-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2022-ci il tarixli 6/4584 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195” dairəvi möhür əksi olan “Nağıyev İ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 3 ədəd bükümdə ayrı- lyrılıqda təmiz çəkisi 0,419 qram, 0,335 qram, 0,284 qram ümumi təmiz çəkisi 1,038 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponet tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq əlunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik ıasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 2-ci cildinin 69-cu vərəqində olan 28 avqust 2022-ci il tarixli “DVD-R diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru X2 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxan RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 İnqlab oğlunun ştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərindəəldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuşəşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol cibindən 03 ədəd sellofan bükümlərdə içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddəni çıxarab könüllü təqdim edərək, 03 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən hər bir bükümü 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 2-ci cildinin 107-108-ci vərəqlərində olan Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 27 oktyabr 2022-ci il tarixli, 6376 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 105-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs tərəfindən oğlu oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,038 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi 430 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlin törədilməsində təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təkrarçılığın olmasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2-cü, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmalı, məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək 02 gün müddət və tutulduğu 27 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək olan 02 gün müddət, ümumilikdə şübhəli şəxs qismində tutulduğu 04 gün müddət təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla və üzərində çəkilməsi üçün qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 sentyabr 2022-ci il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək 02 gün müddət və tutulduğu 27 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək olan 02 gün müddət, ümumilikdə şübhəli şəxs qismində tutulduğu 04 gün müddət Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 0,948 qram heroin və 429,95 qram olan narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 187 (bir yüz səksən yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-20/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-20/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver